Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə3/192
tarix21.10.2017
ölçüsü4,35 Mb.
#6191
1   2   3   4   5   6   7   8   9   ...   192

Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 



8. İnsanlar içərisində elələri də vardır ki, iman gətirmədikləri halda: "Biz Allaha və 

qiyamət gününə iman gətirdik", -deyirlər.  

9. Onlar elə güman edirlər ki, (qəlblərində olan küfrü gizlətməklə) Allahı və mö’minləri 

aldadırlar. Bilmirlər ki, əslində ancaq özlərini aldadırlar.  

10. Onlar ürəyində mərəz (nifaq və həsəd mərəzi) var. Allah onların (şəkk, kin və nifiq) 

mərəzini daha da artırar. Yalan dedikləri üçün onlar şiddətli bir əzaba düçar olacaqlar!  

11. Onlara: "Yer üzündə (küfr və günah işlədərək, mö’minləri aldadaraq) fəsad 

törətməyin!"-dedikdə: "Bizim işimiz ancaq yaxşılıq etməkdir", -deyə cavab verirlər.  

12. Bilin ki, onlar fəsad törədəndirlər, lakin (bunu) dərk etmirlər.  

13. Onlara: "Başqaları (mühacir və ənsar) iman gətirdikləri kimi siz də iman gətirin!" -

deyildiyi zaman (öz aralarında): "Biz də səfehlər (ağılsızlar) kimi iman gətirək?" -deyə 

cavab verirlər. (Ey mö’minlər!) Agah olun ki, səfeh onların özləridir, lakin (bunu) 

bilmirlər.  

14. Onlar mö’minlərlə qarşılaşdıqları zaman: "Biz də (sizin kimi) iman gətirdik",-

deyirlər. Halbuki öz şeytanları ilə (onları aldadan dostları ilə) təkbətək qalanda: "Biz də 

sizinləyik, biz ancaq (mö’minlərə) istehza edirik",-deyirlər.  

15. (Belə əməllərin müqabilində) Allah da onlara (dünya va axirətdə) istehza edər və 

(dünyada) onlara o qədər möhlət verər ki, öz zəlalətləri icində şaşqın (və sərgərdan) 

qalarlar. (Və ya: Allah da onlara istehza edər və onları öz zəlalətləri, tüğyanları içində 

saxlayar).  

16. Onlar doğru yol əvəzində əyri yolu satın almış kəslərdir. Onların alveri xeyir 

getirmədi və haqq yolu da tapmadılar.  

17. Onların (münafiqlərin) halı (qaranlıq gecədə) od yandıran şəxsin halına bənzər. Od 

(yanıb) ətrafındakıları işıqlandırdığı zaman Allah onların işıgını keçirər və özlərini 

zülmət içərisində qoyar, (artıq heç nə) görməzlər.  

18. Onlar kar, lal və kordurlar (haqqı eşitməz, danışmaz və görməzlər). Buna görə də 

(öz pis adətlərindən, yaramaz əməllərindən) dönməzlər.  

19. Yaxud (o münafiqlər) qaranlıqlarda göy gurultusu və şimşəklə səmadan şiddətlə 

yağan yağışa düşmüş kimsələrə bənzərlər ki, ildırımın səsindən ölmək qorxusu ilə 



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

10 



barmaqlarını qulaqlarına tıxayarlar. Halbuki Allah kafirləri (Öz elmi, qüdrəti ilə) ehtiva 

edəndir (Onun əlindən əsla qaçıb qurtara bilməzlər).  

20. İldırımın çaxması az qalır ki, onların gözlərinin işığını alsın (onları kor etsin). 

(Şimşək) onlara işıq verdiyi zaman (onun şüası ilə) yeriyirlər, üzərlərinə qaranlıq 

çökdükdə isə (olduqları yerdə) dayanıb dururlar. Əgər Allah istəsəydi, onların 

qulaqlarını və gözlərini əllərindən alardı. Həqiqətən, Allah hər şeyə qadirdir.  

21. Ey insanlar! Sizi və sizdən əvvəlkiləri yaratmış Rəbbinizə ibadət edin ki, müttəqi 

olasınız! (Allahdan qorxub pis əməllərdən çəkinəsiniz!)  

22. O Allah ki, sizin üçün yer üzünü döşədi, göyü isə tavan yaratdı, göydən yağmur 

endirdi və onun vasitəsilə sizin üçün müxtəlif meyvələrdən ruzilər yetişdirdi. İndi siz 

də Allaha (Onun heç bir oxşarı və bənzəri olmadığını) bilə-bilə şəriklər qoşmayın!  

23. Əgər bəndəmizə (Muhəmmədə) nazil etdiyimizə (Qur’ana) şəkkiniz varsa, siz də 

(fəsahətdə və bəlağətdə) ona bənzər bir surə gətirin və əgər ("bu, bəşər kəlamıdır" 

sözünü) doğru deyirsinizsə, onda Allahdan savayı (bütün) şahidlərinizi (bütlərinizi, 

şair və alimlərinizi bu işdə köməyə) çağırın!  

24. Madam ki, bele bir işi bacarmırsınız, heç bacara da bilməzsiniz, o halda kafirlər üçün 

hazırlanmış, yanacağı (günahkar) insanlardan və kibrit daşlarından ibarət olan oddan 

(Cəhənnəmdən) həzər edin!  

25. (Ya Peyğəmbər!) İman gətirən və yaxşı işlər görən kimsələrə müjdə ver: onlar üçün 

(ağacları) altından çaylar axan cənnətlər (bağlar) vardır. (O cənnətlərin) meyvələrindən 

bir ruzi yedikləri zaman: "Bu bizim əvvəlcə (dünya evində) yediyimiz ruzidir",- 

deyəcəklər. Əslində isə bu (ruzi, meyvələr) onlara (dünyadakılara zahirən) bənzər 

olaraq verilmişdir. Onlardan ötrü orada (hər cəhətdən) pak (olan) zövcələr də var. 

Onlar (mö’minlər) orada əbədi qalacaqlar.  

26. Əlbətdə, Allah (Qur’anda) ağcaqanadı və ya ondan daha böyüyünü misal 

gətirməkdən çəkinməz. İman gətirənlər bunun öz Rəbbi tərəfindən bir həqiqət 

olduğunu bilirlər, kafirlər isə: "Allah bu məsəllə nə demək istəyir?"-deyirlər. Allah 

bununla (bu məsəllə) bir çoxlarını zəlalətə salır, bir çoxlarını isə doğru yola yönəldir. 

Allah yalnız fasiqləri zəlalətə düçar edir.  

27. O kəslər ki, Allahla (Ona iman gətirmək və itaət etmək barəsində) əhd bağladıqdan 

sonra onu pozur, Allahın birləşdirilməsini buyuduğu şeyləri parçalayır (mö’minlərlə 

dostluğu, qohum-əqrəba ilə əlaqələri kəsir) və yer üzündə fitnə-fəsad törədirlər. Məhz 

belələri (dünyada və axirətdə) ziyana uğrayanlardır!  



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

11 



28. Allahı necə inkar edirsiniz ki, siz ölü idiniz, O sizi diriltdi. O sizi (əcəliniz gəldikcə) 

yenə öldürəcək, sonra (qiyamətdə) yenə də dirildəcək və daha sonra siz (əməllərinizin 

haqq-hesabı çəkilmək üçün) Ona tərəf (Onun hüzuruna) qaytarılacaqsınız.  

29. Yer üzündə nə varsa, hamısını sizin üçün yaradan, sonra səmaya üz tutaraq onu 

yeddi qat göy halında düzəldib nizama salan Odur (Allahdır)! O, hər şeyi biləndir!  

30. (Ya Rəsulum!) Sənin Rəbbin mələklərə: "Mən yer üzündə bir xəlifə (canişin) 

yaradacağam", - dedikdə (mələklər): "Biz Sənə şükür etdiyimiz, şə’ninə tə’riflər 

dediyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada (yer üzündə) fəsad 

törədəcək və qan tökəcək bir kəsmi yaratmaq istəyirsən?"- söylədilər. (Allah onlara: ) " 

Mən bildiyim şeyi siz bilmirsiniz!" - buyurdu.  

31. (Allah Adəmi yaratdıqdan sonra) Adəmə bütün şeylərin adlarını (ismlərini) öyrətdi. 

Sonra onları (həmin şeyləri) mələklərə göstərərək: "(İddianızda) doğrusunuzsa, 

bunların adlarını Mənə bildirin!"- dedi.  

32. Onlar: "Sən paksan, müqəddəssən! (Bütün eyib və nöqsanlardan kənarsan!) Sənin 

bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik. (Hər şeyi) bilən Sən, hikmət sahibi 

Sənsən", - dedilər.  

33. (Sonra) O: "Ey Adəm, bunların (kainatda mövcud olan əşyanın) adlarını onlara 

bildir!"- dedi. (Adəm) onlara (mələklərə) bunların adlarını xəbər verdikdə (Allah): "Mən 

sizə, göylərin və yerin gözə görünməyən sirlərini və sizin gizlində - aşkarda nə 

etdiyinizi bilirəm, söyləmədimmi?" - buyurdu.  

34. (Ya Peyğəmbər!) Biz mələklərə: "Adəmə səcdə edin! - dedikdə İblisdən başqa 

(hamısı) səcdə etdi. (Yalnız) o, lovğalanaraq (səcdə etməkdən) imtina etdi və kafirlərdən 

oldu.  

35. (Sonra) Biz (Adəmə) dedik: "Ey Adəm, sən zövcənlə (Həvva ilə) Cənnətdə qal və hər 



ikiniz oradakı meyvələrdən, istədiyiniz kimi, bol-bol yeyin, yalnız bu ağaca (buğdaya) 

yaxın gəlməyin! Yoxsa (özünüzə) zülm edənlərdən olarsınız".  

36. (Lakin) Şeytan onları azdırıb (buğdadan yedizdirməklə ne’mətlər içində) olduqları 

yerdən uzaqlaşdırdı. Biz də (Adəmə, Həvvaya və Şeytana): "Bir-birinizə düşmən 

kəsilərək (buradan kənar olub yer üzünə) enin! Yerdə sizin üçün müəyyən vaxta qədər 

(ömrünüzün axırınadək) sığinacaq və yaşayış (dolanacaq) vasitələri var",-dedik.  




Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə