sənayenin mərkəzləri Münxen, Ausburq, Hamburq, Bremen hesab
edilir.
Elektrotexnika və elektron sənayesində işləyənlərin sayı 1,0
mln-dan çoxdur. Bunun məhsulları energetika avadanlıqları ilə
yanaşı EHM, texnikası, informasiya texnikası, məişət elektronikası,
AES-lər üçün reaktorlar quraşdırılmışdır. «Klassik elektrotexnika»
məhsulu istehsalına görə (20 %) o, ancaq ABŞ-dan (25 %) geri
qalır. EHM-ə görə AFR ABŞ-ı, Yaponiyanı qabağa buraxır.
«Simens» konserni telekommunikasiya texnikası və kompüterlər
buraxır ki, bu sahədə də Yaponiyanm «Matsuşita elektrik» indən
geri qəlir. AFR məişətdə gərəkli olan qabyuyanlara görə ABŞ-dan,
tozsorana görə ABŞ və Yaponiyadan sonrakı yeri tutur.
Batareyalara görə dünyada üçüncü yeri tutur. AFR hər il 47
mln. keyfiyyətli telefon aparatları buraxır. Son illərdə 6,0 mln-a
qədər televizor, 3,0 mln-dan artıq videotexniki aparat, 1,5 mln.
telefaks aparatı, 2,0 mln. radiotelefon buraxmışdır. «Simens»,
«Boş» müəssisələri avtomobillər üçün soyuducular və elektrik
avadanlıqları buraxılışı üzrə ixtisaslaşmışdır.
Avtomobilqayırma bütün göstəricilərinə görə alman ağır
sənayesinin dirəyi hesab edilir. Đldə 5,4 mln. ədəd avtomobil
buraxan AFR dünyada ABŞ, Yaponiyadan soııra 3-cü yeri tutur.
Almaniyanın hər min nəfərinə 500 avtomobil düşür. Bu da dünyada
Đtaliya və ABŞ-dan (520) sonra 3-cü yer deməkdir. Burada, 100-dən
artıq modelin buraxılmasında 650 mindən artıq işçi çalışır.
Avtomobillərin 43 %-i ixrac olunur. Ölkədə «Folqsvagen»,
«Mersedes - Bens», «BMV», «Ford-Verke», «Opel» avtomobil
fırmalarının zavodları Volfsburq, Ştuttqart, Kyöln, Ryusselsxaym
və Münxendə yaradılmışdır.
Kimya sənayesi məhsulunun 2/5-ni Şimali Reyn-Vestfali
rayonu verir. Sənaye sahəsində 800 mindən artıq işçi çahşır. AFR
kimay məhsulları ixracatına görə dünyada liderlik edir (13 %).
Burada plastik kütlə, sintetik liflər, sintetik kauçuk, formaseptik
məmulatlar, turşu, ğübrələr və s. məhsullar istehsal olunur.
Kimyanın aparıcı «Bayer», «Xyoxst», BASF şirkətləri fəaliyyət
göstərirlər. «Bayer» Reyn-Rur rayonunda, «Xyoxst» Frankfurd- na-
Maynda, BASF isə Lyudviqsfendə hakimlik edirlər. Kimyanın
inkişafında koks-kimya, neft emalı, AES-lər böyük rol oynayırlar.
Đllik sənaye məhsulunun 1/10-ni verən kimya sənayesi ekoloji
tarazlığının pozulmasında heç də əlvan metallurgiyadan geri qalmır.
Yüngül sənaye emal sahəsinin 14 %-ə qədər məhsulunu
verməkdədir. Onun məhsulunun 1/10-isə ixrac olunur. Aparıcı
sahələrdən biri toxuculuq hesab edilir ki, orada da emal sahəsində
çalışanların 4 %-ə qədəri cəmləşmişdir. Ölkədə toxuculuqda
çalışanların 4/5-ü Şimali Reyn -Vestfali, Baden - Vyurtemberq və
Bavariyada yerləşən müəssisələrdə çalışırlar. Toxuculuğun ən
böyük mərkəzi iri şəhərlərə meyl etməklə, o cümlədən Frankfurtda
yaradılmışdır. Đxtisaslaşmış ayaqqabı fabriki isə Pirmazen
şəhərindədir.
Yeyinti sənayesi çox çeşidliliyi ilə seçilir. Un və un
məhsulları, ət və ət məhsullan, süd və süd məhsulları, qənnadı
məmulatı, şəkər tozu, müxtəlif növ konservlər, pivə, çörək və çörək
məmulatları sahələri əsasən istehlaka və xammala meyl edirlər.
Yerli imkanlar olsa da xeyli miqdarda ət idxal edir. Ölkədə mal-
qara yağı 470 min ton, süd 28 mln. ton, xeyli miqdarda siqaret,
şəkər, 0,8 mln. ton yumurta tədarük olunur.
Dünyanın ən nəhəngi sayılan Almaniyada 1200-dən artıq
pivə tozu, zavodların fəaliyyət göstərir. Təkcə Bavariyada 750 belə
pivə bişirən zavod mövcuddur. Dünyada hər il 1,0 mlrd. dekolitr
məhsul istehsalından Almaniyada adambaşına 150 litr pivə düşür.
AFR şokolad əldə edilməsi üçün hər il 305 min ton kakao
idxal edir.
Ölkədə xidmət sahələri ÜDM-da 68 % xüsusi çəki ilə
tanınır. Bu dünya ölkələri içərisində 7-ci yer (ABŞ, Fransa, Belçika,
Kanada, Avstraliya, Avstriyadan sonra) deməkdir.
Almaniya ABŞ-dan sonra ən çox kənd təsərrüfatı məhsulları
idxal edən ölkə hesab olunur. Bununla yanaşı, onun ixracatda da
rolu az deyildir. Avropa Đttifaqında da ən çox süd və ət məhsulları
istehsal edən ölkə kimi də tanınır. Taxıl tədarükündə isə Fransadan
geri qalır. Kənd təsərrüfatında ərazinin 50 %-i -12,1 mln. ha istifadə
olunur. Lakin ÜDM istehsalında kənd təsərrüfatının payı 1%-dən
artıq deyildir. Kənd təsərrüfatında illik ümumi məhsul istehsalının
60
%-dən
artığını
heyvandarlaq
sahəsi
verməkdədir.
Heyvandarlıqda da iribuynuzlular və donuzçuluğun payı daha
çoxdur. Əkin sahələri ümumi ərazinin 35 %-dən çoxunu əhatə
etmir.
Bunun da çoxu yem bitkilərinin becərilməsinə aid edilir. Yem
bitkiləri çatışmadığından onun xeyli hissəsini xaricdən gətirmək
lazım gəlir. Kənd təsərrüfatında ölkədə mövcud olan işçi
qüvvəsinin 5 %-i məşğuldur. Əhali yerli mənbələr hesabına taxılla,
südlə, yağla, kartofla yaxşı təmir olunmuşdur. Əkin sahəsinin 70 %-
i taxılçılıqda istifadə olunur. Başlıca ərzaq bitkisi buğda
becərilməsindən ibarətdir (1/3) ki, bu da kənd təsərrüfatı
məhsullarının 5 %-ni verir.
Əsasən şəkər çuğunduru becərilən Aşağı Reyn rayonunda, habelə
Qarsın şimal dağətəyi ərazilərində buğda becərilir. Heyvandarlığın
yemi, eləcə də pivə alınması üçün arpa becərilməkdədir. Çox
yerlərdə çovdar, vələmir də əkilir. Kartofçuluq geniş yayılmışdır.
Đldə 17 mln. ton kartof tədarük olunur. Yem bitkilərindən yem
çuğunduru, qarğıdah, kökümeyvəlilər, yonca becərilməkdədir.
Üzüm Yuxarı Reyn, Mozel, Mayn, Naye, çay vadilərində, bağçılıq,
tərəvəzçilik isə Yuxan Reyn, Aşağı Elba, Mayn, Nekkar çay
dərələrində inkişaf etdirilir.
Heyvandarlıqda
iribuynuzlular,
donuzçuluq,
quşçuluq
inkişaf edən sahələrdəndir. Ölkədə 16 mln. baş iribuynuzlu
saxlanılır ki, o da şərqi Avropada ancaq Fransadan geri qalmaq
deməkdir. 24 mln. baş donuzun saxlaılmasına görə o Qərbi
Avropada 1-ci yer tutur. Südllük heyvandarlıq şimal hissədə və
Alpm ətəklərində, ətlik istiqamətli maldarlıq isə cənub və dağlıq
rayonlarda, donuzçuluq demək olar ki, hər yerdə inkişaf
etdirilmişdir.
AFR-də
məhsuldar
qüvvələrin
inkişafı
və
düzgün
yerləşdirilməsini təmin etmək məqsədilə nəqliyyatın gərək olan
növlərinin hamısı inkişaf etmişdir. Nəqliyyat növlərinin sıxlığına
görə ölkə dünyada birinci yerlərdən birini tutur. Dəniz yollarının
sıxlığında Yaponiya, Belçika və Niderlanddan geri qalır. Belə ki,
hər 100 kv.km sahəyə 12,5 km istifadədə olan dəmir yolu, 200 km-
ə qədər avtomobil, 2 km daxili su yolu düşür. Nəqliyyat ölkədə bir
ildə hasil olunmuş elektrik enerjisinin 1/5-ni istehlak edir.
Nəqliyyat növləri içərisində 54 % yük dövriyyəsinə - 280 mlrd.
ton/km, 90 %-dən artıq sərnişin daşımasına malik olan uzunluğu 0,7
Dostları ilə paylaş: |