Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
179
45. Nuh Rəbbinə (dua ilə) müraciət edib dedi: "Ey Rəbbim! Oğlum (Kən’an) mənim ailə
üzvlərimdəndir. Sənin və’din, sözsüz ki, haqdır. Sən hakimlərin hakimisən!"
46. (Allah) buyurdu: "Ey Nuh! O sənin ailəndən deyildir. Çünki o (küfr etməklə) pis bir
iş görmüşdür. (Və ya sənin Məndən onu xilas etmək xahişin yaxşı iş deyildir). Elə isə
bilmədiyin bir şeyi Məndən istəmə. Sənə cahillərdən olmamağı tövsiyə edirəm
(məsləhət görürəm)".
47. (Nuh) dedi: "Ey Rəbbim! Bilmədiyim bir şeyi Səndən istəməkdən (belə bir işə cür’ət
etməkdən) Sənə sığınıram. Əgər məni bağışlamasan, rəhm etməsən, ziyana
uğrayanlardan olaram!"
48. (Sonra) belə deyildi: "Ey Nuh! Sənə və səninlə birlikdə (gəmidə) olan camaatdan
törənəcək (mö’min) ümmətlərə Bizdən əmin-amanlıq və bərəkətlər bəxş edilməklə
(gəmidən) en. (Gələcəkdə sizin nəsildən olub küfr edəcək) bə’zi ümmətlərə də
(dünyada) dolanışıq verəcək, sonra isə (axirətdə) onları şiddətli bir əzaba düçar
edəcəyik!"
49. Bunlar (bu əhvalatlar) sənə vəhy etdiyimiz (vəhylə bildirdiyimiz) qeyb
xəbərlərindəndir. Bundan qabaq onları nə sən, nə də ümmətin bilirdi. (Ya
Peyğəmbərim! Müşriklərin və kafirlərin əzab-əziyyətinə) səbr et. Həqiqətən, (gözəl)
aqibət müttəqilərindir!
50. Ad tayfasına da qardaşları Hudu (peyğəmbər göndərdik). O dedi: "Ey camaatım!
Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxudr. Siz isə (Allaha şərik
qoşmaqla) yalnız iftiraçısınız!
51. Ey camaatım! Mən buna (peyğəmbərliyi təbliğ etməyə) görə sizdən heç bir mükafat
istəmirəm. Mənim mükafatım yalnız məni yaradana aiddir. Məgər dərk etmirsiniz?
52. Ey camaatım! Rəbbinizdən bağışlanmanızı diləyin. Sonra Ona tövbə edin ki, göydən
sizə bollu (peydərpey) yağış göndərsin, qüvvətinizin üstünə bir qüvvət də artırsın.
(Mənim də’vətimdən və imandan) günahkar olaraq üz çevirməyin!"
53. Onlar da dedilər: "Ey Hud! Sən bizə açıq-aşkar bir mö’cüzə gətirmədin. Sənin
sözünlə tanrılarımızı tərk edən deyilik. Biz sənə inanmırıq!
54. Biz ancaq bunu deyirik ki, bə’zi tanrılarımız (onlara tapınmağımızı qadağan
etdiyinə görə) sənə sədəmə (xətər) toxundurmuşdur (ona görə də ağzına gələni
danışırsan)". (Hud) belə cavab verdi: "Allahı şahid tuturam və siz də şahid olun ki, mən
sizin (Rəbbinizə) qoşduğunuz şəriklərdən uzağam!
Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
180
55. Bircə Ondan (Allahdan) başqa! (Yalnız Ona ibadət edirəm). İndi hamılıqla mənə
qarşı nə hiylə qurursunuzsa, qurun və mənə heç möhlət də verməyin!
56. Mən özümün və sizin Rəbbiniz olan Allaha təvəkkül etdim. (Yer üzündə) elə bir
canlı yoxdur ki, onun ixtiyarı (Allahın) əlində olmasın. Həqiqətən, Rəbbim düz
yoldadır! (Ədalət sahibidir. Hər kəsin cəzasını öz əməli müqabilində verir. Heç kəsin
haqqını tapdalayıb mükafatını azaltmır. Mö’minə Cənnət, kafirə isə Cəhənnəm qismət
edir).
57. Əgər (imandan) üz çevirsəniz, bilin ki, mən (Allahın mənə lütf etdiyi peyğəmbərliyi,
buyurduğu hökmləri) sizə təbliğ etdim. Rəbbim yerinizə başqa bir ümmət gətirər və siz
(Ona) heç bir zərər yetirə bilməzsiniz. Həqiqətən, Rəbbim hər şeyi hifz edəndir!"
58. (Hud tayfasının məhvi barəsində) əmrimiz gəldikdə Bizdən bir mərhəmət olaraq
Hudu və onunla birlikdə iman gətirənləri xilas etdik və onları şiddətli əzabdan
qurtardıq!
59. Bu da Ad tayfasıdır! Onlar Rəbbinin ayələrini inkar etdilər, Onun Peyğəmbərlərinə
qarşı çıxdılar (peyğəmbərlərin hamısı tövhid, təkallahlılıq təblig etdiklərinə görə bir
peyğəmbərə qarşı çıxan kimsə bütün peyğəmbərlərə qarşı çıxmış olur), başlarının
üstündə duran hər bir inadkar böyüyün əmrinə tabe oldular.
60. Və, beləliklə, dünyada da, qiyamət günündə də lə’nətə uğradılar. Bilin ki, Hud
tayfası Rəbbini inkar etmişdi. Xəbəriniz olsun ki, Hudun tayfası Ad (Allahın
mərhəmətindən) kənar (uzaq) oldu. (Ərəb tarixində iki Ad tayfasının adı çəkilir. Biri
Hudun tayfası Ad, digəri isə Adul-İrəmdir ki, ona Zatul-İmad da deyilir. Onları bir-
birindən fərqləndirmək üçün burada birinci Ad qəbiləsi Hud qövmü adlandırılır).
61. Səmud qövmünə də qardaşları Salehi (peyğəmbər göndərdik). O dedi: "Ey
camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. O sizi (atanız
Adəmi) yerdən (torpaqdan) yaradıb orada sakin etdi (və ya uzun ömür verdi).
(Allahdan) bağışlanmağınızı diləyin, sonra da Ona tövbə edin. Həqiqətən, Rəbbim (Öz
elmi, qüdrəti, mərhəməti ilə yaratdıqlarına) yaxındır, (duaları) qəbul edəndir!"
62. Onlar dedilər: "Ey Saleh! Sən bundan əvvəl içərimizdə (böyüyümüz, ağsaqqalımız
olmağa) ümid edilən bir adam idin. İndi atalarımızın ibadət etdiyinə (bütlərə, tanrılara)
ibadət etməyi bizə qadağanmı edirsən? Doğrusu, biz sənin bizləri də’vət etdiyin
(tövhid) barədə şəkk-şübhə içindəyik".
63. (Saleh onlara) belə cavab verdi: "Ey camaatım! Bir deyin görək. Əgər mənim
Rəbbimdən aşkar bir mö’cüzə olsa, O mənə Özündən bir mərhəmət (peyğəmbərlik) lütf
Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
181
etsə, mən də Ona asi olsam, məni Allahın əzabından kim qurtara bilər? Siz mənə
ziyandan başqa bir şey artırmayacaqsınız!
64. Ey camaatım! Allahın bu dişi (maya) dəvəsi sizin üçün bir mö’cüzədir. Qoyun
Allahın torpağında otlasın, ona bir pislik etməyin, yoxsa şiddətli bir əzaba düçar
olarsınız!"
65. Onlar (dəvəni) tutub (ayaqlarından) kəsdilər. (Saleh də onlara) dedi: "Daha üç gün
yurdunuzda yaşayıb kef çəkin. Bu elə bir və’ddir (sözdür) ki, yalan çıxmaz!"
66. (Saleh tayfasının məhvi barəsində) əmrimiz gəldikdə Bizdən bir mərhəmət olaraq
Salehi və onunla birlikdə iman gətirənləri xilas etdik və o günün rüsvayçılığından
qurtardıq. Həqiqətən, Rəbin yenilməz qüdrət sahibi, qüvvət sahibidir!
67. O zülm edənləri qorxunc (tükürpədici) bir səs bürüdü və evlərində diz üstə çöküb
qaldılar (bir göz qırpımında həlak oldular).
68. Sanki onlar heç yaşamamışdılar. Bilin ki, Səmud tayfası Rəbbini inkar etmişdi.
Xəbəriniz olsun ki, Səmud tayfası (Allahın mərhəmətindən) kənar (uzaq) oldu!
69. Həqiqətən, elçilərimiz (mələklər) İbrahimə müjdə (İshaqın anadan olacağı xəbərini)
gətirib: "Salam!" - dedilər. (İbrahim də: ) "Salam!" - deyə cavab verdi və dərhal (gedib
onlara) qızarmış bir buzov gətirdi.
70. (İbrahim qonaqların) əllərinin yeməyə uzanmadıqlarını gördükdə onların bu
hərəkəti xoşuna gəlmədi və qorxuya düşdü. Onlar dedilər: "Qorxma (biz Allahın
mələkləriyik), biz Lut tayfasına (onu məhv etmək üçün) göndərilmişik!"
71. (İbrahimin) arvadı (Sara pərdə arxasında) durmuşdu (və ya qonaqlara qulluq
edirdi). O (bu sözləri eşidib Lut tayfasının başına gələcək müsibətdən qafil olduğuna
sevinərək və ya qoca yaşında oğlu olacağına təəccüblənərək) güldü. Bundan sonra Biz
onu İshaqla, İshaqın da ardınca Yə’qubla (İshaqın, ondan sonra Yə’qubun dünyaya
gələcəyi ilə) müjdələdik.
72. (İbrahimin arvadı) dedi: "Vay halıma! Mən qoca bir qarı, bu ərim də ixtiyar bir kişi
olduğu halda, mən necə doğa bilərəm?! Bu çox təəccüblü bir şeydir!"
73. (Mələklər ona) dedilər: "Allahın əmrinə (əmr etdiyi bir şeyə) təəccübmü edirsən? Ey
ev əhli! Allahın bərəkəti və mərhəməti üstünüzdə olsun. Allah tə’riflənib şükür
olunmağa, öyülüb mədh edilməyə layiqdir!" (Allahın bütün işləri bəyənilmişdir. O,
tükənməz və əvəzsiz ne’mət, ehsan və kərəm sahibidir!)
Dostları ilə paylaş: |