R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə50/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   46   47   48   49   50   51   52   53   ...   131

DÖRDÜNCÜ FƏSİL
HÜQUQUN  MƏNBƏLƏRİNİN NƏZƏRİ 
MƏSƏLƏLƏRİ
1.  Hüququn mənbələri və  hüququ 
dərketmə problemləri
Ilazırkı  mərhələyədək hüqııq elmində  hüquq və  hüququ dərketmə ilə 
bağlı  bir  çox  problemlər  haqqında  dəqiq  təsdiqin  olmaması  həm  hüquq- 
şünaslıq  neşəsi  ilə  əlaqəsi  olmayan,  həm  do  dövlət  və  hüquq  məsələləri 
ilə  bilavasitə  məşğul  olan peşakar  adamlara  son  dərəcə  qaribo  görünə  bi­
lər. Zahirən elə görünə bilər ki, hüququ dərketmə haqqında problem əbədi 
və  dəyişməzdir.  Bu  barədə  bir  çox  xarici  ölkələrin  dövlət-hüquqi  təcrü­
bəsi,  habelə  son  yüzilliklər  ərzində  hüquq  elmində  aparılan  çoxsaylı 
tədqiqatlar da şəhadət verir.
IIəlo  XVIII  yüzilliyin  sonunda  klassik  alman  fəlsəfəsinin  banisi 
İ.Kant  öziinün  «Metafizika  və  əxlaq»  (1797)  əsərində  əsaslı  şəkildə  belə 
bir məsələyə toxunurdu ki, «əgər hüquqşünas tavtologiyaya uğramaq istə­
məzsə  və  ya  ümumi  qərarın  əvəzinə  hansısa  ölkənin  hüququn  nə  olması 
barədə təsdiqinə istinad etməsi onu utandıra bilər.»1
Yüzillik keçdikdən  sonra -  XIX əsrin  sonu  və XX  əsrim başlanğıcında 
digər  almam  alimi,  məşhur  hüquqşünas  R.İycrinq  hüququ  dərketmə  prob­
leminə  toxunaraq  adətən,  nəyin  hüquq  adlandırılması  məsələsinə  aydınlıq 
gətirilməsinə xeyli diqqət yetirmişdir.  Molum olduğu kimi o, özünün həcmcə 
böyük  olmayan,  lakin  son  dərəcə  dərin  məzmuna  malik  olan  «Hüquq  uğ- 
runda  mübarizə»  (1908)  əsərində  «hüquq»  termininin  kifayət  qədər  qeyri- 
müəyyən olması və ondan adətən, «iki mənada 
obyektiv və subyektiv mə­
nada»  istifadə  olunması  haqqında  yazmışdır.  R.İycıinqin  fikrincə,  hüquq 
obyektiv  mənada  «hüquq  dövlət  tərəfindən  müdafiə  edilən  bütün  hüquqi 
müddəaların,  həyatın  qanun  qaydalarının məcmusudur».  Subyektiv  mənada 
hüquq  dedikdə  isə  hüquq  dedikdə,  «konkret  şəxsiyyətin  səlahiyyətlərində 
mücərrəd qaydaların konkret təzahürü başa düşülür».2
1  Кант  И.  Метафизика  нранов  //  История  политических  и  правовых  учений.  Х рес­
томатия.  Под ред.О .Э.Лейста,  М ., 2000,  с.251
2  Иеринг Р.  Борьба за  право.  СПб,  1908,  с.5-6.
190
Hüquq  anlayışının  qeyri-müəyyənliyi,  habelə  hüququ  dərketmə  prob­
leminin  həllinin  olmaması  haqqında  analoji  mülahizələr  sonrakı  dövrlərdə 
başqa müəlliflər tərəfindən də deyilmişdir.  O cümlədən, XX yüzilliyin  birinci 
yarısında  bu  barədə  hüququn  böyük  nəzəriyyəçilərindən  biri,  avstriyalı 
hüquqşünas  H.Kelzcn  dəfələrlə  qeyd  etmişdir.  O  özünün  «Xalis  hüquq 
nəzəriyyəsi»  (1934)  adlı  məşhur  əsərində  belə  bir  məsələyə  xüsusi  diqqət, 
yetirirdi  ki,  «hüquq  nəzəriyyəsi,  hər  şeydən  əvvəl,  öz  predmeti  haqqında 
anlayışı  müəyyən  etməlidin).  Alimin  fikrincə,  hüquqa  tərif verməkdən  ötrü 
alman dilində və onun  başqa dillərdəki  ekvivalentlərində «hüquq» sözünün  nə 
demək olduğunu müəyyən etməkdən başlamaq lazımdır. Bu sözlə adlandırılan, 
onu  digər  özünobənzor  hadisələrdən  fərqləndirən  oxşar  hadisələrin  sosial 
hadisələrdən ibarət olub-olmadıqlarını aydınlaşdırmaq lazımdır.  Müəllifə görə, 
belə tədqiqat nəticəsində  aydınlaşdırıla  bilər ki,  «hüquq»  sözü  və  onun  xarici 
dillərdəki  ekvivalentləri  ilə o qədər müxtəlif predmetlər adlandırılır ki,  heç  bir 
ümumi anlayış onların hamısını əhatə edə bilməz.1
Nəhayət,  qeyd  etmək  lazımdır  ki,  hüquq  anlayışının  qeyri-müəyyən­
liyinə və hüququ dərketmə probleminin həll edilməməsinə aid olan məsələlər 
XX yüzilliyin  bütün  ikinci  yarısı  ərzində sonsuz narahatlığa səbəb olmuşdur 
ki, bu da böyük mübahisələr doğurmuşdur və indi də doğurmaqdadır.
Hüququ  dərketmə  problemi  haqqında  danışarkən  qeyd  etmək  zəruridir 
ki,  problemin  uğurlu  həlli  hüquq  anlayışı  ilə  bağlı  olan  və  onun  kateqori­
yalarını,  onların  anlayışlarını  əks  etdirən  hadisələrlə  çox  sıx  əlaqədardır. 
Söhbət, o cümlədən hüququn mahiyyəti və məzmunu, onun rolu  (funksiyası) 
və  təyinatı,  hüquqi  tənzimetmə  mexanizmi,  hüququn  sistemi  və  hüquqi 
sistem  kimi  hadisə  və  anlayışlar  haqqında  bu  və  ya  digər  «törəmə»  tə­
səvvürlər barəsində gedir.  Burada hüququn  mənbələrinə və ya  formalarına 
aid olan problemlərin tədqiq edilməsi xüsusi əhəmiyyət kəsb edir.
Dünyəvi  hüquq  sistemləri  bu  və  ya  digər  hüquq  ailəsinə  mənsubiy­
yətlərindən  asılı  olmayaraq,  öz təbiətin  və xarakterinə görə qanun,  dekret, 
qərar,  fərman  və  s.  bu  kimi  «dünyəvi»  hüquq  formalarına  və  ya  mən­
bələrinə üstünlük  verirlər.  Dünyəvi  hüquq  öz təbiətinə  və  xarakterinə  gö­
rə  ancaq  öz təbiətinə  və  xarakterinə  uyğun  analoji  formalara  və  ya  mən­
bələrə malik ola bilər və olmalıdır.
Dini  hüquq  sistemləri  öz  növbəsində  öz  təbiətinə,  xaraktərinə  və  öz 
varlığının  və  fəaliyyətinin  məntiqinə  görə  dünyəvi  axtarışlara  və  idraka 
deyil,  hüququn  dini  fərmanlarına  və  mənbələrinə  istiqamət  götürürlər.
1  Келзен  Г.  Чистое  учение  о  праве  //  История  политических  и  правовых  учений. 
Хрестоматия  под ред.О.Э.Лейста,  М.,  2000,  с.480-481.
191


Məsələn,  Quran  müsəlman hüququnun,  Bibliya xristian  hüququnun  mən­
bəyi qismində çıxış edir.
Dini  hüquq  sistemləri  üçün  Allah  iradəsi  aparıcıdır.  Dini  hüquq 
normalarına uyğun olaraq dövlət və hüquq Allah tərəfindən yaradılmışdır. 
İmperatorlar,  krallar  və  ya  monarxlar  yerdəki  dövlət  hakimiyyətini  Al­
lahın  iradəsilə  həyata keçirirlər.  Bütün hökmlər Allahın hökmüdür.  Başçı 
və rəhbərlər isə bu hökmlərin ancaq icraçılarıdır.  Məsələn, Allahın iradəsi 
ideyası  e.ə.  VIII-VI  yüzilliklərdə  Qədim  Romanın  ərazisində  təşəkkül 
tapmış  və  inkişaf etmiş  Roma  hüququnun  əsasını  təşkil  edirdi.  O,  arxaik 
sakral  hüquq  idi  və  Qədim  Roma  cəmiyyətində  ictimai  münasibətlərin 
əsas tənzimləyicisi qismində  fəaliyyət göstərirdi.  Sakral hüquq «adamlar­
la  allahlar  arasında  münasibətləri  möhkəmləndirən»  hüquq normalarının, 
yaxud  davranış  qaydalarının  sistemindən  ibarət  idi.  Sakral  hüquq özündə 
dini  ayinlərə,  qurbanlar  verilməsi  qaydalarına  və  sitayişlərə  ciddi  əməl 
edilməsinə dair bir sıra öhdəlikləri özündə ehtiva edirdi.
Keçmiş  SSRİ-də  1917-ci  ildən  başlayaraq  1990-cı  illərin  sonunadək 
70  ildən bir qədər artıq  olan dövr ərzində hüququ dərketmə problemi,  bir 
qayda  olaraq,  «normativ-pozitiv»  mövqelərdən  həll  edilirdi.  Belə  yanaş­
manın  və  istiqamətin  əsasını  hüququn  A.Vışinskinin  1938-ci  ildə  hüquq 
üzrə  elmi  işçilərin  Birinci  müşaviıosindəki  məruzəsi üzrə  qəbul  olunmuş 
tərifi təşkil edirdi.
Bu  zaman  hüquq  anlayışına  «hökmran  sinfin  iradəsini  ifadə  edən, 
qanunvericilik  qaydasında müəyyən  edilən  davranış  qaydalarının,  habelə 
dövlət  hakimiyyəti  tərəfindən  sanksiyalaşdırılmış  hökmran  sinfə əlverişli 
və yararlı olan  ictimai münasibətlərin mühafizəsi, möhkəmləndirilməsi və 
inkişafı  məqsədi  ilə  tətbiqi  dövlətin  məcburiyyət  qüvvəsilə təmin  olunan 
adətlərin və birgəyaşayış qaydalarının məcmusu»1 kimi baxılırdı.
Hüquqa  dair  həmin  təsəvvür  əsasında  sovet  və  xarici  sosialist  ölkə­
lərinin  tədqiqatçıları  tərəfindən  öz  məntiqi  məzmununa  və  həcminə  görə 
bir-birindən  fərqlənən,  lakin  hüquq  anlayışının  mahiyyətinə  görə  bir- 
birinə  yaxın olan iki  müddəa  -  «hüququn məhdud normativ» mənada və 
«geniş» mənada anlayışı işlənib hazırlanmışdı.2
1  Основные задачи  науки  советского социалистического  права.  М .,  1938, с.8.
2  M osələn,  bu  barədə  ətraflı  bax:  Керимов  Д ж ..А .  Философские  основания  политико­
правовых  исследований.  М .,  1986;  М .,  1986;  Y enə  onun:  М етодология  права.  П ред­
мет,  функции,  проблемы  философии  права.  М .,  2000;  Байтин  М.И.  Сущность  права 
(современные  нормативное  правопонимание  на  грани двух  веков).  Саратов, 2001  və 
başqaları.
192
Hüququn  anlayışının  tərifinə  məhdud  normativ  mənada  yanaşma 
dövlət  tərəfindən  müəyyən  olunan  və  sanksiyalaşdırılan,  dövlətin  iradə­
sini  ifadə  edən  və  dövlət  tərəfindən  təmin  olunan  normalar  sistemi  kimi, 
hüquq haqqında təsəvvürün işlənib hazırlanması idi.
Həmin yanaşmanın  tərəfdarları  üçün  hüquqa verilən  tərif də  son  də­
rəcə  tipik  idi.  Hüququn  anlayışına  verilən  tərif  özündə  müxtəlif  kom­
ponentləri  ehtiva  edirdi.  Hüququn  həmin  tərifinə uyğun  olaraq hüquq  de­
dikdə,  «yerinə  yetirilməsi  dövlətin  məcburiyyət  qüvvəsilə  təmin  edilən 
normalar  sistemi»,1  «dövlət  tərəfindən  müəyyən  edilən  və  sanksiyalaş- 
dırılan,  hökmran  sinfə  əlverişli  və  yararlı  olan  ictimai  münasibətlərin 
mühafizəsi,  möhkəmləndirilməsi  və  inkişafı  məqsədi  ilə  tətbiqi  dövlətin 
məcburiyyət qüvvəsilə təmin olunan ictimai  münasibətlərin və qaydaların 
məcmusu»2 başa düşülürdü.  Yaxud  hüquq dedikdə,  «hökmran  sinfin  nor­
maların  məcmusunda  ifadə  olunan  dövlət  iradəsi  nəzərdə  tutulurdu  və 
həmin  normaların  məcmusu  ictimai  münasibətlərin  sinfi  tənzimləyicisi 
kimi dövlət tərəfindən mühafizə olunurdu».3
Qeyd  etmək  lazımdır ki,  hüququn  anlayışına  verilən  yuxarıdakı  tərif 
öz  müddəaları  ilə,  lakin  bəzi  modifikasiyaya  məruz  qalmaqla  keçmiş 
SSRİ  məkanında qüvvədə olmuş hüququn komponentlərini  indi də saxla­
maqdadır. Məsələ burasındadır ki, həmin tərifdən  hüquq ədəbiyyatında da 
geniş şəkildə istifadə olunur.
Nümunə  qismində  M.İ.  Baytinin  onun  son  dərəcə  məzmunlu  əsəri 
olan «Hüququn mahiyyəti» kitabında «hüquq anlayışının ümumi  tərifbnə 
istinad etmək olar.  Müəllif hüququn  anlayışına belə tərif verir;  «Hüquq  -  
bu,  cəmiyyətin  dövlət  iradəsini,  onun  ümumbəşəri  və  sinfi  xarakterini 
ifadə edən,  dövlət tərəfindən  verilən  və ya sanksiyalaşdırılan  və mümkün 
pozuntulardan dövlət məcburiyyətilə mühafizə olunan, ictimai  münasibət­
lərin  hakimiyyət-rəsmi  tənzimləyicisi  olan  ümumməcburi,  formal-müəy- 
yən normaların sistemidir.»4
Hüququn  anlayışına  geniş  yanaşma,  bir  tərəfdən  real  gerçəkliyin 
məhdud-normativ dərketməsinin tam  və ya qismən  qeyri-uyğunluğu haq-
1  Труды  первой  научной  сессии  ВИЮН.  М .,  1940, с.9.
2 Караева М.П.  vo başqaları.  Теория  государства  и  права.  М.,  1955, с.70;  И оффе О .С ., 
Ш аргородский  М.Д.  Вопросы теории  права.  М .,  1961.
3  И оф ф е О.С., Ш аргородский М .Д .  Вопросы теории  права.  М .,  1961, с.59.
4  Байтин  М.И.  Сущность  права  (Современные  нормативное  правопонягис  на  грани 
дв ух  веков).  Саратов,  2001, с.81-82.
193


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə