Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə57/192
tarix21.10.2017
ölçüsü4,35 Mb.
#6191
1   ...   53   54   55   56   57   58   59   60   ...   192

Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

169 



66. Bilin ki, göylərdə və yerdə kim (nə) varsa (mələklər, cinlər, insanlar - bütün canlılar, 

bütün məxluqat) hamısı Allahındır (Allahın quludur). Allahdan başqasına tapınanlar 

həqiqətdə Allaha qoşduqları şəriklərə tabe olmazlar (çünki əslində heç kəs Allaha şərik 

olmağa layiq deyildir və ola bilməz). Onlar ancaq zənnə uyar və yalandan başqa bir şey 

deməzlər.  

67. Gecəni dincəlməyiniz üçün (qaranlıq), gündüzü (çalışıb ruzi qazanmağınız üçün) 

işıqlı edən Odur. Həqiqətən, bunda (Allah kəlamını) eşidənlər üçün (ibrətamiz) dəlillər 

vardır.  

68. (Müşriklər: ) "Allah Özünə övlad götürdü!" dedilər. Allah pak və müqəddəsdir. O, 

(övlada, uşağa) möhtac deyildir. Göylərdə və yerdə nə varsa, hamısı Onundur. Bu 

haqda (Allahın Özünə övlad götürməsi barədə) sizin əlinizdə heç bir dəlil yoxdur. 

Allaha qarşı bilmədiyiniz şeyimi deyirsiniz?  

69. (Ya Rəsulum!) De: "Allaha qarşı yalan uyduranlar, sözsüz ki, nicat tapmazlar!"  

70. (Onlar üçün) dünyada bir qədər dolanacaq, mənfəət vardır. Sonra hüzurumuza 

qayıdacaqlar, ondan sonra küfr etdiklərinə görə onlara çox şiddətli bir əzab 

daddıracağıq!  

71. (Ya Rəsulum!) Müşriklərə Nuhun xəbərini söylə. Bir zaman o öz ümmətinə belə 

demişdi: "Ey ümmətim! Əgər aranızda qalmağım və Allahın ayələri ilə öyüd-nəsihət 

verməyim sizə ağır gəlirsə, mən (sizin mənə qarşı bütün pis niyyətlərinizdən) Allaha 

təvəkkül edirəm. Şəriklərinizlə birlikdə (mənim barəmdə) nə edəcəyinizi qərarlaşdırın. 

Görəcəyiniz iş gizli qalmasın (onu mənə də bildirir), sonra mənə heç möhlət də 

verməyib haqqımda istədiyinizi edin (istədiyiniz hökmü çıxarın!).  

72. Əgər siz (mənim öyüd-nəsihətimdən, də’vətimdən) üz çevirsəniz, (bilin ki) mən 

(bunun müqabilində) sizdən heç bir mükafat istəmirəm. Məni mükafatlandırmaq yalnız 

Allaha aiddir. Mənə müsəlmanlardan (özünü Allaha təslim edənlərdən) olmaq əmr 

edilmişdir!"  

73. Onlar yenə də Nuhu yalançı hesab etdilər. Biz Nuha və onunla birlikdə gəmidə 

olanlara nicat verdik, onları (yer üzünə) varislər (xələflər) etdik. Ayələrimizi yalan 

hesab edənləri isə suda batırıb boğduq. Bir gör (əzabla) qorxudulanların (lakin yola 

gəlməyənlərin) axırı necə oldu!  

74. Nuhun ardınca öz ümmətlərinə peyğəmbərlər göndərdik. Onlar (öz ümmətlərinə) 

açıq-aşkar mö’cüzələr gətirmişdilər. Bunlar isə öncə (peyğəmbər gəlməzdən əvvəl) 




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

170 



yalan hesab etdikləri şeylərə iman gətirmədilər. Biz (küfr etməklə, günah işləməklə) 

həddi aşanların ürəklərini belə möhürləyirik.  

75. Onlardan sonra Musanı və Harunu Fir’ona və camaatına açıq mö’cüzələrlə 

peyğəmbər göndərdik. Lakin onlar (iman gətirməyi) özlərinə sığışdırmadılar və 

günahkar bir tayfa oldular.  

76. Onlara Bizim tərəfimizdən haqq gəldikdə: "Bu, aşkar bir sehrdir!" - dedilər.  

77. Musa onlara belə dedi: "Məgər sizə haqq gəldiyi zaman onun barəsində beləmi 

deyirsiniz? Bu sehrdirmi? Sehrbazlar (dünyada və axirətdə) nicat tapmazlar!"  

78. Onlar (Musaya və Haruna): "Bizi atalarımızın tapındığı dindən döndərmək, özünüz 

də yer üzündə böyüklük etmək üçünmü gəldiniz? Biz sizə iman gətirən deyilik!" - 

dedilər.  

