Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə9/192
tarix21.10.2017
ölçüsü4,35 Mb.
#6191
1   ...   5   6   7   8   9   10   11   12   ...   192

Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

27 



yolunda (və ya mal-dövlətini çox sevməsinə baxmayaraq) malını (kasıb) qohum-

əqrəbaya, yetimlərə, yoxsullara, (pulu qutarıb yolda qalan) müsafirə (yolçulara), 

dilənçilərə və qulların azad olunmasına sərf edən, namaz qılıb zəkat verən kimsələr, 

eləcə də əhd edəndə əhdinə sadiq olanlar, dar ayaqda, çətinlikdə (ehtiyac, yaxud 

xəstəlik üz verdikdə) və cihad zamanı (məşəqqətlərə) səbr edənlərdir. (İmanlarında, 

sözlərində və əməllərində) doğru olanlardır. Müttəqi olanlar da onlardır!  

178. Ey iman gətirənlər! (Qəsdən) öldürülən şəxsdən sizin üçün qisas almaq hökmü 

qərara alındı (vacib oldu). Azad şəxsi azad şəxsin, qulu qulun, qadını qadının əvəzində 

(öldürə bilərsiniz). (Öldürülən şəxsin) qardaşı (varisi) tərəfindən (müəyyən bir şey, 

qanbahası müqabilində) bağışlanmış (qatil) ilə adətə görə (yaxşı) rəftar edilməlidir. 

Bağışlanmış (qatil də) yaxşılıqla (qan sahiblərinə) "diyə" (qanbahası) verməlidir. Bu, 

(qisası qanbahası ilə əvəz etmək hökmü) Rəbbiniz tərəfindən sizin üçün bir yüngüllük 

və mərhəmətdir. Bundan (diyə müqabilində bağışlamaqdan) sonra təcavüzkarlıq edən 

(qatili öldürən və ya onun qohum-qardaşı ilə düşmənçilik edən) kimsəni (qiyamətdə) 

şıddətli əzab gözləyir!  

179. Ey ağıl sahibləri, bu qisas (qisas hökmü) sizin üçün həyat deməkdir. Ola bilsin ki, 

(bununla) pis əməldən (qətldən) çəkinəsiniz.  

180. Sizin hər birinizi ölüm haqlayan zaman qoyub gedəcəyiniz maldan 

valideynlərinizə, yaxın qohumlarınıza verilməsi üçün ədalət üzrə (malın üçdə birindən 

çox olmamaq şərtilə) vəsiyyət etməyiniz zəruridir. Müttəqilərə (bu) vacibdir.  

181. (Ölənin vəsiyyətini) eşitdikdən sanra onu dəyişənlər günah sahibi olarlar. Şübhəsiz 

ki, Allah (hər şeyi) eşidəndir, biləndir.  

182. Hər kəs vəsiyyət edənin (öz vəsiyyətilə) səhv etməsindən və ya günaha 

batmasından ehtiyat edib (ədalət naminə vəsiyyətdə dəyişiklik edərək) varislərin 

arasını düzəltsə, ona heç bir günah yazılmaz. Allah bağışlayandır, rəhm edəndir!  

183. Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə 

də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!  

184. (Oruc tutmaq) sayı müəyyən olan (bir ay) günlərdir. (Bu günlərdə) sizdən xəstə və 

ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar. Oruc 

tutmağa taqəti olmayanlar isə (hər günün əvəzində) bir yoxsulu doyuracaq qədər fidyə 

verməlidirlər. Hər kəs könüllü xeyir iş görərsə (həm oruc tutub, həm də fidyə verərsə), 

bu onun üçün daha yaxşı olar. Bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir!  




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

28 



185. İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı 

batildən) ayıran (Qur’an) ramazan ayında nazil edilmişdir. Aya (ramazan ayına) yetişən 

şəxslər (bu ayı) oruc tutmalıdırlar; xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin 

sayı qədər başqa günlərdə tutsunlar. Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər ki, 

fövtə gedən günlərin orucunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə Ona 

("Allahu əkbər" deməklə) tə’zim və şükür edəsiniz.  

186. (Ya Rəsulum!) Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) 

yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim 

çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola 

yetişsinlər.  

187. Oruc gecəsi qadınlarınıza yaxınlaşmaq sizə halal edildi. Onlar sizin, siz də onların 

libasısınız. (Bir-birinizə həddindən artıq yaxınsınız). Allah sizin özünüzə pislik 

(xəyanət) etdiyinizi (yaxud nəfsinizə qarşı zəiflik göstərəcəyinizi) bilib tövbələrinizi 

qəbul edərək sizi bağışladı; artıq siz onlara yaxınlaşın, Allahın sizə halal etdiyini 

onlardan istəyin; sübh açılınca, ağ sap qara sapdan fərqlənincəyə qədər yeyib için; sonra 

gecəyə qədər orucunuzu tamamlayın; məscidlərdə ibadətdə (e’tikafda) olduğunuz 

zaman onlarla (qadınlarınızla) yaxınlıq etməyin. Bunlar (bu hökmlər) Allahın 

hədləridir, bunları aşmayın! Allah (insanlara) hökmlərini bu cür bildirir ki, bəlkə, 

müttəqi olsunlar!  

188. Bir-birinizin mallarını haqqınız olmadığı halda yeməyin. Xalqın malının bir qismini 

(onun sizə haram olduğunu) bilə-bilə günah yolu ilə yeməyiniz üçün onu (malınızı) 

hakimlərə (rüşvət) verməyin!  

189. (Ya Rəsulum!) Yeni doğan aylar (hilal) barəsində səndən sual edildikdə, söylə ki, 

bunlar insanların istifadəsi və həcc üçün vaxt ölçüləridir. Evlərinizə (Cahiliyyət 

dövründə olduğu kimi) arxa tərəfdən girməniz yaxşı iş deyildir. Yaxşı iş (pis 

əməllərdən) çəkinən kimsənin əməlidir. Evlərə qapılarından daxil olun və Allahdan 

qorxun ki, nicat tapasınız!  

190. (Ey mö’minlər!) Sizinlə vuruşanlarla siz də Allah yolunda vuruşun, lakin həddən 

kənara çıxmayın. Allah həddi aşanları sevməz!  

191. Onları (Məkkə müşriklərini) harada görsəniz öldürün. Sizi çıxartdıqları yerdən 

(Məkkədən) siz də onları çıxardın. Fitnə (müşriklərin fitnəsi) qətldən daha şiddətlidir. 

Onlar sizinlə Məscidülhəram yanında vuruşmayınca, siz də onlarla orada vuruşmayın! 

Əgər (orada) sizinlə vuruşsalar, siz də onları öldürün. Kafirlərin cəzası ancaq budur!  



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

29 



192. Əgər onlar (vuruşdan və Allaha şərik qoşmaqdan) vaz keçərlərsə, şübhəsiz, Allah 

bağışlayandır, rəhm edəndir!  

193. Fitnə (müşriklərin fitnəsi) aradan qalxana qədər və din (ibadət) ancaq Allaha 

məxsus edilənədək onlarla vuruşun; əgər onlar (bu cür hərəkətlərə) son qoyarlarsa (siz 

də onlarla vuruşmaqdan vaz keçin!), çünki düşmənçilik ancaq zülm edənlərə qarşı olur.  

194. (Döyüş) haram olan ay [hicrətin 7-ci ilinin zülqə’də ayı) (döyüş)] haram olan ay 

(hicrətin 6-cı ilinin zülqə’də ayı) müqabilindədir. Hörmətlər qarşılıqlıdır.Sizə qarşı 

həddini aşanlara siz də həmim ölçüdə həddi aşın (cavab verin).Allahdan qorxun 

(qədərindən artıq əvəz çıxmayın) və bilin ki, Allah müttəqilərlədir.  

195. (Malınızı) Allah yolunda xərcləyin. Öz əlinizlə özünüzü təhlükəyə atmayın, 

yaxşılıq edin! Allah yaxşılıq (ehsan) edənləri sevir.  

196. Allahdan ötrü həcc və ümrə (kiçik həcc) əməllərini tam yerinə yetirin, əgər arada 

sizə maneçilik olarsa, (sizə) müyəssər olan bir qurbanlıq göndərin, qurbanlıq öz yerinə 

(Minaya) çatıncaya qədər başınızı qırxdırmayın. Əgər (ihramda ikən, ziyarət zamanı) 

sizdən xəstələnən və yaxud baş ağrısına tutulub əziyyət çəkən olarsa, belə şəxs (başını 

qırxdırmağın əvəzində) fidyə olaraq (üç gün) oruc tutmalı və ya sədəqə verməli, yaxud 

da bir qurban kəsməlidir. (Maneçiliyin aradan qalxmasına) əmin olduqda isə həcc 

vaxtına qədər ümrə ziyarətindən istifadə edən şəxs müyəssər etdiyi bir heyvan 

kəsməlidir. Qurbanlıq tapmayanlar bunun əvəzində həcc ziyarəti günlərində üç gün və 

(vətəninə) qayıdandan sonra yeddi gün oruc tutmalıdırlar ki, bu da tam on gün edir. Bu 

(ümrə ziyarəti) ailəsi Məscidülhəramda (Məkkədə və ətrafında) sakin olmayanlara 

aiddir.Allahdan qorxun və bilin ki, Allahın əzabı şiddətlidir.  

197. Həcc (mövsümü) mə’lum olan aylardır (şəvval, zülqə’də ayları və zülhiccənin 

birinci on günü). (Həmin aylarda) həcc ziyarəti vacib olan (həcci özünə vacib bilən) 

şəxsə həccdə olarkən (qadınla) yaxınlıq, söyüş söyüb pis sözlər danışmaq, dava-dalaş 

etmək yaramaz. Allah gördüyünüz hər bir yaxşı işi bilir. (Həcc və ya axirət üçün) 

tədarük görün. Ən yaxşı tədarük (azuqə) isə təqvadır (pis əməllərdən çəkinməkdir). Ey 

ağıl sahibləri, Məndən qorxun!  

198. (Həcc mövsümündə) Rəbbinizdən (ticarətlə) ruzi diləməniz sizin üçün günah 

deyildir.Ərəfatdan qayıdarkən Məş’ərülhəramda Allahı xatırlayın. Sizi doğru yola 

yönəltdiyi üçün Onu yada salın (Ona dua edin), çünki siz bundan əvvəl (doğru yolu) 

azanlardan idiniz!  




Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə