R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent


nəzərdən  hüquq  (hüquq  münasibətləri)  sferası  da  istisnalıq  təşkil  etmir



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə126/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   123   124   125   126   127   128   129   130   131

nəzərdən  hüquq  (hüquq  münasibətləri)  sferası  da  istisnalıq  təşkil  etmir. 
Hüquqi  konfliktologiya münaqişəni  hüquq mövqeyindən  səciyyələndirən 
xüsusiyyətləri ümumiləşdirir və öyrənir.
Münaqişənin  hansı  elementlərinin  hüquqi  təbiətə  malik  olmalarının 
müəyyən  edilməsi  vacibdir.  Məhz  hansı  münaqişənin  hüquqi  münaqişə 
adlandınlmasının  aydınlaşdırılması  da bu  nöqteyi-nəzərdən zəruridir.  İlk 
baxışda  elə görünə bilər ki,  hüquqi münaqişə probleminin həlli üçün hü­
ququn  şamil  olunması  və hüdudların müəyyənləşdirilməsi kifayətdir. La­
kin biz  sosial həyatda hüquqi xarakterli heç də həmişə dürüst ifadə olun­
mayan  hallarla  toqquşuruq.  Məsələn,  əgər hüquq pozuntusuna yol verək 
şəxslə  polis  əməkdaşı  arasındakı  münasibətlər  birmənalı  olaraq  yuridik 
xarakter  daşıyırlarsa,  ailə  münaqişəsində  yuridik  element  ilkin  və  təkrar 
yuridik hallar növündə mövcud ola bilər.  Şübhəsiz ki,  ilkin yuridik hallar 
sahəsində  münaqişə  həmişə  hüquqi  münaqişə  olacaqdır.  Bu  münaqişə 
başlanğıcdan  sonadək  opponentlər  arasındakı  münasibətlərdə  təcəssüm 
olunur.  Məsələn,  yolun  kənarındakı  ağacı  mişarla  kəsən  vətəndaş  bu 
hərəkəti  nəticəsində  qanunla,  real  şəkildə  isə  hüquq-mühafizə  orqanının 
nümayəndəsilə münaqişəyə daxil olur.  Bu münaqişənin səbəbi, axımı, ba­
şa  çatması  və  nəticəsi  başlanğıcda  yuridik  xarakter  daşıyacaqdır.  Bu 
zaman hakimiyyət nümayəndələri öz səlahiyyətləri çərçivəsində, təqsirkar 
isə hüquqi məsuliyyətə uyğun hərəkət etməlidir.
Münaqişənin  təkrar  yuridik  hallar  sferasında  yarandığı  vaxt  məsələ 
tamam  başqa  şəkil  alır.  Burada  tərəflər  arasındakı  münasibətlər  qeyri- 
yuridik  xarakter  daşıyır,  hüquqi  element  isə  ya  ümumiyyətlə  olmur,  ya 
münasibətlərin periferiyasında yerləşir, ya da qarşılıqlı fəaliyyətin hansısa 
mərhələsində yaranır.  Məsələn, televiziyanın  hansısa proqramına baxma­
ğa görə mübahisə, bir qayda olaraq, hüquqi münaqişənin yaranmasınadək 
gedib  çatmır.  Ər-arvadı  boşanma  haqqında  fikrə  gətirib  çıxaran  daha 
ciddi ailə münaqişələrində artıq tədricən aparıcı ola bilən hüquqi element 
mövcud  olur.  Xırda  münaqişənin  sağlamlığa  ağır  zərərin  vurulması, 
boşanma, əmlakın bölgüsü və s.  ilə bitdiyi situasiya isə münaqişənin mər­
hələlərindən birində yuridik element xarakteri əldə edir.
Beləliklə,  görürük  ki,  yuridik  xarakter  daşıyan  və  özündə  hüquqi 
komponenti  ehtiva  edən  münaqişələr  mövcuddur.  Bu  və  ya  digərlərini 
hüquqi münaqişələrə aid etmək ədalətlidirmi?
Hüquq  ədəbiyyatında  belə  bir  nöqteyi-nəzər  mövcuddur  ki,  bütün 
elementləri  (motivləşdirmə,  iştirakçılar,  obyektlər və  s.)  yuridik xarakte­
484
ristikaya,  yaxud  elementlərindən  heç  olmasa  birinin  hüquqi  əlamətlərə 
malik olduğu  münaqişə  hüquqi  münaqişə  hesab  olunur.1  Qeyd  olunur  ki, 
münaqişənin  bu  və  ya  digər dərəcədə tərəflərin  (onların  hüquqi  cəhətdən 
əhəmiyyətli  hərəkətləri  və  ya  vəziyyətləri  ilə)  hüquq  münasibətləri  ilə 
bağlı  olan,  subyektlərin  və  ya  onların  davranış  motivasiyasınm,  yaxud 
münaqişə  obyektinin  hüquqi  əlamətlərə  malik,  münaqişənin  isə  hüquqi 
nəticələrə səbəb olduğu istənilən münaqişə hüquqi münaqişə adlanır.2
Fikrimizcə,  belə  struktur  yanaşmanı  fiziki  cəhətdən  prosessual  ya­
naşma ilə tamamlamaq  zəruridir.  Hüquqi komponent münaqişə gedişində 
və  ya  ondan  sonra,  daha  dəqiq  desək,  mübahisənin  opponenti  fiziki  cə­
hətdən  aradan  qaldırıldığı  və ya hüquqi  nəticələrə  səbəb  olan  digər  üsul­
larla həll edildiyi zaman başa çatan fazada yarana bilər.  Faktiki olaraq elə 
alınır ki,  mənşəyinə  görə  qeyri-hüquqi  münaqişə  nəticələrinə  və  ya  axım 
formasına  görə  hüquqi  münaqişəyə  çevrilir.  Bundan  başqa,  formasına 
görə  qeyri-hüquqi  münaqişə  bir  sıra  hallarda  üçüncü  şəxslərin  və  ya 
opponentlərdən  birinin  təşəbbüsü  ilə  hüquqi  münaqişəyə  transformasiya 
oluna  bilər.  Məsələn,  mübahisə  edən  tərəflər  müstəqil  olaraq  qarşılıqlı 
razılaşdırılmış  qərara kələ  bilmədikdə  məhkəməyə  müraciət  etmək  məc­
buriyyətində  qalırlar.  «Qeyri-hüquqi  münaqişənin  hüquqi  münaqişəyə 
çevrilməsi  özünəməxsus  loqarifmləşdirilmiş  münaqişənin  təfsiri,  tövsifi, 
həlli və aradan qaldırılması  üçün onun hüquqi  üsula yol  verilən vəziyyətə 
gətirilməsidir».3  Deməli,  hüquqi  münaqişəni»  həm  iqtisadiyyat  və  ya 
siyasət,  həm  də  ailə-məişət  münasibətləri  sferasında  sosial  münaqişənin 
axın forması, yaxud həlli qismində təsəvvür etmək olar.
Hüquqi  və  qeyri-hüquqi  münaqişə  arasındakı  sərhəd  son  dərəcə 
zərifdir.  V.N.Kudryavtscv  hüquqi  münaqişənin  iki  təfsirini  -   məhdud 
hüquqi  münaqişəni  və  geniş  hüquqi  münaqişəni  fərqləndirməyi  təklif 
etmişdir.  Məhdud  təfsirə  uyğun  olaraq  hüquqi  münaqişə  dedikdə,  bütün 
elementləri hüquqi xarakter daşıyan hüquqi münaqişə başa düşülür.  Geniş 
təfsirə  müvafiq  surətdə  hüquqi  münaqişəyə  hüquq  münasibətlərinin  heç 
olmasa bir elementinin olduğu, hüquq münasibətlərinin inkişafının hər bir 
mərhələsində olmasının məcburi  olmadığı qarşıdurma aiddir.  Bizim üçün 
yeganə  olan  budur  ki,  hüquqi  münaqişə  (məhdud  və  ya  geniş  təfsirdə,
1 Юридическая конфликтология / Под ред. В.Н.Кудрявцева. М.,  1995, с.15.
2  Yenə orada.
3  Юридический  конфликт:  процедуры  разрешения  /  Под  ред.  В.Н.Кудрявцева.  М., 
1995, с.15.
485


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə