əldə olunur. Đldə toplanan 7,0 mln. t təbii kauçuk məhsulunun - 5,0
mln. tona qədərini Tailand, Đndoneziya və Malayziya verməkdədir.
Tütün becərilməsi ilə dünyada - 35 mln. işçi qüvvəsi çalışdığı
halda 100 mln-dan artıq əhali ondan xeyir götürür. Onun 60-dan artıq
növü məlumdur. Hər il 8 mln. tondan az olmayan məhsulun
verilməsində ABŞ, Çin, Hindistan, Türkiyə, Pakistan, Yunanıstan,
Đtaliya, Zimbabre, Malavi, Braziliya, Argentina, Yaponiya,
Đndoneziya, Koreya Respublikası, Azərbaycan, Gürcüstan kimi
dövlətlər iştirak edirlər. Tütün yığılmasında Çin (2,7 mln. t) dünyada
1-ci yer tutursa, 2-ci yer ABŞ-a (0,7 mln. t) məxsusdur. Siqaret
buraxılmasında (dünyada 5,5 mln. t) Asiya Çinin (1647 mlrd. ədəd),
Yaponiyanın, Đndoneziyanın, Koreya Respublikasının, Hindistanın
hesabına dünya regionları arasında liderlik edərək - 2,8 mln. t məhsul
toplantısı ilə fərqlənir.
Kolumbiya, Şərqi Asiya (Myanma, Çin, Laos), Orta Şərq
(Əfqanıstan), Mərkəzi Asiya (Qırğızıstan, Cənubi Qazaxıstan)
narkotik məhsullar becərilməsinin başlıca rayonları sayılırlar.
Đnsanların həyat tonusunu yüksəldən bitkilərdən çay, kofe və
kakaonun adını çəkə bilərik.
Dünyanın 49 ölkəsində 1000-dən artıq növü olan çay qədim
bitkilərdən sayılır. Onun vətəni Çin hesab edilir. Onun Çində 6 növü
becərılir. Đldə dünyada 2-8-3,0 mln. ton məhsul istehsalında
Hindistan - 810 min t, Çin - 616 min t, Şri-Lanka, Böyük Britaniya,
Keniya, RF, Azərbaycan, Gürcüstan tanınırlar. Keyfıyyətli çay
istehsalında Şri-Lanka, Hindistan qabaqda gedirlər.
Kofenin vətəni Efiopiyadır. 40-dan artıq növə malik olmaqla
ildə - 6,5 mln. ton məhsul istehsal olunur. Tanınan ölkələr
Kolumbiya - 0,73 mln. t, Đndoneziya - 0,37 mln. t, Kot d Đuvar - 0,28
mln. t, Meksika - 0,22 mln. t, Qvatemala - 0,17 mln. t, Kosta-Rika -
0,15 mln. t məhsul verməklə tanınırlar. "Arabika" növü məhsul
istehsalında 1-ci yeri tutsa da "robusta" növü ən bahalı sayılaraq 1,0
tonu 1000 dollara satılır.
Həmişəyaşıl bitki növlərindən sayılan kakaonun vətəni
Cənubi Amerikadır. Đstehsalı - 3,0 mln. tondan az deyildir.
Braziliyada, Đndoneziyada, Qanada, Malayziyada, Nigeriyada,
Kamerunda, Ekvadorda, Kolumbiyada, Niderlandda, ABŞ-da, Kot d
Đvuarda əkilir. Kakaonun 1,0 tonu 923 dollara satılır. Məhsul
istehsalında Qərbi Afrika 1-ci, Latın Amerikası 2-ci və Cənubi-Şərqi
Asiya regionu 3-cü yeri tutur.
Subtropik qurşağın rütubətli areallarında üzümçülük sahəsi
inkişaf etdirilir. Onun dünyada 70-dən çox növü tanınır. Əsasən
Aralıq dənizi hövzəsi ölkələri üçün səciyyəvi sayılır. Bundan başqa,
Yaxın və Orta Şərq, ABŞ (Kaliforniya), Avstraliyanın Viktoriya və
Yeni Cənubi Uels ştatları, CAR (Keyptaun) üzüm becərilməsində və
məhsul toplanmasında tanınırlar. Đtaliya ildə - 13 mln. t üzüm
•məhsulu toplamaqla dünyada 1-ci, Fransa isə 2-ci yeri (10 mln. t.)
tutur. Đldə dünya ölkələrində 10 mln. ha üzüm bağlarından - 60 mln.
tondan çox məhsul yığılır. Üzümçülük sahəsi göstərilən ölkələrdə
şərab istehsahının çoxluğuna səbəb olmuşdur. Ona görə də Fransada
üzüm becərilən bölgənin adı ilə adlandırılan keyfıyyətli şampan,
konyak, bordo; Đtaliyada vermut, Almaniyada mozel və reyn
şərabları, Portuqaliyada portveyn (şirin çaxır), Yunanıstanda konyak
məmulatları dünyada şöhrət qazanmışlar. Adambaşına üzüm şərabı
istehsalında liderlik edən ölkələr Đtaliya (ildə 100 1) və Fransadan
(ildə 1001) ibarətdir. Dünyada isə bu kəmiyyət göstəricisi - 5 litrdən
az deyildir.
Sitrus bitkilərinə portağal, mandarin, limon, qreyfrut və sair
növlərin becərilməsi daxildir. Bunlar da subtropik qurşağının
əkinçilik növləridir. Orta illik məhsul toplanması - 100 mln. t təşkil
edir. Bunun da - 64,0 mln. tonu portağalin hesabınadır. Cənubi
Braziliya, ABŞ, Đspaniya, Đtaliya portağal tədarükündə qabaqcıl yeri
tuturlar.
Qreyfrut
tədarükündə
ABŞ
tanırsa,
mandarin
yetişdirilməsində -Yaponiya dünyada 1-ci yeri tutmaqla, Çin və
Cənubi-Şərqi Asiya ölkələri də burada iştirak edirlər.
Tropik Asiyanın bitkisi sayılan (Hindistanm) banan rütubət və
istilik sevən növ hesab edilir. Đldə toplanan 60 mln. tona qədər
bananın 2/5-ni Asiya, '/i-nü Cənubi Amerika verməklə, sonrakı
yerləri Şimali və Mərkəzi Amerika, eləcə də Afrika regionu tuturlar.
Ən çox banan tədarükü Hindistana, Braziliyaya, Ekvadora, Filippinə,
Meksikaya aiddir. Hələ II Dünya müharibəsinə qədər banan
ixracatına görə Mərkəzi Amerika ölkələrini haqlı olaraq "banan"
respublikaları adlandırmışlar.
Bitkiçiliyin sahələrindən biri də tərəvəzçilikdir. Örtülü
təsərrüfatları da nəzərə alsaq tərəvəzçilik ancaq qütblərdə inkişaf
etməmişdir. Đldə - 600 mln. tona qədər tədarük olunan tərəvəz
məhsulunun yığılmasında Asiya - 67%-lə, Avropa 14%-lə, Şimali
Amerika - 9%-lə, Afrika - 7%-lə iştirak edir. Dünyada tərəvəz
məhsulu toplanmasında Çin - 39%, Hindistan - 9%, ABŞ- 7% xüsusi
çəkiyə malikdir. Bu kampaniyada Türkiyə, Đtaliya, Đspaniya və
Rusiya kimi iri dövlətlər də iştirak edirlər.
Kənd təsərrüfatı üçün ayrılmış yararlı əkin sahələri
strukturunda çox da yer tutmayan bağçılıq çox zəhmət tələb edən
sahə kimi tanınır. Alma, armud, şaftalı, qoz, fındıq, gilas, albalı, kivi
və s. məhsulları toplanmasında Asiyanın xüsusi çəkisi daha çox
olmaqla - 40% təşkil edir. Đldə orta hesabla - 450 mln. tondan artıq
müxtəlif meyvə məhsulları toplanılır. Dünyada il ərzində toplanan
meyvənin - 12%-ni Çin, 10%-ni Hindistan, 8%-ni Braziliya, 7,5 %-
ni ABŞ verməklə sonrakı yerləri Đtaliya və digər dövlətlər tuturlar.
Əkinçilik sahəsinin son illərdə dinamik inkişaf edən
sahələrindən biri də gülçülük təsərrüfatıdır. Bu sahə, xüsusi ilə də
Şimali Amerika və Qərbi Avropa ölkələri üçün daha çox xarakterdir.
Dünyada ən yaxşı tülpan becərilməsi ilə Niderland məşhurdursa,
qızılgül becərilməsində Bolqarıstanm tayı-bərabəri yoxdur.
Niderlanda tülpan hələ 400 il bundan əvvəl Türkiyədən
gətirilmişdir. Đlboyu məhsul verən tülpan isti oranjereyalarda da
becərilərək nəinki daxili bazarda realizə olunur, eləcə də AFR-ə,
Fransaya, Yaponiyaya, Sinqapura, ABŞ-a, Kanadaya da göndərilir.
Onun forma və rənginə görə 1000-ə qədər növləri becərilməkdədir.
Yığılan məhsul daha çox Aalsmere şəhərində yaradılmış gül
auksionunda realizə olunur. Đldə 2,0 mlrd. ədəddən artıq tülpan satışa
göndərilir.
Deyilənlər sahəsində Türkiyənin, Fransanın, Hindistanm,
Braziliyanın,
Kolumbiyanın
və
bəzi
Afrika
ölkələrinin
özünəməxsusluğu vardır.
Heyvandarlıq dünya kənd təsərrüfatının ikinci aparıcı və ən
qədim
sahəsi
sayılır.
Onun
strukturu
mürəkkəb
olmaqla
iribuynuzlulardan,
xırdabuynuzlulardan,
donuzçuluqdan,
quşçuluqdan,
maralçılıqdan,
atçılıqdan,
vəhşi
heyvanlar
saxlanılmasından, arıçılıqdan, ipəkçilik və balıqçılıqdan ibarətdir. O,
illik kənd təsərrüfatı məhsulları istehsalının 1/5-ni verir. Göstərilən
heyvanların ümumi sayı 5,0 mlrd. başa yaxındır.
Kənd təsərrüfatının əkinçilik sahəsində olduğu kimi
heyvandarlığın da inkişaf etdirilməsi intensiv və ekstensiv yollarla
həyata keçirilir.
Dostları ilə paylaş: |