mln. km-ə çatan avtomobil nəqliyyatıdır. Avtomobil parklarında 45
mln-dan çox avtomobil vardır ki, bu da ona Avropada birinci yeri
tutmağa imkan verir. Avtomobil nəqliyyatının ilk yük dövriyyəsi
200 mlrd. ton km, sıxlığı isə 1800 kv km -də 1000 km-dən çoxdur.
Orta Almaniya kanalı daxili su yollarının (uzunluğu 7,0 min km)
fəaliyyətini, həm də onun rolunu xeyli artırmışdır.
Gəmiçilik Reyn və Elba çaylarında yaxşı inkişaf etmişdir. Çay
limanı olan Duysburqun illik yükdaşıma qabiliyyəti - 50 mln. ton,
Karlspuenin - 12 mln. t, Kölninki isə - 10 mln. tondan artıqdır.
Xarici iqtisadi əlaqələrin yaradılmasında yük dövriyyəsinə
görə (6,5 mln. t) dünyada 20-ci yeri tutan dəniz nəqiiyyatı
böyük əhəmiyyət kəsb edir. Başlıca dəniz limanlarından olan
Hamburqun yük dövriyyəsi -55 'mln. ton, neft limanı sayılan
Vilhelmsxafenin - 16 mln. t., Bremenin - 15 mln. t, Rostokun - 14
mln. t, Lyubekin - 12 mln. t yük daşıması vardır. Konteyner
daşımalarının tonnajına görə AFR dünyada 4-cü yeri tutmaqla ABŞ,
Panama və Tayvandan geri qalır. Su nəqliyyatının yük
dövriyyəsində xüsusi çəkisi 21 % təşkil edir. Hava nəqliyyatı
beynəlxaq
əhəmiyyət
kəsb
edir.
Dünyanın
ən
böyük
aviakompaniyası olan «Doyçe Lyuftqanza» bütün kontinentfərə
istiqamətlənən xətlərə malikdir. Frankfurt Avropada ən böyük hava
limanına çevrilərək ildə 40 mln. sərnişinə xidmət edir. Limanlarda
1030-dan artıq gəmi saxlanılır. Münxenin sərnişin dövriyyəsi - 15
mln. nəfər, Düsseldorfun - 8 mln. nəfər, Berlindəki Şenefeld
aeroportu ildən ilə genişləndirilərək - 10 min nəfər sərnişinə qulluq
edir. Uzunluğu 44 min km olan dəmiryollarının yük dövriyyəsi 25
%-dən (75 mlrd. ton km) çox deyildir. Onun 85 %-i
elektrikləşdirilmişdir.
Iri sürətli qatarlarının hərəkət etdiyi dəmiryollarının
mövcudluğuna görə AFR Qərbi Avropada tanınır. Belə ki, Köln -
Frankfurt - Mayn (180km), Berlin - Qannover (260 km), Manheym
Ştutqart, Effurd-Leyspik-Halle və başqa xətlər iti sürətli qatarlarının
istifadəsinə verilmişdir.
Onu göstərmək kifayətdir ki, nəticədə Berlin Qannover arası
məsafə 4 saat müddətinə yox, 1,5 saata qət edilmiş olur. Ölkənin iti
sürətli qatarlarının hərəkət etdiyi dəmir yolları qonşu ölkələrin
dəmiryolları şəbəkələri ilə də birləşdirilmişdir. Bunlara misal olaraq
Almaniya - Belçika -, Almaniya - Fransa («Reyn-Roni»), Almaniya
- Đsveçrə dəmiryolu xətlərini göstərmək oiar. Almaniyada boru -
kəmər nəqiiyyatının inkişafı əsasən gətirmə xammallarla bağiıdır.
RF-dən çəkilən «Yamal - Avropa» qaz kəmərindən məhsulu qəbul
etmək üçün «Steqal», «Medal», «Yaqal», «Vidal» qaz xətləri artıq
hazırdır. Ölkədə emal mərkəzlərindən istehlaka istiqamətlənən boru
kəmər nəqliyyatının 110 min km-ə qədər ümumi uzunluğu vardır.
Bundan 8 min km-ni neft və neft məhsulları daşıyan xətt, 98 min
km.-ini isə qaz nəql edən xətlər təşkil edir. Hər il ölkəyə uzunluğu
442 km-ə çatan Ekofısk - Emden kəməri ilə 20 mlrd. kubmetr qaz
idxal olunur. Norveçin şimal dənizi sektorundan isə
Almaniyaya,
Böyük
Britaniyaya,
Belçikaya,
Avstriyaya,
Đspaniyaya, Çexiyaya idxal olunmuş qazın miqdarı 50 rnlrd.
kubmetr təşkil edir.
Xarici ticarətin həcminə görə - 1,2 trln dollar AFR dünyada
ancaq ABŞ-dan geri qalır. Xarici ticarət balansı sistematik olaraq
müsbət xarakterlidir. Ölkə aktiv ticarət balansına malikdir, ona görə
ki, ixracat 543 mlrd. dollar, idxalat isə 470 mlrd. dollar təşkil edir.
Xarici ticarətin satış və coğrafi strukturu dövlətin beynəlxalq
coğrafı əmək bölgüsündə iştirakının xarakterini əks etdirir.
Đxracatda əsasən nəqliyyat vasitələri - avtomobil, müxtəlif
maşınqayırma məhsulları, kimya, elektrotexnika, elektronika, ərzaq
məhsullar, tütün məmulatı; idxalatda isə müxtəlif xammallar,
yanacaq məhsulları, investisiya malları üstünlük təşkil edir. AFR-in
ticarət əlaqələri əsasən ABŞ, Fransa, Böyük Britaniya, Kanada ilə
həyata keçirilir. Ölkəyə qoyulan xarici kapitalın miqdarı 203 mlrd.
marka təşkil edir ki, burada da əsasən ABŞ və Fransa fərqlənir.
Lakin AFR-in xarici ölkələrə qoyduğu kapitalın miqdarı isə 325
mlrd. markadan az deyildir. Fransanın neft kompaniyası «Elf
akiten» AFR-də «Leyna 2000» neft emal zavodunun tikilməsinə 5,0
mlrd. marka investisiya qoymuşdur. Müasir Almaniya üçün Rusiya
Federasiyası neft, qaz, AFR isə Rusiyaya maşın və avadanlıqlar,
dəmiyolu vaqonları, kimyəvi maddələr, ərzaq məhsulları ixrac edir.
Ölkə ərazisində bir-birindən təsərrüfat, iqtisadi inkişaf,
kompleks sosial-iqtisadi problemlərə və s. xüsusiyyətlərinə görə
fərqlənən Şimal, Cənub, Şərq rayonları ayrılır. Şimalda Rur kömür
metallurgiya kompleksi, gəmiqayırma, başlıca kənd təsərrüfatı
sahələri, südçülük, heyvandarlıq, taxıl, meşə, məhsuldar torpaqları
olan Qamburq, Bremen, Şlezviq- Golşteyn, Aşağı Saksoniy, Şimali
Reyn -Vestfaliya əraziləri yerləşir.
Cənub yeni sənaye sahələrinə, avtomobil, kompüter, elmi-
tədqiqat və təhsil müəssisələri, 200-də artıq elektron fırmaları,
aerokosmik və hərbi sənaye kompleksləri inkişaf edən Nekkaru,
Bavariya və s. ərazələri özündə birləşdirir.
Şərq keçmiş ADP ərazisini əhatə edir. Daha doğrusu, buraya
Meklenburq-Qabaq Pomeraniya, Berlin, Brandenburq, Saksoniya,
Tyurinqiya,
Saksoniya-Anqalt
torpaqları
daxildir.
Az
urbanizasiyalı, aqrar, gəmiqayırma, heyvandarlaq, elektrotexnika,
optika, poliqrafıya, tipoqrafıya, dünya miqyaslı yarmarka, kağız
fabriki, farfor, buğda, şəkər qamışı, ov tüfəngi, ağac
emalı, keramika, şüşə və avtomobil istehsalı şəhərlərinə malikdir.
VI.3. Böyük Britaniya
Sahəsi - 244,1 min kv.km
Əhalisi - 60 mln. nəfər
Paytaxtı -London şəhəridir.
ÜDM- 1,525 trlndollar
ÜDM (hər nəfərə düşən) - 25,4 min dollar
Böyük Britaniya, iqtisadi inkişaf səviyyəsinə görə ABŞ, Çin,
Yaponiya, AFR, Hindistan, Fransadan sonra 7-ci yeri tutur. O
kapitalist istehsal üsulunun vətəni hesab edilir. XVIII əsrdə baş
vermiş böyük inqilab Avropanın digər ölkələrinə nisbətən burada
kapitalist əvvəl inkişafına zəminlik yaratrmışdır. Nəticədə Böyük
Britaniya dünyanın nəhəng dəniz dövlətinə çevrilərək onun çox
geniş və zəngin ərazilərini zəbt etmək imkanı qazanmışdır. Đkinci
Dünya müharibəsi başlanana qədər onun 35 mln. kv.km.sahəsi və
700 mln. nəfərə qədər əhalisi olan mülkləri olmuşdur. Sonrakı
illərdə həmin mülklərin əksəriyyətində milli azadlıq hərəkatının
qüvvətlənməsi onların çoxunun müstəqillik qazanmasına səbəb
olmuşdur. Buna baxmayaraq son illərə qədər əhalisi 6,0 mln-dan
Dostları ilə paylaş: |