Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə11/192
tarix21.10.2017
ölçüsü4,35 Mb.
#6191
1   ...   7   8   9   10   11   12   13   14   ...   192

Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

33 



224. Yaxşılıq etmək, pis əməllərdən çəkinmək və insanlar arasında sülh yaratmaq 

barəsindəki andlarınıza Allahı (Allahın adını) hədəf (dəstavüz) etməyin! Allah 

eşidəndir, biləndir!  

225. Allah, bilmədən (səhvən) içdiyiniz andlara görə sizi cəzalandırmaz, lakin 

qəlblərinizin kəsb etdiyi şeylərə (yalandan və ya qəsdən içib yerinə yetirmədiyiniz 

andlara, pis niyyətlərə) görə sizi cəzalandıracaqdır. Allah bağışlayandır, həlimdir!  

226. Övrətlərinə yaxınlaşmamağı and içən kimsələr üçün dörd ay gözləmə müddəti 

vardır, əgər bu müddət içərisində andlarından dönsələr, Allah (onları kəffarə vermək 

şərtilə) bağışlayandır, rəhm edəndir.  

227. Əgər talaq vermək (boşamaq) istəsələr, şübhəsiz ki, Allah (onların niyyətlərini) 

eşidəndir, biləndir.  

228. Boşanan qadınlar üç dəfə (heyz görüb təmizlənincəyə qədər başqa ərə getməyib) 

gözləməlidirlər. Əgər (o qadınlar) Allaha və qiyamət gününə inanıblarsa, Allahın 

onların bətnlərində yaratdığını (uşağı) gizlətmək onlara halal olmaz. (Bu gözləmə 

müddəti içərisində) ərləri barışmaq istərlərsə, onları geri almağa (hər kəsdən) daha çox 

haqlıdırlar. (Kişilərin qadınlar) üzərində şəriətə görə hüquqları olduğu kimi, 

(qadınların da) onlar (kişilər) üzərində hüquqları vardır. Ancaq kişilər (daha artıq 

əziyyətə qatlandıqları üçün) onlardan bir dərəcə üstündürlər. Allah yenilməz qüvvət, 

hikmət sahibidir.  

229. (Ric’i) talaq vermə (boşama) iki dəfə mümkündür, ondan sonra yaxşı dolanmaq 

(qadını yaxşı saxlamaq), ya da xoşluqla ayrılmaq (buraxmaq) gərəkdir. (Ey kişilər!) 

Onlara (qadınlarınıza) verdiyinizdən (kəbin haqqından, mehrdən) bir şey tələb etməniz 

sizə halal olmaz. Bu yalnız kişi ilə qadının Allahın (ər-arvadlıq) haqqındakı hökmlərini 

yerinə yetirə bilməyəcəklərindən qorxduqları zaman mümkündür. (Ey şəriət 

hakimləri!) Əgər onların (ər-arvadın) Allahın hökmlərini yerinə yetirməyəcəklərindən 

siz də qorxsanız, arvadın (kəbin haqqından) ərinə bir şey verməsində heç biri üçün 

günah yoxdur. Bunlar Allahın hədləridir (hökmləridir). Onlardan kənara çıxmayın. 

Allahın hədlərindən kənara çıxanlar, əlbəttə, zalımlardır.  

230. Əgər (kişi) övrətini yenə də (üçüncü dəfə) boşarsa, o zaman (qadın) başqa bir ərə 

getməmiş ona (əvvəlki ərinə) halal olmaz. (İkinci əri) onu boşadıqdan sonra Allahın (ər-

arvadlıq haqqındakı) hədlərinə (hökmlərinə) riayət edəcəklərinə inamları olduqları 

təqdirdə, (həmin qadının əvvəlinci əri ilə) təkrar evlənməsində günah yoxdur. Bunlar 

anlayan bir qövm üçün Allahın bəyan etdiyi hədləridir (hökmləridir). 



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

34 



231. Qadınlarınızı (ric’i talaqla) boşadığınız və onların gözləmə müddəti başa çatdığı 

zaman onları ya xoşluqla saxlayın, ya da xoşluqla buraxın. (Əziyyət və) zərər vermək 

məqsədilə haqlarına təcavüz edib onları saxlamayın! Hər kəs bunu etsə, şübhəsiz ki, 

özünə zülm etmiş olar. Allahın ayələri (hökmləri) ilə oynamayın (onlara istehza 

etməyin). Allahın sizə verdiyi ne’mətləri,öyüd-nəsihət üçün göndərdiyi Kitabı (Qur’anı) 

və hikməti xatırlayın! Allahdan qorxun və Allahın, həqiqətən, hər şeyi bildiyini anlayın!  

232. Boşanmış qadınların gözləmə müddətləri bitərkən aralarında barışıq və yaxşılıqla 

yaşamağa razılıq olduğu zaman onların təkrar öz ərlərinə nikah edilməsinə mane 

olmayın! Bu sizin Allaha və axirət gününə inananlarınıza verilən bir nəsihətdir. Bu 

(şər’i baxımdan) sizin üçün daha təmiz (faydalı) və daha pakdır. Allah (sizin 

mənfəətinizi) bilir, siz bilməzsiniz!  

233. Analar (istər boşanmış, istərsə də boşanmamış olsun) uşaqlarını əmizdirmə 

müddətini tamamlatmaq istəyən (atalar) üçün tam iki il əmizdirsinlər. Anaların yeməyi 

və geyimi öz qüvvəsi dairəsində (uşağın) atasının üzərinə düşür. Heç kəs gücü 

çatdığından artıq yüklənməz. Nə bir ana, nə də bir ata uşağına görə zərər çəkməsin! 

(Ata öləndən sonra) bu vəzifə həmin qaydada varisin üzərinə düşür. Əgər ata və ana öz 

aralarında məsləhətləşib, uşağı (iki ildən tez) süddən kəsmək qərarına gəlsələr, ikisinə 

də heç bir günah olmaz. Əgər siz uşağınızı başqasına (süd anasına) əmizdirmək 

istəyirsinizsə, onun zəhmət haqqını müəyyən olunmuş qayda üzrə (şəriətə müvafiq) 

ödəsəniz, yenə də sizə günah sayılmaz. Allahdan qorxun və bilin ki, Allah, həqiqətən, 

sizin nə etdiklərinizi görəndir!  

234. Sizdən ölənlərin qoyub getdiyi qadınlar dörd ay on gün (başqa ərə getməyib) 

özlərini gözləməlidirlər. Bu müddət tamam olduqda, artıq onların öz barələrində 

şəriətə müvafiq surətdə etdikləri işdən sizə heç bir günah gəlməz. Allah etdiklərinizin 

hamısından xəbərdardır!  

235. (Bu müddəti gözləyən) qadınlara elçi göndərmək (onlarla evlənmək) istədiyinizi 

(rəmz və) işarə ilə bildirməkdən və ya belə bir istəyi ürəyinizdə gizlətməkdən sizə heç 

bir günah gəlməz. Allah sizin onları xatırlayacağınızı bilir. Lakin (gözləmə 

müddətində) onlarla gizlində və’dələşməyin, onlara şəriətə müvafiq söz deyin! 

Gözləmə vaxtları bitməyincəyə qədər onlarla nikah etmək fikrində olmayın! Bilin ki, 

Allah sizin qəlbinizdə olanı bilir. Ondan (Allahdan) qorxun, Allahın bağışlayan, həlim 

olduğunu bilin!  

236. Yaxınlıq etmədiyiniz (toxunmadığınız) və mehrini (kəbin haqqını, başlığını) tə’yin 

etmədiyiniz qadınları boşamaq sizə günah sayılmaz. Qəbul olunmuş qayda üzrə, varlı 




Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə