Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə12/192
tarix21.10.2017
ölçüsü4,35 Mb.
#6191
1   ...   8   9   10   11   12   13   14   15   ...   192

Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

35 



öz imkanı daxilində, kasıb da gücü çatdığı qədər, yaxşılıq (ehsan) edənlərə layiq şəkildə 

onlara bir şey (müt’ə) versin!  

237. Kəbin haqlarını tə’yin etmiş olduğunuz qadınları yaxınlıq etmədən əvvəl 

boşayarsınızsa, tə’yin olunmuş kəbin haqqının yarısını onlara verməlisiniz! Bununla 

belə, onlar (qadınlar) bunu (ərlərinə), yaxud əlində nikah müqaviləsi olanlar (ərlər) 

kəbin haqqının hamısını qadınlara bağışlaya bilərlər. (Ey kişilər!) Sizin bağışlamağınız 

(güzəştə getməyiniz) müttəqiliyə daha yaxındır. Bir-birinizə yaxşılıq etməyi unutmayın! 

Şübhəsiz ki, Allah sizin etdiklərinizi görəndir.  

238. (Fərz, vacib) namazlara, (xüsusilə) orta namaza (günortadan sonrakı əsr namazına, 

ikindi namazına) riayət (əməl) edin və Allaha itaət üçün ayağa qalxın (namaza durun).  

239. Əgər (düşməndən və yırtıcı heyvandan) qorxsanız, (namazınızı) piyada gedə-gedə 

və ya minik üstə (qılın). (Təhlükədən sovuşmağınıza) əmin olduqda isə Allahı, 

bilmədiyiniz şeyləri (namazı, duanı) sizə (Peyğəmbər və Qur’an vasitəsilə) nə cür 

öyrədibsə, o cür anın (zikr edin, namaz qılın)!  

240. Sizlərdən vəfat edib özlərindən sonra arvadlarını qoyub gedən şəxslər həmin 

qadınlara öz evindən çıxarılmamaq şərtilə, bir il müddətində baxılmasını (vərəsələrinə) 

vəsiyyət etməlidirlər. Əgər onlar (öz arzuları ilə) çıxıb gedərlərsə, o zaman onların 

qəbul olunmuş qayda üzrə (şəriətə müvafiq) öz barələrində görəcəkləri işlər üçün siz 

günahkar deyilsiniz. Allah yenilməz qüvvət, hikmət sahibidir!  

241. Boşanan qadınları qəbul olunmuş tərzdə (şəriətə müvafiq) faydalandırmaq 

müttəqilərin vəzifəsidir.  

242. Allah sizə Öz ayələrini, (hökmlərini) bu qaydada aydınlaşdırır ki, düşünüb 

anlayasınız (əqlinizə batsın).  

243. (Ya Rəsulum!) Minlərlə adamın (taundan) ölüm qorxusu ilə öz yurdlarını tərk edib 

getdiklərini görmədinmi? Allah onlara: "Ölün!" - dedi və sonra da (yenidən) diriltdi. 

Həqiqətən, Allah insanlara lütf edəndir, lakin insanların bir çoxu şükür etməzlər!  

244. Allah yolunda vuruşun və bilin ki, Allah eşidəndir, biləndir!  

245. Allah yolunda (könül xoşluğu ilə halal maldan) yaxşı borc verən kimdir ki, (Allah 

da) onun mükafatını (əvəzini) qat-qat artırsın?! Allah (kimisini) sıxıntıya salar (ruzisini 

azaldar), (kimisinin də) ürəyini açar (bol ruzi verər). Siz (dünyada gördüyünüz işlərin 

əvəzini almaq üçün) Onun hüzuruna qaytarılacaqsınız.  



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

36 



246. (Ya Rəsulum!) Musadan sonra bir dəstə (tanınmış) İsrail övladının başına gələnləri 

görmədinmi? Onlar öz peyğəmbərinə: "Bizə bir hökmdar göndər ki, (onun köməyi ilə) 

Allah yolunda (zülmkarlarla) vuruşaq!" - dedilər. O da (onlara): "Sizə vuruşma əmri 

olduqda, bəlkə, vuruşmadınız?" - söylədi. Onlar cavabında dedilər: "Allah yolunda nə 

üçün vuruşmayaq ki, yurdumuzdan çıxarıldıq, övladlarımızdan ayrıldıq". Lakin onlara 

vuruşmaq vacib olduğu vaxt, içərilərindən az bir qismi müstəsna olmaqla, (hamısı 

döyüşdən) üz çevirdilər. Allah (özlərinə) zülm edənləri tanıyır!  

247. (İsrail övladının) peyğəmbəri onlara dedi: "Allah Talutu sizə padşah göndərdi". 

Onlar isə: "Biz hökmdarlığa daha layiq ikən və ona var-dövlət verilmədiyi halda, o, 

necə bizə padşah ola bilər?" - deyə cavab verdilər. (Peyğəmbər onlara) dedi: "Allah 

sizdən ötrü onu (bəyənib) seçmiş, elm və bədəncə (qüvvəcə) ona üstünlük vermişdir. 

Allah Öz mülkünü (səltənətini) istədiyinə verər. Allah (Öz lütfü və kərəmi ilə) genişdir, 

(Allah hər şeyi) biləndir!"  

248. (İsrail övladının) peyğəmbəri onlara dedi: "(Talutun) padşahlıq əlaməti (Musaya 

verilən) sandığın sizə gəlməsidir. Onun içində (sizin üçün) Rəbbinizdən bir arxayınlıq, 

rahatlıq (mə’nəvi bir qüvvə, səbat), həmçinin Musa və Harun nəslindən qalan şeylər 

(Musanın əsası, Tövratın bə’zi lövhələri, bir az qüdrət halvası və s.) vardır. Onu 

mələklər gətirəcək. Əgər siz mö’minsinizsə, onda sizin üçün (peyğəmbərin verdiyi 

xəbərin doğruluğunu təsbiq edən) qəti dəlil vardır".  

249. Talut qoşunu ilə (öz yurdundan, Qüdsdən) ayrıldığı zaman (əsgərlərinə) dedi: 

"Allah sizi (axar) bir çay vasitəsilə imtahan edəcək. Kim onun suyundan içsə, o məndən 

(mənə tabe olanlardan) deyildir. Kim ondan dadmasa, dadsa da, bir ovucdan artıq 

içməsə, o məndəndir"! Lakin onların az bir qismi müstəsna olmaqla, (hamısı) o sudan 

içdi. O (Talut) və onunla birlikdə olan mö’minlər (çayı) keçdikdən sonra (düşmən 

qoşununu görüb) dedilər: "Bu gün bizim Calut (düşmən tərəfin hökmdarı) və onun 

qoşunu ilə vuruşmağa taqətimiz yoxdur"! (İçərilərindən) Allahın rəhmətinə 

qovuşacaqlarına (Allahın dərgahına qayıdacaqlarına) inanalar isə dedilər: "Neçə dəfə 

olub ki, az bir dəstə Allahın izni (iradəsi) ilə çox bir dəstəyə qalib gəlib! Allah səbr 

edənlərlədir!"  

250. Onlar Calut və əsgərləri ilə qarşılaşdıqları zaman dedilər: "Ey Rəbbimiz, bizə bollu 

səbr və dizimizə (ayaqlarımıza) qüvvət ver! Bizə kafir qövm üzərində qələbə qazandır!"  

