Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə15/192
tarix21.10.2017
ölçüsü4,35 Mb.
#6191
1   ...   11   12   13   14   15   16   17   18   ...   192

Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

44 



17. Onlar (müsibətlərə) səbr edən, (sözlərində və işlərində) doğru olan, (Allaha) itaət 

edən, mallarından fəqirlərə verən və sübh vaxtı (Allahdan) bağışlanmaq diləyənlərdir 

(sübh namazına qalxanlardır).  

18. Allah Özündən başqa heç bir tanrı olmadığına şahiddir. Mələklər və elm sahibləri 

də haqqa-ədalətlə boyun qoyaraq (haqqa tapınaraq) o qüvvət, hikmət sahibindən başqa 

ibadətə layiq heç bir varlıq olmadığına şəhadət verdilər.  

19. Allah yanında (haqq olan) din, əlbəttə, islamdır. Kitab verilmiş şəxslər (yəhudilər və 

xaçpərəstlər) ancaq (bu dinin həqiqi olduğunu) bildikdən sonra aralarındakı paxıllıq 

üzündən itilafa (ayrılığa) başladılar. Allahın hökmlərini inkar edənlərlə, şübhəsiz ki, 

Allah tezliklə haqq-hesab çəkəcəkdir.  

20. (Ya Rəsulum!) Əgər onlar (yəhudi və xaçpərəstlər) səninlə mübahisə edərlərsə, belə 

de: "Mən özümü ardımca gələnlərlə birlikdə Allaha təslim etmişəm". Kitab verilmiş 

şəxslərə və savadsızlara (ərəb müşriklərinə) de: "Siz də təslim (müsəlman) 

oldunuzmu?" Əgər təslim olarlarsa (islamı qəbul edərlərsə), doğru yola yönəlmiş 

olarlar, yox, əgər üz döndərərlərsə, (sənə bir zərər gəlməz), sənin vəzifən ancaq (haqqı) 

təbliğ etməkdir. Allah, şübhəsiz ki, bəndələrini görəndir!  

21. (Ya Rəsulum!) Allahın hökmlərini inkar edənlərə, peyğəmbərləri haqsız yerə 

öldürənlərə, insanları ədalətə çağıranların canına qəsd edənlərə şiddətli əzab 

veriləcəyini xəbər ver!  

22. O şəxslərin əməlləri dünyada və axirətdə puça çıxacaq və köməkçiləri də 

olmayacaqdır.  

23. Kitabdan (Tövratdan) özlərinə bir pay (qismət) verilmiş kimsələri görmürsənmi? 

Onlar öz aralarında hökm vermək üçün Allahın kitabına (istinad etməyə) də’vət 

olunurlar. Sonra onların bir qismi (Tövratın hökmlərindən) üz döndərir. Onlar (həmişə) 

dönüklük edəndirlər (haqdan üz çevirəndirlər).  

24. Bu (dönüklük) onların: "Cəhənnəm odu bizə bir neçə gündən artıq toxunmaz!" -

dediklərinə görədir. Onların öz dinləri barəsində düzəltdikləri uydurmalar (iftiralar) 

aldadıb yoldan çıxartmışdır.  

25. Elə isə (vaqe olacağına) şübhə edilməyən bir gündə (qiyamət günündə) onları (bir 

yerə) topladığımız zaman (onların) halı necə olacaq? (O gün) hər kəsə qazandığının 

(tutduğu əməllərin) əvəzi ödəniləcək və onlara heç bir haqsızlıq edilməyəcəkdir.  



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

45 



26. (Ya Rəsulum!) De: "Ey mülkün sahibi olan Allah! Sən mülkü istədiyin şəxsə verər, 

istədiyin şəxsi yüksəldər və istədiyin şəxsi alçaldarsan. Xeyir yalnız Sənin əlindədir. 

Həqiqətən, Sən hər şeyə qadirsən!  

27. Gecəni gündüzə, gündüzü isə gecəyə qatarsan. Ölüdən diri, diridən isə ölü 

çıxararsan. İstədiyin şəxsə saysız-hesabsız ruzi verərsən".  

28. Mö’minlər mö’minləri buraxıb kafirləri dost tutmasınlar! Bunu edən (kafirləri özünə 

dost tutan) kəs Allahdan heç bir şey gözləməsin (onun Allah dərgahında heç bir qədir-

qiyməti olmaz). Ancaq onlardan gələ biləcək bir təhlükədən qorxmanız (çəkinməniz) 

müstəsnadır. Allah sizi Öz əzabından çəkindirir. Axır dönüş Allaha tərəfdir! (Hamı 

Allahın hüzuruna qayıdacaqdır!)  

29. (Ya Rəsulum!) De: "Ürəklərinizdəkini gizli də saxlasanız, aşkara da çıxartsanız (fərqi 

yoxdur), Allah onu bilir. Çünki O, göylərdə və yerdə nə varsa (hamısını) bilir. Allah hər 

şeyə qadirdir!  

30. O gün (qiyamət günü) hər kəs etdiyi yaxşı və pis əməlləri qarşısında hazır görəcək 

və günahları ilə özü arasında çox uzaq məsafə olmasını arzulayacaqdır. Allah sizi Öz 

əzabından çəkindirir, çünki Allah bəndələrə (Öz bəndələrinə) mərhəmətlidir!"  

31. (Ya Rəsulum!) De: "Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da 

sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!"  

32. Söylə: "Allaha və Peyğəmbərə (Onun Peyğəmbərinə) itaət edin! Əgər üz 

döndərərsinizsə, şübhəsiz ki, Allah da kafirləri (haqdan üz çevirənləri) sevməz!"  

33. Allah Adəmi, Nuhu, İbrahim övladını və İmran ailəsini aləmlər (məxluqat, insanlar, 

bəşər övladı) üzərində seçilmiş (üstün) etdi.  

34. Onlar biri digərindən törəmiş bir nəsil idilər. Allah eşidəndir, biləndir!  

35. (Ya Rəsulum!) İmranın zövcəsinin (Hənnənin): "Ey Rəbbim, bətnimdəkini Sənə 

xidmətkar (qul) olmaq üçün nəzir edirəm. (Bu nəziri) məndən qəbul et! Əlbəttə, Sən 

eşidənsən, bilənsən!" - dediyini xatırla!  

36. Onu (bətnindəkini) doğduğu zaman: "Ey Rəbbim! Mən qız doğdum", - söylədi. 

Halbuki, Allah onun nə doğduğunu və oğlanın qiz kimi olmadığını yaxşı bilirdi. 

(Hənnə: ) "Mən onun adını Məryəm qoydum, onu və onun nəslini məl’un (daşqalaq 

olunmuş) Şeytandan (Şeytanın şərindən) Sənə tapşırıram" (dedi).  




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

46 



37. Belə olduqda, Rəbbi (Məryəmi) yaxşı qəbul etdi, onu gözəl bir fidan kimi böyütdü 

və Zəkəriyyaya tapşırdı. Zəkəriyya hər dəfə (Məryəmin) ibadət etdiyi mehraba 

girdikdə, onun yanında bir ruzi olduğunu görərdi. ( Zəkəriyya: ) "Ya Məryəm, bunlar 

sənin üçün haradandır?" - dedikdə, o: "Allah tərəfindəndir!" - deyə cavab verərdi. 

Həqiqətən, Allah istədiyi şəxsə hədsiz ruzi verər!  

38. (O zaman) Zəkəriyya Rəbbinə dua edərək dedi: "Ey Rəbbim! Mənə də Öz tərəfindən 

pak bir övlad bəxş et! Sən, həqiqətən, duaları eşidənsən!"  

39. (Zəkəriyya) mehrabda (ibadətgahda) ayaq üstə durub namaz qılarkən mələklər ona 

müraciət edib dedilər: "Allah sənə Özü tərəfindən gələn kəlməni (İsanı) təsdiq edən, 

(tayfasını) ağa, nəfsinə hakim və əməlisalehlər zümrəsindən bir peyğəmbər olacaq 

Yəhyanın (dünyaya gələcəyi) xəbərini müjdə verir".  

40. (Zəkəriyya: ) "Ey Rəbbim, üzərimə qocalıq çökdüyü və zövcəm qısır (doğmayan) 

olduğu halda, mənim necə oğlum ola bilər? " - söylədi. (Allah isə: ) " (Bəli) dediyin 

kimidir, (lakin) Allah nə istəsə, onu da edər", - deyə buyurdu.  

41. (Zəkəriyya: ) "Ey Rəbbim! Mənə (zövcəmin hamilə olduğu vaxtı bilmək üçün) bir 

nişanə göstər", - dedikdə, (Allah: ) "Sənin nişanən üç günün ərzində adamlarla yalnız 

işarə ilə (əl, baş və gözlə) danışmaq olacaqdır. O vəziyyətdə belə Rəbbini çox yada sal 

(zikr et) və səhər-axşam şə’ninə tə’riflər deyib şükür et!" buyurdu.  

42. (Ya Peyğəmbər!) Xatırla ki, bir zamanlar mələklər belə demişdilər: "Ya Məryəm, 

həqiqətən, Allah səni seçmiş, (eyiblərdən) təmizləmiş, (cəmi) aləmlərin (bütün 

dünyanın) qadınlarından üstün tutmuşdur.  

43. Ya Məryəm, öz Rəbbinə itaət et, səcdəyə qapan və rüku edənlərlə birlikdə rüku et! 

(Namaz qılanlarla bir yerdə namaz qıl!)"  

44. (Ya Rəsulum!) Bunlar qeyb xəbərlərindəndir ki, vəhy ilə sənə bildiririk. Onlar: 

"Məryəmi kim öz himayəsinə alacaq?" - deyə, qələmlərini (suya) atdıqları və bir-birilə 

mübahisə etdikləri zaman sən ki onların yanında deyildin.  

45. Mələklər dedilər: "Ya Məryəm! Həqiqətən, Allah Öz tərəfindən bir kəlmə ilə sənə 

müjdə verir. Onun adı Məryəm oğlu İsa əl-Məsihdir ki, dünyada və axirətdə şanı uca 

(şərəfli) və (Allaha) yaxın olanlardandır.  

46. O, (həm) beşikdə ikən, (həm də) yaşa dolduqdan sonra insanlarla danışacaq və 

salehlərdən (xeyirli iş görən şəxslərdən) olacaqdır".  



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə