R. H. MƏMMƏdov, tofđq bəHƏRÇĐ



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə47/153
tarix20.09.2017
ölçüsü3,91 Mb.
#1122
1   ...   43   44   45   46   47   48   49   50   ...   153

fermalarından  süd  məhsulu  da  daşınır.  Süd  nəql etmək  üçün  polad 

borulardan  yox,  xüsusi  ərintilərdən  hazırlanmış  borulardan  və  ya 

şüşə-saxsı  borulardan  istifadə  olunur.  Belə  süddaşıyan  boru 

kəmərləri Đsveçrə və Avstriya üçün səciyyəvidir. 

Hava nəqliyyatı bahalı nəqliyyat növü olub tez xarab olan və 

çatdırılması  tez  gərək  olan  yüklərin,  son  vaxtlar  isə  sərnişin 

daşınmasında geniş istifadə olunur. Onun uzunluğu 10 mln. km-dən 

artıqdır. Đldən-ilə yük və sərnişin daşımaları artmaqdadır. XX əsrin 

sonu,  XXI  əsrin  başlanğıcında  sərnişin  dövriyyəsi  2230  mlrd. 

sərnişin-kilometr,  yük  dövriyyəsi  300  mlrd.  t/km-dən  artıq 

olmuşdur. 

Dünyada - 15 mindən artıq hava limanı, o cümlədən - 1100 

beynəlxalq  hava  limanı  fəaliyyət  göstərir.  27  nəhəng  hava 

limanından  hər  biri  ildə  25  mln.  sərnişin  qəbul  edir  və  göndərir. 

Bunlardan - 16-sı ABŞ-dä, ikisi Böyük Britaniyada fəaliyyətdədir. 

Birinci  onluğa  -  London  (Xitrou  hava  limanı),  Frankfurd 

(Reyn-Mayn), Syanqan, Paris (Şarl de Qoll), Amsterdam (Sxipxol), 

Sinqa-pur  (Çanqi),  Tokio  (Narita),  London  (Qetviq),  Nyu-York 

(Kennedi  adına)  və  Banqkok  hava  limanları  daxildir.  Nəhəng 

təyyarə  parkları  ABŞ-da,  Kanadada,  Fransada,  Avstraliya  və 

Almaniyadadır. 

Tanınmış 

aqlomerasiyalardan 

Nyu-Yorku, 

Londonu,  Parisi,  Moskvanı,  Tokionu  qeyd  edə  bilərik.  Syanqan 

hava limanı saatda - 70 təyyarə qəbul edir. 

Dəniz  nəqliyyatı  ən  ucuz  nəqliyyat  sayılır.  O,  ölkələr 

arasında  daşımaların  75%-ə  qədərini  təmin  edir.  Daşıdığı  yüklərin 

miqdarı isə ildə 4,0 mlrd. tondan çoxdur. Okeanlarda və dənizlərdə 

25  min  gəmi  vardır.  Dünyanın  -  2,7  min  dəniz  limanında  olan 

gəmilər  630  mln.  t  su  tutumuna  malikdir.  Rotderdam,  Sinqapur, 

Syanqan,  Riçards  -Bey,  Şanxay,  Naqoya,  Đokoqama,  Tiba,  Kobe, 

Nyu-York,  Filadelfiya,  Antverpen,  Qavr,  Marsel,  London  və  sair 

kimi nəhəng limanlar formalaşmışdır. 

Dəmiryol  nəqliyyatından  fərqli  olaraq,  su  nəqliyyatı  əsasən 

təbii  yollardan  istifadə  edir.  Bu  yolların  müxtəlif  avadanlıqlarla 

təmin  edilməsi  çox  xərc  tələb  etmir.  O,  az  yanacaq  sərf  edir  və 

burada iri həcmli yüklərin daşınmasının maya dəyəri daha aşağıdır. 

Lakin  su  nəqliyyatında  hərəkət  sürəti  azdır,  daşımalar  mövsümi 

xarakterlidir. Su yollarının istiqaməti lazım olan istiqamətlə heç də 




həmişə uyğun gəlmir. Laikn buzqıran gəmilər donanması donan su 

hövzələrində  naviqasiyanın  müddətini  xeyli  artırır,  su  yolları  isə 

kanallar vasitəsi ilə istənilən istiqamətlərdə bir-biri ilə birləşə bilir. 

Dəniz daşımaları xarici və kabotaj - öz ölkəsinin limanları arasında 

daşımalara  bölünür.  Böyük  kabotajla,  yəni  öz  ölkə  sahilləri 

boyunca,  lakin  öz  ölkəsinin  müxtəlif  dənizlərində  yerləşən  limalar 

arasında hərəkət etməklə, kiçik kabotajı, yəni öz sahillari boyunca, 

lakin  bir  dəniz,  yaxud  bir  neçə  qovuşuq  dəniz  hüdudunda  üzməyi 

fərqləndirirlər. 

Xarici ticarətdə dəniz nəqliyyatının rolu hədsizdir. 

Daşımalarda  kəmiyyət,  keyfıyyət  göstəricilərinə  görə 

okeanlar  biri-birindən  əsaslı  surətdə  fərqlənirlər.  Atlantik  okeanı 

yükdaşımada liderlik edir. 

Dəniz  daşımalarını  kanallar  xeyli  yaxınlaşdırır.  Belə 

kanallardan  Süveyş  1869-cu  ildə  istifadəyə  verilmiş,  uzunluğu  – 

193 km, maksimal eni - 365 m, dərinliyi - 20 metr; Panama - 1914-

cü  ildə  açılmış,  uzunluğu  -  82  km,  maksimal  eni  -  150  m,  orta 

dərinliyi -12,5 metr; Kil kanalı - 1895-ci ildə açılmış, uzunluğu - 99 

m, maksimal eni - 104 m, orta dərinliyi -11,3 metrdən çox deyildir. 

Süveyş  kanalının  illik  yük  dövriyyəsi  350  mln.  t  olmaqla 

buraxma qabiliyyəti sutkada 50, ildə 18 min gəmidən ibarətdir. 

Panama kanalı ildə - 14 min gəmi buraxa bilir ki, onların da 

yükdaşıma qabiliyyəti ildə 150 mln. tondur. 

Çay  nəqliyyatının  ümumi  uzunluğu  550  min  km-dən 

artıqdır. O, daxili yükdaşımada əhəmiyyətlidir. Bu sahədə Yansızı, 

Xuanxe,  Missisipi,  Amazonka,  Yenisey,  Volqa,  Dunay,  Reyn, 

Müqəddəs  Lavrentiya,  Böyük  Çöllər,  Lena,  Makkenzi,  Konqo, 

Niger,  Nil,  Zamberi  çayları  böyük  əhəmiyyətə  malikdirlər. 

Dünyada  -  214  beynəlxalq  çay  hövzəsi  vardır.  Bundan  -  155-i  2 

ölkəyə, 36-sı üç ölkəyə, yerdə qalanları isə 4-12 ölkəyə məxsusdur. 

Reyn,  Amazonka  və  Zambezi  hövzələrinin  hər  birində  7; 

Nil, Konqo, Niger hövzəsinin hər birində 9, Dunay hövzəsində - 12 

ölkə  yerləşir.  Lakin hər  birisinin hövzəsinin sahəsi 1,0 mln. kv.km 

olan  13  nəhəng  çaydan  ancaq  dördü  -  Volqa,  Lena,  Yansızı  və 

Makkenzi ayrı-ayrılıqda bir ölkə ərazisindən axırlar. 



Dünyada ABŞ ən böyük çay və göl flotuna malikdir. Daxili 

su  yollarının  yük  dövriyyəsinin  böyüklüyünə  görə,  eləcə  də  Çin, 

RF, AFR, Kanada qabaqcıl yer tuturlar. 

 

 



 

 

 

 

 

VI. DÜNYA REGĐONLARININ BĐR SIRA ÖLKƏLƏRĐNDƏ 

MƏHSULDAR QÜVVƏLƏRĐN ĐNKĐŞAFI VƏ 

YERLƏŞDĐRĐLMƏSĐ 

 

AVROPA 

 

Şimaldan  -  Cənuba  -  4050  km,  qərbdən  -  şərqə  -  4530  km 



məsafədə  uzanır.  Sahəsi  -  10,5  mln.kv.km-dir.  Əhalisi  isə  -  687 

mln. nəfərdən çoxdur. Kişilərin sayı - 48,7 %, qadınların sayı isə - 

51,3  %-dən  az  deyil.  Şəhər-kənd  əhalisinin  nisbəti  -  74,9:25,1 

kimidir. Hər kv.km-də əhalinin orta sıxlığı 65,4 nəfərə qədərdir. Ən 

çox  sıxlıq  isə  Monakoda  -21  min  nəfər  təşkil  edir.  Əhalinin  ən  az 

sıxlığı  Đspaniyada  özünü  göstərməklə  hər  kv.km-də  3  nəfərə 

qədərdir.  Əhalinin  təbii  artımının  orta  göstəricisi  -  0,01  %,  ən  çox 

Albaniyada - 1,25 % və ən az -Ukraynada - 0,68 %-dir.  Đnsanların 

ömür sürməsi kişilərdə orta göstərici 68,7 il, qadınlarda 77 il təşkil 

edir.  Ən  çox  ömür  sürmə  Andorrada  qeyd  olunmuşdur  ki,  bu  da 

kişilər üçün - 80,6 il, qadınlar üçün 86,6 ilə bərabərdir. Ən az ömür 

sürmə Moldaviya Respublikasındadır - kişilər üçün 60,4 il, qadmlar 

üçün 69,3 ildən artıqdır. 

Əhalinin  orta  savadlılıq  göstəricisi  98  %  təşkil  edir. 

Avropada  sahəsinə  görə  ən  böyük  dövlət  Ukraynadır  -  603,7 

min.kv.km.  Əhalisinin  sayına  görə  isə  AFR  1-ci  yerdə  olmaqla 

83,25 mln. nəfərə malikdir. Đstər əhalisinə, istərsə də sahəsinə görə 

kiçik dövlət Vatikan sayılır. Hansı ki, sahəsi 0,44 kv.km, əhalisi isə 




Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə