Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə50/192
tarix21.10.2017
ölçüsü4,35 Mb.
#6191
1   ...   46   47   48   49   50   51   52   53   ...   192

Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

148 



və bütün yollarını - keçidlərini tutun. Lakin əgər tövbə etsələr, namaz qılıb zəkat 

versələr, onları sərbəst buraxın (işiniz olmasın). Həqiqətən, Allah bağışlayandır, rəhm 

edəndir!  

6. Əgər (basqına uğrayan) müşriklərdən biri səndən aman istəsə, ona aman ver ki, Allah 

kəlamını (Qur’anı) dinləsin. Sonra (islamı qəbul etmədiyi təqdirdə) onu əmin olduğu 

(müşriklərin yaşadığı) yerə çatdır. Çünki onlar (haqqı) bilməyən bir tayfadır!  

7. Məscidülhəramın yanında (Hüdeybiyyədə) müqavilə bağladığınız kəslər (Bəni-

Zəmirə və Kinanə qəbilələri) istisna olmaqla, müşriklərin Allah və Onun Peyğəmbəri 

yanında necə əhdi ola bilər?! Onlar sizinlə doğru-düzgün davrandıqca (əhdi 

pozmadıqca) siz də onlarla doğru-düzgün dolanın. Həqiqətən, Allah müttəqiləri 

(xəyanətdən, əhdi pozmaqdan çəkinənləri) sevər!  

8. Necə ola bilər ki, onlar sizə qalib gəlsələr, nə bir anda, nə də bir əhdə əməl edərlər? 

Onlar ürələri istəmədikləri halda, sözdə sizi razı salmağa çalışarlar. Onların əksəriyyəti 

(Allaha asi olan, itaətdən çıxan, əhdi pozan) fasiqlərdir!  

9. Onlar (müşriklər və ya onlara yardım edən yəhudilər) Allahın ayələrini ucuz qiymətə 

satdılar, sonra da (insanları) Onun yolundan döndərdilər (islamı qəbul etməyə mane 

oldular). Həqiqətən, onların gördükləri iş necə də pisdir!  

10. Onlar bir mö’min barəsində nə bir anda, nə də bir əhdə əməl edərlər. Onlar (günah 

etməklə) həddi aşanlardır!  

11. Əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onlar sizin din qardaşlarınızdır. Biz 

ayələrimizi anlayıb bilən bir tayfa üçün belə ətraflı izah edirik!  

12. Əgər əhd bağladıqdan sonra andlarını pozsalar və dininizi yamanlayıb təhqir 

etsələr, (sözlərinin üstündə durmayan) küfr başçıları ilə vuruşun. Onların həqiqətdə 

andları (əhdləri) yoxdur (onlar üçün heç bir andın, əhdin əhəmiyyəti yoxdur). Bəlkə, 

(bu yaramaz işlərdən) əl çəkələr!  

13. (Ey mö’minlər!) Məgər siz andlarınızı (əhdlərini) pozan, Peyğəmbəri (öz 

yurdundan) çıxardıb qovmaq niyyətində olan, üstəlik sizinlə döyüşə də birinci başlayan 

bir tayfa ilə vuruşmayacaqsınzmı? Məgər onlardan qorxursunuz? Əgər (həqiqi) 

mö’minlərsinizsə, bilin ki, əslində qorxmalı olduğunuz məhz Allahdır!  

14. Onlarla vuruşun ki, Allah sizin əlinizlə onlara əzab versin, onları rüsvay etsin, sizə 

onların üzərində qələbə çaldırıb mö’minlərin ürəklərini fərəhləndirsin.  



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

149 



15. Və onların (müşriklərin əlindən əziyyət çəkən müsəlmanların) qəlblərindən qəzəbi 

silib aparsın. Allah istədiyi kəsin tövbəsini qəbul edər. Allah (hər şeyi) biləndir, hikmət 

sahibidir!  

16. Yoxsa elə güman edirsiniz ki, Allah içərinizdə cihad edənləri, Allahdan, Onun 

Peyğəmbərindən və mö’minlərdən başqasını özlərinə dost tutanları ayırd etməmiş siz 

sərbəst buraxılacaqsınız? Allah nə etdiklərinizdən xəbərdardır!  

17. Müşriklər küfr etdikləri barədə öz-özlərinə şahid olduqları halda, Allahın 

məscidlərini tə’mir etmək onlara layiq olmaz. Onların əməlləri puça çıxmışdır. Onlar 

Cəhənnəmdə (atəşdə əbədi qalacaqlar!)  

18. Allahın məscidlərini yalnız Allaha və qiyamət gününə iman gətirən, namaz qılıb 

zəkat verən və Allahdan başqa heç kəsdən qorxmayanlar tə’mir edə bilərlər (yalnız bu 

qəbildən olan şəxslərin əməlləri Allah dərgahında qəbul olunar). Məhz onlar doğru 

yolu tapa bilənlərdən ola bilərlər!  

19. (Ey müşriklər!) Məgər siz hacılara su verməyi və Məscidülhəramı tə’mir etməyi 

Allaha və qiyamət gününə iman gətirib Allah yolunda cihad edənlərdə eynimi 

tutursunuz? Onlar Allah yanında eyni olmazlar. Allah zalım tayfanı doğru yola 

yönəltməz!  

20. İman gətirib hicrət edənləri, Allah yolunda malları və canları ilə vuruşanları Allah 

yanında ən yüksək dərəcələr gözləyir. Onlar nicat tapanlardır (xeyrə qovuşanlardır).  

21. Rəbbi onları Özündən bir mərhəmət (bağışlanma), razılıq və içərisində onlar üçün 

tükənməz ne’mətlər olan cənnətlərlə müjdələr.  

22. Onlar orada əbədi qalacaqlar. Böyük mükafat, həqiqətən, Allah yanındadır!  

23. Ey iman gətirənlər! Əgər atalarınız və qardaşlarınız küfrü imandan üstün tuturlarsa, 

onları özünüzə dost bilməyin. Sizdən onları dost tutanlar özlərinə zülm etmiş olarlar.  

24. (Ya Rəsulum!) De: "Əgər atalarınız, oğullarınız, qardaşlarınız, övrətləriniz, qəbiləniz 

(qohumlarınız), qazandığınız mallar, kasad olmasından qorxduğunuz ticarət, xoşunuza 

gələn məskənklər sizə Allahdan, Onun Peyğəmbərindən və Allah yolunda cihaddan 

daha əzizdirsə, Allahın əmri (əzabı) gəlincəyə qədər gözləyin. Allah fasiqləri doğru yola 

yönəltməz!  



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

150 



25. Allah sizə bir çox yerlərdə, həmçinin Hüneyn (vuruşu) günündə kömək etdi. O gün 

çox olmağınız xoşunuza gəlsə də, bir faydası olmadı, gen dünya sizə dar oldu (yer üzü 

genişliyinə baxmayaraq sizə dar gəldi), sonra dönüb qaçdınız.  

26. Sonra da Allah Öz Peyğəmbərinə və mö’minlərə arxayınlıq nazil etdi, (köməyinizə 

mələklərdən ibarət) görmədiyiniz əsgərlər endirdi və kafirləri əzaba düçar etdi. Bu, 

kafirlərin cəzasıdır!  

27. Bundan (bu əzabdan) sonra Allah yenə də istədiyinin tövbəsini qəbul edər. Allah 

bağışlayandır, rəhm edəndir!  

28. Ey iman gətirənlər! Müşriklər (batinləri xəbis, e’tiqadları puç və iyrənc olduğuna, su 

başına çıxdıqdan sonra yuyunmadıqlarına, dəstəmaz almadıqlarına və cənabət qüslü 

etmədiklərinə görə), doğrudan da, murdardırlar. Özlərinin bu ilindən (hicrətin 

doqquzuncu ilindən) sonra Məscidülhərama yaxınlaşmasınlar. Əgər yoxsulluqdan 

(ehtiyacdan) qorxursunuzsa, (bilin ki) əgər Allah istəsə, öz ne’mətindən (verib) sizi 

mütləq dövlətli edəcəkdir. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!  

29. Kitab əhlindən Allaha və qiyamət gününə iman gətirməyən, Allahın və 

Peyğəmbərinin haram buyurduqlarının haram bilməyən və haqq dini (islamı) qəbul 

etməyənlərlə zəlil vəziyyətə düşüb öz əlləri ilə cizyə verincəyə qədər vuruşun.  

30. Yəhudilər: "Üzeyr Allahın oğludur", xaçpərəstlər də: "Məsih (İsa) Allahın oğludur", - 

dedilər. Onların ağzında gəzən bu (boş) sözlər daha öncə küfr edənlərin ("mələklər 

Allahın qızlarıdır" - deyənlərin) sözlərinə bənzəyir. Allah onları öldürsün! (Allah onlara 

lə’nət eləsin!) Necə də (yalana uyub haqdan) döndərilirlər!  

31. Onlar Allahı qoyub alimlərini və rahiblərini, Məryəm oğlu Məsihi özlərinə tanrılar 

(rəbblər) qəbul etdilər. Halbuki onlar ancaq bir olan Allaha ibadət etmək əmr 

olunmuşdu. Ondan başqa heç bir tanrı yoxdur. Allah pak və müqəddəsdir. Ona şərik 

qoşulan bütlərlə heç bir əlaqəsi yoxdur! (Allah müşriklərin Ona şərik qoşduqları 

bütlərdən uzaqdır!)  

32. Onlar Allahın nurunu (dəlillərini, islam dinini, Qur’anı) ağızları (batil sözləri) ilə 

söndürmək istəyirlər. Allah isə kafirlərin xoşuna gəlməsə də, ancaq öz nurunu (dinini) 

tamamlamaq istər.  

33. Müşriklərin xoşuna gəlməsə də, onu (islamı) bütün dinlərin fövqündə (bütün 

dinlərdən üstün) etmək üçün Öz Peyğəmbərini doğru yolla və haqq dinlə göndərən 

Odur!  



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə