vacib məsələlərdən hesab edilir. Bu baxımdan 1982-ci ildə
respublikamızın şimal-qərbində gücü 380 min kvt, illik elektrik
enerji hasilatı 900 mln. kvt saatdan çox olan Şəmkir çayı üzərində
eyni adlı SES tikilib istifadəyə verilərək bölgənin elektrik enerjisinə
olan illik istehlakını ödəmək mümkün olmuşdur.
Kür çayı üzərindəki gücü 150 min kvt 4 bloklu Yenikənd
SES-in yarımçıq qalmış tikintisini başa çatdırmaq üçün Avropa
Yenidənqurma və Đnkişaf Bankı tərəfındən 53,2 mln. ABŞ dollar
həcmində uzunmüddətli kredit verilmiş və nəticədə 1999-cu ildə
tikinti başa çadırılaraq 2000-ci ilin may ayında istifadəyə
verilmişdir.
Azərbaycanda ekoloji cəhətdən daha təmiz olan alternativ
elektrik enerjisi hasilatı mənbələri sayılan külək, günəş, isti su
(geotermal) enerji mənbələrindən də istifadə etmək imkanları da
mövcuddur. Təsadüfü deyildir ki, alternativ enerji mənbələrindən
yaxın gələcəkdə istifadə edilməsinə dair dövlət sərəncamı artıq
verilmişdir. Xəzər dənizi sahili boyunca, eləcə də Abşeron
yarımadasında illik orta surəti 9 metr saniyəyə bərabər olan külək
enerjisindən daha sox istifadə edərək belə qurğuların yaradılması
çox gərəklidir. Günəş enerjisindən respublikada demək olar ki, heç
istifadə olunmur. Buna da gələcəkdə xüsusi fikir verilməlidir.
Azərbaycanın bir çox bölgələri, o cümlədən Orta Kür, Lənkəran,
Astara, habelə Abşeron çox böyük ehtiyatlara və yüksək
temperaturlu isti su ehtiyatlarına malikdir ki, onlardan yaşayış və
ictimai binalanın qızdırılmasında, isti şitiliiklərin yaradılmasında,
eləcə də müalicə məqsədlərində istifadə olunması çox gərəklidir.
Azərbaycanın
mövcud
elektrik
stansiyaları
yüksək
gərginlikli elektrik xətləri ilə əlaqələndirilmiş və vahid energetika
şəbəkəsi yaradılmışdır. Respublikada fəaliyyət göstərən energetika
şəbəkəsi qonşu dövlətlərin - Rusiyanın, Gürcüstanın, Đran Đslam
Respublikasmın,
Türkiyənin
energetika
şəbəkəsi
ilə
də
əlaqələndirilmişdir. Müasir dövrdə blokadada olan Naxçıvan
Türkiyə və Đran Đslam Respublikasının enerji şəbəkələri ilə
əlaqələndirilərək eletrik enerjisinə olan illik istehlakını ödəyə bilir.
Azərbaycan energetika şəbəkəsi elektirk enerjisinə olan
tələbatını ödəmək məqsədi ilə Gürcüstanın elektrik şəbəkəsi ilə də
birləşdirilmişdir.
Abşeronda Böyükşor gölü sahilində tikiləcək Yeni Bakı
ĐEM-inin istifadəyə verilməsi şəhərin elektrik enerjisi və istilik
təchizatını daha da yaxşılaşdırmağa şəraiti reallaşdırmağa kömək
edəcəkdir. Digər tərəfdən, Hacıqabul rayonunun Nəvahi yaşayış
məntəqəsi yaxmlığında ümumi gücü 3,2 mln. kvt-dan çox olacaq
«Yeni Azərbaycan» DRES-i, Đran Đslam Respublikası və
Azərbaycanın
Araz
çayı
üzərində
tikəcəkləri
Ordubad,
«Xudafərin», «Qız qalası» su elektrik stansiyalarının tikilib başa
çatması, eləcə də Araz, Qamx, Həkəri, Kür çaylan üzərində
tikilməsi nəzərdə tutulan SES-lərin reallaşması təbiəti mühafızə
normalarına əməl etməklə, Azərbaycan Respublikasının elektrik
enerjisi ilə təchizatını tamlığı ilə yerinə yetirəcəkdir. Bu, eyni
zamanda Azərbaycaınn xarici ölkələrə elektrik enerjisi ixrac
etməsinə də şərait yaradacaqdır.
Metallurgiya kompleksi ağır sənayenin tərkibində xalq
təsərrüfatının başlıca sahəsi olub, bütün digər sənaye sahələrinin,
kənd təsərrüfatının, nəqliyyatının, hərbi-strateji sahələrin inkişafının
açarını təşkil edir. O, müasir zamanda çox böyük imkanlara malik
sənaye kompleksi olub başqa sənaye sahələri ilə də sıxı surətdə
əlaqəlidir. Bəllidir ki, hər hansı bir dövlətin iqtisadi və hərbi
qüvvəsi bir növ həmin dövlətin istehsal etdiyi metalın kəmiyyət və
keyfiyyət göstəriciləri ilə müəyyən edilir. Digər tərəfdən,
metallurgiya kompleksi inkişaf etdikcə koks-kimya, maşınqayırma
və sair sahələr də inkişaf tapır, ayrı-ayrı sənaye qovşaqlarının, şəhər
və qəsəbələrin bərqərar olması mövcudlaşır. Bunlarla yanaşı
metallurgiya rayon əmələgətirici faktor kimi də özünü göstərir,
məhsulları dövlətin xiarici ticarətində aparıcı rol oynayır. O, iki
sahəni
özündə
birləşdirir.
Bunlardan
biri
müəssisələrinin
yaradılarkən xammala, yanacağa, suya, müxtəlif qatışıqlara,
əlverişli coğrafı mövqeyə, nəqliyyata, istehlaka meyl edəni - qara
metallurgiya, digəri isə müəssisələri çox və ucuz elektrik enerjisi
hasilatı mənbələrinə, suya, xammala, istehlaka yaxınlaşanı əlvan
metallurgiyadır. Azərbaycanda bu deyilənlərin hamısı ilkin
zəminlər olmaqla mövcuddur. Dəmir filizi çıxarılmasından, çuqun,
polad əridilməsindən, prokat və başqa metallarla dəmir
ərintiləri, ferroərintilər təbəqə dəmir boru, rels və s. istehsalından
ibarət olan tam dövriyyəli qara metallurgiya tam, həmin
məhsulların bir neçəsini istehsal edən natamam dövriyyəli
müəssisələri mövcuddur. Göstərilən məhsulların alınmasında
xammal kimi filizin bu və ya digər növlərindən, müxtəlif
qatışıqlardan, habelə yancaq olaraq kömürdən, elektrik enerjisindən
istifadə edilir. Respublikada 1954-cü ildə Daşkəsən dağ-mədən
kombinatı, fıliz saflaşdırma fabriki, 1952-ci ıldə Sumqayıt boru
prokat birliyi, Bakıda təkrar qara metallurgiya müəssisəsi, iri
maşınqayırma zavodları nəzdində çox da böyük olmayan - kiçik
metallurgiya sexləri yaradılmışdır.
Əlvan metallurgiya yüngül metal fılizlərinin hasilatından
onların
saflaşdınlmasından,
əridilməsindən,
müxtəlif
digər
ərintilərin əldə edilməsindən ibarətdir. Ölkənin eiektrikləşdirilməsi,
müdafiə qüdrətinin daha da möhkəmbndirilməsi, maşınqayırma,
elektorotexnika, kimya bir çox digər təsərrüfat sahəbrinin inkişafı
və düzgün yerləşdirilməsi üçün onun çox böyük əhəmiyyəti vardır.
Əlvan metalların bəziləri korroziyaya, digəri odadavamlılığa, bir
çoxu isə yüksək elektrikkeçirmə qabiliyyətinə malikdir. Əlvan
metallurgiyanın ağır-mis, qalay, qurğuşun, sink, nikel, yüngül -
alminium, maqnezium, titan, qiymətli - qızıl, gümüş, platin, çətin
əriyən volfram, molibden, nadir- uran, germanium növləri vardır.
Əlvan metallurgiyanın əsas müəssisələri 1955-ci ildə Sumqayıtda
yaradılmış alüminium zavodundan, 1965-ci ildə Gəncə şəhərində
istifadəyə verilmiş Gil- torpaq istehsalat birliyindən, Bakıda
yerləşən əlvan metalların emalı zavodundan ibarətdir. Sumqayıt
alüminium zavodu ilkin xammal buraxan müəssisədən alüminiurn
prokatı, məftil, məişət soyuduculan üçün buxarlandırıcüar, konserv
sənayesi üçün folqa, müxtəlif konstruksiya materialları, borular və
sairə buraxan müəssisəyə çevrilmişdir.
Azərbaycan
Respublikasında
təsərrüfat
strukturunun
formalaşmasında maşınqayırma kompleksi aparıcı rol oynayır. O,
özündə 600 dən artıq müəssisə və istehsal sahələrini birləşdirirdi ki,
onlar da 350-dən çox adda müxtəlif növlü məhsullar verirdilər.
Bunların içərisində neft maşınqayırmasının xüsusi çəkisi 50 faizdən
az deyildir. Bu sahənin inkişafı bilavasitə neft sənayesinin
qədimdən yaradılması və inkişafı ib bağlıdır. Keçmişdə 16-dan çox,
hal-hazırda neft sənayesinə xidmət edən 8-ə qədər zavod fəaliyyət
göstərir. Bunlardan, Səttarxan adma, «Bakı fəhbsi», Keşlə
Dostları ilə paylaş: |