Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
151
34. Ey iman gətirənlər! (Yəhudi) alimlərindən və (xaçpərəst) rahiblərindən çoxu
insanların mallarını haqsızlıqla yeyir və (onları) Allah yolundan döndərirlər. (Ya
Rəsulum!) Qızıl-gümüş yığıb onu Allah yolunda xərcləməyənləri şiddətli bir əzabla
müjdələ!
35. O gün (qiyamət günü) yığdıqları qızıl-gümüş cəhənnəm atəşində qızdırılıb
alınlarına, böyürlərinə və kürəklərinə dağ basılacaq (və onlara): "Bu sizin özünüz üçün
yığıb saxladığınız mallardır. Yığdığınız mal-dövlətin (əzabını, acısını) dadın!" -
(deyiləcəkdir!)
36. Həqiqətən, Allah yanında ayların sayı göyləri və yeri yaratdığı gündən bəri Allahın
Kitabında on ikidir. Onların dördü (rəcəb, zülqə’də, zülhiccə və məhərrəm) haram
aylardır. Bu, doğru dindir (İbrahim və İsmailin gətirdikləri dinin doğru hesabı və
hökmüdür). Ona görə də həmin aylarda özünüzə zülm etməyin. Müşriklərin hamısı
sizinlə vuruşduqları kimi, siz də onlarla vuruşun və bilin ki, Allah müttəqilərlədir!
37. Həqiqətən, (haram ayları) gecikdirmək (məsələn, rəcəbi şə’bana və ya zülqə’də,
zülhiccə və məhərrəmi gecikdirib səfərə, yaxud başqa bir aya saxlamaq) ancaq küfrü
artırmaqdır ki, bununla kafir olanlar (doğru yoldan) azdırılarlar. Onlar Allahın haram
etdiyi ayların sayını düzəltmək, Allahın haram buyurduğunu halal etmək məqsədilə
onu (gecikdirilən ayı) bir il halal, bir il haram sayarlar. (Ayları gecikdirmək, yerlərini
dəyişdirmək və qəməri ilə daha bir ay əlavə etməklə haram olan bir ayı bə’zən halal,
halal olan bir ayı da bə’zən haram hesab edərlər). Pis əməlləri onlara gözəl
görünmüşdür. Allah kafir qövmü doğru yola yönəltməz!
38. Ey iman gətirənlər! Sizə nə oldu ki, "Allah yolunda döyüşə çıxın!" - deyildikdə yerə
yapışıb qaldınız. Yoxsa axirətdən vaz keçib dünya həyatına razı oldunuz? Halbuki
dünya malı axirət yanında (axirətlə müqayisədə) yalnız cüz’i bir şeydir!
39. Əgər (sizə əmr olunan bu döyüşə) çıxmasanız, Allah sizə şiddətli bir əzab verər və
sizi başqa bir tayfa ilə əvəz edər (yerinizə başqa bir tayfa gətirər). Siz isə Ona (döyüşə
çıxmamağınızla Allaha və Peyğəmbərinə) heç bir zərər verə bilməzsiniz. Allah hər şeyə
qadirdir!
40. (Ey mö’minlər!) Əgər siz ona (Peyğəmbərə) kömək etməsəniz, Allah ona kömək
göstərmiş olar. Necə ki, kafirlər onu (Məkkədən) iki nəfərdən biri (ikinin ikincisi) olaraq
çıxartdıqları, hər ikisi mağarada olduğu və öz dostuna (Əbu Bəkrə): "Qəm yemə, Allah
bizimlədir!"-dediyi zaman (göstərmişdi). O vaxt Allah ona bir arxayınlıq (rahatlıq) nazil
etmiş, onu sizin görmədiyiniz (mələklərdən ibarət) əsgərlərlə müdafiə etmiş, kafirlərin
Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
152
sözünü alçaltmışdı. Yalnız Allahın sözü (kəlmeyi-şəhadət) ucadır. Allah yenilməz
qüvvət, hikmət sahibidir!
41. (Ey mö’minlər!) Ağırlı-yüngüllü (qocalı-cavanlı, atlı-piyada, güclü-gücsüz, dövlətli-
kasıb) hamınız cihada çıxıb malınız və canınızla Allah yolunda vuruşun! Bilsəniz bu
sizin üçün nə qədər xeyirlidir!
42. Əgər o (də’vət olunduqları yürüş), asan əldə edilən mənfəət (dünya malı, yaxud
qənimət) və orta (mənzilli) bir səfər olsaydı, onlar mütləq sənin ardınca gedərdilər.
Lakin yorucu (məşəqqətli) məsafə (Təbuk səfəri) onlara uzaq gəldi. Bununla belə, onlar:
"Əgər gücümüz çatsaydı, biz də sizinlə bərabər səfərə çıxardıq",- deyə Allaha and
içəcəklər. Onlar (yalandan Allaha and içməklə) özlərini həlak edirlər. Allah isə onların
yalançı olduqlarını bilir.
43. Allah səni bağışlasın! (Allah səni əfv etdi). Doğru danışanlar sənə bəlli olmadan,
yalançıları tanımadan əvvəl nə üçün onlara (cihadda iştirak etməməyə) izin verdin?
44. Allaha və axirət gününə iman gətirənlər malları və canları ilə cihad etmək barəsində
səndən izin istəməzlər (o saat cihada çıxarlar). Allah müttəqiləri tanıyandır!
45. Səndən (cihada çıxmamaq üçün) izin istəyənlər ancaq Allaha, axirət gününə iman
gətirməyənlər və ürəkləri şəkk-şübhəyə düşənlərdir. Onlar öz şübhələrində tərəddüd
edib durarlar.
46. Əgər onlar (münafiqlər cihada) çıxmaq istəsəydilər, ona hazırlıq görərdilər. Lakin
onların davranışı Allaha xoş gəlmədi, buna görə də (cihada çıxmaqlarına) mane oldu.
Onlara: "(Evdə) oturanlara (qocalar, zəiflər, qadınlar və uşaqlarla bərabər) siz də
oturun!" - deyildi.
47. Əgər (münafiqlər) sizinlə birlikdə (cihada) çıxsaydılar, yalnız içinizdə pozuntunu
(fəsadı) artırar və sizi fitnəyə uğratmaq üçün aranıza soxulardılar. İçinizdə onlara qulaq
asanlar da vardır. Allah zalımları tanıyandır!
48. Onlar əvvəl də (Ühüd döyüşündə) fitnə törətmək istəmiş və sənin üçün bir para
işləri alt-üst etmişdilər. Nəhayət, onlar istəmədikləri halda, haqq gəldi və Allahın əmri
zahir oldu.
49. Onlardan (münafiqlərdən): "Mənə (döyüşə getməməyə) izin ver, məni fitnəyə
salma!"- deyənlər də var. Bilin ki, onlar (özləri) fitnəyə düşmüşlər. Şübhəsiz ki,
Cəhənnəm kafirləri bürüyəcəkdir!
Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
153
50. Sənə bir yaxşılıq (zəfər, qənimət) nəsib olsa, onların halı pis olar. Sənə bir müsibət üz
versə: "Biz tədbirimizi qabaqcadan görmüşük!" deyər və sevincək halda dönüb
gedərlər.
51. De: "Allahın bizim üçün (lövhi-məhfuzda) yazdığından başqa bizə heç bir şey üz
verməz. O bizim ixtiyar sahibimizdir. Buna görə də mö’minlər yalnız Allaha təvəkkül
etsinlər!"
52. De: "Biz Allahın Özü tərəfindən və ya bizim əlimizlə sizi əzaba düçar etməsini
gözlədiyimiz halda, siz bizlərə ancaq iki yaxşı işdən (zəfər çalmaqdan və şəhid
olmaqdan) birinin gəlməsinimi gözləyirsiniz? Doğrusu, biz də sizinlə birlikdə
gözləməkdəyik"!
53. (Münafiqlərə) de: "İstər könül xoşluğu ilə, istər zorla (mallarınızı) xərcləyin. Onsuz
da (Allah dərgahında) sizdən qəbul olunmayacaq. Çünki siz fasiq bir tayfasınız.
54. Onların xərclədiklərinin qəbul olunmasına mane olan yalnız Allahı və Onun
Peyğəmbərini inkar etmələri, namaza tənbəl-tənbəl gəlmələri və istəməyə-istəməyə
xərcləmələridir.
55. (Ya Peyğəmbərim! Münafiqlərin) nə malları, nə də oğul-uşağı səni
təəccübləndirməsin. Allah onlarla ancaq münafiqlərə dünyada əzab vermək, kafir
olduqları halda, canlarını almaq istər.
56. (Münafiqlər) sizdən olmaya-olmaya mütləq sizdən olduqları barədə Allaha and
içərlər. Lakin onlar (əslində sizin onları öldürmənizdən ehtiyat edən, buna görə də
zahirən özlərini müsəlman kimi göstərən) qorxaq bir zümrədir.
57. Əgər onlar bir sığınacaq və ya (gizlənmək üçün) mağara, yaxud girməyə bir deşik
(yer) tapsaydılar, tələsik ora üz tutardılar.
58. Onlardan (münafiqlərdən) sədəqələr (onların bölünməsi) barəsində sənə eyib
tutanlar da var. Əgər (sədəqədən) onlara bir şey verilsə, razı qalar, verilməsə, dərhal
qəzəblənərlər.
59. Kaş münafiqlər Allahın və Peyğəmbərinin onlara verdiklərindən razı qalıb: "Allah
bizə kifayətdir. Allah bizə Öz ne’mətindən bəxş edəcək, Peyğəmbəri də (sədəqədən).
Biz, həqiqətən, Allaha ürəkdən bağlananlarıq!" - deyəydilər!
60. Sədəqələr (zəkatlar) Allah tərəfindən müəyyən edilmiş bir fərz (vacib əməl) olaraq
ancaq yoxsullara, (ehtiyacı olan, lakin utandığından əl açıb dilənməyən) minskinlərə,
Dostları ilə paylaş: |