R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə39/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   35   36   37   38   39   40   41   42   ...   131

E.A..Kistyakovski  1906-cı  ildə  P.İ.Novqodtsevin  dəvəti  ilə  Moskva 
Kommersiya  İnstitutundan  mühazirələr (dövlət hüququ və  inzibati hüquq 
kurslarından) oxumuşdur.
O,  1907-1910-cu illərdə «Kritiçeskoyc obozreniye» jurnalının redak­
toru  olmuş,  bu  illərdə  görkəmli  tarixçi  və  filosof Mixail  Osipoviç  Ker- 
şenzonla (Mcylix İosifoviçlə,  1869-1925) yaxın əlaqə yaratmış və «Vexi» 
(1909)  toplusunun buraxılışlarında  iştirak  etmiş,  həmin  topluda  «həqiqə­
tin müdafiəsi» məqaləsi dərc olunmuşdur.
1909-cu  ildə  B.A.Kistyakovski  Moskva  universitetinin  hüquq  fakül­
təsində mühazirələr oxumuşdur.  O,  1912-1914-cü illərdə Yaroslavlın De­
midov hüquq  litseyində pedaqoji  fəaliyyətlə məşğul  olmuş,  Rusiyanın ən 
yaxşı  elmi jurnallarından  bir  olan  «Yuridiçcskiy  vestnik» jurnalının  re­
daktəsilə məşğul olmuşdur.
1917-ci  ildə magistr dissertasiyası  müdafiə edən Kistyakovski  Kiyev 
universitetinin hüquq fakültəsinin professoru olmuşdur.
O,  1919-cu  ildə  yenicə  yaradılmış  Ukrayna  Elmlər  Akademiyasının 
akademiki  seçilmişdir.  Akademiyanın  prezidenti  Z.İ.Vcrnadski  ilə birlik­
də  (həmin  tərkibdə  başqa  akademiklər  do  olmuşdur)  Akademiyanın  hü­
quqlarım  müdafiə  etmək  məqsədilə  general  A.İ.Denikinin  yanında  ol­
muşdur.  Bu  səfər  zamanı  B.A.Kistyakovcki  xəstələnmiş,  onun  üzərində 
cərrahiyyə  əməliyyatı  aparılsa  da  faydası  olmamış  və  alim  Yckatcrino- 
darda (Krasnodarda) vəfat etmiş və elə orada da dəfn olunmuşdur.
Hamılıqlı  verilən  qiymətə  görə  B.A.Kistyakovski  öz  fəlsəfi  görüşlərdə 
yeni  kantçılığa yaxm  olmuşdur.  Onun  belə  məzmunlu  ideyalan  öz əksini  hü­
quq  sosiologiyasında  tapmışdır.  Kistyakovski  hıiquq  sosiologiyasında  haki­
miyyət fenomeninin və dövlət hakimiyyətinin  fəaliyyət üsullarının daha adek­
vat izah etməyə yaxınlaşmağa qadir olan elmi görürdü.
B.A.Kistyakovskinin  fəlsəfi-sosioloji  görüşləri  daha  tam  şəkildə 
onun  1916-cı  ildə  yazdığı  «Sosial  elmlər  və  hüquq»  adlı  kitabında  ifadə 
edilmişdir.  Kitaba  alimin  əvvəllər  yazdığı  və  yenidən  işlənmiş  bir  neçə 
məqaləsi do daxil edilmişdi.
E.A.Kistyakovski  ömrünün  son  illərində  «hüquq və hüquq  haqqında 
elmlər» adlı  kitabı  üzərində  işləmişdir.  Kitab  artıq  Yaroslavlda nəşr edil­
diyi vaxt, yəni  1918-ci  ildə orada əsərlərin üsyanı  alovlanmış və tipoqra- 
fiyada  baş  vermiş  yanğın  nəticəsində  məhv  olmuşdur.  Kitabın  əlyazma­
sının taleyi indi də naməlumdur.
146
Sosioloji elmin  inkişafına  V.ıVLXvostovun  verdiyi töhfə.  Rusiyada 
sosioloji  və  elmi-hüquqi  fikrin  inkişafına  əhəmiyyətli  töhfəni  görkəmli 
rus hüquqşünası Veniamin Mixayloviç Xvostov (1868-1920) vermişdir.
V.M.Xvostov  Moskva  universitetinin  hüquq  fakültəsini  bitirmiş  və 
orada magistr və elmlər doktoru  alimlik dərəcəsini  almışdır.  1895-ci  ildən 
1911-ci  ilədək  və  1917-ci  ildən  ömrünün  sonunadok  Moskva  universi­
tetində  Roma  hüququndan  mühazirələr  oxumuşdur.  «Fəlsəfə  və  psixolo­
giya məsələləri» jurnalı ilə əməkdaşlıq etmişdir.
Professor  V.M.Xvostovun  elmi  irsi  çoxşaxəlidir.  Romanın  hüquq 
tarixi  («Roma  hüququnun  sistemi»,  «Roma  hüququnun  tarixi»),  hüquq 
nəzəriyyəsi  («hüququn  ümumi  nəzəriyyəsi»),  seçki  hüququ  («Xalq  nü­
mayəndəliyinin  əhəmiyyəti  və  hüququ»,  «Seçki  hüququ»),  siyasət  («İcti­
mai  rəy  və  siyasi  partiyalar»),  etika  («Müasir  etikaya  dair  ctüdlər», 
«Əxlaqi  şəxsiyyət  və  cəmiyyət»,  «İnsan  ləyaqətinin  etikası»,  «Matcrlin- 
kin  etikası»,  «Etik  təlimlər  tarixinin  oçerki»),  sosiologiya  («Sosiologiya. 
Giriş»,  «Tarixi  proses  nəzəriyyəsi»),  qadın  psixologiyası  və etikası  («Qa­
dın yeni  dövr ərəfəsində;  Qadm  məsələsinə  dair  iki  ctüd»,  «Bəşəriyyətin 
əqli  mədəniyyətində  qadınların  iştirakı»,  «Qadınların  psixologiyası.  Qa­
dınların  hüquq  bərabərliyi  haqqında»,  Qadm  və  insan  ləyaqəti»)  üzrə 
kəşflər həmin irsə daxildir.
V.M.Xvostovun  Roma  hüququ  və  onun  tarixinə  dair əsərləri  indi  də 
rus müəlliflərinin on yaxşı əsərlərindən biri  hesab olunur.
O  dövrdə  Rusiyada xüsusən  do  gone  rus ziyalıları  arasında  son dərə­
cə populyar  fəlsəfi  cərəyan  olan  yeni  kantçılıq  fəlsəfi  yönümə  meyl  edən 
Xvostov,  yeni  kantçılığın  fəlsəfi  müddəalarını  tarixə  və  hüquqa  sosioloji 
yanaşma ilə birləşdirməyə cəhd göstərmişdir.
V.M.Xvostov sosiologiyaya sosial əlaqələr və sosial qanunlar, habelə 
insan cəmiyyətinin mühüm tipləri  haqqında təlim kimi tərif verirdi.
V.M.Xvostovun  fikrincə,  psixi  məcburiyyət  normativ-hüquqi  və  ya 
əxlaqi  xarakter  aldıqda,  sosial  idarəetmənin  mühüm  amili  qismində  çıxış 
edir.  Dövlət tərəfindən  mühafizə  olunan və  məhz bunun  sayəsində  ayrıca 
insanın  iradəsindən  asılı  olmayan  obyektiv  statusa  malik  hüquq  norma­
larından  fərqli  olaraq,  əxlaq  normaları  subyektiv  xarakter  daşıyırlar  və 
onlar  dövlət  nəzarətinə,  yaxud  ictimai  nəzarətə  tabe  deyillər.  Bununla 
əlaqədar olaraq bəzən  şəxsiyyətlə cəmiyyət arasında münaqişələr yaranır. 
Həmin münaqişələri  barışdırmaqdan ötrü real  sosial tələbatların,  mənafe­
lərin,  dəyərlərin  və  müxtəlif sosial  normaların  diqqətlə  sosioloji,  sosial-
147


psixoloji  vo  ctik-hüquqi  təhlili  tələb  olunur.  Xvostovun  bu  mövqeyi 
L.İ.Petrajitskinin görüşlori ilə üst-üstə düşür.
V.M.Xvostova  görə,  dövlət  tərəfindən  mühafizə  olunan  vo  məhz 
bunun  sayəsində,  obyektiv  statusa  malik  olan,  ayrıca  insanın  iradəsindən 
asılı  olmayan  hüquq  normalarından  fərqli  olaraq,  əxlaq normaları  obyek­
tiv  səciyyə  daşıyırlar  və  onlar  dövlət  nəzarətinə,  yaxud  ictimai  nəzarətə 
tabe deyillər.  Bununla əlaqədar olaraq  bəzən  şəxsiyyətlə cəmiyyət arasın­
da  münaqişələr  yaranır.  Həmin  münaqişələri  aradan  qaldırmaqdan  ötrü 
real  sosial  tələbatların,  maraqların,  dəyərlərin  və  müxtəlif sosial  norma­
ların  sosioloji,  sosial-psixoloji  və  ctik-hüquqi  təhlilinə  xüsusi  diqqət 
yetirilməsi tələb olunur.
4.  XIX-XX yüzilliklərdə Qərbi Avropa və 
ABŞ-da hüquq  sosiologiyası
Ümumi  qeydlər.  Qərbi  Avropada hüququn  öyrənilməsinə sosial-fəl­
səfi  yanaşmanın  ilk  müjdəçilərinə  alman  tarixi  hüquq  məktəbinin  nüma­
yəndələrini  aid  etmək  olar.  Çünki  məhz  bu  məktəbin  on  prinsipial  müd­
dəaları  sözün  həqiqi  mənasında  geniş  sosial  əks-səda  doğurmuş  və  gə­
ləcək  hüquq  sosioloqları  üçün  mühüm  olan  tezisin  yaranmasına  gətirib 
çıxarmışdır:  «Hüquq -  bu absolyut vo özbaşınalığın  məhsulu  deyil,  tarixi 
inkişafın  nəticəsidir».  Lakin  tədqiqatçıların  qeyd  etdiyi  kimi,  tarixi  hü­
quq  məktəbi  sosioloqlarının  daha  müfəssəl  təhlili  zamanı  ümidi  boşa çıx­
mışdır.  Belə ki,  burada  xalq  inkişafda  olan  mürəkkəb  sosial  tam  kimi  de­
yil,  «xəlq  ruhu»  adlandırılan  hansısa  «absolyut»  tərəfindən  müncər  olu­
nan amorf bir şey qismində başa düşülürdü.
Alman  sosioloji  ənənələrinin  fəlsəfi  əsasları  R.İycrinq,  K.Marks, 
F.Engels,  M.Vcber,  Y.Erlix  və  başqaları  tərəfindən  yaradılmışdı.  Hüququn 
sosial fəlsəfəsi məhz onların, xüsusilə do İycrinqin sosioloji ənənələrə verdiyi 
töhfə  əsasında  formalaşmış  vo  inkişaf  etmişdir.  Macarıstanlı  akademik 
Kalman Kulçar təsdiq edir ki,  alman  hüquq sosiologiyası  uzun müddət inki­
şafdan qalmışdır. Onun fikrincə yalnız M.Bebcrin yaradıcılığı istisnalıq təşkil 
edir.  Məhz  Veberin  sosioloji  nəzəriyyəsi  öz  köklərilə  siyasi  sosiologiyaya 
aparıb  çıxanr.  K.Kulçann  fikrincə,  kapitalizm  cəmiyyətində  müqavilənin 
məzmun və funksiyasının transformasiyası bir-birindən təcrid edilmiş hadisə 
deyil.  İstiqamətinə  görə  belə  yenidən  qurmaları  yurisprudensiyanın  demək
148
olar ki, bütük sferalarında müşahidə etmək olardı.  Həmin prosesin əlamətləri 
isə  artıq  burjua  siyasi  sosiologiyasının  crkəıı  nümayəndələri  -   M.Vcber, 
B.Pareto və R.Mixcls tərəfindən qeyd edilmişdi.1
K.Kulçar  alman  hüquq  sosiologiyasına  Y.Erlixin  verdiyi  töhfəni  do 
xüsusi qeyd edərək yazır ki,  sosioloji  hüquqşiinaslığın  on görkəmli nüma­
yəndəsi  Y.Erlixdir.  Sosioloji  hüquqşünas!ıq  azad  hüquq  adlanan  fəaliyyət 
sahəsilə  bağlı  idi  vo  Erlix  onun  nümayəndələrindən  biri  idi.  O,  Almaniya 
imperiyası əhli deyildi.  Erlix  Avstriya əyalət universitetinin professoru idi 
və  hornin  universitet  mahiyyət  etibarilə  Avstriya  sərhədlərindən  kənarda 
yerləşirdi.  Elə buna  görə  do  həmin  universitet  Almaniyanın  elm  aləminə 
daxil  edilirdi.2  Universitetin  alman  elmi  birliklərilə  sıx  əlaqələri  var  idi. 
Erlix  öz  əsərlərini  alman  dilində  və  alman  nəşrlərində  bu  universitet  va­
sitəsilə dərc etdirirdi.
K. 
Kulçar yazır ki,  hüququn  və  hüquq  fəlsəfəsinin  inkişafı  alman  cə­
miyyətində  sosioloji  təfəkkürün  təşəkkülü  üçün  zəruri  olan  ənənələri 
formalaşdıra  (Savininin  və  tarixi  hüquq  məktəbinin  fəaliyyəti  istisnalıq 
təşkil  edir)  bilmədi.  Digər  tərəfdən  isə  həmin  dövlət  quruluşunun  forma 
vo  xarakterinin  ilk  növbədə  rəsmi,  dövlət  yolu  ilə  yaranmış  problemləri 
həll  etməyə  ehtiyacı  vardı.  Elmdə  isə  hüququn  formalaşması  vo  realizə­
sində  cəmiyyətin  iştirakının  demokratik  formalarının  öyrənilməsi  ilə 
müqayisədə  dövlətin  istiqamətverici  rolu  haqqında  ideyanın  əsaslandırıl­
masına  ehtiyac  duyulurdu.  Avstriya-alman  hüquq  sosiologiyası  hüquqi 
anlayışlar  vo  normalarla  yeni  münasibətlər  arasında  ziddiyyətlərin  oldu­
ğunu  göstərirdi.  Lakin  o,  əslində  adət  hüququnun  təkmilləşdirilməsi  yol­
larım axtarırdı.
Alman  elmində  işlərin  vəziyyətinə  verilən  belə  qiymət  həddən  artıq 
düzxətli  və molum mənada mücərrəd  idi.  Alman sosial-hüquqi doktrinası­
na daha  dəqiq  xarakteristikanı  fransız hüquq  sosioloqu Jan  Karbonc  özü­
nün  «hüquq  sosiologiyası»  kitabında  verərək  qeyd  edirdi  ki,  alman  hü­
quqşünasları  XIX  əsrin  başlanğıcında hələ məcəllələşdirilmomiş  hüquqla 
tomasda  idilər  vo  buna  görə  də  onlar  öz  müstəqil  tarixi  yolu  ilə  hərəkət 
edirdilər. Həmin yolçular tarixi  hüquq məktəbinin nümayəndələri idi.
L. 
Qumploviçin  əsərlərində  hüquq  sosiologiyası  elementləri.  Pol- 
şa-avstriya  hüquqşünas-sosioloqu  Liidviq  Qumploviç  (1838-1909)  sosial 
darvinizmin nümayəndəsi hesab olunur. Y.Erlix kimi onu da bəzən alman
1  Кульчар  К.  Göst.  əsəri, s.  33.
2  Yenə orada,  s.  39.
149


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə