psixoloji vo ctik-hüquqi təhlili tələb olunur. Xvostovun bu mövqeyi
L.İ.Petrajitskinin görüşlori ilə üst-üstə düşür.
V.M.Xvostova görə, dövlət tərəfindən mühafizə olunan vo məhz
bunun sayəsində, obyektiv statusa malik olan, ayrıca insanın iradəsindən
asılı olmayan hüquq normalarından fərqli olaraq, əxlaq normaları obyek
tiv səciyyə daşıyırlar və onlar dövlət nəzarətinə, yaxud ictimai nəzarətə
tabe deyillər. Bununla əlaqədar olaraq bəzən şəxsiyyətlə cəmiyyət arasın
da münaqişələr yaranır. Həmin münaqişələri aradan qaldırmaqdan ötrü
real sosial tələbatların, maraqların, dəyərlərin və müxtəlif sosial norma
ların sosioloji, sosial-psixoloji və ctik-hüquqi təhlilinə xüsusi diqqət
yetirilməsi tələb olunur.
4. XIX-XX yüzilliklərdə Qərbi Avropa və
ABŞ-da hüquq sosiologiyası
Ümumi qeydlər. Qərbi Avropada hüququn öyrənilməsinə sosial-fəl
səfi yanaşmanın ilk müjdəçilərinə alman tarixi hüquq məktəbinin nüma
yəndələrini aid etmək olar. Çünki məhz bu məktəbin on prinsipial müd
dəaları sözün həqiqi mənasında geniş sosial əks-səda doğurmuş və gə
ləcək hüquq sosioloqları üçün mühüm olan tezisin yaranmasına gətirib
çıxarmışdır: «Hüquq - bu absolyut vo özbaşınalığın məhsulu deyil,
tarixi
inkişafın nəticəsidir». Lakin tədqiqatçıların qeyd etdiyi kimi, tarixi hü
quq məktəbi sosioloqlarının daha müfəssəl təhlili zamanı ümidi boşa çıx
mışdır. Belə ki, burada xalq inkişafda olan mürəkkəb sosial tam kimi de
yil, «xəlq ruhu» adlandırılan hansısa «absolyut» tərəfindən müncər olu
nan amorf bir şey qismində başa düşülürdü.
Alman sosioloji ənənələrinin fəlsəfi əsasları R.İycrinq, K.Marks,
F.Engels, M.Vcber, Y.Erlix və başqaları tərəfindən yaradılmışdı. Hüququn
sosial fəlsəfəsi məhz onların, xüsusilə do İycrinqin sosioloji ənənələrə verdiyi
töhfə əsasında formalaşmış vo inkişaf etmişdir. Macarıstanlı akademik
Kalman Kulçar təsdiq edir ki, alman hüquq sosiologiyası uzun müddət inki
şafdan qalmışdır. Onun fikrincə yalnız M.Bebcrin yaradıcılığı istisnalıq təşkil
edir. Məhz Veberin sosioloji nəzəriyyəsi öz köklərilə siyasi sosiologiyaya
aparıb çıxanr. K.Kulçann fikrincə, kapitalizm cəmiyyətində müqavilənin
məzmun və funksiyasının transformasiyası bir-birindən təcrid edilmiş hadisə
deyil. İstiqamətinə görə belə yenidən qurmaları yurisprudensiyanın demək
148
olar ki, bütük sferalarında müşahidə etmək olardı. Həmin prosesin əlamətləri
isə artıq burjua siyasi sosiologiyasının crkəıı nümayəndələri - M.Vcber,
B.Pareto və R.Mixcls tərəfindən qeyd edilmişdi.1
K.Kulçar alman hüquq sosiologiyasına Y.Erlixin verdiyi töhfəni do
xüsusi qeyd edərək yazır ki, sosioloji hüquqşiinaslığın on görkəmli nüma
yəndəsi Y.Erlixdir. Sosioloji hüquqşünas!ıq azad hüquq adlanan fəaliyyət
sahəsilə bağlı idi vo Erlix onun nümayəndələrindən biri idi. O, Almaniya
imperiyası əhli deyildi. Erlix Avstriya əyalət universitetinin professoru idi
və hornin universitet mahiyyət etibarilə Avstriya sərhədlərindən kənarda
yerləşirdi. Elə buna görə do həmin universitet Almaniyanın elm aləminə
daxil edilirdi.2 Universitetin alman elmi birliklərilə sıx əlaqələri var idi.
Erlix öz əsərlərini alman dilində və alman nəşrlərində bu universitet va
sitəsilə dərc etdirirdi.
K.
Kulçar yazır ki, hüququn və hüquq fəlsəfəsinin inkişafı alman cə
miyyətində sosioloji təfəkkürün təşəkkülü üçün zəruri olan ənənələri
formalaşdıra (Savininin və tarixi hüquq məktəbinin fəaliyyəti istisnalıq
təşkil edir) bilmədi. Digər tərəfdən isə həmin dövlət quruluşunun forma
vo xarakterinin ilk növbədə rəsmi, dövlət yolu ilə yaranmış problemləri
həll etməyə ehtiyacı vardı. Elmdə isə hüququn formalaşması vo realizə
sində cəmiyyətin iştirakının demokratik formalarının öyrənilməsi ilə
müqayisədə dövlətin istiqamətverici rolu haqqında ideyanın əsaslandırıl
masına ehtiyac duyulurdu. Avstriya-alman hüquq sosiologiyası hüquqi
anlayışlar vo normalarla yeni münasibətlər arasında ziddiyyətlərin oldu
ğunu göstərirdi. Lakin o, əslində adət hüququnun təkmilləşdirilməsi yol
larım axtarırdı.
Alman elmində işlərin vəziyyətinə verilən belə qiymət həddən artıq
düzxətli və molum mənada mücərrəd idi. Alman sosial-hüquqi doktrinası
na daha dəqiq xarakteristikanı fransız hüquq sosioloqu Jan Karbonc özü
nün «hüquq sosiologiyası» kitabında verərək qeyd edirdi ki, alman hü
quqşünasları XIX əsrin başlanğıcında hələ məcəllələşdirilmomiş hüquqla
tomasda idilər vo buna görə də onlar öz müstəqil tarixi yolu ilə hərəkət
edirdilər. Həmin yolçular tarixi hüquq məktəbinin nümayəndələri idi.
L.
Qumploviçin əsərlərində hüquq sosiologiyası elementləri. Pol-
şa-avstriya hüquqşünas-sosioloqu Liidviq Qumploviç (1838-1909) sosial
darvinizmin nümayəndəsi hesab olunur. Y.Erlix kimi onu da
bəzən alman
1 Кульчар К. Göst. əsəri, s. 33.
2 Yenə orada, s. 39.
149