Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə38/192
tarix21.10.2017
ölçüsü4,35 Mb.
#6191
1   ...   34   35   36   37   38   39   40   41   ...   192

Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

111 



bacardıqları qədər məkrlə məşğul olsunlar. Onlar yalnız özlərinə qarşı məkr edərlər, 

lakin (bunun) fərqinə varmazlar.  

124. Onlara bir ayə gəldiyi zaman: "Allahın peyğəmbərlərinə verildiyinin (nübüvvətin, 

mö’cüzələrin) misli bizə verilməyincə biz iman gətirməyəcəyik!" - deyərlər. Allah 

peyğəmbərliyi hara (kimə) göndərəcəyini Özü daha yaxşı bilir. Günahkarlar Allahın 

hüzurunda etdikləri məkrlərə görə zillətə və şiddətli əzaba düçar olacaqlar!  

125. Allah kimi düz yola yönəltmək istəsə, onun köksünü islam (dini) üçün açıb 

genişləndirər, kimi azdırmaq istəsə, onun ürəyini daraldıb sıxıntıya salar. O, sanki 

(sıxıntının şiddətindən) göyə çıxar. Allah iman gətirməyənlərə pisliyi belə edər!  

126. Bu, Rəbbinin doğru yoludur. Biz ayələrimizi düşünüb anlayan bir camaat üçün 

artıq müfəssəl izah etmişik.  

127. Onları Rəbinin yanında əmin-amanlıq yurdu (Cənnət) gözləyir. Allah onların 

gördüyü işləri himayə edəndir (və ya gördükləri yaxşı işlərə görə Allah onların 

dostudur).  

128. (Allah insanları və cinləri) toplayacağı gün (qiyamət günü) belə buyuracaq: "Ey cin 

tayfası, artıq insanların bir çoxunu yoldan çıxartdınız". Onların (cinlərin) insanlardan 

olan dostları deyəcəklər: "Ey Rəbbimiz! Biz bir-birimizdən bəhrələndik (şeytanlar bir 

sıra batil şeyləri insanlara gözəl göstərdikləri üçün insanlar onlardan faydalandıqlarını 

zənn edərlər. Cinlər, şeytanlar isə insanları özlərinə tabe edə bildikləri üçün onlardan 

öz qərəzli məqsədləri naminə istifadə edərlər) və bizim üçün müəyyən etdiyin əcəlimiz 

gəlib çatdı!" (Allah) buyuracaq: "Sizin düşəcəyiniz yer atəşdir. Allahın istədiyi (vaxt və 

ya sonradan islamı qəbul edib nicat tapan kimsələr) istisna olmaqla, siz orada həmişəlik 

qalacaqsınız!" Şübhəsiz ki, Rəbbin hikmət, elm sahibidir!  

129. Beləliklə, qazandıqlarına (qazandıqları günahlara) görə zalımların bə’zisini 

digərinin arxasına taxaraq (və ya pis işləri bir yerdə gördükləri üçün qiyamət gününün 

əzabından onları bir-birinə belə yaxınlaşdırarıq).  

130. Ey cin və insan tayfası! Məgər sizə öz içərinizdən ayələrimi söyləyən və bu 

gününüzün gəlib çatacağı barədə sizə xəbərdarlıq edən peyğəmbərlər gəlmədimi? 

Onlar deyəcəklər: "Biz öz əleyhimizə şahidik!" (Peyğəmbərlər bizə pis işlərimiz barədə 

xəbərdarlıq etsələr də, biz onlara qarşı çıxıb günah işləməkdə davam etdik. Biz indi hər 

cəzaya layiqik). Dünya həyatı onları aldatdı və onlar kafir olduqları barədə öz 

əleyhlərinə şəhadət verdilər.  




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

112 



131. Bu, (peyğəmbərləri göndərmək) ona görədir ki, Rəbbin məmləkətlərin əhalisini

onlar qafil ola-ola (özlərinə peyğəmbər gəlmədiyi üçün dini vəzifələrini bilməyib icra 

etmədikləri halda) zülmlə məhv etməyi özünə rəva bilməz!  

132. Hər kəs üçün etdiyi əməllərə görə dərəcələr (müxtəlif mükafatlar və cəzalar) 

vardır. Rəbbin onların nə etdiklərindən qafil deyildir!  

133. Rəbbin heç bir şeyə (heç bir bəndənin ibadətinə) möhtac deyildir, mərhəmət 

sahibidir. İstəsə, sizə başqa bir qövmün nəslindən (zürriyyətindən) gətirdiyi kimi, sizi 

də məhv edib yerinizə dilədiyini gətirər.  

134. Sizə və’d edilən (qiyamət günü), şübhəsiz ki, gələcəkdir. Siz onun qarşısını ala 

bilməzsiniz!  

135. (Ya Rəsulum! Qüreyş kafirlərinə) de: "Ey camaatım, əlinizdən gələni edin. Mən də 

(öz vəzifəmi) yerinə yetirirəm. Axirət yurdunun (gözəl) aqibətinin kimə nəsib olacağını 

biləcəksiniz. Şübhəsiz ki, zalımlar nicat tapmayacaqlar!  

136. (Müşriklər) Allah üçün Onun yaratdığı əkindən və davardan pay ayırıb öz (batil) 

inanclarına görə: "Bu, Allahın və bu da (Allaha) şərik qoşduğumuz bütlərin!" - dedilər. 

Onların bütləri üçün ayrılmış hissə Allaha çatmaz, Allah üçün ayrılmış hissə isə bütlərə 

çatardı. Onların verdikləri hökm necə də pisdir!  

137. Beləcə, (onların şeytanlardan və cinlərdən ibarət olan) ortaqları müşriklərin bir 

çoxuna onları məhv etmək və dinlərinə qarmaqarışıqlıq salmaq məqsədilə övladlarını 

öldürməyi yaxşı bir iş kimi göstərdilər. Əgər Allah istəsəydi, bunu etməzdilər. (Ya 

Rəsulum!) Onları da, uydurduqları yalanları da başlı-başına burax!  

138. (Müşriklər) öz (batil) iddialarına əsasən: "Bu davarlar və əkinlər haramdır, onları 

bizim istədiklərimizdən (bütlərə xidmət edən kişilərdən) başqa heç kəs yeyə bilməz. 

Bunlar da minilməsi qadağan edilmiş heyvanlardır",- dedilər. Elə heyvanlar da vardır 

ki, (onları kəsərkən) Allahın adını çəkməzlər. (Müşriklər) bütün bunları (Allahın əmri 

deyə) Allaha iftira yaxaraq edərlər. Yaxdıqları iftiraya görə (Allah) onların cəzalarını 

verəcəkdir.  

139. (Müşriklər) həmçinin: "Bu heyvanların qarınlarındakı balalar yalnız kişilərə 

məxsusdur (halaldır), onlar qadınlarımıza haram edilmişdir",- dedilər. Əgər (bala) ölü 

doğularsa, (kişilər və qadınlar) ona (onu yeməyə) ortaqdırlar. (Allah) onlara (bu yalan) 

vəsflərinin (dəyərləndirmələrinin) cəzasını verəcəkdir. Şübhəsiz ki, O, hikmət, elm 

sahibidir!  




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

113 



140. Səfehlik üzündən anlamadan öz uşaqlarını öldürən və Allahın onlara verdiyi ruzini 

(müqəddəs saydıqları heyvanları) Allaha iftira yaxaraq haram edənlər, şübhəsiz ki, 

ziyana uğramışlar. Həqiqətən, onlar (haqq yoldan) azmış, doğru yolu tapa bilməmişlər.  

141. Yer üzünə sərilmiş və sərilməmiş bağ-bağatı (bostanları və bağları), dadları 

müxtəlif xurmanı və taxılı, bir-birinə həm bənzəyən, həm də bənzəməyən zeytunu və 

narı yaradan Odur. (Onların hər biri) bar verdiyi zaman barından yeyin, yığım günü 

haqqını (zəkatını, sədəqəsini) ödəyin, lakin israf etməyin. (Allah) israf edənləri sevməz!  

142. Yük daşıyan və (yunlarından) döşək düzəldilən heyvanları da (yaradan Odur). 

Allahın sizə verdiyi ruzilərdən yeyin və Şeytana uymayın. Şübhəsiz ki, o sizin açıq-

aşkar düşməninizdir.  

143. (Allah o heyvanları) səkkiz cift yaratdı: (erkək və dişi olmaq üzrə) bir cüt qoyun və 

bir cüt keçi. De: "(Allah) iki erkəyi, yoxsa iki dişini, yaxud da iki dişinin qarınlarındakı 

(müxtəlif cinsli) balaları haram etdi? Əgər (Allahın nəyi halal, nəyi haram 

buyurduğunu bildiyinizi) doğru deyirsinizsə, bir elmə əsaslanaraq (bu haqda) mənə 

xəbər verin!"  

144. (Həmçinin erkək və dişi olmaqla) bir cüt dəvə və bir cüt inək. De: "(Allah) iki 

erkəyi, yoxsa iki dişini, yaxud da iki (müxtəlif cinsli) dişinin qarınlarındakı balaları 

haram buyurdu? Yoxsa Allah bunu (iddia etdiyinizi) sizə tövsiyə etdiyi zaman (orada) 

şahid idiniz? Heç bir biliyi olmadan insanları (haqq yoldan) azdırmaq üçün Allaha qarşı 

yalan uyduran şəxsdən daha zalım kim ola bilər? Həqiqətən, Allah zalım tayfanı doğru 

yola salmaz!  

145. (Ya Rəsulum!) De: "Mənə gələn vəhylər içərisində murdar olduqları üçün ölü 

heyvan, axar qan, donuz əti və ya Allahdan başqasının adı ilə (bismillah deyilmədən) 

günah olaraq kəsilmiş heyvanlar istisna olmaqla, hər hansı bir kəsin yediyi yeməklər 

içərisində haram buyurulan bir şey görmürəm. Bununla yanaşı, hər kəs məcburiyyət 

qarşısında qalsa, həddi aşmadan, zəruri ehtiyacını ödəyəcək qədər (bunlardan yesə, 

Allah ona cəza verməz)". Çünki sənin Rəbbin, həqiqətən, bağışlayandır, rəhm edəndir!  

146. Yəhudilərə dırnaqlı heyvanların hamısını haram etdik. İnək və qoyunun bellərinə 

və ya bağırsaqlarına yapışan, yaxud sümüklərinə qarışan yağlar müstəsna olmaqla, 

onların piylərini də yəhudilərə haram buyurduq. Həddi aşdıqlarına görə onları belə 

cəzalandırdıq. Şübhəsiz ki, Biz sözündə doğru olanlarıq!  

147. Əgər onlar səni yalançı hesab etsələr, de: "Rəbbiniz böyük mərhəmət sahibidir. 

Onun günahkar bir tayfaya (verəcəyi) əzabın da qarşısı alına bilməz!"  



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə