R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə42/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   38   39   40   41   42   43   44   45   ...   131

Qeyd  etmok  lazımdır  ki,  Frankfurt  məktəbi  Avropa  və  ABŞ-da  fəl­
səfənin,  sosiologiyanın  və  sosial  psixologiyanın  inkişafına  xeyli  təsir 
göstərmişdir.  «Cəmiyyətin  tənqidi  nəzəriyyəsi»nin  əsas  müddəaları 
Frankfurt məktəbinin nümayəndələri tərəfindən işlənmişdir.
Ənənəvi  alman  hüquq  sosiologiyasına müəyyən töhfəsini vermiş  hü­
quqşünaslardan  biri  də  Teodor  Geyger  (1891-1952)  hesab  olunur.  O,  öz 
təlimini  «sosioloji-hüquqi  realizm»  adlandırmışdır.  1933-cü  ildə  nasist­
lərin  hakimiyyət  başına  gəlməsindən  sonra  Danimarkaya  mühacirət 
etmişdir.  1938-ci  ildən  Orhusda  universitetin  professoru  olmuşdur.  Gey- 
gerin  təliminə  uyğun  olaraq  insan  cəmiyyəti  «adamların  psixi  qohum­
luğuna»  əsaslanır.  O,  özünün  sosioloji  əsərlərində  sosiologiyanın  aşağı­
dakı üç növünü fərqləndirir:
1)  formal sosiologiya;
2) maddi  sosiologiya;
3) ictimai-tarixi sosiologiya.
T.Geygcr  kollektivin  fərdin  qabiliyyətlərinin  inkişafına  məhsuldar 
təsir göstərməsi  haqqında  ideya  irəli  sürürdü.  O,  «hüquq sosiologiyasının 
başlanğıcı» kitabının müəllifidir.
Müasir  alman  hüquq  sosiologiyasının  ən  görkəmli  nümayəndələ­
rindən  biri  N.Lumandır.  O,  hüquq  sistemində  siyasi  müdaxilədən  irəli 
gələn dəyişiklikləri öyrənərək göstərir ki,  hüquqdan siyasi sui-istifadə so­
sial  mühəndis vasitəsi  kimi onun daxili  strukturunu heç də yaxşı olmayan 
istiqamətdə dəyişdirir.
N.Lumanın fikrincə, cəmiyyət nəzəriyyəsi  funksional cəhətdən differen- 
siasiyalaşdmlmış  sosial  sistem  kimi,  hüquqa  onun  funksional  daxili  siste­
mindən biri qismində baxmağa imkan verir. Həmin daxili sistem məlum mə­
nada özünütənzimləyən sistemdir. Lakin özünün bütün özünütənzimləməsinə 
baxmayaraq,  hüquq  qanunyaratma  sahəsində  siyasi  nəzarətə  məmz 
qalmışdır.  Bununla belə, hüquq sistemi  özünü yenə də ancaq hüquqi şəkildə 
yenidən canlandırır və  bu zaman bu və ya digər  hüquqi  hadisələr (məsələn, 
konkret hüquqi qərarlar) halında real hüquqi praktika nəzərə alınır.
Göstərilənlərdən belə nəticə çıxarılır ki,  hüquq sistemi eyni zamanda 
həm  qapalı  (normativ  cəhətdən  qapalı),  həm  do  açıq  (dərketmə cəhətdən 
açıq,  açıq  siyasi  təsirlər)  sistem kimi  fəaliyyət  göstərir.  N.Lumanın qeyd 
etdiyi  kimi,  hüquq  sisteminin  qapalılığı  və  açıqlığı  arasındakı  balans 
normal  fəaliyyətin rəhnidir.  Hüquq  sistemi  ancaq  xarici  mühitin təsirinin 
ifrat dərəcədə olduğu halda normal  fəaliyyət göstərə bilməz.  Məsələn,  si­
158
yasi  təsir  (hər  şeydən  əvvəl,  qanunvericilik  yenilikləri  vasitəsilə)  müəy­
yən  həddə  çata  bilər  və  bunun  da  nəticəsində  hüquq  sistemi  nonnal  hü­
quqi  praktikam  yeni  müəyyən  edilmiş  normaların  realizəsi  qismində 
canlandırmaq qabiliyyətini  itirə bilər.
Fransız  hüquq  sosiologiyası.  XIX-XX  əsrlər.  Fransada  hüquq  so­
siologiyasının  inkişafı  başqa  yolla  getmişdir.  XIX  yüzilliyin  sonunda  orada 
etnoloji sosiologiya kimi çox nüfuzlu istiqamət formalaşmışdır.  Bu istiqamət 
etnoloji  elmin  tərkibində  təşəkkül  tapmışdır.  Etnoqrafik  hadisələrin  öyrə­
nilməsinə  sosioloji  metodu  birinci  filosof,  pedaqoq  sosioloq,  cəmiyyətə 
dərdlərin mexaniki  cəmi  kimi  deyil,  sosial  və psixoloji  əlaqələrin  mürəkkəb, 
dinamik  sistemi  kimi  baxan  Dürkhcym  (1858-1917)  tətbiq  etmişdir.  Sosial 
həyatın  dəyərli  normativ  amillərinin  təhlili  ilə  bağlı  hüquq  sosiologiyasının 
inkişaf perspektivləri də onun tərəfindən qeyd edilmişdir.
E.Dürkhcym  O.Kontun  ardıcılı  idi.  Dürkhcym  göstərirdi  ki,  sosiolo­
giya  cəmiyyətin  qanunlarını  fərdi  psixikanın  qanunlarından  fərqli  olan 
xüsusi ruhi reallıq kimi öyrənməlidir.  O, sosial amillər dedikdə, kollektiv 
vərdişləri, ənənələri, adətləri və davranış qaydalarını başa düşürdü.
E.Dürkhcym  tərəfindən  formalaşdırılmış  ideya  və  metodlar  əsasında 
Bordoda  hüquq  fakültəsinin  professoru  Leon  Dügi  (1859-1928)  hərəkət 
etmişdir.  O,  E.Dürkhcymi  öz  dostu  və  həmkarı  adlandırmışdır.  Diigiyə 
görə,  bir  çox  sosial  amillərin  daimi  və  törəmə  nəticəsilə  müqayisədə, 
hüquq son dərəcə az səviyyədə qanunvcricinin yaratdığıdır.
«İctimai  əmək  bölgüsü  haqqında»  (1893),  «Sosiologiyanın  element­
ləri»  (1889),  «Sosioloji  metodun  qaydaları»  (1895),  «Özünü  öldürmə» 
(1897),  «Dini  həyatın  elementar  formaları»  (1912),  «Sosiologiya  və 
fəlsəfə» (1924) E.Dürkhcymin əsas əsərləridir.
E.Dürkhcym hüquq sosiologiyasının  müstəqil  nəzəri  fənn kimi  təşək­
kül tapmasında görkəmli  rol  oynamışdır.  Onun  nəzəri  irsində hüquqa həsr 
edilmiş  «Cinayət  cəzasının  təkamülünün  iki  qanunu»,  «Cinayətkarlığın 
sosiologiyası  və əxlaqın  statistikası  haqqında qeydlər»,  «Hüquqi sistemlər 
haqqında qeydlər»,  «Sosiologiyanın, əxlaq  və  hüquq  fizikasının  dərsləri» 
kimi əsərlər diqqəti  özünə cəlb edir.
E.Dürkhcymin  fikrincə, hüququ sosial  bir fenomen  kimi yalnız sosial 
amillərin  hərəkətilə  izah  etmək  zəruridir.  Daxilində  fərdlərin  qarşılıqlı 
hərəkət  etdiyi,  sosial  qrupların  və  çoxsaylı  institutların  fəaliyyət  göstər­
diyi ictimai sistem hüquqi sferaya detcrminəcdici təsir göstərir.
E.Dürkhcym  özünü  öldürməni  (intiharı)  sosioloji  təhlilin  predmeti 
sayırdı.  O, hər bir ölüm halını  özünü öldürmə kimi qiymətləndirirdi.  Onu
159


müxtəlif  tarixi  dövrlərdə  özünü  öldürmənin  dinamikası  maraqlandırırdı. 
Bunun  üçün  Dürkheym  çoxlu böyük  empirik  faktları  təhlil  edir, müxtəlif 
regionların  və  Avropa  ölkələrinin  statistikasına  müraciət  edirdi.  Onun 
apardığı  tədqiqat,  hər  şeydən  əvvəl,  sosioloji  xarakter daşıyırdı  və həmin 
tədqiqatı  müəyyən  dərəcədə  həm  də  sosial-fəlsəfi,  sosial-hüquqi  və  kri- 
minoloji tədqiqat hesab etmək olar.
Özünü öldürmələrin sosial-tarixi  şəraitdən  və hallardan asılılığını öy­
rənən Dürkheym onların üç tipini  -  xudpəsənd, altruist və anomi özünü 
öldürməni  fərqləndirirdi.
E.Dürkhcym xudpəsənd özünü öldürmələrə o halları aid edirdi ki, in­
san üçün belə hallarda həyat öz mənasını  itirir,  insan belə həyatı qorumaq 
istəmir,  yəni  xalis  şəxsi,  ckzistcnsial  kolliziyalara  əsaslanır.  Şəxsən 
«Mən»  motivləri  onun  üçün  həlledici  olur.  Kollektiv  dəyərlər,  ictimai 
prinsiplər  fərdi  «eqo»  prioriteti  qarşısında  arxa  plana  keçir.  «Xudpəsənd 
özünü  öldürmə»  daha  çox  əqli  əmək  işçiləri,  ziyalılar  arasında  yayıl­
mışdır.
Altruist  özünü  öldürmə  müəyyən  mənada  xudpəsənd  özünü  öldür­
mənin  əksidir.  Belə  özünü  öldürmənin  əsasına  fərdi  «Mən»  ilə  ictimai 
mühit  arasındakı  əlaqələrin  kəsilməsi  deyil,  əksinə,  sosial  qruplara  möh­
kəm  inteqrasiya  etmə  xidmət  edir.  Bu  vaxt  fərd  özünü  tək,  muxtariyyət 
vəziyyətində  təsəvvür  etməyə  cəhd  göstərmir.  Burada  Dürkheym  arxaik 
adət  və  ayinlər barəsində  danışır,  qədim  dövrlərdə qadınların  öz ərlərinin 
məzarı  üstündə özünü yandırmasını və s.  qeyd edir. Əsasən qədim cəmiy­
yətlərdə dəbdə olmuş altruist özünü öldürmənin  ayrı-ayrı hallarına müasir 
cəmiyyətlərdə  do  təsadüf olunur.  Məsələn,  piyada  və  ya  dəniz  zabiti  öz 
zabit  şərəfini  qoruyub  saxlamaqdan  ötrü  xilas  olmaq  imkanına  malik 
olmasına baxmayaraq, öz gəmisi  ilə batmağa üstünlük verir.
E.Diirkheym  anomi  özünü  öldürmə  növünü  daha  çox  diqqət 
yetirmişdir.  O,  belə  özünü  öldürmələri  müasir  sivilizasiyalı  cəmiyyətin 
böhranlı vəziyyətinin on  səciyyəvi təzahürü lıcsab edir.
Sosial  anomi  şəraitində,  yəni  böhranın  ictimai  həyatın  bütün  sfe­
ralarını,  iqtisadiyyatı,  siyasəti,  oxlaqi-hüquqi  tənzimləmə  sahələrini  bürü­
düyü  və  sosiumun  fəaliyyətində  adi  balanslaşdırmanın  pozulduğu  vaxt 
insanların ümidləri qırılır, onlar dəyər yönümlü adi sabitliklərini itirirlər.
Özünü  öldürməyə  mcyllilik  Avropa  xalqlarına  həmişə  xas  olmuşdur 
və  bu,  hüquq  və  din  institutlarını  ciddi  narahat  etmişdir.  İntiharların 
sayının  qabarıq  şəkildə  artması  xüsusi  həyəcan  doğurmuşdur.  E.Dürk-
160
heym  təsdiq  edir  ki,  müəyyən,  sayı  həddən  çox  olmayan  özünü  öldür­
mələr sivilizasiyalı cəmiyyət həyatının zəruri xüsusiyyətidir.
E.Dürkhcym  cinayətkarlığın  sosiologiyası  ilə  bağlı  fikirlərində  təs­
diq  edirdi  ki,  sivilizasiyanın  uğurlu  inkişafı  üçün  hansısa  azad  məkanın 
mövcud  olması  zəruridir.  Məhz  bələ  azad  məkan  daxilində  fərdlərə  özü- 
nüifado üçün müxtəlif imkanlar yaradılır.
Pozucu  başlanğıclar  istənilən  cəmiyyətdə  həmişə  mövcud  olmuşdur. 
Sosial  sistem  üçün  belə  pozucu  mənbələrdən  biri  cinayətkarlıqdır.  O, 
sistemi gərgin vəziyyətdə  işləməyə məcbur edir, onun  normal yaşamasına 
mane  olur.  E.Dürkhcymə  görə,  cinayətkarlıq  nəinki  zəruri  dəyişikliklər 
üçün  açıq  yolların  olmasını  nəzərdə  tutur,  bəzi  hallarda  bu  dəyişiklikləri 
birbaşa hazırlayır.
L.Dügi  lıiiquq  sosiologiyası  mövqelərindən  qabiliyyəti  hüquq  kimi 
deyil,  hüquq əks  və təsbit olunan xüsusi  sosial  funksiya kimli  qiymətlən­
dirirdi,
L.Dükı’  «ictimai  həmrəylik»  nəzəriyyəsinin  müəllifidir.  Bu  nəzə- 
riyyəyə  uyğun  olaraq  «sindikalist»  dövlət  sinfi  anlaqonizıuləri  aradan 
qaldırmaq  qabiliyyətinə  malikdir.  Onun  nəzəriyyəsinin  əsasını  da  məhz 
bu  ideya  təşkil  edir.  Düki  öz  nəzəriyyəsini  həm  də  «sosial  qarşılıqlı  ası­
lılıq» nəzəriyyəsi adlandırırdı.
L.Dügi  yazırdı:  «Bir  cəmiyyətin  insanları  bir-biri  ilə,  əvvələn,  ümu­
mi  tələbatlara  malik  olmaları  ilə  bağlıdırlar.  Bu  tələbatların  ödənilməsi 
yalnız  birgə  həyat  (bu,  bir-birinə  oxşar  olan  həmrəylik  və  ya  qarşılıqlı 
asılılıqdır)  vasitəsilə  təmin  oluna  bilər.  Digər  tərəfdən  isə  insanlar  bir- 
birilə ona görə bağlıdır ki,  onların tələbatları  müxtəlifdir və eyni  zamanda 
onlar  müxtəlif qabiliyyətə  malikdirlər.  Məhz  elə  buna  görə  də  onlar  bir- 
birinə  qarşılıqlı  xidmət  göstərməli  və  özlərinin  müxtəlif ehtiyaclarını  tə­
min  (bu,  əmək  bölgiisü  vasitəsilə  təzahür edən  həmrəylik  və  ya qarşılıqlı 
asılılıqdır) etməlidirlər?
Fransız  hüquq  sosiologiyası  vəkil  Jan  Kriiyc  (1908-ci  ildə  yazdığı 
«hüququn həyatı  və qanunların  gücsüzlüyü» adlı  kiçik  kitabın  müəllifidir) 
və  sosialist  Emmanuel  Levi  tərəfindən  inkişaf  etdirilmişdir.  E.Lcvi 
E.Dürkhcym  məktəbinə  yaxın  idi.  O,  «hüquqa  sosialist  giriş»  (1927) 
kitabının müəllifidir.
Lakin  bir  sıra  vodvcrici  tələblərə  baxmayaraq,  Fransada  hüquq  so­
siologiyasının  inkişafı  ilə  bağlı  işlər heç  də  yaxşı  olmamışdır.  Fansız  so­
siologiyasının tarixinə həsr edilmiş əsərlərin sayının azlığı buna misal ola
161


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə