başlanğıcından 1960-cı ilin ortalarına qədər olan dövrdə qaz
yanacağı kömürdən alınma hesabına ödənilirdisə, 1967-ci ildən şelf
zonasından bu yanacaq növünü hasil etmək mümkün olmuşdur. Bu
əsasdan da Böyük Britaniya son illər yerli mənbələr hesabına yanar
qaz hasilatını 110 mlrd. kubmetrə çatdırmışdır, Bu da RF, ABŞ,
Kanadadan sonrakı 4-cü yer deməkdir. Lakin tələbat tam
ödənilmədiyindən hər il Norveçdən boru kəməri ilə 3 mlrd. kubmetr
yanar qaz London-Lanka-Şir magistral qaz boru xəttinə əlavə
olunur.
Yanacaq energetika kompleksinin aparıcı sahələrindən biri
də, başqa təsərrüfat sahələrindən fərqli olaraq hasil olunmuş
məhsulun sonrakı məqsədlərdə istifadə üçün yığılıb anbarlarda
saxlanıla bilməsi mümkün olmayan elektroenergetikadır. Onun
SES, AES, ĐES və alternativ mənbələri mövcuddur. Böyük
Britaniya kapitalist dünyasında 1956-cı ildə ilk AES (Kolder-Xoll)
quraşdıran dövlət hesab edilir. Eyni zamanda, sonrakı illərdə AES-
lər Xanterstonda - Eyr qraflığında, Berklidə (Qlosterşir),
Dandjiessdə (Kend qraflığmda) tikilmişdir. AES-lərdən adambaşına
düşən illik elektrik enerjisinin miqdarına görə ABŞ-dan, Fransadan,
AFR-dən və Kanadadan geri qalır. AES-lərin 13,0 mln. kvt-dan
artıq gücü və 36 bloku vardır. Đllik elektrik enerjisinin 28 %-ə
qədəri (95 mlrd. kvt saat) AES-lərdən alınır.
Đri şəhərlərdə, xammal rayonlarında fəaliyyət göstərən ĐES-
lər kömürlə işləyərək illik elektrik enerjisi hasilatının - 70,3 %-ni
verə bilir. Böyük gücə malik olan ĐES-lər Londonda, Xay-
Marixemdə,
Torp
-
Marçda,
Taksford
yaxınlığında
(Hottinqemşirdə) istehlakın ödənilməsinə xidmət edirlər.
SES-lər çox da böyük olmamaqla Şotlandiya və Şimali
Đrlandiya ərazisində fəaliyyət göstərməklə - 2 %-ə qədər elektrik
enerjisi verə bilirlər.
Alternativ - külək və qabarma elektrik stansiyasına malikdir.
Böyük Britaniya göstərilən mənbələr hesabına hər il 350 mlrd. kvt
saat elektrik enerjisi hasil edərək dünya ölkələri arasında 9-cu
yerdədir. Ölkənin elektrik enerji sistemi La-Manş boğazından
keçməklə Fransanın enerji sistemi ilə əlaqələndirilmişdir. Son illər
Böyük Britaniya YEK-də-380 mln. tut məhsul istehsal etmişdir.
Đllik tələbat - 330 mln. tut, ixracat isə - 145 mln. tutdan az deyildir.
Metallurgiya
Böyük
Britaniyanın
qədim
sənaye
komplekslərindən hesab edilir. Yerli dəmir filizi ehtiyatları
tükəndiyindən - 80 % xammalı Kanadadan, Braziliyadan, Đsveçdən
almağa məcbur olur. Ona görə də başlıca metallurgiya zavodları
sahil zonalarında: Skantropda (Xambera yaxınlığında), Cənubi
Uelsdə (Port-Tolbort və Llanueri), Tissaydda (Lakenbi - Redkar),
Şotlandiyada (Ravenskreyq), Şeffılddə yerləşdirilmişdir. Qara
metallurgiya müəssisələri ildə 18 mln. tondan çox polad əridə
bilirlər. Əlvan metallurgiyanın sahil zonalarında yerləşməsinə səbəb
gətirmə xammalların mövcudluğudur. Ona görə də Temzada,'
Cənubi Uelsdə, Lankaşirdə əlvan metal əridən müəssisələr
fəaiiyyətdədir. Digər tərəfdən, Şotlandiyada yerləşən SES-lər
yaxinlığinda, Linmut AES-i yaxınlığında da alüminium zavodları
mövcuddur. Deyilənlərlə yanaşı təkrar əlvan metallurgiya
müəssisələri iri maşınqayırma mərkəzlərində - Qərbi Midlenddə,
Böyük Londonda və Lankaşirdə yaradılmışdır.
Britaniya
sənayesinin
aparicı
sahələrindən
biri
də
maşinnqayırmadır. Ümumi sənaye məhsulunun - 42 %-ni, ixracat
məhsullarinin isə - 45 %-dən çoxunu verir. Đstehsal səviyyəsində
ABŞ-dan, Yaponiyadan, Almaniyadan və Fransadan geri qalır.
Struktur müxtəlifliyində isə Avropada AFR-i qabağa buraxır.
Böyük Britaniya maşınqayırmanm yüksək ixtisaslı kadrlarla təmin
olunmuş standart olmayan, bahalı və yüksək keyfıyyətli növlərinin
buraxılışı üzrə ixtisaslaşmışdır. Məhsul istehsalının digərlərinə
nisbətən yüksəkliyinə və işçi qüvvəsinin çoxluğuna görə ümumi
maşınqayırma, yəni - yol texnikası, energetika avadanlıqları -
turbogeneratorlar, buxar qazanları, AES-lər üçün müxtəlif qurğular,
kənd təsərrüfatı texnikası, tibb ləvazimatı qabaqcıl yer tutur.
Dünyada Britaniya traktorları şöhrətə malikdr. Son illər
dəzgahqayırma, kimya üçün avadanlıqlar xüsusi inkişaf sürəti
almışdır. Ölkədə hər il 3,0 mln. ədəd avtomobil buraxılır. «Rolls-
Roys», «Britiş Leyland» adlı yerli avtokompaniyalan fəaliyyət
göstərir. Aparıcı zavodlar Böyük London (Luton), Birmingem,
Koventri, Derbi, Birestol, Liverpul, Oksford aqlomerasiyalarında
yaradılmışdır. «Rover», «Ford», «Yaquar», «Voksxoll», «Talbot»,
«Xon-da»,
«Nissan»
və
«Toyota»
xarici
avtomobil
korporasiyalarının fılialları da məhsul istehsah ilə məşğuldurlar.
Đldə dünya bazarlarına - 600 mindən artıq avtomobil ixrac olunur.
1965-ci ilə qədər Böyük Britaniya maşınqayırmada dünyada
liderlik etmişdir. Son illər şelf zonasında neft və qaz yataqlarının
işlənməsi üçün yeni-yeni gəmi növləri düzəldilmişdir. Yanacaq
gəmilərinin yarıya qədəri Klaydsaydda düzəldilir. Ölkədə 100-dən
artıq gəmi nəqliyyatda istifadə olunur. Bundan başqa, Berkenxed,
Barrau, Portsmut, Plimut, Belfast kimi gəmiqayırma mərkəzləri
vardır. XX əsrin 90-cı illərində Böyük Britaniya elm tutumlu
maşınqayırmaya xüsusi fikir vermişdir. Buraya elektron sənayesi
daxildir ki, o da dünya sənaye məhsulunda - 9%-ə qədər xüsusi çəki
ilə tanınır. Böyük Britaniya elektron sənayesinə, habelə elmi-
tədqiqat işlərinin aparılmasına ayrılan xərclərdə - 35 % Avropada 1-
ci yerdə durur.
«Đnterneşnl kompüters limitel» («Ay-Si-El») kompaniyasına malik
EHM-ri buraxılışının buna misal göstərə bilərik. Rabitə və xidmət
sferasında kompüterləşmə prosesi ən yüksək səviyyədə həyata
keçirilməkdədir. Böyük Britaniya müxtəlif məqsədlər üçün istifadə
olunan yarımkeçirici cihazlar buraxmaqda Avropa ölkələri
içərisində AFR-dən sonrakı yeri tutur. Aerokosmik sənaye
sahəsində də Böyük Britaniya özünəməxsus yer tutur. Hərbi-sənaye
kompleksinin inkişafına dünyada 20 kompaniya xidmət edirsə,
onun üçü ingilislərə məxsusdur (ABŞ-da- 10, Fransada - 5,
Almaniyada - 1). «Britiş aerospeys», «Djeneral elektrik» və «Rals-
Reyn» kompaniyaları buna misal ola bilər. Bu kompaniyalar
aviasiya mühərrikləri, təyyarələr, aviaraket texnikaları buraxılması
üzrə ixtisaslaşmışlar. Elektron sənayesi məhsulları istehsah Böyük
London üçün xarakterdirsə, aviaraketqayırma sənayesi Bristal,
London, Derbi şəhərlərində cəmlənmişdir.
Çox dinamik inkişaf edən təsərrüfatlardan biri də kimya
sənayesidir. Onun xammalının çox vaxtlar neft emalı sahəsinin
məhsulları təşkil etməkdədir. Göstərilən sənaye sahəsinin verdiyi
məhsulun illik miqdarına görə ölkə Avropada, Almaniya və
Fransadan sonrakı 3-cü yeri tutur. Onun aparıcı məhsulları əsasən
üzvi sintezə aiddir. Aparıcı «Đmperiel kemik indastriz» kimya
korporasiyası dünya kimya korporasiyaları arasında 6-cı olmaqla
Böyük Britaniyada kimya sənayesinin illik məhsulunun 50 %-ni
Dostları ilə paylaş: |