R. H. MƏMMƏdov, tofđq bəHƏRÇĐ



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə35/153
tarix20.09.2017
ölçüsü3,91 Mb.
#1122
1   ...   31   32   33   34   35   36   37   38   ...   153

biri  olmuşdur.  Đkinci  Dünya  müharibəsi  qabağı  dünyada  ildə  -  4,0 

mln.  avtomobil  buraxılırdısa,  hal-hazırda  bu  rəqəm  60  mln-a 

çatmaqdadır. Bunun 4/5-ü yüngül-minik maşınları, qalanları isə yük 

və avtobuslardır. Bu sahədə hələ 1950-ci ildə ABŞ-ın xüsusi çəkisi - 

83%,  Qərbi  Avropanınkı  isə  -  14%-dən  çox  deyildir.  Son  vaxtlar 

məhsul istehsalında ölkələr arasında yerdəyişmələr əmələ gəlmişdir. 

Avtomobil  düzəldilməsində  ABŞ,  Yaponiya,  Almaniya,  Fransa, 

Koreya  Respublikası,  Đspaniya,  Böyük  Britaniya,  Kanada,  Đtaliya, 

Braziliya birinci onluğu təşkil edirlər. 

Dünyada  Amerikanın  tanınmış  "Ceneral  Motors",  "Ford 

Motor",  Yaponiyanın  "Toyota",  "Nissan",  "Xonda";  Almaniyanm 

"Folksvaqen",  alman-amerikan  "Daymler  Kraysler";  Đtaliyanın 

"FtAT";  Fransanın  "Reno",  "Pejo-Sitroen";  "Cənubi  Koreyanın 

"Deu"  avtomobil  korporasiyaları  fəaliyyət  göstərirlər.  ABŞ  xarici 

ölkələrdəki  müəssisələrinin  verdiyi  məhsul  da  daxil  olmaqla  ildə 

19,0  mln.  ədəd  avtomobil  buraxır.  Ölkədə  26  ştatın  150-dən  artıq 

şəhərində avtomobil zavodları fəaliyyət göstərir. Miçiqan "avtomobil 

ştatı", habelə Detroyt "avtomobil paytaxtı" - fəaliyyətdədir. 

Avtomobil  dünya  ticarətində  aparıcı  yer  tutur.  Onun  ixracat 

kvotası  -  40%-dən  artıqdır.  ixracatda  Yaponiya  -  4,6  mln.  ədəd, 

Almaniya  -  3,5  mln.  ədəd  və  Fransa  seçilirlər.  Almaniyada, 

Fransada,  Koreya  Respublikasmda  ayrı-ayrılıqda  adambaşına  -  50 

avtomobil istehsal olunursa, bu Yaponiyada daha çoxdur. 

Elektron  sənayesini  haqlı  olaraq  ETĐ-nin  pioneri  hesab 

edirlər. Onun məhsul istehsalını dörd qrupa ayırmaq mümkündür: 1) 

informasiya işləmələri üçün gərək olan vəsaitlər; 2) rabitə vasitələri; 

3) məişət aparatları istehsalı; 4) elektron komponentləri istehsalı. 

Đnformasiyanın  işlənməsində  elektron  vəsaitlərinə  xüsusi 

kompüterlərin  və  ya  EHM-nin  böyük  rolu  vardır.  Bunlara  mikro-

EHM,  mini  -EHM,  eləcə  də  super  EHM-ri  daxildir.  Dünyada 

mövcud  olan  yüzlərlə  kompüter  fırmaları  içərisində  ABŞ-in  ĐBM 

fırması  dünyada  qabaqcıl  yer  tutaraq  istehsal  olunan  kompüterlərin 

yarıdan  çoxunu  verir.  ABŞ-da  buraxılmış  kompüterlərin  ümumi 

qiyməti - 100 mlrd. dollardan artıqdır. Əsas EHM-i verən Yaponiya 

bu  sahədə  dünyada  ABŞ-dan  sonra  2-ci  yeri  tutaraq  ildə  -60  mlrd. 

dollarlıq məhsul istehsal edə bilir.  

Rabitə  texnikasında  telefon  aparatları  sahəsi  başlıca  yer 

tutmaqla  dünyada  onların  sayı  1,0  mlrd.  ədədə  yaxmdır.  Burada 

ABŞ, Yaponiya, ARF fərqlənir. 



Məişətdə işlədilən elektron aparatlarına isə rəngli televizorlar, 

çəkiliş 


aparatları, 

videomaqnitofonlar, 

videokameralar, 

audioaparatlar  və  s.  daxildir.  XX  əsrin  sonlarında  dünyada  istehsal 

olunan 150 mln. ədəd televizorun - 40 mln. ədədə qədərini Çin, 30 

mln.  ədədini  Koreya  Respublikası,  10  mln.  ədədini  Malayziya,  8,0 

mln-dan çoxunu Yaponiya istehsal etmişdir. 

Elektron  sənayesinin  inkişafında  4  başlıca  rayon  ayrılır. 

Bunlar  ABŞ,  Yaponiya,  Qərbi  Avropa  və  Şərqi  və  Cənubi-Şərqi 

Asiya rayonlarıdır. 

Dünya  ticarətində  elektron  sənayesinin  məhsulları  daha 

qabaqcıl  yer  tutur.  Belə  ki,  bu  sahədə  Yaponiyanın  ixracat  kvotası 

50%-ə  qədər,  Qərbi  Avropanın  ixracat  kvotası  -  40%,  ABŞ-ınkı 

1/10-dən çox deyildir. 

Lokomotivlər  ən  çox  Hindistanda,  Braziliyada,  Argentinada, 

Türkiyədə,  RF-də,  ABŞ-da,  Ukraynada  istehsal  olunmaqdadır. 

Meksika,  Misir,  Đran,  Tailand,  Çili,  Kolumbiya  vaqonqayırmada 

qabaqcıl yer tuturlar. 

Aviasiya  maşınqayırmasında  ABŞ  liderlik  edir.  Dünya 

bazarına bu sahədə istehsal olunmuş məhsulun 2/3-ni göndərir. XX 

əsrin  sonlarında  "Boinq"  kompaniyasında  -  400  hava  layneri 

istifadəyə verilmişdir. 

Kənd  təsərrüfatı  maşınqayırması  müəssisələri  başlıca  olaraq 

istehlak  rayonlarında  yerləşdirilməklə  ABŞ-da,  Kanadada,  RF-də, 

Ukraynada,  Avstraliyada,  Moldovada,  Gürcüstanda,  Özbəkistanda 

və  digər  yerlərdə  fəaliyyətdədir.  Traktor  parklarında  bağ-bostan 

becərilməsində işlədilən maşınlar nəzərə alınmadan - 30 mln. ədədə 

qədər traktor vardır. Bunun - 4,8 mln. ədədi ABŞ-da, 2,2 mln. ədədi 

Yaponiyada, - 1,5 mln. ədədi isə Đtaliyadadır. 

 

V.4. Kimya sənayesi 

 

Kimya dünya sənayesinin ən cavan sahələrindən hesab edilsə 



də,  hal-hazırda  onun  3  avanqard  sahəsindən  birinə  çevrilmişdir. 

Kimya 


sənayesi 

hər 


bir 

ölkənin 


iqtisadiyyatının 

müasirləşdirilməsini,  ETT-nin  nailiyyətlərindən  istifadə  etmə 

səviyyəsinin  dərəcəsini  göstərən  etibarlı  indikatordur.  Onun 

məhsullarından  -  plastik  kütlələrdən,  şüşədən  maşmqayırma; 

kübrələrdən,  kimyəvi  zəhərləyici  maddələrdən  kənd  təsərrüfatı; 



motor  yanacağından,  sürtgü  yağlarından,  sintetik  yanacaqdan, 

nəqliyyat, habelə tikinti sənayesi istifadə edir. 

Təsərrüfatı  xammallarla,  digər  materiallarla  təchiz  edən, 

başqa  istehsalların  tullantılarını  emal  edən  kimya  sənayesinin  özü 

elektrik  enerjisinə,  ayrı-ayrı  növ  avadanhqlara,  nəqliyyata   

möhtacdır. 

Energetika  və  maşınqayırma  kimi,  o  da  xalq  təsərrüfatının  demək 

olar ki, bütün sahələri ilə bilavasitə əlaqədə olub, onların inkişafına 

və daha düzgün yerləşdirilməsinə güclü təsir göstərir. Onun bir sıra 

xüsusiyyətləri  vardır.  Belə  ki,  o,  bir  çox  keyfıyyətlərə  görə  natural 

məhsullardan  keyfıyyətli  olan  yeni  növ  məhsullar  yaradır.  Belə 

məhsulların  ayrı-ayrı  sahələrə  tətbiqi  insanların  əməyinə,  eləcə  də 

kənd  təsərrüfatı  xammallarına  qənaət  etmiş  olur.  Belə  ki,  natural 

ipəyə  nisbətən  kapron  istehsalına  insanların  əmək  məsrəfləri  xeyli 

miqdarda  azalır.  Digər  tərəfdən,  kimya  sənayesinin  kombinələşmə 

baxımından  böyük  imkanları  mövcuddur.  Daha  doğrusu,  kömür, 

neft, qaz, şist, torf və başqa yanacaq növlərindən həm elektrik enerji, 

həm də çox qiymətli kimyəvi məhsullar sayılan benzin, parafin əldə 

etmək  məqsədi  ilə  istifadə  olunması  enerji-kimya  kombinatlarının 

yaradılmasına  imkan  yaradır.  Kimyanı  başqa  təsərrüfat  sahələri  ilə 

kombinələşdirdikdə  koks-kimya,  neft-kimya,  meşə-kimya,  şist-

kimya  kimi  istehsal  sahələri  yaranır.  Deyilənlərlə  yanaşı  kimya 

sənayesinin  çox  böyük  xammal  və  yanacaq  bazaları  mövcuddur. 

Belə  ki,  kimya  müxtəlif  mineral  sərvətlərdən,  oduncaqdan,  sudan, 

havadan,  çox  böyük  istehsal  tullantılarından  geniş  surətdə  istifadə 

edir.  Lakin  kimya  sənayesi  üçün  neftin  emalından  alman  yeni-yeni 

məhsullar, kokslaşdırılmış kömür əsas və başlıca xammal sayılır. 

Kimya sənayesində müxtəlif xammallardan istifadə edilməsi, 

kombinələşdirmə  imkanlarının  hədsiz  ölçüdə  olması  kimya 

müəssisələrini  hər  yerdə  yaratmağa  imkan  verir.  Lakin  kimya 

istehsalları  çox  elektrik  enerjisi  və  su  işlətdiyindən,  başlıcası  isə 

ərazinin 

sanitariya-gigiyena 

şəraitinə 

hədsiz 

mənfi 


təsir 

göstərdiyindən  müəssisələrin  hər  yerdə  tikilməsi  məqsədəuyğun 

sayılmır. 

Kimya  sənayesi  mineral  xammal  hasil  edən  mədən  kimya-

sından;  duzların,  turşuların,  mineral  kübrələrin  əldə  edilməsinə 

yardımçı  olan  əsas  kimyadan;  karbohidrogen  xammallarını, 

yarımfabrikatlar  istehsalın  zəruriləşdirən  üzvi  sintez  kimyasından; 

plastik  kütlələr,  kauçuk,  müxtəlif  lifiərin  əldə  edilməsinə  kömək 




Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə