Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə7/192
tarix21.10.2017
ölçüsü4,35 Mb.
#6191
1   2   3   4   5   6   7   8   9   10   ...   192

Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

21 



göstərdiyi yoldur!" Əgər sənə gələn elmdən (vəhydən) sonra onların (nəfslərindən 

gələn) istəklərinə uysan, o zaman səni Allahdan (Allahın əzabından) qoruyacaq nə bir 

dost, nə də bir köməkçi tapılar.  

121. Verdiyimiz kitabı layiqincə (təhrif etmədən) oxuyanlar həmin kitaba iman 

gətirənlərdir, onu inkar edənlər (dəyişdirənlər) isə (dünyada və axirətdə) özlərinə zərər 

yetirənlərdir.  

122. Ey İsrail övladı! Sizə verdiyim ne’mətimi və sizi (əcdadınızı) aləmlər üzərinə 

(bütün ümmətlərə) üstün etdiyimi xatırlayın!  

123. Qorxun elə bir gündən ki, (o gün) heç kəs heç kəsin işinə yarıya bilməz (heç kəs heç 

kəs üçün bir şey ödəyə bilməz), heç kəsdən (gördüyü pis işlər müqabilində) əvəz (fidyə) 

qəbul edilməz, heç kəsin şəfaəti fayda verməz və (Allahın əzabından xilas olmaqda) 

onlara (günahkarlara) heç bir kömək də göstərilməz!  

124. (Ya Rəsulum!) Yadına sal ki, İbrahimi öz Rəbbi bir neçə sözlə (bə’zi əmrləri ilə) 

imtahana çəkdiyi zaman o, (Allahın əmrlərini) tamamilə yerinə yetirdi. (Belə olduqda 

Allah ona: ) "Səni insanlara imam (dini rəhbər, başçı) tə’yin edəcəyəm", -dedi. (İbrahim 

isə: ) "Nəslimdən necə?" - deyə soruşdu. (Allah onun cavabında: ) "(Sənin nəslindən 

olan) zalımlar mənim əhdimə (imamlığıma) nail olmazlar", -buyurdu.  

125. (Ya Rəsulum!) Yadına sal ki, Biz evi (Kə’bəni) insanlar üçün savab (ziyarətgah) və 

əmin-amanlıq yeri etdik. (Ey mö’minlər! Sizə də: ) "İbrahimin durduğu yeri (özünüzə) 

namazgah edin!" - (dedik). İbrahimə və İsmailə də: "Evimi (Kə’bəni) təvaf edənlər, 

orada qalıb həmişə ibadətdə olanlar, rüku və səcdə ilə namaz qılanlar üçün (bütlərdən) 

təmizləyin! - deyə tövsiyə etdik.  

126. Yadına sal ki, İbrahim; "Ey Rəbbim, buranı bəladan asudə (uzaq) bir şəhər et, 

əhalisinin Allaha və axirət gününə inananlarına cürbəcür meyvələrdən ruzi ver!"- deyə 

dua etdikdə, O (Allah) : "Kafir olanlara da bir qədər (ömürləri boyu) ruzi verərəm, lakin 

sonra da cəhənnəm əzabına düçar edərəm. Amma ora (Cəhənnəm) nə fəna bir yerdir!" - 

deyə buyurdu.  

127. Onu da yadına sal ki, İbrahim və İsmail evin (Kə’bənin) bünövrəsini ucaltdıqları 

zaman: "Ey Rəbbimiz! (Bu xeyirli işi) bizdən qəbul et, Sən, doğrudan da, (hər şeyi) 

eşidənsən, bilənsən!" - deyə dua etdilər.  

128. (İbrahim və İsmail dedilər: ) "Ey Rəbbimiz! Bizim hər ikimizi Sənə itaətkar 

(müsəlman), nəslimizdən yetişənləri Sənə təslim olan ümmət (müsəlman) et, bizə (həcc) 




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

22 



əməllərimizi (ibadət qaydalarımızı) göstər, tövbəmizi qəbul et! Həqiqətən, Sən tövbələri 

qəbul edənsən, mərhəmətlisən!"  

129. (Onlar yenə dedilər: ) "Ey Rəbbimiz! Onların (nəslimizin) içərisindən özlərinə elə 

bir peyğəmbər göndər ki, Sənin ayələrini (hökmlərini) onlara oxusun, (Sən göndərən) 

Kitabı (Qur’anı) və (oradakı) hikməti onlara öyrətsin, onları (günahlardan) təmizləsin! 

Həqiqətən, Sən yenilməz qüvvət, hikmət sahibisən".  

130. (Ya Rəsulum!) Özünü səfehliyə qoyanlardan başqa kim İbrahimin dinindən üz 

çevirər? Həqiqətən, Biz onu dünyada (peyğəmbərlik və Kə’bəni tə’mir etmə üçün) 

seçdik. Şübhə yoxdur ki, o, axirətdə də əməlisaleh olanlardandır.  

131. Rəbbi İbrahimə : "(Əmrimə) təslim ol!" - dedikdə, o: "Aləmlərin Rəbbinə təslim 

oldum (müsəlman oldum)!" - deyə cavab vermişdi.  

132. İbrahim və (sonra da) Yə’qub bunu (müsəlman olmağı) öz oğlanlarına vəsiyyət 

edib (hər biri dedi) : "Ey oğlanlarım, həqiqətən, Allah sizin üçün (belə bir) din (islam 

dini) seçdi, siz də ancaq müsəlman olaraq ölməlisiniz!"  

133. (Ey yəhudilər!) Yoxsa Yə’qubun ölümü yetişdikdə siz onun yanında idiniz?! O: 

"Məndən sonra nəyə ibadət edəcəksiniz?" - deyə oğlanlarından soruşduğu zaman, 

onlar: "Sənin Allahına və ataların - İbrahimin, İsmailin və İshaqın Allahı olan tək Allaha 

təslim olacağıq (Ona ibadət edəcəyik)!"- dedilər.  

134. Onlar (İbrahim, Yə’qub və onlara tabe olanlar) bir camaat idilər ki, keçib getdilər. 

Onların etdikləri əməllər özlərinə, sizin etdiyiniz əməllər isə sizə aiddir. Onların 

əməlləri barəsində sizdən sorğu-sual olunmaz.  

135. (Yəhudilər və xaçpərəstlər müsəlmanlara: ) "Doğru yolu tapmaq üçün yəhudi, 

yaxud da xaçpərəst olun!" - deyirlər. (Ya Rəsulum!) Sən de: "Biz batildən haqqa tapınan 

(haqq yolda olan) İbrahim dinindəyik, çünki o, Allaha şərik qoşanlardan deyildi.  

136. (Ey mö’minlər, yəhudi və xaçpərəstlərin sizi öz dinlərinə də’vət etmələrinə cavab 

olaraq) belə deyin: "Biz Allaha, bizə nazil olana (Qur’ana), İbrahimə, İsmailə, İshaqa, 

Yə’quba və onun övladına (əl-əsbat) göndərilənlərə, Musaya və İsaya verilənlərə, Rəbbi 

tərəfindən (bütün) peyğəmbərlərə verilən şeylərə (mö’cüzələrə) inanmışıq. Onlardan 

heç birini digərindən ayırmırıq. Biz ancaq Allaha boyun əyən müsəlmanlarıq!"  

137. (Ey mö’minlər!) Əgər onlar da siz inandığınız kimi (Allaha) inanırlarsa, şübhəsiz 

ki, doğru yolu taparlar. Yox, əgər (imandan) üz döndərərlərsə, (sizə qarşı) ədavət 

bəsləmiş olarlar. (Ya Rəsulum! Belə olduqda sən onların düşmənçiliyindən qorxma!) 




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

23 



Allah sənə (tezliklə sənin intiqamını) onlardan (almağa) kifayət edər. O, (hər şeyi) 

eşidəndir, biləndir.  

138. (Ey mö’minlər, deyin: ) "(Biz) Allahın dinini (rəngini qəbul etdik). (Dini) Allahın 

dinindən daha gözəl olan kimdir?! Biz ancaq Ona ibadət edənlərik".  

139. (Ya Rəsulum! Kitab əhlinə de: ) "Siz Allah barəsində bizimlə mübahisəmi edirsiniz? 

Halbuki O həm bizim, həm də sizin Rəbbinizdir. Bizim əməllərimiz bizə, sizin 

əməlləriniz isə sizə aiddir. Ona sadiq olan bizik!"  

140. Yoxsa siz İbrahimin, İshaqın, Yə’qubun və onun övladının (nəslinin) yəhudi və ya 

xaçpərəst olduqlarını iddia edirsiniz? Allah sizin nə etdiklərinizdən xəbərsiz deyildir.  

141. Onlar (İbrahim, Yə’qub və övladı) bir ümmət (camaat) idilər ki, keçib getdilər, 

onların qazandıqları (əməllər) özlərinə, sizinki isə özünüzə aiddir. Onların əməlləri 

haqda sizdən sorğu-sual olunmaz.  

142. (Mədinədəki yəhudi və münafiqlərdən) ağılsız adamlar deyəcəklər: 

"(Müsəlmanları əvvəlcə) üz tutduqları qiblədən (Beytülmüqəddəsdən) döndərən 

nədir?" (Ya Rəsulum! Onların cavabında) de: "Şərq də, Qərb də Allahındır. O, istədiyi 

şəxsi doğru yola yönəldər".  

143. (Ey müsəlmanlar!) Beləliklə də, sizi (ədalətli və seçilmiş) bir ümmət etdik ki, 

insanların əməllərinə (qiyamətdə) şahid olasınız, Peyğəmbər də (Muhəmməd 

əleyhisəllam da) sizə şahid olsun. (Ya Rəsulum!) İndi yönəldiyin qibləni (Kə’bəni) 

yalnız Peyğəmbərə tabe olanlarla ondan üz çevirənləri bir-birindən ayırd etmək üçün 

(qiblə) tə’yin etdik. Bu, (qibləni Beytülmüqəddəsdən Kə’bəyə tərəf çevirmək) ağır 

görünsə də, ancaq Allahın doğru yola yönəltdiyi şəxslər üçün ağır deyildir. Allah sizin 

imanınızı (bundan əvvəl Beytülmüqəddəsə üz tutaraq qıldığınız namazlarınızı) əvəzsiz 

buraxmaz. Allah insanlara qarşı, əlbəttə, mehribandır, mərhəmətlidir.  

144. (Ya Rəsulum!) Biz sənin üzünün göyə tərəf çevrildiyini görürük, ona görə də səni 

razı olduğun qibləyə tərəf döndərəcəyik. İndi üzünü Məscidülhərama tərəf çevir! (Ey 

müsəlmanlar!) Harada olsanız (namaz vaxtı) üzünüzü oraya döndərin! Kitab 

verilmişlər bunun öz Rəbbi tərəfindən bir həqiqət olduğunu yaxşı bilirlər. Allah onların 

əməllərindən xəbərsiz deyildir.  

145. (Ya Rəsulum!) Sən kitab əhlinə hər cür dəlil gətisən də, onlar sənin qiblənə tabe 

olmazlar. Sən də onların qibləsinə tabe olan deyilsən. Hətta onlar özləri də bir-birinin 

qibləsinə üz tutmazlar. Əgər sənə gələn bu qədər elmdən sonra onların istədiyinə 

uysan, o zaman sən də, şübhəsiz ki, zalımlardan sayılarsan!  



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə