Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə4/192
tarix21.10.2017
ölçüsü4,35 Mb.
#6191
1   2   3   4   5   6   7   8   9   ...   192

Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

12 



37. (Nəhayət) Adəm rəbbindən (bə’zi xüsusi) kəlmələr öyrənərək (Həvva ilə birlikdə o 

kəlmələr vasitəsilə) tövbə etdi. Doğrudan da, O (Allah) tövbələri qəbul edəndir, 

mərhəmətlidir.  

38. Biz (onlara) dedik: "Hamınız buradan (yer üzünə) enin! Mənim tərəfimdən sizə bir 

hidayət (peyğəmbər və Kitab) gəldiyi zaman Mənim hidayətimə tabe olanlara (axirət 

əzabından) heç bir qorxu yoxdur və onlar (qiyamətdə) qəmgin olmazlar".  

39. Kafir olaraq ayələrimizi təkzib edənlər isə cəhənnəmlikdirlər, onlar orada (atəş 

içində) əbədi qalacaqlar.  

40. Ey İsrail oğulları! Sizə bəxş etdiyim ne’mətimi xatırlayın, (Tövratda axirüzzəman 

peyğəmbər barəsindəki) buyurduğumu yerinə yetirin ki, Mən də sizinlə (sizi Cənnətə 

varid etmək barəsində) olan əhdə vəfa edim. Yalnız Məndən qorxun!  

41. Sizin əlinizdəkini (Tövratı) təsdiqləyici kimi göndərdiyimə (Qur’ana) iman gətirin! 

Onu inkar edənlərin əvvəlincisi siz olmayın! Mənim ayələrimi (Tövratdakı hökmlərimi) 

ucuz qiymətə (dəyərsiz dünya malına) satmayın və ancaq Məndən qorxun!  

42. Siz bilə-bilə haqqı batillə qarışdırmayın, haqqı gizlətməyin!  

43. (Müsəlmanların namazı kimi) namaz qılın, zəkat verin və rüku edənlərlə birlikdə 

rüku edin!  

44. Siz insanlara yaxşı işlər görmələrini əmr etdiyiniz halda, özünüzü unudursunuz? 

Halbuki özünüz kitab (Tövrat) oxuyursunuz. Məgər (çirkin əməllərinizi) başa 

düşmürsünüz?  

45. (Müsibət vaxtında) səbr etmək və namaz qılmaqla (Allahdan) kömək diləyin! Bu, 

ağır iş olsa da, (Allaha) itaət edənlər üçün ağır deyildir.  

46. Belə kimsələr Rəbbinin mərhəmətinə qovuşacaqlarını və axırda Onun hüzuruna 

qayıdacaqlarını bilirlər.  

47. Ey İsrail övladı! Sizə bəxş etdiyim ne’mətimi və sizi (vaxtilə əcdadınızı) bütün 

aləmlərdən (başqa insanlardan) üstün tutduğumu yadınıza salın!  

48. Qorxun o gündən ki, (Allahın izni və köməyi olmayınca) heç kəs heç kəsin karına 

gələ bilməsin (heç kəs heç kəsə öz əməlindən bir şey verə bilməsin), heç kəsdən şəfaət 

(bu və ya digər şəxsin günahlarının bağışlanması barəsində xahiş, iltimas) qəbul 



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

13 



olunmasın, heç kəsdən (günahlarının təmizlənib əzabdan xilas olması üçün) fidyə 

(əvəz) alınmasın və onlara (günahkarlara) heç bir kömək göstərilə bilməsin!  

49. (Ey İsrail oğulları! Yadınıza gətirin o vaxtı ki) Fir’on əhli sizə (babalarınıza) ən ağır 

işgəncələr verdikləri, oğlan uşaqlarınızı boğazlayıb, qadınlarınızı (kəniz etmək 

məqsədilə) sağ buraxdıqları zaman Biz sizi onların əlindən xilas etdik. Bunlarda (sizdən 

ötrü) Rəbbiniz tərəfindən böyük bir imtahan var idi.  

50. (Yadınıza salın ki) Biz sizdən ötrü dənizi yarıb sizə nicat verdik və Fir’onun 

adamlarını siz baxa-baxa suda qərq etdik.  

51. (Bir daha) xatirənizə gətirin ki, Biz Musaya (Tur dağında vəhy üçün) qırx gecəlik 

və’də vermişdik. (O, Tur dağına gedəndən) sonra siz buzovu özünüzə (tanrı) qəbul 

etdiniz və (bu hərəkətinizlə Alladan başqasına ibadət etməklə) zalım oldunuz (özünüzə 

zülm etdiniz).  

52. Sonra da (tövbə etdiyinizə görə) sizi əfv etdik ki, bəlkə, şükür edəsiniz.  

53. (Yadınıza salın!) Biz Musaya kitab (Tövrat) və (haqq ilə batili bir-birindən 

fərqləndirən) Furqan verdik ki, bəlkə, siz doğru yola yönələsiniz.  

54. O vaxtı da xatırlayın ki, Musa öz qövmünə: "Ey qövmüm, siz buzova sitayiş 

etməklə, həqiqətən, özünüzə zülm etdiniz. Buna görə də yaradanınıza tərəf üz tutaraq 

tövbə edin, özünüzü (buzovu tanrı bilən adamlarınızı) öldürün! Belə etməniz 

yaradanınızın yanında sizin üçün xeyirlidir! "- demişdi və Allah da tövbənizi qəbul 

etmişdi. Əlbəttə, O, tövbələri qəbul edəndir, bağışlayandır.  

55. (Və yadınıza salın ki) siz: "Ya Musa, Allahı aşkar surətdə görməyincə, heç vaxt sənə 

inanmayacağıq",- dediyiniz zaman gözünüz görə- görə sizi ildırım vurmuşdu.  

56. Bəlkə, şükür edəsiniz deyə, biz sizi ölümünüzdən sonra yenidən diriltdik.  

57. (Yadınıza salın ki, Tih səhrasında yaşadığınız zaman) üstünüzə buludla kölgə saldıq 

və: "Ruzi olaraq verdiyimiz halal şeylərdən yeyin!" (deyərək) sizə qüdrət halvası və 

bildirçin göndərdik. Onlar (əcdadınız) isə (itaətdən boyun qaçırmaqla) Bizə deyil, ancaq 

özlərinə zülm etmiş oldular.  

58. Xatırlayın ki, (Tih səhrasından çıxandan sonra ) sizə: "Bu kəndə girin, bəyəndiyiniz 

yerdə, istədiyiniz şeyləri rahatlıqla yeyin və buranın qapısından (Allaha) səcdə edən 

halda "hittə!" ("bizi bağışla!") söyləyərək daxil olun, Biz də günahlarınızı bağışlarıq. Biz 

yaxşı əməl edənlərin savabını (mükafatını) artıracağıq", -demişdik.  



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

14 



59. (Özlərinə) zülm edənlər onlara deyilən (əmr olunan) sözü başqası ilə dəyişdirdilər 

("bizi bağışla" mə’nasında işlədilən "hittə" sözünə gülərək onu "buğda" mə’nasında olan 

"hintə" sözü ilə əvəz etdilər). Biz də o zalımlara etdikləri haqsızlığa görə göydən şiddətli 

əzab göndərdik.  

60. Yadınıza salın ki, Musa öz qövmü üçün su istədikdə, Biz ona: "Əsanı daşa vur!" -

dedik. (O, əsanı daşa vuran kimi) ondan (daşdan) on iki çeşmə fışqırdı, hər kəs öz 

çeşməsini tanıdı. (Sonra onlara: ) "Allahın verdiyi ruzidən yeyin-için, fəqət yer üzündə 

öz həddinizi aşaraq fəsad törətməyin!" (söylədik).  

61. Xatırlayın ki, siz (müəyyən müddət səhrada qalmalı olduğunuz zaman): "Ya Musa! 

Biz (hər gün yediyimiz) eyni təama (qüdrət halvasından və bildirçin ətindən ibarət olan 

yeməyə) heç vaxt dözməyəcəyik! Rəbbinə dua et ki, bizim üçün torpağın bitirdiyi 

şeylərdən tərəvəzindən, sarımsağından, mərciməyindən və soğanından yetirsin! - 

dediniz. (Musa da cavabında : ) "Siz xeyirli olan şeyləri bu cür alçaq şeylərlə 

dəyişdirmək istəyirsiniz? (O halda) şəhərlərdən birinə gedin, istədiyinizi orada 

taparsınız!" - demişdi. Onlara zəlillik, miskinlik damğası vuruldu və Allahın qəzəbinə 

düçar oldular. Bu (cəza) onların Allahın ayələrini inkar etdiklərinə və (Zəkəriyya, 

Yəhya və Şüeyb kimi) peyğəmbərləri haqsız yerə öldürdüklərinə görə idi. Bu onların 

(Allaha) asi olduqlarına və həddi aşdıqlarına (Allahın əmrlərini pozduqlarına) görə idi.  

62. İman gətirənlərdən (müsəlmanlardan), musavi (yəhudi), isəvi (xristian) və 

sabiilərdən Allaha, axirət gününə (sədaqətlə) inanıb yaxşı iş görənlərin mükafatları 

Rəbbinin yanındadır. (Qiyamət günü) onların nə bir qorxusu olar, nə də onlar bir qəm-

qüssə görərlər.  

63. (Ey İsrail oğulları!) Sizdən əhd-peyman aldığımızı və Tur dağını başınızın üzərinə 

qaldırdığımızı xatırlayın! (Biz: ) "Sizə göndərdiyimizi (Tövratı) möhkəm tutun, 

içindəkiləri unutmayın ki, bəlkə, pis əməllərdən çəkinəsiniz" - (deyə əmr etmişdik).  

64. Bundan sonra siz (əhdinizdən) döndünüz (əvvəlcə əməl etdiyiniz Tövrata sonra 

əməl etmədiniz). Əgər sizə Allahın yazığı və rəhmi gəlməsəydi (tövbə etmək üçün 

möhlət verilməsəydi), əlbəttə, (böyük) zərər çəkənlərdən olardınız.  

65. Həqiqətdə siz bilirsiniz ki, içərinizdən bə’zi kəslər şənbə günü (Davud zamanında 

şənbə günü balıq ovunun qadağan edilməsi) haqqında olan əmrdən kənara çıxdılar. Biz 

də onlara: "(Zəlil və) həqir meymunlar olun!" - dedik.  

66. Biz bunu onlarla bir dövrdə yaşayanlar və sonradan gələnlər üçün ibrət və 

müttəqilərdən ötrü nəsihət olsun deyə etdik.  



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə