R. H. MƏMMƏdov, tofđq bəHƏRÇĐ



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə46/153
tarix20.09.2017
ölçüsü3,91 Mb.
#1122
1   ...   42   43   44   45   46   47   48   49   ...   153

- 360 min km-dən azalaraq (1995-ci ildə) 240 min km-ə, Rusiyada - 

154  min  km-ə,  Kanadada  -  90  min  km-ə,  Çində  -  66  min  km-ə, 

Hindistanda - 61 min km-ə, Almaniyada - 40 min km-ə qədər çatır. 

Son  vaxtlar  dəmiryollarının  elektrikləşdirilməsinə  xüsusi 

fıkir  verilir.  Belə  ki,  Đsveçrə  və  Gürcüstanda  dəmiryolları  tam 

elektrikləşdirilmişdir.  ABŞ-da  bu  1,0%  -dən  artıq  deyildir,  90% 

teplovozlar fəaliyyətdədir. 

Dəmiryolunun  gördüyü  ış  onun  il  ərzində  daşıdığı  yük  və 

sərnişinlərin  miqdarı  ilə  müəyyən  edilir.  Son  vaxtlar  dünya  dəmir-

yollarının yük dövriyyəsi - 5700 mlrd. t/km təşkil etmişdir. Birinci 

onluğa  daxil  olan  ABŞ  (2230  mlrd.  t/km),  Çin  (1225  mlrd.  t/km), 

Rusiya  (1200  mlrd.  t/km),  Hindistan  (285  mlrd.  t/km),  Ukrayna 

)160  mlrd.  t/km),  CAR  (105  mlrd.  t/km),  Qazaxıstan  (100  mlrd. 

t/km),  Almaniya  (75  mlrd.  t/km),  Polşa  (60  mlrd.  t/km)  və  Fransa 

(53  mlrd.  t/km)  dəmiryollarının  ümumi  yük  dövriyyəsinin  9/10-na 

malikdirlər. 

Dəmiryollarının ümumi sərnişin dövriyyəsi isə son illərdə -

1900 mlrd. sərnişin kilometrdən çox olmuşdur. Bu sahədə liderliyi 

Yaponiya  həyata  keçirərək  onun  illik  kəmiyyət  göstəricisi  -  2000 

km,  Đsveçrə  -  1700  km,  Avstriya  -  1200  km,  Ukrayna,  RF, 

Belorusiya  ayrı-ayrılıqda  -  1150  km,  Fransa  -  1000  km,  Niderland 

və  Misir  hər  biri  1000  km-dən  artıqdır.  Ən  uzun  magistral 

dəmiryolu  xətti  RF-də  çəkilmişdir.  2001-ci  ildə  100  illiyi  qeyd 

olunan  Transsibir  magistralının  uzunluğu  -  10  min  km-dən  az 

deyildir. 

Avtomobil  nəqliyyatı  «qapıdan  qapıya»  adlandırılaraq  qısa 

məsafələrə, dağlıq ərazilərdə yükdaşımada geniş istifadə olunmaqla 

iqtisadi cəhətdən sərfəlidir. Onun ümumi uzunluğu 30 mln. km-dən 

az deyildir. Dünyada ən uzun avtomobil yolu yan qolları ilə birlikdə 

-  45,7  min  km  olan  Panamerikan  avtomobil  yolu  sayılır  ki,  o  da 

ABŞ-m  sərhədlərindən  baş  götürərək  Buenos-Ayresə  qədər 

uzanmışdır. 

Dünyanın  aparıcı  20  ölkəsində  avtomobil  yollarının  ümumi 

uzunluğunun  -  85%-i  cəmləşmişdir.  Təkcə  ABŞ  dünya  avtomobil 

yolları  şəbəkəsinin  -  26%-nə  malik  olmaqla  bu  sahədə  əlçatmaz 

mövqeyə  malikdir.  Avtomobil  yollarının  şəbəkə  sıxlığında  isə 

Belçika  -  hər  1000  kv.km  ərazidə  4700  km,  Yaponiya  -  3000  km, 



Niderland  -  3350  km,  Almaniya  -  1800  km,  Đsveçrə  -  1800  km, 

ABŞ  -670  km,  Braziliya  -  230  km,  Kanada  -  100  km,  RF-  34  km, 

Çin-  13  km  olmaqla  seçilirlər.  Ən  az  şəbəkə  sıxlığı  Tropik 

Afrikanın ölkələrindədir. 

Avtomobil nəqliyyatının iş fəaliyyəti də ilboyu daşıdığı yük 

və  sərnişinlərin  kəmiyyət  göstəricisi  ilə  qiymətləndirilir.  Onun  son 

illərdə  yük  dövriyyəsi  -  3500  mlrd.  t/km  olsa  da,  sərnişin 

daşınmasında  əlçatmaz  zirvəyə  -  11000  mlrd.  sərnişin  -  kilometrə 

malikdir.  Dünya  avtomobil  parklarında  -  600  mln.  avtomobil 

saxlanılır.  Hər  1000  nəfərə  düşən  avtomobilin  sayına  görə  Bruney 

(575  ədəd),  ttaliya  (560),  ABŞ  (520),  AFR  (500)  qabaqdadırlar. 

Təkcə  ABŞ-m  avtomobil  parklarında  215  mln.  avtomobil  vardır. 

Yaponiyanın avtomobil parklarında 70 mln-dan çox, Almaniyada -

45 mln-dan az olmayan avtomobillər vardır. 

Dəmiryolu və avtomobil nəqliyyatı ilə birlikdə boru kəməri 

nəqliyyatı  da  quru  yolu  nəqliyyatı  sisteminə  aid  edilir.  Onları 

fərqləndirən  cəhət  isə  daşınan  yüklərin  məzmunu  ilə  müəyyən 

edilir.  Boru  kəməri  nəqliyyatı  maye  və  qaz  halında  olan  yüklərin 

daşınmasında  iştirak  etməklə,  neft,  neft  emalı  məhsulları  və  qaz 

nəql edən kəmərlərə ayrılırlar. Onların inkişafı dünyada neft və qaz 

sənayesinin  inkişaf  səviyyəsindən  xəbər  verir.  Neft  və  neft 

məhsulları nəql edən boru kəmərləri göstərilən məhsulları istənilən 

məsafəyə nəql edirlər. Məhsul nəql edən kəməri növlərinin hər üçü 

istehsalla istehlakı birləşdirməli olurlar. 

Qeyd etmək lazımdır ki, boru kəmərləri vasitəsi ilə 2000 km 

məsafəyə  qədər  daşınan  neft,  neft  məhsulları  rentabelli  sayılırlar. 

Bundan uzaq məsafələrə tankerlərlə daşıma öz rentabelliliyini daha 

da artırmış olur. 

Dünyada  1-ci  neft  boru  xətti  cəmi  -  6  km  uzunluğunda 

olmaqla  1865-ci  ildə  ABŞ-da  çəkilmişdir.  10  ildən  sonra 

Pensilvaniyanın  Pitsburq  sənaye  mərkəzi  100  km  uzunluğu  olan 

yeni  neft  kəməri  ilə  birləşdirilmişdi.  Latm  Amerikasında  ilk  neft 

boru kəməri Kolumbiyada 1926-cı ildə, Đranda - 1934-cü ildə xarici 

Avropanın Fransasında - 1948-ci ildə çəkilmişdir. Rusiya ərazisində 

isə neft emalı məhsulları daşıyan ilk boru kəməri 1907-ci ildə Bakı-

Batumini  birləşdirməli  olmuşdur.  Onun  uzunluğu  867  km-dən 

arüqdır.  Birinci  Dünya  müharibəsindən  sonra  dünyada  neft 



kəmərlərinin, II Dünya müharibəsindən sonra isə böyük sürətlə qaz 

kəmərlərinin çəkilişi işləri həyata keçirilmişdir. 

Dünyada  boru  kəmərlərinin  ümumi  uzunluğu  2,0  mln.  km-

dən artıqdır. Magistral xətlər başlıca olaraq Cənubi-Qərbi Asiyada, 

Cənubi-Şərqi  Asiyada,  Afrikanın  simasında,  Latın  Amerikasında, 

eləcə  də  MDB  məkanında  mövcuddur.  Onlar  əsasən  xammal  və 

istehlak  rayonlarında,  ixracat  üçün  əlverişli  olan  rayonlarda  (Səu-

diyyə  Ərəbistanı,  Đran,  Đraq,  Liviya,  Əlcəzair,  Venesuela),  idxalat 

rayonlarında formalaşmışlar. Ölkələr üzrə magistral boru kəmərləri 

MDB,  ABŞ,  Kanada,  Səudiyyə  Ərəbistanı  üçün  xarakterdir. 

Rusiyadan  qərbə  doğru  istiqamətlənən  "Dostluq"  neft  kəmərinin 

uzunluğu  5,5  min  km-dən  artıqdır.  Kanadada  uzunluğu  -  4,8  min 

km  olan  Reduoter  -  Port  Kredit,  3,2  min  km  uzunluğu  olan 

Edmonton  -  Monreal,  eləcə  də  ABŞ-da  neft  emalı  məhsulları  nəql 

edən və uzunluğu - 2,5 min km olan Xyuston-Nyuyork, 1974-1977-

ci  illərdə  Alyaskanın  Pradxo-Bey  mədənlərindən  Valdizə  çəkilmiş 

və uzunluğu - 1288 km, illik neft buraxma qabiliyyəti 80-120 mln. 

ton olan Transalyaska neft boru kəmərlərinin adlarını çəkə bilərik. 

Magistral  qaz  kəmərləri  MDB,  Kanada  və  ABŞ-a 

məxsusdur.  Bunlardan  Urenqoy-Qərbi  Avropa  (4,5  min  km), 

Transaralıq dənizi: Əlcəzair-Đtaliya (2,5 min km), uzunluğu 4,0 min 

t/km  olan  Nigeriya  -  Saxara  -  Aralıq  dənizi  -  Avropa,  uzunluğu  - 

1050  km  olacaq  Şahdəniz-Ərzurum  qaz  kəmərlərini  qeyd  edə 

bilərik. 

Qeyd etmək lazımdır ki, neft boru kəmərlərinin hər 1000 kv. 

km  ərazidə  sıxlığı  Niderlandda,  Belçikada,  Almaniyada,  Đtaliyada, 

Böyük  Britaniyada,  qaz  kəmərlərinin  sıxlığı  isə  Niderlandda, 

Almaniyada (275 km) daha çoxdur. 

Son  illərdə  neft  və  neft  emalı  məhsulları  daşıyan  boru 

kəmərlərinin  yük  dövriyyəsi  4,0  trln  t/km  olduğu  halda,  qaz  boru 

kəmərinin yük dövriyyəsi - 2,5 trln. t/km -ə çatmışdır. Onu da qeyd 

etmək  lazımdır  ki,  neft  və  neft  emalı  məhsulları  nəql  edən  boru 

kəmərləri ilə 2,0 mlrd. tondan çox belə məhsullar daşınır. 

Maraqlı  halı  da  qeyd  etməliyik  ki,  boru  kəmərləri  ilə  eyni 

zamanda-xırda-ölçülü,  tikinti  materialı  sayılan  çınqıl,  eləcə  də 

kömür,  başqa  nəqliyyat  növləri  ilə  daşınması  çətin  və  qorxulu 

sayılan  kimya  məhsulları,  dağlıq  ərazilərdə  yerləşən  südçülük 



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə