Ölkənin geosiyasi mövqeyi 1990-cı ilin oktyabrın 3-ndə alman
dövlətinin bir-biri ilə birləşməsindən sonra daha da dəyişmişdir.
(Şərqi Almaniya da Şimali Atlantika blokunun - NATO-nun üzvü
hesab edilmişdir). Onun nəticəsində Almaniya ərazisi 43 %, əhalisi
isə 67 %-dən çox artmışdır.
Ərazinin mülayim iqlimi insanların yaşayışma, onların əmək
fəaliyyətlərindən maksimum istifadə etməyə, xüsusilə də kənd
təsərrüfatına imkan verir. Düzənliklərdə qış ayının temperaturu
+1°-S, dağlarda - 6°-S-yə, yayda isə +20°"S-yə bərabər olur.
Yağıntıların illik gedişi 600-2000 mm (Bavariya Alplarmda)
arasında dəyişməkdədir. Relyefdə ən hündür nöqtə Bavariya
Alplarının Suqşpitse zirvəsində 2963 m-ə çatır. Ərazi relyefi
təsərrüfat işlərinin görülməsində müsbət təsirini göstərir. Ərazidə
bərəkətli və məhsuldar topaqlar əkinçiliyin inkişafı və müxtəlif
növlərin yerləşdirilməsi üçün zəmin yaradır. Əsasən, podzol və boz
meşə torpaqları üstünlük təşkil edir. AFR-də demək olar ki, təbii
meşələrdən əsər-əlamət qalmamışdır. Təbii bitki örtüyü ancaq
qoruqlarda qalmışdır. Ərazinin 40 %-dən çoxu antropogen
meşələrlə örtülmüşdür. Belə hal, oduncağa olan tələbatı 70 % yerli
mənbələr hesabına ödəməyə imkan verir. Çaylar əsasən cənubdan
cənub-şərqə doğru axmaqla xeyli hidroenerji potensialına malikdir,
gəmiçilik üçün gərəklidir, suvarmaya, məişətdə istifadəyə yararlıdır
və s. Bunlardan Reyn, Vezer, Elba, Morel, Mayne, Nekkore, Emsa,
Dunay çaylarının adlarını çəkə bilərik. Əhilinin şirin suya olan
tələbatının 90 %-i yeraltı sular hesabınadır. Müalicə əhəmiyyətli
mineral sular əsasında Baden-Baden və başqa kurortlar fəaliyyət
göstərirlər. Ölkənin cənubunda yerləşən Baden ən böyük göllərdən
biri hesab olunur. Hər il çaylarla 235 mln. ton yanacaq, fıliz, tikinti
materialları, ərzaq məhsulları daşımır. Avropanın ən böyük çay
limanı Duysburq buradä yerləşərək hər il 40 mln. tondan artıq yük
daşıması ilə tanınır.
Mineral-xammal təbii sərvətləri vaxtı ilə iqtisadi inkişafa
yaxşı təsir etsələr də son illərdə onların çoxunun istehsah hətta
dayandırılmışdır. Kömür ehtiyatına görə AFR Qərbi Avropada 1-ci
yeri tutur. Onun da ehtiyatı Rur, Saar, Axen, Lauzis, Nijnereyn
yataqlarında olmaqla 230 mlrd. ton təşkil edir. Qonur kömür əsasən
açıq üsulla hasil edilir. Ölkədə 80-cı illərdən dəmir-fılizi (ehtiyat
7,5 mlrd. ton) və uran istehsalı dayandırılmışdır. Qannoverdə, Verra
çayı hövzəsində kalium duzu ehtiyatı aşkarlanmışdır. Bu əsasdan da
AFR kalium duzu və kalium kübrəsi əldə edilməsində dünyada
qabaqcıl yerlərdən birini tutur. Məşhur farfor sənayesi - Meyssendə,
ölkədə tapılan kaolin xammallarına əsaslanır.Ölkənin şimal
hissəsində - Şimali Almaniya düzənliyində ehtiyatı 70 mln. ton olan
neft, ehtiyatı 340 mlrd. kub m-ə çatan təbii qaz aşkarlanmışdır.
Ərazidə pirit, barit,tikinti materialları xammalları, gil, şüşə
alınmasında xammal kimi işlədilən qumun xüsusi növlü ehtiyatları
da müəyyən edilmişdır.
Əhalisinin sayına - 82,3 mln. nəfər, sıxlığının yüksəkliyinə
(230 nəfər), urbanizasiya səviyyəsinə (87 %) görə Avropa ölkələri
içərisində ən qabaqcılı AFR-dir. Əhalinin sayı ən çox
Türkiyədən,Italiyadan,keçmiş,Yuqoslaviyadan,Yunanıstandan,Port
uqaliyadan köçüb gedən immiqrantlar hesabına ildən - ilə
artmaqdadır. Gəlmə əhalinin sayı 7,0 mln. nəfəri ötmüşdür. Hal-
hazırda hər 1000 nəfərə doğum 9,3 nəfər, ölüm isə 10,5 nəfərə
bərabərdir. Deməli, təbii artımın koofisenti - 1,2 promıl təşkil edir.
Urbanizasiyanın qüvvətli getməsi ilə tanınan AFR-də şəhər
əhalisinin xüsusi çəkisi 87 %-dən artıqdır. Reyn-Rur meqalopolisi
Reyn-Rur, Reyn - Mayn, Reyn -Nekkar və Hollandiyanın
Randstadası hesabına formalaşmışdır. Bu, dünyada dövlətlərarası
meqalopolis adlanır. Qadınların işə çox cəlb olunması (55 %) təbii
artıma öz mənfi təsirini göstərir. Pensionerlərin xüsusi çəkisi 20 %-
dəıi çoxdur. Orta ömür kişilər üçün 74,3 il, qadınlar üçün 81 ilə
qədərdir. Qəbul edilmiş dövlət dili alman dili sayılır. Đşçi
qüvvəsinin 37 %-i sənayedə. 3 %-i kənd təsərrüfatında, 60 %-i
xidmət sferasında çalışır.
Đşsizlərin burada sayı 5,0 mln. nəfəri keçmişdir. Hər
birisinin əhalisinin sayı 1,0 mln.dan artıq olan Berlin, Hamburq,
Münxen şəhərləri vardır. Ölkədə xristian, islarm dinləri mövcuddur.
Đnzibati - ərazi quruluşuna görə federativ dövlət hesab edilən AFR-
də 16 torpaq bölgüsü ayrılır. Bunlar Baden Vyurtemberq, Bavariya,
Berlin, Brandenburq, Bremen, Qamburq, Nessen, Meklenburq -
Perednyana Pameraniya, Reynland-Pfalts, Şimali Reyn- Vestfaliya,
Saar, Aşağı Saksosoriya, Saksoniya- Anqalt, Tyurinqiya, Slezvit-
Qolşteyn torpaqlarından ibarətdir. Xüsusi səlahiyyətlərə və
konstitusiyaya malik olmaqla təhsil haqqında özlərinin hər birinin
qanunu vardır. ARF-idarəetmə formasına görə parlamentli
respublikadır. Prezidentin rolu burada çox azdır. Ali qanunvericilik
orqanı Parlamentdir. Parlament iki palatadan: bun-destaq və
bundespatdan ibarətdir. Bundestaq ümumi əhali tərəfındən 4 il
müddətinə seçilir. Hökuməti federal kansler formalaşdırır. Ölkədə
865 min üzvü olan ASDP aparıcı partiya hesab edilir.
Müasir Almaniya dünyanınn ən inkişaf etmiş ölkələrindən
biridir.
Haqq
olaraq
Almaniyanı
sosial-iqtisadi
inkişaf
göstəricilərinə görə dünya təsərrüfatının lokomotivi adlandırırlar.
Onun iqtisadiyyatının əsasını sənaye təşkil edir. Sənayenin ölkədə
50 minə yaxın müəssisəsi fəaliyyət göstərməklə ümumi işçi
qüvvəsinin 7,0 mln-a qədərini özünə cəlb etmişdir. Ölkədə istehsal
olunan Ümumi Daxili Məhsulun 35 - %-ə qədərini (625 mlrd.
dollarlıq) verən sənayenin dünya sənaye məhsulu sistemində 6,42
%çəkisi vardır ki, bu da onu dünyanın 4-cüsü (ABŞ, Çin,
Yaponiyada sonra) hesab etməyə imkan verir, II Dünya
müharibəsinə
qədər
sənayenin
əsasını
metallurgiya,
ağır
maşınqayırma və hərbi sənaye təşkil edirdi. ADR-lə birləşdikdən
sonra şəra hissədə ümumi əhalinin 20 %-i yasasa da, ölkənin sənaye
məhsulunda hasilat sahəsi qərbdə 2 %, şərqdə 9 %-dən çox deyildir.
Lakin AFR-də emal sənayesinin xüsusi çəkisi daha yüksəkdir. Get-
gedə ölkədə bir neçə yerli hasilat sahələri öz fəaliyyətini
dayandırmaqla daha çox elm tutumlu sahələrin inkişafına fikir
verilir. Son illər ən çox avtomobil, aerokosmik, neft emalı, atom
energetikası, elektronika sahələri vüsət alır. Göstərilənlər o qədər
sürətlə inkişaf edir ki, nəticədə istehlakın ödənilməsi tam öz əksini
tapır. Belə ki, son illər neft emalı - 35 dəfə, avtomobil sahəsi - 12
dəfə, kimya - 7 dəfə artmışdır. Bunlarla yanaşı, qədim şəhərlərdən
Rur və Saarda kömür hasilatı, süni parçalarla əvəz olunan toxucluq,
dəmir fılizi (heç hasil olunmur) hasilatı çox zəifləmişdir. Müasir
Almaniya dəzgah, müxtəlif istehsal vasitələri, avtomobil, üzvi
kimya məhsulları ixracatına görə dünyada ən qabaqcıl yerlərdən
birini tutur. Ölkənin bütün iri sənaye kompaniyaları transmilli
korporasiyalar kimi fəaliyyət göstərirlər. Bunlardan aviakosmik,
hərbi sənaye, avtomobil sahəsi üzrə «Daymler - Kraysler»,
«Folksvaqonverke»,
elektrotexnika
sahəsi
üzrə
«Siems»,
Dostları ilə paylaş: |