251. Nəhayət, onlar Allahın izni (iradəsi və köməyi) ilə Calutu və qoşununu məğlub 

etdilər. Davud Calutu öldürdü. Allah Davuda həm hökmranlıq, həm də hikmət 

(peyğəmbərlik) verdi və ona istədiyini (zireh düzəltmək, quşların dilini bilmək, gözəl 




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

37 



səslə oxumaq) öyrətdi. Əgər Allah insanların bir qismini, digər bir qismi ilə dəf etməsə 

idi, yer üzü fitnə-fəsada uğrayardı. Lakin Allah bütün aləmlərə qarşı lütfükardır.  

252. (Ya Rəsulum!) Bunlar (bu söylənilənlər) Allahın ayələridir (qüdrət nişanələridir) ki, 

onları sənə doğru-düzgün bildiririk. Sən, həqiqətən, (Allah tərəfindən seçilərək 

insanlara) göndərilən (mürsəl) peyğəmbərlərdənsən.  

253. (Ya Rəsulum!) Bu peyğəmbərlərin bə’zisini digərindəm üstün etdik. Allah 

bunlardan bə’zisi ilə danışmış, bə’zisinin isə dərəcələrini yüksəltmişdir. Məryəm oğlu 

İsaya açıq mö’cüzələr verdik və onu müqəddəs ruhla (Cəbraillə) qüvvətləndirdik. Əgər 

Allah istəsəydi, bu peyğəmbərlərin ardınca gələn insanlar onlara göndərilən aşkar 

dəlillərdən sonra bir-biriləri ilə vuruşmazdılar. Fəqət (bununla belə yenə də) ixtilafa 

düşdülər. Onlarda bə’ziləri (Allaha) iman gətirdilər, bə’ziləri isə kafir oldular. Əgər 

Allah istəsə idi, onlar bir-biriləri ilə vuruşmazdılar. Lakin Allah Öz istədiyini edər!  

254. Ey iman gətirənlər! Alış-verişin, dostluğun və şəfaətin mümkün olmayacağı gün 

(qiyamət günü) gəlməmişdən əvvəl sizə verdiyimiz ruzidən paylayın! Kafirlər (bunu 

inkar edənlər) isə (özlərinə) zülm edənlərdir!  

255. Allah başqa heç bir tanrı yoxdur. (Zatı və kamal sifətləri ilə hər şeyə qadir olub 

bütün kainatı yaradan və idarə edən, bəndələrini dolandıran və onların işlərini yoluna 

qoyan) əbədi, əzəli varlıq Odur. O nə mürgü, nə də yuxu bilər. Göylərdə və yerdə nə 

varsa (hamısı) Onundur. Allahın izni olmadan (qiyamətdə) Onun yanında (hüzurunda) 

kim şəfaət (bu və ya digər şəxsin günahlarının bağışlanmasını xahiş) edə bilər? O, 

bütün yaranmışların keçmişini və gələcəyini (bütün olmuş və olacaq şeyləri) bilir. Onlar 

(yaranmışlar) Allahın elmindən Onun Özünün istədiyindən başqa heç bir şey qavraya 

bilməzlər. Onun kürsünü (elmi, qüdrət və səltənəti) göyləri və yeri əhatə etmişdir. 

Bunları mühafizə etmək Onun üçün heç də çətin deyildir. Ən uca, ən böyük varlıq da 

Odur!  

256. Dində məcburiyyət (zorakılıq) yoxdur. Artıq doğruluq (iman) azğınlıqdan 



(küfrdən) ayırd edildi. Hər kəs Taqutu (Şeytanı və ya bütləri) inkar edib Allaha iman 

gətirsə, o, artıq (qırılmaq bilməyən) ən möhkəm bir ipdən (dəstəkdən) yapışmış olur. 

Allah (hər şeyi olduğu kimi) eşidəndir, biləndir!  

257. Allah (Ona) iman gətirənlərin dostudur, onları zülmətdən çıxarıb işığa tərəf 

yönəldər. Kafirlərin dostu isə Taqutdur (şeytanlardır). Onları (kafirləri) nurdan ayırıb 

zülmətə salarlar. Onlar cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar!  




Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə