Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə49/192
tarix21.10.2017
ölçüsü4,35 Mb.
#6191
1   ...   45   46   47   48   49   50   51   52   ...   192

Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

145 



Allah yolunda nə xərcləsəniz, onun əvəzi artıqlaması ilə ödənilər və sizə heç bir 

haqsızlıq edilməz!  

61. Əgər onlar sülhə (barışığa) meyl etsələr, sən də sülhə meyl et və Allaha bel bağla. 

Həqiqətən, O (Allah hamınızın sözlərini) eşidəndir, (niyyətlərinizi) biləndir!  

62. Əgər onlar səni aldatmaq istəsələr, (qorxma və bil ki, onların şərindən və məkrindən 

qorumağa) sənə təkcə Allah kifayətdir. (O Allah ki) səni Öz köməyilə və mö’minlərlə 

müdafiə edib möhkəmlətdi.  

63. Və onların (birini düşmən Ovs və Xəzrəc qəbilələrindən olan ənsarın) ürəklərini 

(ülfətlə, dostluqla) birləşdirdi. Əgər sən yer üzündə nə varsa, hamısını xərcləsəydin 

belə, yenə də onların ürəklərini birləşdirə bilməzdin. Lakin Allah onları birləşdirdi, 

çünki O, yenilməz qüvvət sahibi, hikmət sahibidir.  

64. Ya Peyğəmbər! Sənə və sənin ardınca gedən mö’minlərə təkcə Allah bəs edər.  

65. Ya Peyğəmbər! Mö’minləri döyüşə həvəsləndir (təşviq et). İçərinizdə iyirmi səbirli 

kişi olsa, iki yüz kafirə, yüz səbirli kişi olsa, min kafirə qalib gələr. Çünki onlar 

(həqiqətən, Allahın mö’minlərə olan köməyini) anlamayan bir tayfadır!  

66. (Ey mö’minlər!) İndi Allah (yükünüzü) yüngülləşdirdi. Çünki O sizdə bir zəiflik 

olduğunu bilirdi. Artıq aranızda yüz səbirli kişi olsa, iki yüz nəfərə (kafirə), min kişi 

olsa, iki min nəfərə Allahın iznilə qələbə çalar. Allah səbr edənlərlədir!  

67. Heç bir peyğəmbərə yer üzündə (küfrün kökünü kəsmək üçün bacardığı qədər çox 

kafir) öldürməyənə qədər əsirləri özünə mal etmək (onları öldürməyib fidyə 

müqabilində azad etmək) yaramaz. (Ey mö’minlər!) Siz (fidyə almaqla) puç dünya 

malını istəyirsiniz, Allah isə (sizin) axirəti qazanmağınızı istəyir. Allah yenilməz qüvvət 

sahibi, hikmət sahibidir!  

68. Əgər əvvəlcə (bu barədə) Allahdan bir hökm olsaydı (lövhi-məhfuzda qənimətlərin 

və əsirlərin halal olması haqqında yazılmasaydı), aldığınız (fidyə) müqabilində sizə 

şiddətli bir əzab üz verərdi (toxunardı).  

69. Əldə etdiyiniz qənimətləri halal və təmiz olaraq (halallıq və nuşcanlıqla) yeyin. 

Allahdan qorxun. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!  

70. Ya Peyğəmbər! Əlinizdə olan əsirlərə de: "Əgər Allah (Öz əzəli elmi ilə) 

ürəklərinizdə bir yaxşılıq olduğunu bilsə, sizə sizdən alınandan (fidyədən) daha 

yaxşısını verər və sizi bağışlayar. Axı Allah bağışlayandır, rəhm edəndir!  



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

146 



71. Əgər əsirlər sənə xəyanət etmək istəsələr, (bilsinlər ki) bundan (Bədr vuruşundan) 

əvvəl Allaha xəyanət etmişdilər. Allah (sənə Bədrdə olanlardan intiqam almağa) imkan 

verdi. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!  

72. İman gətirib hicrət edənlər, Allah yolunda malları və canları ilə cihad edənlər 

(mühacirlər) və (Peyğəmbərlə mühacirlərə) sığınacaq verib kömək istəyənlər (ənsar) - 

məhz onlar bir-birinə dostdurlar (varisdirlər). İman gətirib hicrət etməyənlərə gəldikdə 

isə, onlar hicrət etməyənə qədər sizin heç bir şeydə onlara varisliyiniz yoxdur (onların 

dostluğundan sizə heç bir mənfəət və ya qohum olsanız belə, aranızda heç bir varislik 

yoxdur). Lakin əgər onlar din yolunda (kafirlərə qarşı) sizdən kömək istəsələr, aranızda 

saziş olan bir tayfa əleyhinə yardım istisna olmaqla, onlara kömək göstərmək sizə 

vacibdir. Allah nə etdiklərinizi görəndir!  

73. Kafirlər də bir-birinin dostlarıdır (köməkçiləridir). Əgər siz bunları (yuxarıda sizə 

buyurulanları) etməsəniz, yer üzündə böyük bir fitnə-fəsad olar (islam zəifləyər, küfr 

isə artıb qüvvətlənər).  

74. İman gətirib (Məkkədən Mədinəyə) köçənlər, Allah yolunda cihad edənlər 

(mühacirlər) və (Peyğəmbərlə mühacirlərə) sığınacaq verib kömək edənlər (ənsar) - 

məhz onlar həqiqi mö’minlərdir. Onları (axirətdə) bağışlanma və tükənməz (gözəl, 

minnətsiz) ruzi gözləyir!  

75. Sonradan (Hüdeybiyyə sazişindən sonra, Məkkənin fəthindən əvvəl) iman gətirib 

hicrət edənlər və sizinlə bərabər döyüşənlər (cihad edənlər) də sizdəndirlər. Qohumlar 

Allahın Kitabında (lövhi-məhfuzda və ya Qur’anda irs, varislik baxımından) bir-birinə 

daha uyğundurlar (yaxındırlar). Həqiqətən, Allah hər şeyi biləndir! (Məkkənin fəthinə 

qədər mühacirlər və ənsar qohumluq əlaqələrindən asılı olmayaraq bir-birinin varisi 

hesab edilirdilər. Məkkənin fəthindən sonra bu hökm ləğv olunub varislik hüququ 

yalnız qohumlara aid edildi).  

 

 



 

 

 



 

 



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

147 



 

 

 



 

 

 



.

9

.  


ət-Tovbə

  

(Tövbə) surəsi  

(Mədinədə nazil olmuşdur, 129 ayədir)  

1. Allahdan və Onun Peyğəmbərindən saziş bağladığımız müşriklərə (onlarla olan 

əhdlərinin pozulması, əlaqələrin kəsilməsi barədə) bir xəbərdarlıq!  

2. (Ey müşriklər!) Yer üzündə dörd ay sərbəst gəzib dolaşın və bilin ki, siz Allahı aciz 

qoya bilməzsiniz (Allahın əzabından qaçıb canınızı qurtara bilməzsiniz). Allah kafirləri 

(dünyada və axirətdə) rüsvay edəcəkdir!  

3. Allahdan və Onun Peyğəmbərindən böyük həcc günü (zülhiccə ayında vacib, fərz 

olan həcc; qurban bayramı və ya Ərəfə günü) insanlara bir bildiriş! Allahın və Onun 

Peyğəmbərinin müşriklərlə heç bir əlaqəsi yoxdur. Əgər (küfrdən və şirkdən) tövbə 

etsəniz, bu sizin üçün xeyirli olar. Əgər (imandan) üz döndərsəniz, bilin ki, Allahın 

əzabından qaçıb canınızı qurtara bilməzsiniz. (Ey Peyğəmbərim!) Kafir olanları şiddətli 

bir əzabla müjdələ!  

4. Müqavilə bağlandıqdan sonra sizə qarşi bir naqislik etməmiş (onun şərtlərini 

pozmamış) və sizin əleyhinizə heç kəsə yardım göstərməmiş müşriklər istisnadır. 

Onlarla əhdinizə axıra qədər (müddəti bitənədək) vəfa edin. Şübhəsiz ki, Allah 

müttəqiləri (əhdi nahaq yerə pozmaqdan çəkinənləri) sevər!  

5. Haram aylar (onlara möhlət verilmiş zülhiccə, məhərrəm, səfər və rəbiüləvvəl ayları) 

çıxınca müşrikləri harada görsəniz, öldürün, yaxalayıb əsir alın, həbs (mühasirə) edin 




Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə