R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent


ilkin  və  ya  təkrar  hadisələr  sferasında)  onun  iştirakçıları  üçün  hüquqi



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə127/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   123   124   125   126   127   128   129   130   131

ilkin  və  ya  təkrar  hadisələr  sferasında)  onun  iştirakçıları  üçün  hüquqi 
nəticələrə  səbəb  olur.  Deməli,  münaqişənin  əsas  elementləri  sonuncu 
mərhələdə  hüquqi  xarakter  əldə  edirlər.  Bu  zaman  şəxsi,  siyasi,  iqtisadi 
və  digər  münasibətlər  hüquq  münasibətləri  müstəvisinə  keçir  və  hüquq 
normasına  uyğun  olan  şəklə  düşürlər.  Beləliklə,  «hüquqi  münaqişəni 
hüquq  subyektlərinin  hüquq normalarının  tətbiqi,  pozulması  və  ya  təfsiri 
ilə bağlı qarşıdurması kimi müəyyən etmək olanı.1
2.  Münaqişənin iştirakçıları
Hüquqi  münaqişələrin  iştirakçıları  haqqında  danışarkən  söhbət  ilk 
növbədə  insanların qarşıdurması  barəsində getdiyini nəzərə almaq  lazımdır. 
Ən  müxtəlif rollarda,  simalarda  və  qruplaşmalarda  olsalar da,  münaqişənin 
iştirakçıları  qismində insanların çıxış etməsi  təbiidir.  Bu halda ən  sadə  olam 
iki  fiziki  şəxsin  qarşıdurmasıdır.  Belə  sədə  münaqişənin  əsasını  bu  fərdlər 
arasındakı  müəyyən  ziddiyyətlər  təşkil  edir.  Şəxslərarası  münaqişəyə  bir 
neçə  insanı  da  daxil  etmək  olar  və  bu  zaman  münaqişə  bir  qrup  insanın 
münaqişəsinə  çevrilə  bilər.  Lakin  belə  miqyas  münaqişənin  mahiyyətini 
dəyişmir.  Məsələn,  nahar  fasiləsində  iki  işçidən  hansının  çörək  almaq 
növbəsi olması zəminində baş verən mübahisə zamanı bu işçilərin hər birinin 
tərəfində  olmaqla  mübahisəyə  digər  işçilərin  qoşulması  kütləvi  dalaşma  ilə 
başa çatır.  Lakin  iştirakçıların  sayının  çox  olmasına baxmayaraq,  münaqişə 
şəxslərarası  münaqişə  olaraq  qalır.  Məsələ  burasındadır  ki,  belə  münaqi­
şənin əsasında ictimai deyil, şəxsi ziddiyyətlər dayanır.
Şəxslərarası  münaqişədə  həmişə  konkret  şəxslər  iştirak  edirlər.  Bu 
zaman yaranan qruplar ümumi təsadüfi təsisatı təmsil edirlər və münaqişə 
başa  çatan  kimi  onlar  da  dağılırlar.  Ona  görə  də  şəxslərarası  münaqişə 
iştirakçılarının  sayından  asılı  olmayaraq,  onun  elmi  cəhətdən  nəzərdən 
keçirilməsi səviyyəsi psixoloji səviyyə olaraq qalmalıdır.2
İctimai  qrupların,  təbəqələrin, siniflərin  fəaliyyət göstərdiyi yerdə və 
münaqişənin  əsasında  qrup  ziddiyyətləri  dayandıqda  qrup,  təbəqə  mü­
naqişəsinin  və  digər  sosial  münaqişənin  təhlili  zamanı  sosioloji  səviyyə 
üstünlük  təşkil  edir.3  Qeyd  etmək  zəruridir  ki,  burada  da  konkret
1 Кудрявцев B.H. Юридический конфликт //Государство и право,  1995, №9, с. 10.
2 Юридическая конфликтология /  Под ред. В.Н.Кудрявцева. М.,  1995, с.16.
3 Yenə orada.
486
şəxsiyyət, məsələn,  liderlər,  rəhbərlər mühüm rol  oynayır.  Bundan başqa, 
iki  və  ya  daha  çox  insanın  toqquşması  qrup  münaqişəsinin  epizodu  ola 
bilər.  Lakin  burada  yenə  də  əsas  iştirakçılar  qismində  ayrı-ayrı  fərdlər 
deyil,  bütöv  bir  qrup  çıxış  edir.  Qrup  münaqişələri  dözülməzliyi  və 
qarşıdurmada  özlərinin  bütün  üzvlərinin  mütləq  şəxsi  üstünlüklərinə  söy 
göstərmələri  ilə  fərqlənirlər.  Bu  isə  münaqişə aparan qrupları  gücləndirir, 
sosial təhlükəliliyi və gərginliyi yüksəldir.
Məlumdur ki,  qruplararası  münaqişələr  kimi  qrupdaxili  münaqişələr 
də  kifayət  qədər  geniş  yayılmışdır.  Qruplardaxili  münaqişələr  sosial 
qarşılıqlı  fəaliyyətin  mühüm  elementi  olmaqla,  bütün  cəmiyyət  həyatını 
təcəssüm etdirirlər.  Belə münaqişələrin rəqibləri qismində son dərəcə bir- 
birinə  bənzəməyən  subyektlər,  yəni  təkcə  ayn-ayrı  fərdlər,  xırda  əmək 
kollektivləri,  ailələr,  qonşular  deyil,  həm  də  iri  birliklər  çıxış  edirlər. 
Sosial  təbəqələr  və  siniflər,  dövlət  təşkilatlan  və  dini  təşkilatlar,  siyasi 
partiyalar, ictimai və kütləvi  hərəkatlar belə birliklərə aiddir.  Məhz bu so­
sial  birliklər  münaqişəyə  son  həddə  aydın  ifadə  olunan  sosial  xarakter 
verirlər.  İstənilən  münaqişə  (şəxslərarası  münaqişələrdən  tutmuş  beynəl­
xalq  münaqişələrədək -   bu  münaqişələr  də daxil  olmaqla)  geniş  mənada 
sosial xarakterə malikdir.
Peşə prinsipi və ya ictimai-siyasi prinsip üzrə yaradılan funksional və 
məqsədli  qrupların  qarşılıqlı  fəaliyyəti  şəraitində  baş  verən  münaqişələr 
daha mürəkkəb xarakterə malikdir.  Siyasi partiyalar,  ictimai təşkilatlar və 
kütləvi  hərəkatlar  belə  qruplardan  hesab  olunurlar.  Həmin  qruplara 
spesifik  struktur,  digər  qruplara  münasibətdə  olahiddolik,  öz  üzvlərinin 
eyniliyində ifadə  olunan kifayət qədər yüksək mütəşəkkil  səviyyə  xasdır. 
Bu  qruplarda  siyasi,  ideoloji  və  ya peşə  əlamətinə  görə  birləşmiş  fərdlər 
nəinki  özlərinin  oxşar,  həm  də  kifayət  qədər  müxtəlifcinsli  tələbatlarını 
realizə  etməyə  səy  göstərirlər  ki,  bu  da  qrup  üzvlərinin  hərəkətlərinə 
müəyyən  istiqamət vermək  imkanına  malik  olan  rəhbərlərin  fərqləndiril­
məsi zərurətinə gətirib çıxarır. Məhz bu prosesdə liderlər,  «ideoloqlar» və 
«fəallar»  meydana  çıxır.  Onlar  sosial  münaqişələrdə  kütləvi  görünən, 
qrup subyektlərindən (bütövlükdə siyasi partiya və s.) fərqlənən bilavasitə 
subyektlər rolunu oynayırlar.
Hüquqi münaqişədə subyektlərin iki qrupu -  fiziki və hüquqi  şəxslər 
fərqləndirilir.1
1  Юридическая конфликтология / П од ред.  В.Н.Кудрявцева.  M .,  1995,  с. 17.
487


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə