R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə31/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   27   28   29   30   31   32   33   34   ...   131

sitetdo mühazirolor oxumağa icazə vermişlər.  Y.Erlix  1921-ci ilin  sonun­
da Buxarestə gedir və onun həyat yolu burada sona çatır.
Y.Erlixin  demək  olar  ki,  bütün  əsərləri  Almaniyada  nəşr edilmişdir. 
Elə bununla əlaqədar olaraq bəzi hüquq tarixçiləri onu alman hüquq elmi­
nin nümayəndəsi hesab edirlər. Lakin alman və avstriya universitetlərində 
qəbul  olunduğu  kimi,  Roma  hüququnun  tədrisini  o,  müasir  hüququn 
tədrisi ilə əvəz etmişdi.  Erlix Roma hüququ üzrə mütəxəssis idi.
Professor  Y.Erlix  təsdiq  edirdi  ki,  hüququ  pozitiv  hüquqa  və  canlı 
hüquqa  bölmək  lazımdır.  Bu  zaman  xüsusi  olaraq  qeyd  olunurdu  ki, hü­
quqi  davranışın  inkişafının  ağırlıq  mərkəzi  qanunvericiliyin  deyil,  hüquq 
elminin və məhkəmə qərarlarının  deyil,  cəmiyyətin öz üzərinə düşür.  Bu­
nunla  da  o,  parlaq  surətdə  aydınlaşdırırdı  ki,  hüquqa  nədənsə  asılı  (cə­
miyyətdən  asılı  olan)  olan  dəyişkən  hadisə  kimi  baxmaq  lazımdır.  Başqa 
sözlə,  Erlix  özündən  əvvəlki  hüquqşünaslığa  onu  irad  tuturdu  ki,  hüquqi 
həyatın  bütün  hadisələrindən  onun  məşğul  olduğu  yalnız  hüquq  norması 
olmuşdur.  Öz-özlüyündə  götürdükdə  həmin  norma  hüquq  sosiologiyası 
üçün  məna kəsb  etmir.  Əgər hüquq  sosiologiyası hüquqi  həyatın qanuna­
uyğunluqlarını  aşkar  etmək  istəyirsə,  ona  həm  də  hüquq  yaratmaya  təsir 
göstərən sosial və iqtisadi amillərin öyrənilməsilə məşğul olmaq lazımdır.
Canlı  hüquq  -   bu,  xüsusi  aksenti  Pctrajitski  tərəfindən  edilmiş  in­
tuitiv hüquqi hisslər hüququdur.
Y.Erlixin  özünün  etirafına  görə,  onun  görüşlərinin  formalaşmasında 
müasiri  olduğu  Bukovinada  real  hüququn  öyrənilməsi  kifayət  qədər 
böyük  rol  oynamışdır.  O  vaxt  Bukovinada  öz  spesifik  hüquqi  adətləri 
olan müxtəlif millətlərin nümayəndələri məskunlaşmışdı.
Y.Erlixin  mövqeyinə  uyğun  olaraq  hüququn,  hüquq  elminin  mahiy­
yətini  tam  açmaq  üçün  hüquq  elmi  nəinki  tarixi,  həm  də  sosioloji  elm 
olmalıdır.  Bu  o  deməkdir  ki,  Bukovina  xalqlarının  «canlı  hüquq»nun 
empirik  tədqiqatları  ilə  məşğul  olmaq  zəruridir.  Erlix  burada  «canlı  hü­
quq»  dedikdə,  həm  də  adət  hüququnu  nəzərdə  tuturdu.  Mütəfəkkir  bunu 
dcklorativ şəkildə demir,  öz prinsiplərini praktikada realizə etməyə səylər 
göstərirdi,
Y.Erlixin  düşüncəsində  cəmiyyət  ayrı-ayrı  fərdlərin  məcmusu,  me­
xaniki  birliyi  deyil,  müxtəlif insan  ittifaqlarının  (birliklərinin)  mürəkkəb, 
kompleks  qarışığıdır.  Ona  görə  də  hüququn  inkişafının  rüşeymlərini  və 
mahiyyətini  dərk  etməkdən  ötrü,  hər  şeydən  əvvəl,  həmin  ittifaqlarda 
(birliklərdə)  mövcud  olan  normativ  qaydaları  öyrənmək  lazımdır.  Əgər
116
bu  təcrid  edilərsə,  hüququn  mütəşəkkil  xarakteri  görüş  dairəsindən  yox 
ola bilər.
Y.Erlixin  nöqteyi-nəzərincə,  istənilən  sosial  ittifaqın  təşkili  hərəkət­
lərin  müəyyən  normalarından  ibarətdir.  Bu  normalara  münasibətdə  for­
mal  hüquq  (rəsmi  hüquq  nəzərdə  tutulur)  həmin  normaların  yalnız  bir 
hissəsini təşkil edir.
Hüquq və qeyri-hüquq normaları öz daxili xarakterinə görə cynicins- 
Iidirlər,  çünki  onlar  insan  hərəkətləri  (xətalarının)  qaydalarıdır və onların 
mühüm təşkilati funksiyaları vardır.
Y.Erlix  bu  ideyalara  və  metodoloji  göstərişlərə  müvafiq  sürətdə  hü­
ququn  ənənəvi  anlayışını  rədd  edir,  onu  həddən  artıq  məhdud və  formal 
sayırdı.
Y.Erlixin  fikrincə,  hüqııq  sosiologiyası  artıq ömrünü  başa vurmuş  və 
ya  başa  vurmaqda  olan  hüquq  normaları  içərisində  yeni  hüququn  yetiş­
məsini vaxtında dərk etməlidir.
Hüquq sosiologiyası sahəsində uğurlu fəaliyyət üçün hüquqi reallığın 
aşağıdakı  üç  amilinin  öyrənilməsi  üzərində  cəmləşmiş  empirik  tədqiqat­
lara daha çox etibar etməlidir:
1) hüququn yaranmasına aparan  ictimai qüvvələr;
2) hüququn  faktları;
3) hüquqi müddəalar.
Sosioloqların  nöqteyi-nəzərincə,  luiquq  tarixi  ancaq  o  vaxt  dəyərə 
malik  olur  ki,  o,  hüquq  sosiologiyasının  köməkçi  elmi  fənni  olur.  Bu  za­
man  söhbət  sadəcə  olaraq  hüquq  tarixi  deyil,  hüquqi  olanlar  tarixi  haq­
qında (daha dəqiq desək, hiiquqi  təlimlər tarixi  haqqında) getməlidir.'
Nəticə.  Hüquqi  təsisatlar  tarixi  şəhadət  verir  ki,  hüququn  təşkilati- 
idarəetmə  xarakteri  ictimai  həyatın  dövlətin  mövcudluğu  şəraitində  daha 
aşkar və müəyyən qaydada təcəssüm olunan  mühüm təşkilati prinsiplərini 
əks etdirir.
Səciyyəvi  cəhətdir  ki,  bir çox  Qərbi  Avropa  dillərində dövlət  ingilis 
sözündən  götürülmüş  «State»  və  ya  alman  sözü  olan  «staat»  ilə  adlan­
dırılır.  Bu  sözlər  dövlət  həyatının  əsas  prinsipini  -   mütəşəkkil  vəziyyə­
tini göstərir.  Bu adlar öz mənşəyi  etibarilə  latın sözü olan «a aparıb çıxa­
rır.  «Status»  sözü  belə  bir  faktı  bildirir  ki,  dövlətdaxili  həyatın  münasi­
bətləri işlərin vəziyyətilə tənzimlənən münasibətlərdir.
'  Bax:  История  политических  и  правовых учений.  М .,  ИНФРЛ,  1995.
117


Qeyd  etmək  lazımdır ki,  «dövlət»  Ümumavropa  anlayışı  öz tətbiqini 
ilk  dəfə  XV  yüzillikdə  İtaliyada  tapmışdır  və  oradan  Qərbi  Avropanın 
digər ölkələrinin  dillərinə yol  tapmışdır.  Lakin ancaq XVIII yüzilliyin so­
nuna doğru o, hamılıqla tanınmışdır.
Rusiyada  «məhkəmə»  (hökmdar  hakimiyyətinin  funksiyasından  iba­
rət  olan məhkəmə)  sözündən  gələn «dövlət»  terminindən XV yüzillikdən 
başlayaraq  istifadə  edilmiş,  XVI  yüzillikdə  isə  hamılıqla  qəbul  olun­
muşdur.
Qədim  Yunanıstanda  dövləti  adətən,  şəhər-dövlətlərin  adı  ilə (məsə­
lən,  afinalılar),  yəni  bu  dövlətlərin  vətəndaşlarının  adı  ilə  adlandırırdılar. 
Ümumiyyətlə  isə,  Qədim  Yunanıstanda dövləti  «polis»  termini  ilə  adlan­
dırırdılar.
Qədim  Romada  «polis»  termininə  «civitas»  termini  uyğun  gəlirdi. 
Lakin  bundan  başqa,  bəzən  hakimiyyətin  başlanğıcını  ifadə  edən  və 
sonradan  Qərbi  Avropa  xalqlarının  dillərinə  keçən  «rcgnum»  (məsələn, 
alman sözü «Rcich»,  fransız sözü «rcgnc») terminindən  istifadə olunurdu. 
«Respublica»  (rcspublica=rcs populi)  termini  də  işlədilirdi.  «Respublika» 
termini  Qərbi  Avropa dillərində  uzun  müddət  möhkəm mövqe tutmuşdur. 
Sonralar  bu  termin  «status»  və  «steyt»  terminləri  tərəfindən  tədricən 
sıxışdırılmışdır.  Hələ  J.Bodcn  öz  əsərlərində  «respublika»  terminindən 
«dövlət»  termininin  sinonimi  kimi  istifadə  etmişdir.  Lakin  onun  müasiri 
olmuş  N.Makiavclli  dövləti  adlandırmaq  üçün  artıq  «stati»  terminindən 
istifadə etmişdir.  O vaxtdan  bəri  «respublika» termini,  ümumiyyətlə, döv­
ləti  deyil,  dövlətin  müəyyən  idarəçilik  formasını  adlandırmaq  üçün 
istifadə edilməyə başlamışdır.
Dövlətin  adlar  tarixinin  nəzərdən  keçirilməsi  göstərir  ki,  qədim 
dövrdə  dövlətin  adında  müəyyəncdici  başlanğıca  ya  şəhər-dövlətin  və 
onun  vətəndaşlarının  adı,  ya  da  qəbilənin,  tayfanın  adı  xidmət  etmişdir. 
Tarixdə bu  və ya digər dərəcədə şəhər sivilizasiyasına arxalanan müxtəlif 
tayfaların hərbi-dövlət  ittifaqlarına (birləşmələrinə) də təsadüf olunur.
Orta  əsrlərdə  «dövlət»  sözünün  əsas  təyinatına,  mənasına  ərazi  adı 
xidmət  etmişdir.  Yeni  dövrdə  dövlətin  adlandırılması  zamanı  ön  plana 
sabit  sosial  təşkilatın  hakimiyyəti  birləşdirən  başlanğıcları  çəkilmişdir. 
Məhz  buna  uyğun  olaraq  filosoflar,  hüquqşünaslar  və sosioloqlar dövləti 
bioloji orqanizmlə müqayisə edirlər.
Belə  müqayisələrdə  dövlət  insan  bədəni  ilə  ənənəvi  olaraq  müqayisə 
edilmişdir,  çünki  həmin  müqayisələrin  əsasında  orqanizm  və  inkişaf pro­
118
sesində onun  komponentlərinin  qarşılıqlı  fəaliyyəti  haqqında elmi-bioloji 
təsəvvürlər dayanırdı.  Bu  zaman  xarici  analogiyalar nəzərə alınmırdı.  Be­
lə  ki,  məsələn,  əgər  dövlət  özünəməxsus  orqanizmdirsə,  belə orqanizmin 
ayrı-ayrı  üzvləri  (orqanları)  arasında  münaqişələr  (deyək  ki,  siniflərin, 
yaxud  sosial  qrupların  mübarizəsi) yarana bilərmi?  Bu  sualı  başqa cür də 
formula  etmək  olar:  dövlətin  tarixi  inkişafı  bioloji  artımın  qanunlarına 
tabedirmi,  yaxud  onlara  ziddirmi? Əgər etik-hüquqi  terminologiyadan is­
tifadə  olunursa,  aşağıdakı  məzmunda  sual  meydana  çıxar:  dövlət  orqa­
nizminin  normal  və  ya  patoloji  (normativ-dəyər  nöqteyi-nəzərindən)  və­
ziyyəti  nə  deməkdir?  Yaxud:  xüsusi  sosial orqanizm  kimi  dövlət nöqteyi- 
nəzərindən etik normalar və hüquq  normaları nədən  ibarətdir?
Burada  qeyd  etmək  zəruridir  ki,  XIX  yüzillikdə  bütöv  sistem  kimi 
orqanizm  haqqında  təsəvvür  biologiyada  öz  möhkəm  təsdiqini  tapdı.  Bu 
bütöv  sistemin  strukturu  və  elementlərinin  əlaqəsi  prinsip  etibarilə  əsas 
anlayışlara  müncər  edilmir.  Məhz  bu  atmosferda  özündə  XIX  yüzilliyin 
bioloji  ideyalarını  və  kəşflərini  ehtiva  edən  pozitivist  sosiologiya  mey­
dana  gəlmişdir.
Biologiyanın  hüquq  sosiologiyasına  aşkar  təsiri  Öqyiist  Kontun 
əsərlərində özünün  daha parlaq  təzahürünü tapmışdır.  Cəmiyyət haqqında 
«orqanizm»  adlanan  nəzəriyyənin  yaradıcısı  məhz  Kont  sayılır.  Həmin 
nəzəriyyəyə  ııyğuıı  olaraq  cəmiyyətə  orqanizmin  bir  növü  kimi  baxmaq 
lazımdır.  Bu  zaman  «struktur»  və  «funksiya»  anlayışlarının  bioloji 
interpretasiyasına arxalanmaq  zəruridir.
XIX  yüzilliyin  sonuna  doğru  bioloji  (orqanik) analogiyaların  bir çox 
ifrat  dərəcələri  sosioloqlar  tərəfindən  rədd  edildi.  Lakin  orqanizm  kimi, 
cəmiyyət  konsepsiyası  məşhur  fransız  sosioloqu  Hmil  Dtirkhcymin,  pol- 
şak-ingilis  ctnoqrafı  Bronislav  Kasper  Malinovskinin  (1884-1942)  və  in­
gilis  ctnoqrafı  Allied  Rccinald  Redkliff-Brauııun  (1881-1955),  amerikalı 
sosioloq  Tolkott  Parsonsun  (1902-1979)  və  başqalarının  əsərlərində 
preparatlaşdırılmış  halda  qorunub saxlandı.  Bu alimlərin  qarşılaşdığı  əsas 
çətinlik  orqanizmə  xas  olan  tclcologizmin’  aradan  qaldırılması  ilə  bağlı 
olmuşdur.  Adları  çəkilən  alimlər  təbiətin,  cəmiyyətin  və  insanın  inkişaf
'  T clcologiya  (yun.tclos/tclcos)  m əqsəd  t  logia  təlim)  -  təlim;  bu  təlimə  uyğun  olaraq 
təbiətdə  hər şey məqsədəuyğun qurulmuşdur və  hər cür inkişaf qabaqcadan  m üəyyən edil­
miş  məqsədlərin  həyata  keçirilməsidir.
119


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə