Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə27/192
tarix21.10.2017
ölçüsü4,35 Mb.
#6191
1   ...   23   24   25   26   27   28   29   30   ...   192

Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

79 



140. Allah Kitabda (Qur’anda) sizə nazil etmişdir (bildirmişdir) ki, Allahın ayələrini 

inkar edildiyini və onlara istehza olunduğunu eşitdiyiniz zaman müşriklər başqa bir 

söhbətə girişməyənə qədər onlarla bir yerdə əyləşməyin! Çünki o vaxt siz də onların 

tayı olarsınız. Həqiqətən, Allah münafiqlərin və kafirlərin hamısını Cəhənnəmdə bir 

yerdə toplayacaqdır!  

141. (Ey müsəlmanlar!) Sizə göz qoyan (münafiqlər) Allah tərəfindən sizə bir qələbə üz 

verdikdə: "Məgər biz də sizinlə deyildikmi? " deyər, kafirlərə (zəfər) nəsib olduqda isə: 

"Məgər (mö’minlərlə birlikdə sizə qarşı vuruşsaydıq) biz sizə qalib gələ bilməzdikmi? 

Məgər biz mö’minlərə (onların sizə qarşı təcavüzünə cürbəcür vasitələrlə) mane 

olmadıqmi? " - söyləyərlər. Qiyamət günü Allah Özü sizin aranızda hökm verəcəkdir. 

Allah heç vaxt kafirlərə mö’minlərin əleyhinə olan bir yol göstərməz!  

142. Münafiqlər Allahı aldatmağa çalışırlar. Halbuki əslində (Allah) onları aldadır. 

Onlar namaza durduqları zaman (yerlərindən) tənbəlliklə (könülsüz) qalxar, özlərini 

(yalandan) xalqa göstərər və Allahı olduqca az yad edərlər.  

143. (Münafiqlər imanla küfr arasında) tərəddüd edib nə (tamamilə) bunlara 

(mö’minlərə), nə də onlara (kafirlərə) tərəf dönərlər. Allahın azdırdığı şəxs üçün heç bir 

yol (nicat yolu) tapa bilməzsən!  

144. Ey iman gətirənlər! Mö’minləri qoyub kafirləri dost tutmayın! Məgər Allaha öz 

əleyhinizə açıq bir dəlilmi vermək istəyirsiniz?  

145. (Ya Rəsulum!) Əlbəttə, münafiqlərin yeri Cəhənnəmin ən aşağı təbəqəsindədir. Sən 

heç vaxt onlara yardım edən tapmazsan!  

146. Tövbə edənlər, özlərini islah edib düzəldənlər, Allahdan möhkəm yapışanlar və 

Allah qarşısında dinini (e’tiqadını) təmizləyənlər müstəsnadır. Çünki onlar mö’minlərə 

bərabərdirlər. Mö’minlərə isə Allah böyük mükafat verəcəkdir!  

147. Əgər siz şükür etsəniz və iman gətirsəniz, Allah sizə nə üçün əzab versin ki, Allah 

şükrə qiymət verəndir, (hər şeyi) biləndir!  

148. Allah pis sözün açıq (ucadan) deyilməsini sevməz. Yalnız zülm olunmuş şəxslər 

müstəsnadır. Allah (hər şeyi) eşıdəndir, biləndir!  

149. Əgər yaxşı bir əməli aşkara çıxarsanız, yaxud onu gizlətsəniz və ya bir pisliyi əfv 

etsəniz (Allah onları bilər). Həqiqətən, Allah bağışlayandır, qüdrət sahibidir!  




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

80 



150. Allahı və peyğəmbərlərini inkar edənlər, Allahı peyğəmbərlərindən ayırmaq 

istəyənlər. "Biz peyğəmbərlərdən bə’zisinə inanır, bə’zilərinə isə inanmırıq",- deyənlər 

və bunun (iman ilə küfr) arasında bir yol (məzhəb) tapmaq istəyənlər -  

151. Bütün bunlar, həqiqətən, kafirdirlər. Biz (axirətdə) kafirlərdən ötrü alçaldıcı əzab 

hazırlamışıq!  

152. Lakin Allaha və peyğəmbərlərinə iman gətirən və onların heç birini digərindən 

ayırmayan şəxslərə Allah Özü mükafatlarını verəcəkdir. Şübhəsiz ki, Allah 

bağışlayandır, rəhm edəndir!  

153. (Ya Rəsulum!) Kitab əhli (yəhudilər) sənin onlara göydən (birdəfəlik) bir kitab 

endirməyini istəyirlər. Halbuki onlar (vaxtilə) Musadan bundan daha böyüyünü istəmiş 

və: "Bizə Allahı aşkar göstər!" - demişdilər. Və öz ədalətsizlikləri üzündən onları ildırım 

vurmuşdu. Sonra onlara açıq-aydın mö’cüzələr gəldiyi halda, buzova sitayiş etmişdilər. 

Biz bundan da (onların bu günahından da) keçdik və Musaya açıq-aşkar dəlil (parlaq 

mö’cüzələr) verdik.  

154. Əhdə riayət etsinlər deyə, Tur dağını onların (başları) üzərinə qaldırdıq və onlara: 

"Qapıdan (ibadət çadırının qapısından) səcdə edərək daxil olun, şənbə gününün qayda-

qanununu pozmayın!" - dedik. Və onlardan möhkəm əhd aldıq.  

155. Lakin onlar verdikləri əhdi pozduqları, Allahın ayələrini inkar etdikləri, 

peyğəmbərləri haqsız yerə öldürdükləri və: "Ürəklərimiz pərdəlidir!" - dedikləri 

ucundan (Allahın lə’nətinə düçar oldular). Bəli, öz küfrləri üzündən Allah onların 

ürəklərinə möhür vurmuşdur (kilidləmişdir). Buna görə də onların yalnız az bir hissəsi 

iman gətirər.  

156. Onlar həm də küfr etdikləri (İsanı inkar etdikləri) və Məryəmə qarşı böyük bir 

böhtan dedikləri üçün (lə’nətə düçar oldular).  

157. (Onların lə’nətə düçar olmalarının bir səbəbi də: ) "Biz, Allahın elçisi Məryəm oğlu 

İsa əl-Məsihi öldürdük", - demələridir. Halbuki onlar İsanı nə öldürdülər, nə də çarmıxa 

çəkdilər. Onlarda yalnız belə bir təsəvvür yarandı. Bu haqlı ixtilafda olanlar onun 

(şəxsən öldürülməsi) barəsində, əlbəttə, şəkk-şübhə içərisindədirlər. Onların buna dair 

heç bir mə’lumatı yoxdur. Onlar ancaq zənnə qapılırlar. Həqiqətdə onu (İsanı) 

öldürməmişdilər.  

158. Xeyr, Allah onu Öz dərgahına qaldırmışdır. Şübhəsiz, Allah yenilməz qüvvət 

sahibi, hikmət sahibidir!  




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

81 



159. Kitab əhlindən (yəhudilərdən və xaçpərəstlərdən) elə bir kəs olmaz ki, ölümündən 

əvvəl (can verdiyi zaman) ona (İsaya) iman gətirməsin, lakin o, (İsa) qiyamət günündə 

onların (kitab əhlinin) əleyhinə şəhadət verəcəkdir.  

160. Yəhudilər zülm etdiklərinə və bir çoxlarını Allahın yolundan döndərdiklərinə görə 

(əvvəlcə) özlərinə halal edilmiş gözəl (təmiz, halal) ne’mətləri onlara haram etdik.  

161. Və qadağan olunmasına baxmayaraq, sələm (faiz) aldıqlarından, haqsız yerə xalqın 

malını yediklərindən dolayı (halal olanı onlara haram buyurduq). Biz onlardan olan 

kafirlər üçün şiddətli bir əzab hazırlamışıq!  

162. Lakin onların elmdə qüvvətli (möhkəm) olanları və mö’minləri sənə nazil edilənə 

və səndən əvvəl nazil edilənə və səndən əvvəl nazil olanlara inanır, namaz qılır, zəkat 

verir, Allaha və axirət gününə iman gətirirlər. Biz, əlbəttə, onlara böyük mükafat 

verəcəyik!  

163. (Ya Rəsulum!) Biz Nuha və ondan sonrakı peyğəmbərlərə vəhy göndərdiyimiz 

kimi, sənə də vəhy göndərdik. Biz İbrahimə, İsmailə, İshaqa, Yə’quba və onun 

övladlarına, İsaya, Əyyuba, Yunisa, Haruna və Süleymana da vəhy göndərdik. Biz 

Davuda da Zəburu verdik.  

164. (Biz) peyğəmbərlər (göndərdik). Onların bə’zisinin əhvalatını bundan əvvəl sənə 

danışdıq, bə’zisinin əhvalatını isə söyləmədik. Və Allah Musa ilə sözlə (arada heç bir 

başqa vasitə olmadan) danışdı.  

165. Biz peyğəmbərləri (mö’minlərə) müjdə gətirən və (kafirləri) əzabla qorxudan kimi 

göndərdik ki, daha insanlar üçün peyğəmbərlərdən sonra Allaha qarşı bir bəhanə yeri 

qalmasın. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!  

166. Lakin (Ya Rəsulum!) Allah sənə nazil etdiyi (Qur’an) ilə şəhadət verir ki, onu 

(Qur’anı) Öz elmi ilə (Özünə xas olan elm və hikmətlə) nazil etmişdir. Mələklər də buna 

şahidlik edirlər. Təkcə Allahın şahid olması yetər!  

167. (Allahı) inkar edən və (insanları) Allahın yolundan döndərən şəxslər, şübhəsiz ki, 

(haqdan) çox uzaq bir zəlalətə uğramışlar.  

168. Kafirləri və zülmkarları, şübhəsiz ki, Allah bağışlayan və onlara (cəhənnəm 

yolundan başqa) bir yol göstərən deyildir!  

169. Əbədi, həmişəlik qalacaqları cəhənnəm yolundan başqa! Bu isə Allah üçün çox 

asandır!  



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə