Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə29/192
tarix21.10.2017
ölçüsü4,35 Mb.
#6191
1   ...   25   26   27   28   29   30   31   32   ...   192

Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

85 



9. Allah iman gətirib yaxşı işlər görənlərə onlara bağışlanma və böyük mükafat 

gözlədiyini və’d buyurmuşdur!  

10. Kafir olub ayələrimizi təkzib edənlər isə cəhənnəmlikdirlər!  

11. Ey iman gətirənlər! Allahın sizə olan lütfünü xatırlayın ki, (bir dəfə) bir tayfa 

(Məkkə müşriklərini və ya Bəni Sə’ləb qəbiləsi) sizə əl qaldırmaq (hücum etmək) 

niyyətində olduğu zaman Allah onlara maneçilik törətmişdi. Allahdan qorxun. 

Mö’minlər yalnız Allaha təvəkkül etsinlər!  

12. Allah İsrail oğullarından əhd almışdı. Biz onlardan (özlərinə) on iki nəzarətçi (vəkil) 

göndərmişdik. Allah buyurmuşdu: "Mən sizinləyəm. Əgər namaz qılsanız, zəkat 

versəniz, peyğəmbərlərimə iman gətirib onlara kömək etsəniz, Allaha (Allah yolunda) 

gözəl bir borc (sədəqə) versəniz, əlbəttə, günahlarınızın üstünü örtər və sizi (ağacları) 

altından çaylar axan cənnətlərə daxil edərəm. Lakin bundan sonra sizdən hər kəs (əhdi 

pozaraq) küfr edərsə, o artıq doğru yoldan azmış olar!"  

13. Sonra əhdlərini pozduqları üçün onları lə’nətlədik və ürəklərini sərtləşdirdik. Onlar 

sözlərin (Tövratda peyğəmbərin vəsfinə dair kəlmələrin və bə’zi başqa ayələrin) 

yerlərini dəyişib təhrif edir və xəbərdar edildikləri şeylərin bir hissəsini (Muhəmməd 

peyğəmbərə iman gətirməyi) unudurlar. Onların az bir qismi müstəsna olmaqla, sən 

onlardan həmişə xəyanət görəcəksən. Bununla belə, onları bağışla, ğünahlarından keç. 

Şübhəsiz ki, Allah yaxşılıq edənləri sevər!  

14. "Biz xaçpərəstik", - deyənlərdən də əhd almışdıq. Sonra onlar xəbərdar olunduqları 

şeylərin bir hissəsini (Muhəmməd peyğəmbərə iman gətirməyi) unutdular. Biz də 

aralarına qiyamət gününə qədər davam edəcək ədavət və kin saldıq. Allah onlara 

gördükləri işlər barəsində xəbər verəcəkdir!  

15. Ey kitab əhli! Sizə kitabda (Tövratda və İncildə) gizlətdiyiniz şeylərin bir çoxunu 

bildirən, bir çoxunu da sizə bağışlayıb üstünü vurmayan (və ya sizdən bir çoxunu 

bağışlayan) Peyğəmbərimiz gəldi. Artıq Allah tərəfindən sizə bir nur və açıq-aydın bir 

Kitab (Qur’an) gəldi.  

16. Allah Öz lütfünə sığınanları onunla (Peyğəmbər və Qur’an vasitəsilə) əmin-amanlıq 

(sülh) yollarına yönəldər, onları öz iznilə zülmətdən nura çıxarar və düz yola 

istiqamətləndirər!  

17. "Allah Məryəm oğlu Məsihdir", - deyənlər, şübhəsiz ki, kafir oldular. (Onlara) de: 

"Əgər Allah Məryəm oğlu Məsihi, anasını və yer üzündə olanların hamısını məhv 

etmək istəsə, (bu işdə) kim Ona bir şeylə mane ola bilər? Göylərin, yerlərin və onların 



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

86 



arasında olan hər bir şeyin ixtiyarı Allahın əlindədir. O, istədiyini yaradar, Allah hər 

şeyə qadirdir!  

18. Yəhudilər və xaçpərəstlər dedilər: "Biz Allahın oğulları və sevimliləriyik". (Onlara) 

de: "Bəs onda Allah nə üçün günahlarınıza görə sizə əzab verir?" Xeyr, siz də Onun 

yaratdığı bir bəşərsiniz. (Allah) istədiyini bağışlar, istədiyinə əzab verər. Göylərin, yerin 

və onların arasında olan hər bir şeyin ixtiyarı Allahın əlindədir və axır dönüş də Onun 

hüzurunadır!  

19. Ey kitab əhli! Peyğəmbərlərin ardı-arası kəsildiyi bir dövrdə: "Bizə nə bir (Cənnətlə) 

müjdə verən, nə də bir (cəhənnəm əzabı ilə) qorxudan kimsə gəldi", - deməməyiniz 

üçün sizə Peyğəmbərimiz (Muhəmməd) gəldi. Artıq sizə müjdə verən və qorxudan 

(xəbərdarlıq edən) şəxs gəlmişdir. Allah hər şeyə qadirdir!  

20. Bir zaman Musa öz camaatına belə demişdi: "Ey camaatım, Allahın sizə olan 

ne’mətini xatırlayın ki, sizdən peyğəmbərlər göndərdi, padşahlar tə’yin etdi və 

aləmlərdən (bəşər övladından) heç birinə vermədiyini sizə verdi.  

21. Ey camaatım! Allahın sizin üçün əzəldən (vətən) müəyyən etdiyi müqəddəs torpağa 

(Beytülmüqəddəs və ya Şama) daxil olun, məyin (düşməndən qorxub qaçmayın və ya 

dininizdən dönməyin), yoxsa zərər çəkmiş halda ərsiniz.  

22. Onlar dedilər: "Ya Musa, orada nəhəng (qüvvətli) adamlar (Ad qövmünə mənsub 

Əmaliqə tayfası) vardır. Onlar oradan çıxmayınca bir ora girməyəcəyik. Əgər onlar 

oradan çıxsalar, biz ora daxil olarıq".  

23. (Allahdan) qorxanlardan Allahın ne’mət verdiyi iki nəfər dedi: "Onların üstünə 

(qəflətən) qapıdan (yaşadıqları şəhərin qapısından) girin. Əgər (qapıdan) girsəniz, 

onlara mütləq qələbə çalarsanız. Əgər mö’minsinizsə, Allaha təvəkkül edin!"  

24. (İsrail oğulları) dedilər: "Ey Musa, nə qədər ki, onlar oradadırlar, biz ora 

girməyəcəyik. Sən və Rəbbin gedib onlarla vuruşun. Biz isə burada oturacağıq".  

25. (Musa) dedi: "Ey Rəbbim! Mənim yalnız özümə və qardaşıma (Haruna) gücüm çatar 

(sözüm keçər). Sən bizi bu günahkar və azğın camaatdan ayır!"  

26. (Allah Musaya) buyurdu: "Artıq ora (müqəddəs torpaq) qırx il müddətinə onlara 

haram edildi. Onlar olduqları yerdə (Tih səhrasında) sərgərdan gəzib dolaşacaqlar. O 

günahkar (və azğın) camaatın halına acıma!"  




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

87 



27. (Ya Rəsulum!) Onlara Adəmin iki oğlunun əhvalatını olduğu kimi söylə. Onlar 

qurban gətirdikləri zaman birinin qurbanı qəbul edilmiş, digərininki isə qəbul 

olunmamışdı. (Qurbanı qəbul olunmayan Qabil qardaşı Habilə) demişdi: "Səni mütləq 

öldürəcəyəm! (Habil ona) belə cavab vermişdi: "Allah yalnız müttəqilərdən (qurban) 

qəbul edər!  

28. Sən məni öldürməkdən ötrü mənə əl qaldırsanda, mən səni öldürmək üçün sənə əl 

qaldıran deyiləm. Mən aləmlərin Rəbbi olan Allahdan qorxuram.  

29. Mən istəyirəm ki, sən (məni öldürməklə) mənim də günahımı öz günahınla birlikdə 

üstünə götürəsən və beləliklə də, Cəhənnəm sakinlərindən olasan. Zalimlərin cəzası 

budur!"  

30. Nəfsi onu (Qabili) qardaşını öldürməyə sövq etdi, onu (Habili) öldürdü və bununla 

da zərərçəkənlərdən oldu.  

31. Sonra Allah qardaşının cəsədini necə basdırmağı ona göstərmək üçün yer eşən bir 

qarğa göndərdi. (Qabil) dedi: "Vay halıma! (Gör nə günə qalmışam!) Bu qarğa qədər 

olub qardaşımın cəsədini də basdıra bilmərəm?" O, artıq peşman olmuşdu.  

32. Buna görə də İsrail oğullarına (Tövratda) yazıb hökm etdik ki, hər kəs bir kimsəni 

öldürməmiş (bununla da özündən qisas alınmağa yer qoymamış) və yer üzündə fitnə-

fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları öldürmüş kimi olur. Hər kəs belə 

bir kimsəni diriltsə (ölümdən qurtarsa), o, bütün insanları diriltmiş kimi olur. Bizim 

peyğəmbərlərimiz onlara (İsrail oğullarına) açıq mö’cüzələr gətirmişdilər. Bundan (bu 

mö’cüzələrdən) sonra da onların bir çoxu yer üzündə (küfr, qətl və cinayət etməklə) 

həddi aşdılar.  

33. Allaha və Peyğəmbərinə qarşı vuruşanların, yer üzündə fitnə-fəsad salmağa 

çalışanların cəzası ancaq öldürülmək, çarmıxa çəkilmək, ya da əl-ayaqlarının çarpazvari 

(sağ əllərilə sol ayaqlarını) kəsilməsi, yaxud da yaşadıqları yerdən sürgün 

olunmalıdırlar. Bu (cəza) onlar üçün dünyada bir rüsvayçılıqdır. Axirətdə isə onları 

böyük bir əzab gözləyir.  

34. Sizin əlinizə keçməmişdən əvvəl tövbə edənlər müstəsnadır. Bilin ki, Allah 

bağışlayandır, rəhm edəndir!  

35. Ey iman gətirənlər! Allahdan qorxun, Ona (Onun rəhmətinə və lütfünə qovuşmaq 

üçün) vəsilə (yol) axtarın. (Allah) yolunda cihad edin ki, nicat tapasınız!  



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə