Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə14/192
tarix21.10.2017
ölçüsü4,35 Mb.
#6191
1   ...   10   11   12   13   14   15   16   17   ...   192

Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

41 



282. Ey iman gətirənlər! Müəyyən müddətə bir-birinə borc verib aldıqda, onu yazın! 

Bunu (bu sənədi) aranızda bir nəfər katib ədalətlə yazsın! Katib gərək Allahın öyrətdiyi 

kimi yazmaqdan boyun qaçırmasın, yazsın! Borclu olan şəxs borcunu söyləyərək (deyə-

deyə) yazdırsın və Rəbbi olan Allahdan qorxaraq ondan (borcdan) bir şey əskiltməsin. 

Əgər borclu ağılsız və zəifdirsə (qoca və ya uşaqdırsa), yaxud söyləməyə qadir deyilsə, 

o zaman gərək onun (əvəzinə) vəkili ədalətlə deyib (borcu) yazdırsın. Öz 

adamlarınızdan iki kişini də şahid tutun! Əgər iki kişi olmazsa, razı olduğunuz bir kişi 

ilə iki qadının şəhadəti kifayətdir. Əgər (qadınlardan) biri (şəhadəti) unudarsa, o birisi 

onun yadına salsın. Şahidlər (bu işə) də’vət olunduqları zaman boyun qaçırmasınlar. Az 

və ya çox olmasına baxmayaraq, borcu öz vaxtına qədər (nə müddətə verilmiş 

olduğunu) yazmağa ərinməyin! Sizin bu işiniz Allah yanında daha ədalətli, şahidlik 

üçün daha düzgün və şübhəyə düşməməniz üçün haqqa daha yaxındır. Lakin aranızda 

həmişə dövr edən aşkar (nəğd) ticarət zamanı onu yazmamağınız sizin üçün günah 

deyildir. (Hər halda) alış-veriş etdiyiniz vaxt şahid tutun! Ancaq katibə və şahidə zərər 

yetirilməsin. Əgər zərər yetirsəniz, əlbəttə, bu sizin üçün pis işdir. Allahdan qorxun! 

Allah (ehtiyacınız olan şeyləri) sizə öyrədir. Allah bütün işləri biləndir!  

283. Səfərdə olub katib tapmasanız, girov saxlayın. Əgər bir-birinizə e’tibar edirsinizsə, 

e’tibar olunmuş şəxs əmanəti geri qaytarsın və Rəbbi olan Allahdan qorxsun! Şahidliyi 

(şahidi olduğunuz şeyi) gizlətməyin! Onu gizlədən şəxsin qəlbi günahkardır. Allah 

etdiyiniz əməlləri biləndir!  

284. Göylərdə və yerdə nə varsa, (hamısı) Allaha məxsusdur. Siz ürəyinizdə olanı 

zahirə çıxarsanız da, çıxarmasanız da, Allah ona müvafiq sizinlə haqq-hesab çəkər. 

(Allah) istədiyini bağışlar, istədiyinə də əzab verər. Allah hər şeyə qadirdir!  

285. Peyğəmbər Rəbbi tərəfindən ona nazil edilənə (Qur’ana) inanmış və mö’minlər də 

iman gətirmişlər. (Onların) hamısı Allaha, Onun mələklərinə, kitablarına və (bütün) 

peyğəmbərlərinə iman gətirərək dedilər: "Biz Onun peyğəmbərləri arasında fərq 

qoymuruq. (Allahın hökmlərini) eşitdik (anladıq) və itaət etdik. Ey Rəbbimiz, bizi 

bağışla, (axırda) Sənin dərgahına (hüzuruna) qayıdacağıq!"  

286. Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər (bir işə mükəlləf edər). Hər 

kəsin qazandığı yaxşı əməl də, pis əməl də özünə aiddir. (Mö’minlər deyirlər: ) "Ey 

Rəbbimiz, (bə’zi tapşırıqlarını) unutduqda və ya yanıldıqda bizi cəzalandırma! Ey 

Rəbbimiz, bizdən əvvəlkiləri yüklədiyin kimi, bizi ağır yükləmə! Ey Rəbbimiz, 

gücümüz çatmayan şeyi bizə yükləyib daşıtdırma! Bizi əfv edib bağışla, bizə rəhm et! 

Sən bizim ixtiyar sahibimizsən (mövlamızsan). Kafirlərə qələbə çalmaqda bizə kömək 

et!"  



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

42 



 

 

 



 

.

3



Ali-İmran  

(İmran ailəsi) surəsi  

(Mədinədə nazil olmuşdur, 200 ayədir) 

Bismillahir-rəhmanir-rəhim!  

1. Əlif, Lam, Mim!  

2. Allahdan başqa heç bir tanrı yoxdur. Əzəli, əbədi varlıq Odur.  

3. Sənə özündən əvvəlkiləri (səmavi kitabları) təsdiq edən Kitabı (Qur’anı) haqq olaraq 

O nazil etdi. Tövratı da, İncili də O endirdi.  

4. Daha öncə insanları hidayət etmək üçün. Furqanı da O nazil etdi. Allahın ayələrini 

inkar edənlər şiddətli əzaba düçar olacaqlar. Allah yenilməz qüvvət, intiqam sahibidir!  

5. Yerdə və göylərdə heç bir şey Allahdan gizli qalmaz.  

6. Bətnlərdə (anaların bətnində) sizə istədiyi surəti verən Odur! O qüdrət, hikmət 

sahibindən başqa heç bir tanrı yoxdur!  

7. (Ya Rəsulum!) Sənə Kitabı (Qur’anı) nazil edən Odur. Onun (Kitabın) bir hissəsi 

(Qur’anın əslini, əsasını təşkil edən) möhkəm (mə’nası aydın, hökmü bəlli), digər qismi 

isə mütəşabih (çətin anlaşılan, dəqiq mə’nası bilinməyən, məğzi bəlli olmayan) 

ayələrdir. Ürəklərində əyrilik (şəkk-şübhə) olanlar fitnə-fəsad salmaq və istədikləri kimi 

mə’na vermək məqsədilə mütəşabih ayələrə uyarlar (tabe olarlar). Halbuki onların 

yozumunu (həqiqi mə’nasını) Allahdan (yaxud Allahdan və elmdə qüvvətli olanlardan) 

başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə: " Biz onlara iman gətirdik, onların 




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

43 



hamısı Rəbbimizin dərgahındandır", - deyərlər. Bunları ancaq ağıllı adamlar dərk 

edərlər.  

8. Ey Rəbbimiz! Bizi doğru yola yönəltdikdən sonra ürəklərimizə şəkk-şübhə (azğınlıq, 

əyrilik) salma! Bizə Öz tərəfindən bir mərhəmət bəxş et, çünki Sən, həqiqətən

(bəndələrinə mərhəmət, ne’mət) bəxş edənsən!  

9. Ey Rəbbimiz! Olacağına şübhə edilməyən bir gündə (qiyamətdə) bütün insanları (bir 

yerə) toplayan Sənsən. Allah Öz və’dəsindən əsla dönməz!  

10. Haqqı inkar edənlərin nə malları, nə də övladları onları Allah yanında (axirətdə) heç 

bir şeydən qurtara bilməz. Əlbəttə, onlar cəhənnəm odunun yanacağıdırlar!  

11. Bunların adəti Fir’on camaatının və onlardan əvvəl gələnlərin adətinə bənzəyir! 

Onlar Bizim ayələrimizi təkzib etdilər. Allah da onları günahlarına görə cəzalandırdı. 

Allahın əzabı şiddətlidir!  

12. (Ya Rəsulum!) Kafir olanlara de: "Siz (tezliklə) məğlub olacaq və Cəhənnəmə 

sürüklənəcəksiniz!" (Cəhənnəm) necə də pis yerdir!  

13. (Ey Məkkə müşrikləri və yəhudilər!) İki dəstənin (Bədr müharibəsi zamanı) qarşı-

qarşıya durması sizin üçün (Peyğəmbərin doğruluğuna) dəlildir. Bunlardan biri Allah 

yolunda vuruşanlar, digəri isə kafirlər idi. (Mö’minlər üç yüz on üç nəfər, kafirlər isə 

təqribən min nəfər idilər). (Mö’minlər kafirlərin) onlardan ikiqat artıq olduqlarını öz 

gözləri ilə görürdülər. (Yaxud kafirlər mö’minləri iki özləri qədər, yə’ni təxminən iki 

min nəfər və ya onların olduqlarından iki dəfə artıq, yə’ni altı yüzdən bir qədər çox 

görürdülər). Əlbəttə, Allah istədiyinə Öz köməyi ilə qüvvət verər. Şübhəsiz ki, bu (Bədr 

əhvalatı) bəsirət sahiblərindən (gözüaçıq, ayıq adamlardan) ötrü bir ibrət dərsidir.  

14. Qadınlar, uşaqlar, qızıl-gümüş yığınları, yaxşı cins atlar, mal-qara və əkin yerləri 

kimi nəfsin istədiyi və arzuladığı şeylər insanlara gözəl göstərilmişdir. (Lakin bütün) 

bunlar dünya həyatının keçici zövqüdür, gözəl dönüş yeri isə Allah yanındadır.  

15. (Ya Rəsulum!) Söylə: "Sizə bunlardan (dünya zinətlərindən) daha yaxşısını xəbər 

verimmi? Allahdan qorxub pis əməllərdən çəkinənlər üçün Rəbbi yanında (ağacları) 

altından çaylar axan cənnətlər (bağlar) vardır ki, orada əbədi qalacaqlar. Onlardan ötrü 

orada (hər cür eyibdən) pak olan zövcələr və (ən böyük ne’mət olan) Allah rizası 

(razılığı, hüsn-rəğbəti) vardır. Allah, həqiqətən, bəndələrini görəndir!  

16. O bəndələr ki: "Ey Rəbbimiz, biz həqiqətən (Sənə) iman gətirmişik, günahlarımızı 

bağışlayıb bizi cəhənnəm əzabından qoru!" - deyirlər.  




Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə