R. H. MƏMMƏdov, tofđq bəHƏRÇĐ



Yüklə 2,56 Mb.
Pdf görüntüsü
səhifə46/53
tarix31.12.2021
ölçüsü2,56 Mb.
#82187
1   ...   42   43   44   45   46   47   48   49   ...   53
dunyanin-iqtisadi-ve-sosial-cografiyasi (2)

 

X. A F R Đ K A 

 

Şimaldan-cənuba-8  min  km  məsafədə  uzanan  Afrika 



qərbdən-şərqə  7  min  km  məsafəni  əhatə  edir.  Sahəsi  adalarla 

birlikdə  -  30,3  mln.  kv  km-dir.  Əhalisi  841  mln.  nəfərdən  çoxdur. 

Kişilər  49,9%,  qadınlar  50,1%,  şəhər  əhalisi  37,7%,  kənd  əhalisi 

62,2%  kimi  xüsusi  çəkiyə  malikdir.  Hər  kv  km-də  əhalinin  orta 




sıxlığı 27,8 nəfər təşkil edir. Maksimal sıxlıq hər kv.km-da Nil çayı 

hövzəsində 1500 nəfər və Mavriki Respublikasında 589 nəfər, ən az 

isə  Qərbi  Saxarada  0,9  nəfərdən  çox  deyildir.  Əhalinin  təbii 

artımının  orta  göstəricisi  -  2,3  %,  ən  çox  təbii  artım  San-Tome  və 

Müqəddəs adasında  -3,5 %, ən az təbii artım Zimbabvedə olmaqla 

0,05  %-dən  çox  deyildir.  Əhalinin  orta  ömür  sürməsi  kişilərdə  - 

53,2 il, qadınlarda - 56,2 ilə çatır. Ən çox ömür sürmə isə Liviyada 

müşahidə  olunur.  Bu  kişilərdə  73,7  il,  qadınlarda  78,1  il 

hesablanmışdır.  Botsvana  və  Mozambik  ən  az  ömür  sürən  əhaliyə 

malikdir.  Daha  doğrusu,  Botsvanada  kişilər  35,2  il,  Mozambikdə 

qadınlar  -  34,6  il  ömür  sürə  bilirlər.  Bu  sahədə  Zimbabve  ən  çox 

xüsusi  çəki  göstəricisinə  (85  %),  ən  az  Niger-13,6  çəki  ilə  tanınır. 

Ərazisinin  böyüklüyünə  görə  Sudan  (2505,8  min  kv.km)  tanınır, 

əhalisinin  çoxluğuna  görə  isə  Nigeriya  (130  mln.  nəfər)  seçiilir. 

Seyşel  adaları 445 kv.km sahəyə malik olmaqla və 80,1 min nəfər 

əhalini  özündə  birləşdirərək  ən  kiçik  dövlət  hesab  olunur.  Misir 

Ərəb Respublikasının paytaxtı Qahirə şəhərində ətrafları ilə birlikdə 

11  mln.  nəfərə  qədər  əhali  vardır.  Bu  Afrikada  ən  böyük  dövlət 

hesab edilir. 

Ümumi  Daxili  Məhsulun  adambaşına  düşən  maksimal 

miqdarına  görə  Mavriki  dövləti  tanınır.  Burada  hər  nəfərə  0,8  min 

dollar  düşür.  Ən  az-Leonada  məhsul  istehsalı  müşahidə  olunur  ki, 

bu da 500 dollardan çox deyıldir. 

Afrikanın  siyasi  xəritəsinə  nəzər  saldıqda  53  müstəqil 

dövlətin,  2  asılı  ərazinin  və  2  xüsusi  statusa  malik  ərazilərin 

olmasını  görürük.  Burada  49  respublika,  3  konstitusiyalı 

monarxiya,  1  Camaxiriya  dövləti  ayrılır.  Böyük  Britaniyanın 

rəhbərliyində  olan  Birlik  qrupunun  tərkibinə  Afrikadan  18  dövlət 

daxildir. 

Afrikanın  irqi  və  etnik  tərkibi  çox  mürəkkəbdir.  Onun 

əhalisinin  yarıdan  çoxu  neqroid  irqinə  məxsusdur.  Burada  500-ə 

qədər  xalq  yaşayır.  Bunlardan  10-nun  hər  birində  1  mln-dan  artıq 

əhali vardır. Afrika ölkələrinin əksəriyyətində ərəb, fransız, ingilis, 

portuqal və islam dilləri hakimdir. Dini əqidələrinə görə əhalinin 40 

%-dən çoxunu xristianlar, 35 %-ni müsəlmanlar, 10 %-dən çoxunu 

yerli  əhali  təşkil  edir.  Şimalda  yerləşən  ölkələrin  əksəriyyəti 




müsəlmanlardan,  cənubda  yerləşən  dövlətlər  isə  xristianlar  və 

onlara yaxın olanlardan ibarətdir. 

 


Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə