Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə10/192
tarix21.10.2017
ölçüsü4,35 Mb.
#6191
1   ...   6   7   8   9   10   11   12   13   ...   192

Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

30 



199. Sonra camaatın döndüyü yerdən siz də dönün! Allahdan bağışlanmaq diləyin, 

şübhəsiz ki, Allah bağışlayandır, rəhm edəndir!  

200. Həcc mərasimini tamamlayıb qurtardıqda (keçmişdə) ata-babalarınızı yada 

saldiğınız kimi, ondan da artıq Allahı yad edin! İnsanların bə’zisi: "Ey Rəbbimiz, bizə nə 

verəcəksənsə, elə bu dünyada ver!" - deyirlər. Belə şəxslərin axirətdə heç bir payı 

yoxdur!  

201. Bə’ziləri isə: "Ey Rəbbimiz, bizə dünyada da, axirətdə də gözəl nemətlər ver, bizi 

cəhənnəm əzabından qoru!" deyirlər.  

202. Belə şəxslərin qazandıqlarına (qazandıqları əməllərinə) görə (axirətdə) mükafat 

gözləyir. Allah tezliklə haqq-hesab çəkəndir!  

203. (Ey hacılar!) Sayı bəlli olan günlərdə (Mina dağında) Allahı yada salın (təkbirlə zikr 

edin). Tələsərək iki gündə (zülhiccənin on birinci və on ikinci günlərində Minadan 

Məkkəyə) qayıdana heç bir günah gəlməz. Eləcə də yubanana (zülhiccənin on üçüncü 

günü Minada qalana) heç bir günah tutulmaz. Bu (günah tutulmaması), müttəqilərə 

aiddir. Allahdan qorxun və Onun yanında (hüzurunda) toplanacağınızı bilin!  

204. (Ya Rəsulum!) İnsanların eləsi vardır ki, onun dünya həyatı haqqındakı sözləri 

sənin xoşuna gələr. O, qəlbində olana da (dili ilə ürəyinin bir olmasına) Allahı şahid 

göstərər. Halbuki, o, düşmənlərin ən qəddarıdır.  

205. (O şəxs səndən) ayrılan kimi yer üzündə fitnə-fəsad törətməyə, əkini və nəsli (islam 

cəmiyyətini) məhv etməyə çalışar. Halbuki, Allah fitnə-fəsadı sevməz!  

206. Ona: "Allahdan qorx!" - deyildiyi zaman lovğalıq onu günah törətməyə vadar edər. 

Beləsinə cəhənnəm kifayətdir. Ora nə pis məskəndir!  

207. İnsanların eləsi də vardır ki, Allahın razılığını qazanmaq yolunda (Allah rizası 

üçün) öz canını fəda edər. Allah öz bəndələrinə qarşı çox mehribandır!  

208. Ey iman gətirənlər! Hamınız bir yerdə sülhə (islama) gəlin! Şeytanın yolu ilə 

getməyin, çünki o sizin açıq düşməninizdir!  

209. Əgər bu qədər aşkar dəlil (ayələr) gəldikdən sonra siz yenə də doğru yoldan 

azarsınızsa, o zaman bilin ki, Allah da qüvvət, hikmət sahibidir!  




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

31 



210. Yoxsa onlar Allahın (qəzəbinin) bulud kölgələri içində mələklərlə (əzab mələkləri 

ilə) gəlməsini və işin tamam olmasını (özlərinin məhv edilməsini) gözləyirlər? Şübhəsiz 

ki, (bütün) işlər (axırda) Allaha qayıdacaqdır.  

211. (Ya Rəsulum!) İsrail övladından xəbər al ki, Biz onlara (Musa peyğəmbər vasitəsilə) 

nə qədər açıq dəlillər göndərdik! Allahın ne’mətinə nail olandan sonra onu 

dəyişdirənlərə Allah şiddətli əzab verəcəkdir!  

212. Dünya həyatı kafirlər üçün zinətlənmişdir. Onlar (bununla da) iman gətirənlərə 

istehza edərlər. Halbuki, müttəqilər qiyamət günündə onlardan üstündürlər. Allah 

istədiyi kəsə saysız-hesabsız ruzi verər.  

213. İnsanlar tək bir ümmət idi. Allah onlara müjdə verən və xəbərdarlıq edən (əzabla 

qorxudan) peyğəmbərlər göndərdi, insanlar arasındakı ixtilafları ayırd etmək üçün O, 

peyğəmbərlərlə birlikdə haqq olan kitab nazil etdi. Halbuki özlərinə aşkar dəlillər 

gəldikdən sonra aralarındakı kin (və həsəd) üzündən (dində) ixtilafda bulunanlar kitab 

əhlindən başqası deyildir. Onların ixtilafda olduqları həqiqətə Onun izni (idarəsi) ilə 

iman gətirənləri isə Allah doğru yola yönəltdi. Allah istədiyini düz yola 

istiqamətləndirər.  

214. (Ey mö’minlər!) Sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlməmiş behiştə 

daxil olacağınızımı güman edirsiniz? Onları (şiddətli) fəlakət və sıxıntı elə bürümüş, elə 

sarsılmışdılar ki, hətta Peyğəmbər və iman gətirənlər birlikdə: "Allahın köməyi nə vaxt 

gələcək?" - demişdilər.Bilin ki, Allahın köməyi (sizə) yaxındır!  

215. (Ya Rəsulum!) Səndən (Allah yolunda) nə verəcəkləri haqqında soruşanlara söylə: 

"(Malınızdan) verəcəyiniz şey ata-anaya, (yoxsul) qohumlara, yetimlərə, miskinlərə və 

(pulu qurtaran) müsafirə (yolçulara) məxsusdur". Şübhəsiz ki, Allah etdiyiniz xeyirli işi 

biləndir.  

216. (Allahın düşmənlərinə qarşı) döyüş (cihad) xoşunuza gəlmədiyi halda, sizə vacib 

edildi.Bə’zən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bə’zən də xoşladığınız bir şey 

sizin üçün zərərli ola bilər.(Onu) Allah bilir, siz bilməzsiniz.  

217. (Ya Rəsulum!) Haram olan ayda döyüş haqqında səndən soruşanlara söylə: "O 

ayda döyüşmək böyük günahdır, lakin Allah yolunu (insanların üzünə) qapamaq, onu 

inkar etmək, Məscidülhərama girməyə mane olmaq və oradakıları kənara çıxarmaq 

Allah yanında daha böyük günahdır. (Din naminə) fitnə salmaq isə (həmin ayda) 

vuruşmaqdan daha betərdir"! (Ey mö’minlər!) Onlar (Məkkə müşrikləri) əgər 

bacarsalar, sizi dininizdən döndərincəyə qədər sizinlə vuruşmaqda davam edəcəklər. 



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

32 



Sizdən hər kəs öz dinindən dönüb kafir olaraq ölərsə, belə kimsələrin bütün əməlləri 

(vaxtilə gördüyü yaxşı işləri) dünya və axirətdə heçə gedər. Onlar cəhənnəmlikdirlər və 

orada əbədi qalacaqlar!  

218. Həqiqətən, Allaha iman gətirənlər, (Məkkədən Mədinəyə) köçüb gələn və Allah 

yolunda cihad edən kimsələr Allahın mərhəmətinə ümidvardırlar. Allah bağışlayandır, 

rəhm edəndir!  

219. (Ya Rəsulum!) Səndən içki və qumar (meysir) haqqında sual edənlərə söylə: 

"Onlarda həm böyük günah, həm də insanlar üçün mənfəət (dünya mənfəəti) vardır. 

Lakin günahları mənfəətlərindən daha böyükdür"! (Allah yolunda) nəyi paylamalı 

olduqlarını soruşanlara isə de: "Ehtiyacınızdan artıq qalanını (möhtaclara paylayın)!" 

Allah sizə Öz ayələrini bu cür bildirir ki, bəlkə, fikirləşəsiniz.  

220. Dünya və axirət (işləri) barəsində. (Ya Rəsulum!) Səndən yetimlər haqqında sual 

edənlərə söylə: "Onlar üçün (onların malını qorumaq və güzəranlarını) yaxşılaşdırmaq 

xeyirlidir (nəcib əməldir). Əgər onlarla birlikdə yaşayırsınızsa, onlar sizin 

qardaşlarınızdır". Allah islah (yaxşılıq) edənləri də, fəsad salanları da tanıyır. Əgər 

Allah istəsəydi, sizi, əlbəttə, əziyyətə salardı. Həqiqətən, Allah yenilməz qüvvət, hikmət 

sahibidir!  

221. Allaha şərik qərar verən (Onu inkar edən) qadınlar imana gəlməyincə onlarla 

evlənməyin! Əlbəttə, Allaha iman gətirmiş bir cariyə, gözəlliyinə heyran olduğunuz bir 

müşrik bir qadından daha yaxşıdır. Həmçinin müşrik kişilər Allaha iman gətirməyənə 

qədər mö’min qadınları (onlara) arvadlığa verməyin! Əlbəttə, Allaha iman gətirən bir 

kölə camalına məftun olduğunuz müşrik bir kişidən daha xeyirlidir. Onlar (müşrik 

qadınlar və kişilər) sizi Cəhənnəmə çağırdıqları halda, Allah sizi Öz izni ilə Cənnətə, 

məğfirətə (bağışlanmağa) çağırır və yaxşı düşünüb ibrət almaları üçün insanlara 

hökmlərini aydınlaşdırır.  

222. (Ya Rəsulum!) Səndən heyz (aybaşı) barəsində sual edənlərə söylə: "Heyz əziyyətli 

bir haldır. Heyz zamanı qadınlardan kənar olun, (heyzdən) təmizlənməyənə qədər 

onlarla yaxınlıq etməyin, təmizləndikdən sonra isə Allahın sizə əmr etdiyi yerdən 

(buyurduğu qayda üzrə) onlara yaxınlaşın!" Allah (günahından) tövbə edənləri, (təmiz 

və) pak olanları sevər!  

223. (Ey mö’minlər!) Qadınlarınız sizin (övlad əkdiyiniz) tarlanızdır. İstədiyiniz vaxtda 

öz tarlanıza gəlin! Özünüz üçün qabaqcadan (yaxşı əməllər) hazırlayın! Allahdan 

qorxun və (qiyamət günü) Onun hüzuruna gedəcəyinizi bilin! (Ya Rəsulum!) İman 

gətirənlərə (Cənnətlə) müjdə ver!  




Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə