Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə26/192
tarix21.10.2017
ölçüsü4,35 Mb.
#6191
1   ...   22   23   24   25   26   27   28   29   ...   192

Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

76 



109. (Ey xainləri müdafiə edənlər!) Budur, siz dünyada onlardan ötru (onların xeyrinə) 

mübahisə etdiniz, bəs qiyamət günü kim onlardan ötrü Allahla mübahisə edəcəkdir? 

Yaxud onlara kim vəkil olacaqdır?  

110. Hər kəs pis iş gördükdən və ya özünə zülm etdikdən sonra Allahdan 

bağışlanmağını dilərsə, Allahın bağışlayan, mərhəmətli olduğunu görər.  

111. Hər kəs bir günah qazanarsa, mütləq o günahı özünün zərərinə qazanmış olar. 

Allah hər şeyi biləndir, hikmət sahibidir!  

112. Hər kəs bir xəta və ya günah edib onu günahsız bir adamın boynuna atarsa, 

şübhəsiz ki, öz boynuna böhtan və açıq-aşkar günah götürmüş olar (günah üstündən 

günah qazanar).  

113. (Ya Rəsulum!) Əgər sənə Allahın lütfü (mərhəməti) olmasa idi, əlbəttə, onların bir 

dəstəsi səni düz yoldan azdırmaq niyyətində olacaqdı. Halbuki onlar özlərindən 

qeyrisini azdıra bilməz və sənə də heç bir zərər verə bilməzlər. Çünki Allah sənə 

Qur’anı və hikməti nazil edərək bilmədiklərini öyrətdi. Allahın sənə lütfü böyükdür!  

114. Onların gizli söhbətlərinin çoxunda xeyir yoxdur. Xeyir ancaq sədəqə verməyi, 

yaxud yaxşılıq etməyi və ya insanlar arasında sülh yaratmağı əmr edən kimsənin 

söhbətindədir. Allahın razılığını qazanmaq üçün belə işlər görən kimsəyə (axirətdə) 

böyük mükafat verəcəyik!  

115. Hər kəs özünə doğru yol aşkar olandan sonra Peyğəmbərdən üz döndərib 

mö’minlərdən qeyrisinin yoluna uyarsa, onun istədiyi (özünün yönəldiyi) yola 

yönəldər və Cəhənnəmə varid edərik. Ora necə də pis yerdir.  

116. Allah Ona şərik qoşmağı əsla bağışlamaz. Bundan başqa olan günahları isə dilədiyi 

kimsə üçün bağışlar. Allaha şərik qoşan şəxs, şübhəsiz ki, (haqq yoldan) çox azmışdır.  

117. (Məkkə müşrikləri) Allahı qoyub yalnız qadın bütlərə (Lata, Mənata, Uzzəyə, 

Nailəyə) tapınır və yalnız asi (inadkar) Şeytana ibadət edirlər.  

118. Allah ona (Şeytana) lə’nət etdi (rəhmətindən kənar edib dərgahından qovdu). O isə 

dedi: "Əlbəttə, mən Sənin bəndələrindən müəyyən bir qismini ələ alacağam".  

119. Onları hökmən (doğru yoldan) sapdıracaq, (puç) xülyalara salacaq, heyvanlarının 

qulaqlarını kəsməyi və Allahın yaratdıqlarını dəyişdirməyi əmr edəcəyəm! Allahı atıb 

Şeytanı özünə dost tutun şəxs, əlbəttə, açıq-aşkar ziyana uğramışdır.  




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

77 



120. (Şeytan) onlara (müşriklərə) və’dlər verir, ürəklərində arzular oyadır. Lakin Şeytan 

onlara yalnız yalan və’dlər verir.  

121. Onların (Şeytana uyanların) yeri Cəhənnəmdir. Və oradan xilas olmağa çarə 

tapmazlar.  

122. İman gətirib yaxşı işlər görənləri isə, Biz (ağacları) altından çaylar axan cənnətlərə 

daxil edəcəyik. Allahın haqq olan və’di üzrə, onlar orada əbədi qalacaqlar. Allahdan 

daha doğru danışan kimdir?!  

123. Bu, (Cənnətə daxil olmaq) nə sizin, nə də kitab əhlinin arzusu ilə deyildir. Pislik 

edən şəxs, onun cəzasını görəcək və o, Allahdan başqa özünə nə bir dost, nə də bir 

imdada yetən tapacaqdır!  

124. Mö’min olmaqla bərabər, yaxşı işlər görən kişilər və qadınlar Cənnətə daxil olarlar. 

Onlara xurma çərdəyi qədər haqsızlıq edilməz!  

125. Yaxşı əməl sahibi olun ozünü Allaha təslim edən, İbrahimin hənif millətinə (dininə) 

tabe olan şəxsdən din e’tibarilə daha gözəl kim ola bilər? Həqiqətən, Allah İbrahimi 

(Özünə) dost tutmuşdur!  

126. Göylərdə və yerdə nə varsa, (hamısı) Allaha məxsusdur. Allah hər şeyi (elmi və 

qüdrətilə) ehtiva etmişdir.  

127. (Ya Rəsulum!) Səndən qadınlar barəsində fətva (əsasında hökm çıxarılan şər’i 

məsləhət) istəyirlər. De ki: "Onlar barəsində fətvanı sizə Allah və Kitabdan (Qur’andan) 

sizə oxunan (ayələr) verir. Onlar verilməsi vacib olanı (mirası) özlərinə verməyərək 

evlənmək istədiyiniz yetim qızlar (qadınlar) və aciz uşaqlar haqqında, həmçinin 

yetimlərlə ədalətlə rəftar etməniz barədə olan ayələrdir". Sizin etdiyiniz bütün xeyirli 

işləri, şübhəsiz ki, Allah bilir!  

128. Əgər bir qadın öz ərinin qaba rəftarından, yaxud ondan üz çevirməsindən 

qorxarsa, onların öz aralarında bir növ barışıb düzəlişmələrindən (ər-arvada) heç bir 

günah gəlməz. Çünki barışmaq daha xeyirlidir. Ancaq nəfslərdə xəsislik (qısqanclıq) 

həmişə mövcuddur. Əgər siz yaxşı dolanıb (dava-dalaşdan, kobud rəftardan) 

çəkinsəniz (bu sizin üçün daha yaxşı olar). Şübhəsiz ki, Allah ediyiniz hər bir işdən 

xəbərdardır!  

129. Siz nə qədər çox istəsəniz də, heç vaxt arvadlar arasında ədalətlə rəftar etməyi 

bacarmazsınız. Barı, (birisinə) tamamilə meyl göstərib, digərini asılı vəziyyətdə (nə ərli 

kimi ərli, nə də boşanmış kimi boşanmış) qoymayın. Əgər özünüzü islah edib (belə 




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

78 



hərəkətlərdən) çəkinsəniz (Allah sizi bağışlar). Həqiqətən, Allah bağışlayandır, rəhm 

edəndir!  

130. Əgər onlar (ər-arvad) bir-birindən ayrılacaq olsalar, Allah onların hər birini Öz 

geniş lütfü (kərəmi) ilə ehtiyacsız edər. Həqiqətən, Allah geniş lütf sahibi, hikmət 

sahibidir!  

131. Göylərdə və yerdə nə varsa, (hamısı) Allaha məxsusdur. (Ey müsəlmanlar!) Biz 

sizdən əvvəl kitab verilənlərə də, sizə də Allahdan qorxmanızı tövsiyə etdik. Əgər 

Allahı inkar etsəniz belə, (yenə də) göylərdə və yerdə nə varsa, (hamısı) Allahındır. 

Allah ehtiyacsızdır, (öz-özlüyündə) şükür olunmağa, (tə’rif olunmağa) layiqdir.  

132. Göylərdə və yerdə nə varsa, (hamısı) Allaha məxsusdur. Təkcə Allahın vəkil olması 

kifayət edər.  

133. Ey insanlar! Əgər O istərsə, sizi yox edər, (yerinizə) başqalarını gətirər. (İnsanları 

məhv edib əvəzində başqa bir məxluq yaradar). Allah buna qadirdir!  

134. Hər kəs dünya savabını (mükafatını) istərsə, (bilməlidir ki) dünyanın da, axirətin 

də mükafatları Allahın yanındadır. Allah eşidəndir, görəndir!  

135. Ey iman gətirənlər! (Şahidliyiniz) sizin özünüzün, ata-ananızın, yaxın 

qohumlarınızın əleyhinə olsa belə, ədalətdən möhkəm yapışan Allah şahidi olun! 

(Əleyhinə şahidlik edəcəyiniz şəxs) istər dövlətli, istər kasıb olsun, hər halda Allah 

onların hər ikisinə (sizdən) daha yaxındır. Nəfsinizin istəyinə uyub haqdan üz 

çevirməyin! Əgər dilinizi əyib büzsəniz və ya (doğru şəhadət verməkdən, yaxud 

ümumən şahidlikdən) boyun qaçırsanız, (bilin ki) Allah etdiyiniz işlərdən xəbərdardır!  

136. Ey iman gətirənlər! Allaha və Peyğəmbərinə, Onun Öz Peyğəmbərinə endirdiyi 

Kitaba (Qur’ana) və ondan əvvəl nazil etdiyi kitablara iman gətirin! Allaha, onun 

mələklərinə, kitablarına, peyğəmbərlərinə və axirət gününə inanmayan şəxs, şübhəsiz 

ki, (doğru yoldan) çox azmışdır.  

137. (Əvvəlcə) iman gətirib sonra kafir olan, sonra iman gətirib yenə kafir olan, sonra da 

küfrünü artıran kəsləri Allah heç vaxt bağışlayan və doğru yola yönəldən deyildir!  

138. (Ya Rəsulum!) Munafiqlərə müjdə ver ki, onlardan ötrü (axirətdə) şiddətli əzab var.  

139. O münafiqlər ki, mö’minləri qoyub kafirləri dost tuturlar. (İzzət və) qüdrəti onların 

yanındamı axtarırlar? Şübhəsiz ki, (izzət və) qüdrət tamamilə Allaha məxsusdur!  




Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə