Đribuynuzlular demək olar ki, dünya regionları üzrə bərabər
yerləşdirilmişlər. Onların sayı - 1,3 mln. başdır. Lakin
məhsuldarlığı regionlar üzrə qeyri-bərabərdir. Avropada, Şimali
Amerikada iribuynuzlu malqaranın südçülük-ətiçilik və südlük
istiqamətlisi saxlanılır. Son illər dünyada 550 mln. ton süd
sağılmışdır. Süd sağınında ABŞ, RF, Hindistan, AFR, Fransa
irəlidədirlər. ABŞ da ildə hər baş inəkdən - 7,7 min kq süd sağıldığı
halda Đsraildə bu göstərici - 8,4 min kq-dan çoxdur.
Qərbi Avropa ölkələri dünya süd sağımının 30%-dən
çoxunu verirlər. Ətlik istiqamətli növlər isə mülayim və subtropik
qurşağın daha çox quraq keçən rayonlarında bəslənilir. Belə
ölkələrdən ABŞ-ın, Kanadanın, RF-nm, AFR-in, Avstraliyanın,
Yeni Zelandiyanın adını çəkmək olar. XX əsrin sonunda dünyada
220 mln. ton ət istehsal olunmuşdur.
Məlumdur ki, iribuynuzluların sayına görə dini adət-
ənənələr əsasında Hindistan liderlik edir. Son illərin məlumatlarına
görə Hindistanda iribuynuzluların ümumi sayı 510 mln. başa çatır.
Bu kəmiyyət göstəricisi Braziliyada - 165 mln. baş, Çində 140 mln.
baş, ABŞ-da - 101 mln. baş, Argentinada - 52 mln. baş, Pakistanda
48 mln. baş, Rusiyada 36 mln. başa qədər çata bilir.
Xırdabuynuzlular dünyada 1,3 mlrd. sayı keçmişlər. Onlar
Çində - 135 mln, Avstraliyada - 123 mln, Hindistanda 56 mln,
Đranda 50 mln, Yeni Zelandiyada - 48 mln, Böyük Britaniyada - 42
mln, Türkiyədə 33 mmrbaşdan artıqdır.
ĐEÖ-də ətlik-yunluq və ətlik istiqamətli, ĐOÖ-də isə
çoxməqsədli və yun alınması istiqamətində olan növlər bəslənilir.
Son illər dünyada - 2,5 mln. ton yun tədarük olunmuşdur. Yun
tədarükündə fərqlənən dövlətlərə Avstraliya, Yeni Zelandiya, Çin,
Rusiya və Qazaxıstanı misal göstərə bilərik.
Donuzçuluq təsərrüfatı, Şimali Amerikada, Avropada, eləcə
də Asiyanın bir çox ölkələrində qədim inkişaf tarixinə malikdir.
Mövcud 954 mln. baş donuzun 470 mln. başı Çində saxlanılır. Latın
Amerikasından - Braziliya, Meksika, Qərbi Avropadan - AFR,
Đspaniya, Fransa; Şərqi Avropadan - Rusiya, Polşa donuzçuluğun
inkişafında fərqlənirlər.
Keçi saxlanması dünyanın Çin, Hindistan, Somali, Sudan,
Efiopiya, Nigeriya, Banqladeş, Pakistan, Đran, Türkiyə (anqor
keçiləri), ABŞ dövlətləri üçün səciyyəvi olmaqla dünyada onların
sayı - 700 mln-dan çoxdur. Onlar süd, ət, yun, dəri, qalantereya
məhsulları alınmasında istifadə olunurlar. Çində - 50 mln,
Pakistanda - 30 mln, Türkiyədə - 20 mln. keci saxlanılır. Bunun 3,0
mln. başı anqor keçilərinin hesabınadır.
ABŞ-da, Argentinada, Asiya regionunda 60 mlndan artıq at
saxlanılır. Bunun 26 mln. başı Amerikada, 17 mln-u Asiyadadır.
Müsəlman dünyası xalqları onun ətindən, südündən, ərzaq
məhsulları kimi istifadə edirlər.
XX əsrin 2-ci yarısmdan sürətli inkişafa malik olan
sahələrdən biri də quşçuluqdur. 14 mlrd-dan çox saya malik
olmaqla Çində - 3,1 mlrd. ev quşları saxlanılaraq bu sahədə o, lider
sayılır. Sonrakı yerldəri ABŞ, Braziliya, Đndoneziya tutur. Son
illərdə toyuqların verdikləri yumurta - 47 mln. t və ya 700 mlrd.
ədəd təşkil etmişdir. Çin - 400 mlrd. ədəd, Rusiya - 34 mlrd. ədəd,
Hindistan - 28 mlrd. ədəd yumurta verməklə göstərilən ardıcıllıqla
birinci beşliyə daxil olurlar. Adambaşına düşən yumurta sayında isə
Niderland (720 ədəd), Belçika (390 ədəd), Yaponiya (370 ədəd),
Çexiya (350 ədəd), Belorusiya (340 ədəd), ABŞ (315 ədəd) və
Fransa (350 ədəd) dünyada tanıınrlar.
Heyvandarlıqla balıqçılığın xüsusi yeri vardır. Ondan alınan
məhsulların 75 faizi insanların ərzaq məhsulu kimi gərəkli olursa,
yerdə qalanından balıq unu, qidalandırıcı əlavələr və balıq yağı
alınmasında, heyvanların yemi üçün, eləcə də əczaçılıqda geniş
istifadə olunur.
Balıqçılıqda 120 mln. insan çalışır. Ondan ildə 55 mlrd.
dollar dəyərində məhsul alınır. Bunların yerinə yetirilməsində 1,3
mln. balıqtutan gəmi iştirak edir.
Balıqçılıq bəşər cəmiyyətinin ən qədim istehsal sahəsi
olmaqla öz inkişafında Atlantik, Sakit, Hind və Şimal Buzlu
okeanlarına, habelə daxili dəniz və digər sututarlara əsaslanır. XX
əsrin sonu üçün yuxanda göstərilən mənbələrdən - 125 mln. t balıq
və müxtəlif dəniz məhsulları əldə edilmişdir. Bu sahədə Atlantik
okeanı - 28%, Sakit okean - 63%, Hind okeanı -9% xüsusi çəki ilə
tanınırlar. Ölkələrdən isə Çin, Peru, Çili, Yaponiya, ABŞ,
Hindistan, Đndoneziya, RF, Tailand və Norveç özlərinə məxsus yer
tuturlar.
Dünya kənd təsərrüfatının ümumi xarakteristikasından aydın
olur ki, onun kəmiyyət, keyfıyyət göstəricilərinin yerinə
yetirilməsində heç də bütün regionlar eyni çəkiyə malik deyillər. Bu
əsasdan da Asiya, Şimali və Mərkəzi Amerika (xüsusilə ABŞ,
Kanada, Meksika), Cənubi Amerika, Qərbi Avropa, Cənubi
Avropa, Şərqi Avropa, Mərkəzi-Şərqi Avropa, Afrika, Avstraliya
və Okeaniya regionları kənd təsərrüfatının bütün sahələri üzrə,
eləcə də ixtisaslaşma dərəcəsinə və s. əlamətlərinə görə biri digərini
təkrarlanırlar.
Yekunda onu da qeyd etməliyik ki, XX əsrin sonunda və
XXI
əsrin
başlanğıcında
dünya
təsərrüfatının
beynəlmiləlləşdirilməsi, kənd təsərrüfatının inkişafı həb də təbb
olunan səviyyədə deyildir. Apancı texnika, texnologiya ĐEÖ-də,
xüsusilə Şimali Amerika və Avrasiya ölkələrində cəmlşsə də, ĐOÖ-
də insanların həyat səviyyələri ilə yanaşı ölkələrin iqtisadi inkişaf
səviyyələrinin aşağı olması hələ də davam edir.
V.9. Nəqliyyat
Đstehsalla istehlak arasında əlaqə yaradan, hər bir yaşayış
məntəqəsi arasında - kənd, qəsəbə, rayon, şəhər, dövlət, region
arasında körpü rolunu oynayan, təsərrüfat sahələrinin işinı,
inkişafını əlaqələndirən, ölçüyəgəlməz dərəcədə iqtisadi, siyası,
mədəni, strateji əhəmiyyət kəsb edən, sərnişin və hər cür yüklərin
daşınması əməliyyatını həyata keçirən, bazar təsərrüfatının ayrılmaz
hissəsi sayılan, daxili və xarici bazarın varlığını təmin edən, istehsal
olunmuş məhsulun sərfıni və istehlakını mövcudlaşdıran nəqliyyat
maddi istehsalın sənaye və kənd təsərrüfatından sonrakı 3-cü
aparıcı sahəsi hesab edilir. Deyilənlərlə yanaşı nəqliyyat ərazilərin
mənimsənilməsinə və əhali məskunlaşmasına, istehsal sahələrinin,
zavod və fabriklərin, emal müəssisələrinin mövcudlaşmasına, kənd
təsərrüfatının sürətlə inkişafına, şəhər, qəsəbə və kəndlərin
salınmasına və formalaşmasına təkan verir. Bir sözlə, o, ölkə və
regionlarda
məhsuldar
qüvvələrin
inkişafının
və
düzgün
Dostları ilə paylaş: |