R. H. MƏMMƏdov, tofđq bəHƏRÇĐ



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə45/153
tarix20.09.2017
ölçüsü3,91 Mb.
#1122
1   ...   41   42   43   44   45   46   47   48   ...   153

yerləşdirilməsinin  barometri  sayılır.  Bunlar  azmış  kimi,  nəqliyyat 

coğrafi əmək bölgüsünün əsasını təşkil edir. Đnkişafı, insan həyatıın 

nəqliyyatsız düşünmək absurddur. 

Nəqliyyat  təsərrüfatın,  rayonların,  ölkənin  ixtisaslaşmasının 

və  kooperativləşməsinin  gedişini  daha  da  sürətləndirir.  Nəqliyyat, 

xalq  təsərrüfatına  xidmət  etməklə  yanaşı,  həm  də  çoxlu  elektrik 

enerjisi, yanacaq, metal, oduncaq işlədir. 

Nəqliyyat  dəmiryolu,  avtomobil  yolu  və  boru  kəmərləri 

yollarını birləşdirən - quru yolu, dəniz və çay yollarını əhatə edən - 

su  yolu,  elektrik  verilişi  xətlərini  əks  etdirən  -  elektron,  eləcə  də 

hava növlərinə ayrılır. 

ETĐ  nəqliyyatın  bütün  növlərinin  inkişafına  təsir  etmiş, 

onların  sürətini,  yükgötürmə  qabiliyyətini  əhəmiyyətli  dərəcədə 

artırmışdır. 

Nəqliyyatın işi haqqında onun  yük və sərnişin dövriyyəsinə 

görə  mühakimə  yürütmək  olar  ki,  bu  da  ton  -kilometrlərlə 

hesablanır.  Yük  dövriyyəsi  -  müəyyən  zaman  kəsiyində  təyin 

edilmiş məsafəyə daşınan yüklərin miqdarına deyilir. 

Mövcud  nəqliyyat  növlərinin,  nəqliyyat  müəssisələrinin  və 

nəqliyyat vasitələrinin cəmi dünya nəqliyyat sistemini yaratmışlar. 

Müasir  dünya  nəqliyyatında  100  mln-dan  artıq  işçi  çalışır. 

Onun  illik  daşıdığı  yükün  miqdarı  46-50  trln  ton  arasında  dəyişir. 

Yük dövriyyəsi isə 50 t/km-dir. 

Dünya  nəqliyyatının  növlər  üzrə  ümumi  uzunluğu  40  mln. 

km-dən artıqdır. 

Nəqliyyatın  inkişafına,  əmək  məhsuldarlığının  10  dəfəyə 

qədər  artmasına  səbəb  olan  konteynerləşmə  prosesidir.  Onun  yük 

dövriyyəsinin  artması  ayrı-ayrı  növlərinin  daşımalarda  xüsusi 

çəkilərinin də dəyişməsi ilə nəticələnir. Ona görə də, XX əsrin sonu 

XXI  əsrin  başlanğıcında  dəmiryolu  nəqliyyatının  yük  daşımada 

xüsusi  çəkisi  -14%,  avtomobil  nəqliyyatında  10%,  boru  kəmərı 

nəqliyyatında 

12%, 

dəniz 


nəqliyyatında 

61%, 


daxili  su 

nəqliyyatında 3% təşkil etmişdir. 

Sərnişin  daşımasında  isə  dəmiryolu  nəqliyyatı  -  10%, 

avtomobil  nəqliyyatı  -  80%,  su  nəqliyyatı  -  1%,  hava  nəqliyyatı  - 

9%  çəki  ilə  seçilirlər.  Nəqliyyat  növlərinin  illik  daşıdığı 



sərnişinlərĐn sayı 1,0 trln nəfəri keçmiş olsa da, sərnişin dövriyyəsi 

- 19 trln sərnişin -kilometr təşkil edir. 

Yük  və  sərnişin  daşımaları  daxili  və  kontinentlərarası 

sahələrə bölünürlər. 

Dünya nəqliyyatı daşıdığıı  yüklərin, sərnişinlərin  kəmiyyət-

keyfıyyət göstəricilərinə görə region və ölkələr üzrə fərqlənir. Belə 

hal  ĐEÖ-b  ĐOÖ-lər  arasında  daha  tez  nəzərə  çarpır.  ĐEO-də 

yükdaşıma  ən  çox,  texniki  təminat  və  əlaqələr  səviyyəsinin 

yüksəkliyi  ilə  seçilir.  Bu  ölkələrdə  dünya  nəqliyyatının  ümumi 

uzunluğunun,  yük  və  sərnişin  dövriyyəsinin  -  80%-i  həyata 

keçirilir.  Eləcə  də  şəbəkə  sıxlığı,  hərəkətetmə  qabiliyyəti  (sərnişin 

və  nəqliyyatın)  burada  yüksəkdir.  Avtomobil  parklarının  -4/5-ü, 

limanların  -  2/3-si  (yük  dövriyyəsinin  -  3/4-nü  yerinə  yetirir) 

buradadır.  Yük  dövriyyəsində  avtomobil  nəqliyyatı  -  40%, 

dəmiryolu - 25%, qalan nəqliyyatlar isə - 35% çəkiyə malikdirlər. 

ĐOÖ-də  bu  sahədə  fərqli  parametrlər  və  müxtəlif  kəmiyyət 

göstəriciləri  mövcuddur.  Burada  nəqliyyat  növlərinin  ümumi 

uzunluğunun  -  20%-dən  bir  az  artığı,  yük  dövriyyəsinin  -  20%-i, 

minik  üçün  olan  avtomobil  parklarının  -  10%-i,  yük  və  avtobus 

parklarının - 20%-i yerləşir. 

Deyilənlərlə yanaşı dünya nəqliyyatı ayrı-ayrı regionlar üzrə 

də  fərqlənir.  Bu  sahədə  Şimali  Amerikada  inkişaf  hərtərəfli  öz 

yüksəkliyi  ilə  seçilir.  Dünya  nəqliyyatının  ümumi  uzunluğunun  -

1/3-i  bunların  ərazisindədir.  Avtomobil  yollarının  və  qaz 

kəmərlərinin uzunluqları isə daha çoxdur. Bir çox nəqliyyat növləri 

yük  dövriyyəsinə  görə  də  dünyada  1-ci  yeri  tutur.  Daxili  yük 

daşımada avtomobil nəqliyyatı - 26%, dəmiryolu nəqliyyatı - 28%, 

su nəqliyyatı - 18% və boru kəmər nəqliyyatı - 28% xüsusi çəki ilə 

fərqlənirlər.  Sərnişin  dövriyyəsində  isə  fərqli  cəhətlər  mövcuddur. 

Bu  sahədə  avtomobil  nəqliyyatının  payına  83%  xüsusi  çəki  düşür. 

Hava nəqliyyatı - 18%-lə və dəmiryolu nəqliyyatı - 1,0%-lə tanınır. 

Lakin  ərazinin  böyüklüyü,  o  cümlədən  ABŞ-da  və  Kanadada 

nəqliyyat  yollarının  sıxlıq  şəbəkəsinin  azlığı  ilə  nəticələnir.  Ona 

görə də bu, hər 1000 kv. km-də ABŞ-da 30 km, Kanadada - 3 km-

dən çox deyildir. 

Xarici  Avropa  bir  çox  göstəricilərə  -  sıxlıq  şəbəkəsinə, 

hərəkətin  çoxluğuna  görə  Şimali  Amerikadan  irəlidədir.  Daxili 



yükdaşınmada  avtomobil  nəqliyyatının  xüsusi  çəkisi  -  67%-dirsə, 

dəmiryolu  nəqliyyatı-  19%,  su  nəqliyyatı  -  8%  və  boru  kəməri 

nəqliyyatı  -  6%-lə  tanınır.  Sərnişin  dövriyyəsində:  avtomobil 

nəqliyyatı  -  71%,  dəmiryolu  nəqliyyatı  -21%  və  hava  nəqliyyatı  - 

8%-dən artıq çəkiyə malik deyildir. Nəqliyyat şəbəkə sıxlığına görə 

dünyada  liderlik  edir.  Daha  doğrusu,  bu  Almaniyada,  Fransada, 

Böyük  Britaniyada,  Benilüks  ölkələrində,  Đsveçdə,  Danimarkada 

hər 1000 kv.km-də 50-100 km arasında dəyişir. Belçikada bu sıxlıq 

1000 kv.km-də - 134 km-dən az deyildir. 

Xarici  Asiya  regionunda  fərqli  cəhətlərdən  biri  odur  ki, 

burada  Yaponiya,  Çin,  Hindistan  və  Pakistan,  Cənub-Qərbi  Asiya 

daxili  nəqliyyat  sistemləri  biri-birindən  fərqlənirlər.  Yaponiyada 

nəqliyyat yollarının şəbəkə sıxlığı hər 1000 kv.km-də 73 km-dir. 

Yuxarıda  göstərilən  fərqlər  Afrikada,  Latın  Amerikasında, 

Avstraliyada da müşahidə olunur. 

Dəmiryolu  nəqliyyatı  sənayedə  baş  vermiş  inqilab  dövründə 

yaranaraq bütün XIX əsr boyu və eləcə də XX əsrin 1-ci yarısında 

çox sürətlə inkişaf etməyə başlamışdır. 

Dünyanın  140-dan  çox  ölkəsində  dəmiryolu  noqliyyatı 

vardırsa,  60-dan  artıq  ölkədə,  o  cümlədən  Yəmən,  Oman,  Niger, 

Đslandiya,  MAR  və  s.  ölkələrdə  dəmiryolu  nəqliyyatı  yoxdur.  Belə 

hal  həmin  dövlətlərin  iqtisadi  inkişaf  səviyyələri  ilə,  ya  da 

yerləşdikləri ərazilərin relyefı ilə bağlıdır. 

Dəmiryolu  nəqliyyatı  böyük  xalq  təsərrüfat  əhəmiyyətinə 

malikdir,  ona  görə  ki,  o,  çox  yük  daşıyır,  istənilən  istiqamətə 

hərəkət edə bilir və ən əsası o, ilboyu təbii şəraitdən asılı olmayaraq 

fasiləsiz işləyir. 

Dəmiryolların  ümumi  uzunluğu  1,3  mln.  km-dən  artıqdır. 

Onun  sıxlığı  hər  1000  kv.km-də  AFR-də  100  km-ə  çatır.  Belə 

maksimial  sıxlıq  Çexiya  və  Belçikada  da  müşahidə  olunur. 

Dünyada buxar dartı qüvvəsi ilə işləyən ilk dəmiryolu Liverpulla - 

Mançester arasında 1830-cu ildə işə salınmışdır. Həmin ildə ABŞ-

da Çarlstonla Oqasta arasında, 1833-cü ildə Fransada, 1835-ci ildə 

Almaniya  və  Belçikada,  1837-ci  ildə  Rusiyada  -  26  km 

uzunluğunda  Peterburqla  Tsarskoye  Selo  arasında  fəaliyyətə 

başlamışdır.  Hal-hazırda  ABŞ-da  dəmiryollarının  ümumi  uzunluğu 




Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə