sahəsi yoxdur ki, orada da 1,3 mlrd. nəfər (iqtisadi cəhətdən fəal
əhalinin - 46%-i) işçi cəmləşmiş olsun. Kənd yerlərində yaşayanların
sayı isə - 2,6 mlrd. nəfər təşkil edir. Đllik məhsul istehsalının 1/10-i
kənd təsərrüfatının payına düşür. Dünya ticarətinin - ixracatında
kənd təsərrüfatı məhsullarının çəkisi - 10% təşkil edir. Lakin
tərkibinin mürəkkəbliyinə və zənginliyinə görə o heç bir təsərrüfat
sahəsinə bənzəmir.
Kənd təsərrüfatının inkişafı ekstensiv və intensiv yollarla
təmin edilir. Ekstensiv üsul əkin sahələrinin genişləndirilməsi,
əvvəllər istifadə olunmamış torpaq sahələrinin istifadəyə verilməsi,
heyvanların sayının çoxaldılması nəticəsində ha hesabı ilə məhsul
istehsalını artırmaq intensiv inkişaf yolu adlanır.
Kənd təsərrüfatının intensivliyinə suvarma, kimyalaşdırma,
elektrikləşdirmə,
mexanikləşdirmədən
başqa,
əsas
istehsal
proseslərinin
avtomatlaşdırılması
nəticəsində
nail
olmaq
mümkündür. Bir sözlə, intensivləşdirmə istehsalın texniki cəhətdən
təchizatını daha da yaxşılaşdırmaqla onun səmərəliliyinin artırılması
kimi başa düşülür.
Kənd təsərrüfatı dünya regionlarında müxtəlif inkişafa malik
olduğundan bu və ya digər tədbirlər həyata keçirilir. Bu sahədə ĐOÖ-
in keçirdiyi tədbirlər daha çox diqqəti cəlb edir. Bu tədbirlərdən biri
kənd təsərrfatında "yaşıl inqilab"ın həyata keçirilməsidir. Burada
ETĐ-in nailiyyətlərindən istifadə edərək kənd təsərrüfatına ha hesabı
ilə daha çox məhsul verə bilən bitki sortlarının daxil edilməsi,
irriqasiya işlərinin yüksək səviyyədə aparılması, kənd təsərrüfatı
sahələrinin
sənayeləşdirilməsi
-
maşınlaşdırılması,
kimyalaşdırılması,
elektrikləşdirilməsi,
avtomatlaşdırılması,
bitkilərin qorunmasına lazım olan vasitələrdən istifadə gündəmə
gəlir.
"Yaşıl inqilab" tətbiq edərək ĐOÖ kənd təsərrüfatında xeyli
irəliləyişlərə nail olmuşlar. Hətta, Hindistan, Pakistan, Tailand,
Đndoneziya, Çin hətta taxıl idxalatını da azaltmış, ya da ki, tamamilə
yox etmişlər.
Sənayedən fərqli olaraq, kənd təsərrüfatı məhsulları istehsalı
relyefi, mikroiqlimi, torpaqları müxtəlif olan çox geniş sahələrdə
əldə edilir. Kənd təsərrüfatında bir çox istehsal prosesləri mövsümi
xarakter daşıyır, çünki bunlar bitkilərin boy artması və heyvanların
inkişafının təbii şəraiti ilə əlaqədardır. Təbii şərait kənd tasərrüfatı
əməyinin gedişinə böyük təsir göstərir.
Mexanikləşdirmə, elektrikləşdirmə, eləcə də kimyalaşdırma -
yüksək məhsuldarlı kənd təsərrüfatının inkişafı üçün başlıca
şərtlərdən sayılır. Bunları yalnız güclü sənayenin mövcudluğu
şəraitində həyata keçirmək mümkündür. Bu sahədə ĐEÖ seçilirlər.
Đqtisadi cəhətdən fəal olan əhalinin - 46 faizinin çalışdığı
kənd təsərrüfatının ixtiyarına - 4,9 mlrd. ha və ya ümumi torpaq
sahəsinin - 37%-i verilmişdir. Dünyada illik kənd təsərrüfatı
məhsulları istehsalının 1/3-ni verən suvarılan torpaqların ümumi
sahəsi - 270 mln. ha-ra çatır. Bunun 57 mln.ha-rı Hindistanda, 52
mln. ha-rı Çində və 21 mln. ha-rı ABŞ-da istifadədir. Qeyd etmək
lazımdır ki, yer kürəsində deqradasiyaya məruz qalan torpaqlar da
vardır ki, onlar da ümumi torpaq sahəsinin - 15-17%-indən çoxdur.
Belə torpaqlar Avropada - 23%, Asiyada - 18%, Afrikada - 17%,
Cənubi Amerikada - 14%, Okeaniyada - 12% və Şimali Amerikada -
7%-dən çoxdur. Kənd təsərrüfatı üçün yararlı torpaqlar Avropada
ümumi torpaqların - 47%-nə, Okeaniyada - 58%-nə, Asiyada isə -
42%-inə bərabərdir. Đşlənən torpaqlar ən çox Cənubi və Cənubi -
Şərqi Asiya və Şimali Amerika regionundadırsa, ən çox biçənək
sahələri Latın Amerikasında və Avstraliyada mövcuddur. Çin,
Avstraliya, ABŞ və Rusiya Federasiyası kənd təsərrüfatı üçün yararlı
torpaqlarının çoxluğu ilə tanınırlar.
Əhalinin sayının artımı ilə və başqa amillərlə bağlı olaraq
adambaşma düşən əkin sahələri də ayrı-ayrı ölkələrdə az və ya
çoxdur. Bu, dünyada adambaşına - 0,3 ha, Qazaxıstanda - 1,9 ha,
Kanadada - 1,5 ha, Çində - 0,1 ha, Yaponiyada - 0,03 ha-dan çox
deyildir. Kənd təsərrüfatına yararlı torpaq sahəsinin - 70%-ni
biçənəklər, - 28%-ni əkin sahələri və -2%-ni çoxillik bitki sahələri
örtmüşdür.
Qeyd etdik ki, kənd təsərrüfatı bitkiləri yetişdirməklə bərabər
heyvanlar saxlamaqla məşğul olan xalq təsərrüfatının aparıcı sahəsi
kimi tanınır. Bitkiçilik dünyanın bir çox ölkələrində məhsul
istehsalında liderlik etsə də, ĐEO-in əksəriyyətində heyvandarlıq
məhsulları aparıcı rol oynayır. Bununla yanaşı, ĐOÖ-dən
Monqolustanda, Uruqvayda, Mavritaniyada heyvandarlıq məhsulları
əkinçiliyə nisbətən çox məhsul verməsi ilə diqqəti cəlb edir. ABŞ-da
heyvandarlıq məhsulları ilə bitkiçilik məhsulları eyni miqdarda
məhsul verirlər.
Bitkiçilik sahəsində taxılçılıq, texniki bitkilər becərilməsi,
subtropik bitkiçiliyi, bağçılıq, bostan və tərəvəzçilik, üzümçülük,
yağlı bitkilər, yem bitkiləri becərilməsi sahələri öz əkslərini
tapmışlar.
Ərzaq
çatışmamazlığının
qarşısının
alınmasında,
heyvandarlıq üçün yem hazırlanmasında, ayrı-ayrı sənaye sahələri
üçün xammal rolunu oynamaqda taxılçılıq təsərrüfatı ölçüyə gəlməz
rol oynayır. Onun buğda, qarğıdalı, çəltik, arpa, darı, çovdar, vələmir
və bir sıra yerli əhəmiyyət kəsb edən növləri vardır. O, dünyada
strateji əhəmiyyət kəsb edən sahə kimi də tanınır.
Müasir dünya taxılçılıq təsərrüfatının əkin sahəsi, ümumi
məhsul toplanması, beynəlxalq ticarət və istehlak kimi dörd ayrılmaz
hissəsi mövcuddur.
Taxılçılıq təsərrüfatının inkişaf etdirilməsi üçün - 650 mln. ha
əkin sahəsi (45%) ayrılmışdır. Dünya regionları, eləcə də ölkələri
taxılçılığın
kəmiyyət-keyfıyyət
göstəricilərində
biri-birindən
fərqlənirlər. Daha doğrusu, Rusiyada, Böyük Britaniyada, Fransada,
Đtaliyada, ABŞ-da ümumi əkin sahəsinin 50-60%-i, Polşada,
Macarıstanda, Rummiyada - 60-65%, Almaniyada - 70%-dən artığı,
Vyetnamda - 80%-i, Yaponiyada - 90%-dən artığı taxılçılıq üçün
ayrılmışdır.
Taxılçıhq sahəsində buğda, çəltik və qarğıdalı daha çox əkin
sahəsinə malikdir. Daha doğrusu, dünyada buğda becərilməsinə -215
mln. ha, çəltik becərilməsinə - 155 min ha, qarğıdalı becərilməsinə -
140 mln. ha əkin sahəsi ayrılmışdır.
Hər il dünyada 2,2 mlrd. tondan artıq taxıl tədarük olunur ki,
burada da - Çin - 504 mln. ton, ABŞ - 350 mln. t, Hindistan - 225
mln. ton, Rusiya- 87 mln. t, Fransa - 65 mln. ton, Đndoneziya - 55
mln. ton, Kanada - 50 mln. ton, AFR- 45 mln. ton, Braziliya - 45
mln. ton, Argentina - 35 mln. ton taxıl tədarük edirlər. Tədarük
olunmuş taxılın - 876 mln. tonu yemçilikdə istifadə olunur. Bu
məqsəd üçün - ABŞ-da -257 mln. t, Avropa Đttifaqı ölkələrində - 102
mln. t, Çində - 139 mln. t, Kanadada - 27 mln. t, Rusiyada - 22 mln.
t məhsul toplanmışdır.
Hal-hazırda dünyada adambaşına ildə 336 kq-a qədər taxıl
tədarük olunduğu göstərilir. Bu, Kanadada - 1716 kq, Macarıstanda -
Dostları ilə paylaş: |