79. Fir’on: "Nə qədər bilikli sehrbaz varsa, gətirin!" - dedi.  

80. Sehrbazlar gəldikdə Musa: "Nə atacaqsınızsa, atın (istədiyiniz əsaları və kəndirləri 

yerə atın!)" - dedi.  

81. Onlar (əllərindəkini yerə) atdıqda Musa dedi: "Sizin etdiyiniz (gətirdiyiniz) hər şey 

sehrdir. Allah, sözsüz ki, onu batil edəcəkdir. Allah fitnə-fəsad törədənləri sevməz!  

82. Günahkarlar istəməsələr də, Allah sözləri (əmr və hökmləri) ilə haqqı 

gerçəkləşdirəcək (bərqərar edəcəkdir)!"  

83. Fir’onun və ə’yanlarının bəlası qorxusundan Musaya öz qövmündən (və ya Fir’on 

camaatından) yalnız kiçik bir dəstə (nəsil) iman gətirdi. Çünki Fir’on o yerdə hakim idi. 

O, (küfr və azğınlıq etməkdə) həddi aşmışdı.  

84. Musa dedi: "Ey qövmüm! Əgər Allaha iman gətirmisinizsə və təslim olmusunuzsa, 

Ona təvəkkül edin!"  

85. Onlar dedilər: "Biz yalnız Allaha təvəkül etdik. Ey Rəbbimiz! Bizi zalım tayfanın 

fitnəsinə uğratma! Zalim tayfanın əlində sınağa çəkmə!  

86. Və bizi öz mərhəmətinlə kafirlərin əlindən qurtar!"  




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

171 



87. Musaya və qardaşına: "Camaatınız üçün Misirdə evlər tikdirib onları qiblə 

(namazgah) edin, namaz qılın və mö’minləri (zəfərlə, Cənnətlə) müjdələyin!" - deyə 

vəhy etdik.  

88. Musa dedi: "Ey Rəbbimiz! Sən Fir’ona və ə’yan-əşrafına dünyada zinət və mal-

dövlət ehsan etdin! Ey Rəbbimiz! (Bu sərvəti onlara bəndələrini) Sənin (haqq) yolundan 

azdırmaq üçün verdin? Ey Rəbbimiz! Onların mal-dövlətini məhv et və ürəklərini 

möhürlə (sərtləşdir) ki, şiddətli əzabı görməyincə iman gətirməsinlər!"  

89. (Allah) buyurdu: "Hər ikinizin duasını qəbul etdim. Siz (öz də’vətinizdə və 

təbliğinizdə) sabitqədəm olun və cahillərin yoluna uymayın!  

90. İsrail oğullarını dənizdən (sağ-salamat) keçirtdik. Fir’on və əsgərləri zalımcasına və 

düşməncəsinə onların arxasınca düşdülər. (Fir’on) batacağı anda: "İsrail oğullarının 

inandıqlarılarından başqa tanrı olmadığına iman gətirdim. Mən artıq (Ona) təslim 

olanlardanam!" - dedi.  

91. İndimi? (Bütün var-dövlətin, hakimiyyətin əlindən çıxdıqdan sonramı iman 

gətirirsən?) Halbuki əvvəlcə (Allaha) qarşı çıxmış və fitnə-fəsad törədənlərdən 

olmuşdun!  

92. Səndən sonrakılara bir ibrət olsun deyə, bu gün səni xilas edəcəyik (sənin cansız 

bədənini sahilə atacağıq). Həqiqətən, insanların çoxusu ayələrimizdən qafildir!  

93. İsrail oğullarına (Misirdə və Şamda) çox gözəl bir yerdə təmiz (halal) ruzi verdik. 

Onlar özlərinə bir elm (Qur’an) gələnə qədər ixtilafda olmadılar. (Yəhudilər Tövratda 

Muhəmməd peyğəmbər haqqında oxumuşdular, onun əlamətlərini bilir və gələcəyinə 

inanırdılar. Lakin Qur’an nazil olduqda həsədləri üzündən əksəriyyəti onun 

peyğəmbərliyini inkar etdi). Qiyamət günü (Ya Rəsulum!) Rəbbin ixtilafda olduqları 

məsələlər barəsində aralarında hökm verəcəkdir!  

94. (Ya Peyğəmbərim!) Əgər sənə nazil etdiyimizə şübhə edirsənsə, (bu haqda) səndən 

əvvəl kitab (Tövrat) oxuyanlardan (Abdullah ibn Salam kimi kitab əhlindən) soruş. 

Haqq sənə, sözsüz ki, Rəbbindən gəlmişdir. Şübhə edənlərdən olma!  

95. Allahın ayələrini təkzib edənlərdən də olma, yoxsa ziyana uğrayanlardan olarsan!  

96. Həqiqətən, əleyhinə sənin Rəbbinin sözü gerçəklənmiş olanlar iman gətirməzlər!  

97. Onlara hər hansı bir ayə gəlsə, şiddətli əzabı görməyincə (inanmazlar).  




Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə