L.Qumploviç mübarizə və antaqonizm fenomenlərini universallaş-
dırır, onları irqlorarası qarşılıqlı fəaliyyət səviyyəsinə qaldırırdı. Nə döv
lətçilik, nə hüquq, nə din və nə də əxlaq hər bir insan varlığında yaşayan
və praktikada təzahür etməyə bəhanələr axtaran mübarizə instinktini
cilovlamaq iqtidarında deyildir. Müasir insan işlərin belə vəziyyətini də
yişdirməyə qadir deyil, çünki bu, onun antropoloji təbiətinin dəyişməsinə
gətirib çıxarırdı. Bu isə qeyri-mümkündür.
Maks Veberin hüquq sosiologiyası. Artıq adı bir neçə dəfə xatır
ladılan Maks Vcber (1864-1920) hüquq sosiologiyasına daha çox töhfələr
vermiş görkəmli alman sosioloqu və sosial filosofudur. O, hüquqşünas
ailəsində doğulmuş, uşaqlıqda xəstəliyi ilə əlaqədar ətrafmdakılarla az
ünsiyyətdə olsa da, çox mütaliə etmişdir. Erkən intellektual inkişaf və
parlaq qabiliyyət onun gələcəkdəki nailiyyət və yaradıcılıq uğurlarını
şərtləşdirmişdir. O, tələbəlik illərində hüquq elmini öyrənmiş, artıq 30 ya
şında professor rütbəsini almış, Berlin, Frcyburq, Gcydelbcrq, Vena və
Münhen universitetlərində mühazirələr oxumuş, alman sosiologiya cə
miyyətinin əsasını qoymuşdur. Yaradıcılığının çiçəkləndiyi dövrdə pnev-
ıuoniyadan vəfat etmişdir. Hüquq sosiologiyası da daxil olmaqla, onun
sosiologiyadan yazdığı əsərlər bu gün də sosiologiya üzrə klassik yara
dıcılıq nümunələri kimi qiymətləndirilir. Əsas əsərləri aşağıdakılardır:
1) «Orta əsrlərdə ticarət cəmiyyətlərinin tarixinə dair» (1889);
2) «Roma aqrar tarixi və onun dövlət hüququ və xüsusi hüquq üçün
əhəmiyyəti» (1891);
3) «Milli dövlət və xalq təsərrüfatı siyasəti» (1895);
4) «Sosial-elmi və sosial-siyasi idrakın obyektivliyi» (1904);
5) «Protestant etikası və kapitalizm ruhu» (1905);
6) «Mədəniyyət haqqında elm sahəsində tənqidi tədqiqatlar» (1906);
7) «Rusiyada burjua demokratiyasının vəziyyətinə dair» (1906);
8) «Sosiologiyanın başa düşülməsi kateqoriyaları haqqında» (1913);
9) «Dünya dinlərinin təsərrüfat etikası» (1919);
10) «Siyasət peşə kimi» (1919);
11) «Təsərrüfat və cəmiyyət» (1921) və s,
İki metod konsepsiyası Veberin yaradıcılığında mühüm yer tutur. O,
belə bir müddəaya əsaslanırdı ki, təbiət və cəmiyyət müxtəlif qanunlarla
yaşayır. Bu sferaların hər biri özünün bilik tipinə və öz metodologiyasına,
təbii-elmi və ya sosiohumanitar metodologiyasına uyğun olmalıdır. İki
əsas metod - izah etmə və başa düşmə mövcuddur. İzah etmə əsasən tə
152
biətşünaslıqda
təcrübədən keçirilsə də, ondan sosial problemlər sferasında
da istifadə olunur. Başa düşmə metodu sosiologiya üçün səciyyəvidir və
predmetlərin öyrənilməsində sosioloqa kömək edir.
M.Vebcrin diqqət yetirdiyi digər məsələlərdən biri sosial hərəkət
lərin tipləri problemidir. Vcber üçün sosiologiya adamları hərəkətetmə
səbəblərinin aşkar edilməsi yolu ilə onların davranışının sosial mənasını
başa düşməyə cəhd göstərən elindir, çünki davranış subyektiv məna
daşıyan insan hərəkətidir. Sosial faktı sosioloji təhlilin elementar vahidi
hesab edən E.Dürkhcymdən fərqli olaraq, Vcber sosial fakta sosial hərə
kət qismində baxır. Sosial hərəkətin əsas əlamətləri motivləşdirmə və
ətraf mühitə şüurlu yönümdür.
M.Vcber özünün hüquq sosiologiyasının əsasına «rasionallıq» anla
yışını qoyurdu. Bu anlayış ümumiyyətlə, onun sosiologiyasının və bütün
sosioloji təhlillərinin mərkəzi anlayışı idi. Bu anlayış daha tam və dürüst
şəkildə din sosiologiyasında açılır, sonradan isə bürokratiyanm və burjua
hüququnun vcbercəsinə izahında konkretləşdirilir.
M.Vcber rasionallıq kontekstində rasional və irrasional motivləş-
dirm ənin fərqləndirilməsi əsasında hərəkətlərin iki modelini aşkar edir.
TosəiTülat-iqtisadi sferada adamların sosial davranışını tədqiq edərkən o,
«iqtisadi insanın» hərəkətlərinin iki modelini verir. Birinci - bu, irra-
sional-avantür modeldir. Həmin model qədim keçmişdə meydana gəl
miş, ticarətçilər, möhtəkirlər, sələmçilər və maliyyə-ticaro kapitalının nü
mayəndələri üçün səciyyəvi olmuşdur. Bunlar əmtəə istehsal etmədən
«pul qazanmaq» məqsədini güdmüşlər. Bu immoral-kriminal model zo
rakılığı, hərbi aksiyaları, dəniz qulduıiuğunu, qul əməyindən istifadəni,
həyasızlığı, aqressivliyi və hüquqi nihilizmi istisna etmirdi.
İkinci model - bu, Avropada Rcformasiya dövründə meydana gəlmiş
rasional modeldir. Həmin modelin meydana gəlməsi protestant ölkələrdə
monastırların ləğv edildiyi vaxtlara təsadüf edir. Protestant etiqadı tərəf
darlarının çoxu üçün əmək dini məna kəsb etməyə başlamışdı. Belə bir
inam möhkəmlənirdi ki, Allah üçün insanın çox və vicdanla işləməsi
əlverişlidir. Belə əqli əhval-ruhiyyəni Vcber «kapitalizmin ruhu» adlan
dırmışdır. Belə ruh bütün həyatın məqsədü-rasional təşkilini, mötədil
praqmatizmi, pulun həddən aılıq və düşünülmədən xərclənməsinin qada
ğan olunmasını (aristoktrat feodallar pulu sağa-sola həvəslə xərcləyir
dilər) tələb edirdi.
153