900 nəfərdir, Ən çox əhalisi olan şəhər Rusiyada yerləşir. Belə ki,
Moskvanın əhalisi 10357,8 min nəfərdir.
Ümumi Daxili Məhsulun adambaşına düşən maksimal
miqdar -50.000 dollara çatır ki, bu da Lüksemburqda müşahidə
olunur. Ən azı isə Bosniya və Hersoqovinada - 1800 dollardır.
Avropada Rusiya da daxil olmaqla 44 ölkə, 1 mülk-Gibraltar
yerləşir. Đdarə olunmasına görə 31dövlət respublikadır. Bunlardan
4-ü federativ quruluşludur. Serbiya və Çernoqoriya respublika
idarəetmə formasına uyğun quruluşa malikdir. 11 monarxiya
respublikası vardır. Bunlardan 10-u konstitusiyalı monarxiyadır.
Belçika federativ quruluşa, Vatikan isə teokratik - mütləq
monarxiyaya malikdir. Avropanın əhalisi demək olar ki, avropoid
irqinə mənsubdur. 17 ölkə - Avstriya, Albaniya, Macarıstan,
Almaniya, Yunanınstan, Danimarka, Đrlandiya, Đtaliya, Malta,
Norveç, Polşa, Portuqaliya, Finlandiya, Fransa, Çexiya və s.
dövlətlərin əhalisinin milli tərkibinin 90 %o-dən çoxu eyni
millətdəndir. Rusiya, Böyük Britaniya, Đspaniya, Đsveçrə və
digərləri çoxmillətli hesab olunurlar. Burada slavyan (rus,
ukraynalı, polyak, çex, belorus, serb, bolqar və b.), alman, roman,
finn-uqor, türk dil qrupları vardır. Ən çox yayılan dillər ingilis,
alman, fransız, rus, italyan, ispan, polyak və s.dir. Avropa əhalisinin
90 %-dən çoxu xristian, yerdə qalanları isə müsəlman, idoist
dinlərinə mənsubdurlar.
VI. 1. Azərbaycan Respublikası
Sahəsi 86,6 min.kv.km, əhalisi 8,4 mln. nəfərdən çoxdur.
Paytaxtı Bakı şəhəridir. Đstehsal olunan illik ümumi daxili məhsul
12 mlrd. dollar, adambaşına düşən illik ümumi daxili məhsul isə 1,3
min ABŞ dolları miqdarındadır (1997).
Dövlət quruluşuna gəldikdə 1995-ci ildə qəbul olunmuş
Konstitusiyaya əsasən Azərbaycan idarəetmə formasına görə
prezidentli respublikadır. Ali Qanunvericilik orqanı Milli Məclis,
Đcraedici orqan Nazirlər Kabineti hesab edilir. Dövlətin başçısı
prezidentdir.
Đnzibati bölgüsünə görə Azərbaycan 66 rayon, 69 şəhər və
Naxçıvan Muxtar Respublikasına ayrılır.
Əsası 1991-ci ildən qoyulan Yeni Azərbaycan Partiyası
aparıcı partiya hesab edilir.
Azərbaycan
Cənubi
Qafqaz
regionunda
ərazisinin
böyüklüyünə və əhalisinin çoxluğuna görə ən böyük respublikadır.
O, regionun şərq hissəsini əhatə edərək birbaşa Xəzər dənizinə
çıxışa malikdir. Respublika cənubdan Đran Đslam Respublikası ilə
765 km, cənubi-qərbdən Türkiyə Respublikası ilə 13 km, Şimaldan
Rusiya Federasiyası ilə 397 km, şimal-qərbdən Gürcüstan
Respublikası ilə 471 km, qərbdən təcavüzkar Ermənistanla 1007
km, şərqdən donmayan Xəzər dənizi ilə 825 km məsafədə
sərhədləşir.
Xəzər dənizində
yerləşən Abşeron və
Bakı
arxipellaqları da Azərbaycana aiddir. Beləliklə, 500 km-dən artıq
qərbdən-şərqə, 400 km-dən çox bir məsafədə şimaldan cənuba
uzanan Azərbaycanın sərhəd xəttinin uzunluğu 3742 km təşkil edir.
Azərbaycan çox əlverişli fiziki-coğrafı, iqtisadi-coğrafı,
geosiyasi mövqeyə malikdir. Azərbaycan 18 oktyabar 1991-ci ildə
müstəqillik əldə etdikdən sonra Türkiyə, Mərkəzi Asiya dövlətləri
ilə iqtisadi-coğrafi mövqeyi bir daha xüsusi əhəmiyyət kəsb etməyə
başlamışdır. 1962-ci ildə, uzunluğu 343 km-ə çatan Bakı-
Türkmənbaşı gəmilərə xətti işə düşdükdən sonra Mərkəzi Asiya
Respublikalarının, Rusiya Federasiyasının Sibir, Uzaq Şərq
regionlarının, habelə Çin və Yaponiyanın Avropa ölkələri ilə
nəqliyyat-iqtisadi
əlaqələrində
Azərbaycanın
iqtisadi-coğrafı
mövqeyinin rolu daha da artmışdır. Xəzər hövzəsində dünyanın
üçüncü böyük neft rayonunun kəşfı, hasilat və yanacağın dünya
bazarına
çıxarılması
ilə
əlaqədar
olaraq
Azərbaycan
Respublikasının geosiyasi mövqeyinin əhəmiyyəti və rolu ölçüyə
gəlməz
dərəcədə
əhəmiyyətli
olmuşdur.
Qazaxıstan
və
Türkmənistanın nefti, qazı da Azərbaycan ərazisindən kəmərlər
vasitəsilə qərbə - Avropa bazarlarına nəql edilməkdədir.
Deyilənlərə görədir ki, dünyanın ABŞ, Böyük Britaniya, Yoponiya,
Fransa, Đtaliya, Norveç, Səudiyyə Ərəbistanı, Türkiyə kimi
dövlətləri və bir sıra digər qonşu dövlətlər Azərbaycanda özlərinin
iqtisadi və strateji mövqelərini daha da möhkəmləndirməyə
çalışırlar.
Azərbaycanın iqtisadi-coğrafı mövqeyinin əhəmiyyətini
səciyyələndirərkən onu başqa ölkələrlə, məsələn, Gürcüstan
Respublikası ilə, Özbəkistanla müqayisə etmək, onun harada
yerləşməsini, hansı ölkələrlə həmsərhəd olduğunu göstərmək,
coğrafi mövqe ilə insanların sosial şəraitinin və təsərrüfat
fəaliyyətinin qarşılıqlı əlaqələrini aşkara çıxarmağı vacib hesab
etmək lazımdır.
Son illərdə iqtisadi coğrafi movqeyin əlverişli olması ilə
əlaqədar Đranla, Türkiyə ilə, Rusiya Federasiyası ilə, Gürcüstanla
hər cür əlaqələr daha da möhkəmlənir. Astara, Biləsuvar, Cəlilabad,
Babək, Sədərək, Qazax, Xaçmaz rayonlarında yaradılmış sərhəd-
keçid məntəqələri və şəffaf gömrükxanalar, Araz üzərində salınan
yeni körpülər, Đranla birgə tikiləcək Ordubad, Xudafərin, Muğan
SES-ləri və s. deyilənlərə əyani mümunədir. Gələcəkdə isə Đran,
Azərbaycan, Gürcüstan, Türkiyə arasında qarşılıqlı enerji verilişi
daha da gücləndiriləcəkdir.
Azərbaycan Respublikasının şimal-cənub və şərq-qərb
istiqamətli nəqliyyat magistrallarının Avropa və Asiya ölkələri
arasında beynəlxalq yük və sərnişin daşımalarında rolu ildən-ilə
artırılacaqdır.
Əlverişli dənizkənarı iqtisadi-coğrafı mövqeyi, Volqa-Don
və Volqa-Baltik su sistemləri vasitəsi ilə dünya Okeanına çıxışı
olan Azərbaycan bir çox ölkələrlə müntəzəm dəniz-nəqliyyat
əlaqələrini daha da genişləndirməklə gələcəkdə də bu işi davam
etdirəcəkdir.
Gürcüstanın MDB və bir sıra dünya ölkələri ilə dəmiryolu
əlaqələri Azərbaycan vasitəsi ilə həyata keçirilir.
Azərbaycan özünün dünyada əlverişli mövqeyi sayəsində
Avropanın inkişaf etmiş ölkələri ilə Asiyanın ĐEOÖ-ləri arasındakı
ticarət-iqtisadi və mədəni əlaqələrdə fəal iştirak edir və əhəmiyyətli
vasitəçilik xidməti göstərir. Əlverişli coğrafi mövqe Bakı hava
limanının da beynəlxaiq əhəmiyyətini və onun çox mühüm
nəqliyyat qovşağı kimi rolunu daha da artırır.
Qədim «Đpək Yolu»nun bərpa olunması Azərbaycanın Şərqi
və Mərkəzi Asiya dövlətiəri ilə Avropa dövlətləri arasında böyük
Dostları ilə paylaş: |