R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə52/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   48   49   50   51   52   53   54   55   ...   131

rinin nəzərdən keçirilməsi zamanı başlanğıcda onların  ümumi  anlayışına 
vo  bu  anlayışların  bir-birilə  qarşılıqlı  əlaqəsinə,  sonra  isə  ən  geniş  ya­
yılmış  hüquq  nəzəriyyələri  və  müxtəlif  hüquq  ailələri  və  sistemləri 
çərçivəsində  hüququn  forma  və  mənbələri  haqqında  təşəkkül  tapmış  tə­
səvvürlərə diqqət yetirilməsi məqsədəuyğun olardı.
H üququn  formasının  üm um i  anlayışının  istənilən  hüquq  sistemi 
vo  hüquq  ailəsi  çərçivəsində  tətbiq  edilməli  olan  tədqiqi  ilə  bilavasitə 
bağlı  məsələləri  həll  edərkən  hüquq  nəzəriyyəsi  tərəfindən  işlənib 
hazırlanan və hüquqi təcrübədə dəfələrlə təsdiqini tapan  aşağıdakı bir sıra 
müddəalara əsaslanmaq zəruridir.
Birincisi.  Nəzərə  almaq  zəruridir  ki,  hüququn  özü  kimi,  hüquq  for­
ması da son dərəcə çoxşaxəli, çoxtəbəqəli vo çoxtəyinatlı fenomendir.
Hüququn hər bir forması  istisnasız olaraq öz fəlsəfi  aspektinə malik­
dir.  Belə  ki,  hüququn  forması  özündə  təkcə  hüquqi  deyil,  həm  də  müəy­
yən  mənada  özünə  xas  olan  fəlsəfi  kateqoriyaları  ehtiva  edir,  eləcə  do 
özünəməxsus  əlamətlərdən  geniş  istifadə  edir.  Qeyd  etmək  zəruridir  ki, 
hüququn  fonnası  yuridik  kateqoriya  kiırıi  özünün  məntiqi  başlanğıcını 
ümumfolsofi kateqoriyalardan götürür.  Bu zaman ümumfolsəfı kateqoriya 
nəzərdən  keçirilən  materiyanın  «məzmunun  varlığı  və  ifadə  olunması 
üsulu» kimi  müəyyən edilir.
Bundan  başqa,  hüququn  hər  bir  forması  fəlsəfi  aspektlə  yanaşı  həm 
də  sosioloji  aspektə  malikdir  və  özündə  həmin cəmiyyətdə təşəkkül tap­
mış  bu  vo  ya  digər  sosial  reallıqları  ehtiva  edir.  Hüququn  formalarından 
hər  birinə  eyni  zamanda  da  müəyyən  formal-yuridik,  «filoloji»  və  bir 
sıra digər aspektlər xasdır.
Formal-yuridik və «filoloji» aspektlər, o cümlədən hüququn bu və ya 
digər  formasının  zahiri  ifadəsinin  xüsusiyyətlərində  təzahür  edə  bilərlər. 
Məsələn, bu aspektlərin yazılmış vo ya yazılmamış bu  və ya digər hüquqi 
aktın xarakterində və onun müvafiq formasında təzahür etməsi.
İkincisi. İstənilən  digər hadisə vo ya prosesin forması kimi, hüququn 
forması da öz sosial-sinfi mahiyyətindən vo məzmunundan qopmuş halda 
öz-özlüyündə  mövcud  deyil.  Hüququn  forması  ancaq  o  halda  müəyyən 
sosial  məna  əldə  edir  və  sosial  əhəmiyyətli  fenomen  olur ki,  həmin  vaxt 
konkret,  ciddi  müəyyən  edilmiş  sosial-sinfi  mahiyyəti  əks  etdirir  və 
müvafiq sosial-sinfi məzmunla tamamlanır.  Hüququn fonnası bunsuz yal­
nız  sosial  planda heç  bir  əhəmiyyət  kəsb  etməyən  mücərrəd  bir  şey  qis­
mində çıxış edir.
198
Hüquqi  adət,  qanun  və  eləcə  də  hüququn  istənilən  digər  forması  so­
sial-siyasi  vo  sair mühitdə  konkret sosial-sinfi reallığı əks etdirdiyi  və bu­
nu  təşkil  etdiyi  vaxt  sosial  əhəmiyyətli,  qüvvədə  olan  fəal  fəaliyyət  gös­
tərən formalar olurlar.
Üçüncüsü.  Hüququn  fonnası  anlayışının  müəyyən  edilməsi  pro­
sesində bunu  da nəzərə  almaq  vacibdir ki, metodoloji planda fəlsəfi  kate­
qoriya  kimi  «foıma»dan  «törəmə»  olan  forma  ilə  qırılmaz  surətdə  bağlı 
olan  hüququn  fonnası  nəzəri  və  təcrübi  planda «məzmun»a münasibətdə 
cüt kateqoriya qismində çıxış edir.
Bu o deməkdir ki, digər fəlsəfi  və hüquqi kateqoriyalarla müqayisədə 
forma və məzmun, əvvələn, biı-birilo daha sıx dialektik əlaqə və qarşılıqlı 
fəaliyyətdə  olur və bir-birilərini  tamamlayırlar.  İkincisi, hüququn  forması 
və  onun  məzmunu  özünün  dəyər,  iradə,  sosial,  maddi  və  istənilən  digər 
cəhətindən  asılı  olmayaraq,  hüquq  adlanan  eyni  hadisənin  iki  müxtəlif 
müstəvisi, iki  fərqli kəsiyi kimi çıxış edir.
Nəhayət,  üçüncüsü,  hüququn  forması  vo  onun  məzmunu  cüt  kate­
qoriyalar  kimi  nəinki  bir-birilə  qarşılıqlı  əlaqə  və  qarşılıqlı  fəaliyyətdə 
olurlar,  həm  də  onlar  eyni  zamanda  bir-birinə  nüfuz  edir,  bir-birinə 
keçirlər.  Fəlsəfi  dildən  sadə praqmatik  dilə tərcümədə bu  o  deməkdir  ki, 
hüququn eyni  forması bir halda, daha dəqiq ifadə etsək,  hüquqi  xarakterli 
eyni  hadisələrə  münasibətdə  çıxış  edə  bilər vo  həqiqətən  də  özünün  ilkin 
təyinatı  -   forma,  digər  hadisələrə  münasibətdə  isə  məzmun  qismində 
çıxış edə bilər, yaxud əksinə.
Deyilənləri  təsdiq  etmək  üçün,  məsələn,  hüquq  normasına  istinad 
etmək  olar.  Belə  ki,  struktur  planda  daxili  mütəşəkkil  davranış  qaydası 
(hipoteza,  dispozisiya,  sanksiya)  olan  hüquq  norması  davranışa  münasi­
bətdə eyni  zamanda həm  forma, digər normalarla  yanaşı  onu ehtiva edən 
normativ  hüquqi  akta,  hüquq  institutuna,  hüquq  sahəsinə  və  hətta bütöv­
lükdə hüququna özünə münasibətdə məzmunun bir hissəsi kimi çıxış edir.
Nümunə  qismində  həm  do  istənilən  hüquq  institutuna  istinad  etmək 
olar.  Hüquq  institutu  bir  tərəfdən  -   onu  fonnalaşdıran  normaların  məc­
musuna  münasibətdə  hüququn  fonnası  olur.  Digər  tərəfdən  -   hüququn 
müvafiq  sahəsinə  və  bütövlükdə  hüququn  özünə  münasibətdə  orta  struk­
tur  səviyyədə  onun  «struktur»  məzmununun  elementlərindən  biri  qis­
mində çıxış edir.
Hüququn  fonnasınm  və  məzmununun  təhlili  analoji  nümunələrin 
böyük kütləsini verir.
199


Dördüncüsü.  Hüququn formasını nəzərdən keçirərkən belə bir cəhəti 
diqqət  mərkəzində  saxlamaq  çox  vacibdir  ki,  məzmun  da  istisna  olma- 
maqla,  hüququn  forması,  həm  də  onun  bütün  digər  komponentləri  daim 
inkişafda olan dinam ik hadisədir.
İstənilən  digər  forma  kimi,  hüququn  da  forması  öz  təbiətinə,  xa­
rakterinə  və  təyinatına  görə  hüququn  məzmunu  və  sair komponentləri  ilə 
müqayisədə  sabitliyə,  mühafizəkarlığa  və  durğunluğa  çəkir.  Lakin hüqu­
qun  daim  dəyişən  məzmununun  və  onu  əhatə  edən  iqtisadi,  sosial-siyasi 
və  sair  mühitin  təsiri  altında  hüququn  forması  da  dəyişməz  qalmır. 
Hüququn forması da daim dəyişir,  inkişaf edir və təkmilləşir.
Tədqiqatçılar tərəfindən  dəfələrlə  qeyd  edildiyi  kimi,  əgər bu  zaman 
ətraf mühit hüququn məzmununda özünün bilavasitə əksini (görüntüsünü) 
taparsa,  həmin  görüntü  formada  əsasən  onun  məzmunu  vasitəsilə  ifadə 
olunur.1 2
  İqtisadiyyatda,  siyasətdə, cəmiyyətin və dövlətin sosial həyatında 
və  digər  sferalarında  baş  verən  dəyişikliklər  hüququn  mahiyyətinə  və 
məzmununa birbaşa, hüququn formasına isə dolayısı ilə təsir göstərir.
«Hüququn  forması»  anlayışının  aydınlaşdırılması  planında  mülahizə 
yürüdərkən  və  hüquq  norması  haqqında  məsələyə  toxunarkən  qeyd  etmək 
lazımdır  ki,  əvvələn,  hüquq  norması  onun  çoxsaylı  mikrohissələrindon  biri 
kimi  nə  nəzəri,  nə  də  praktiki  cəhətdən bütövlükdə bütün hüququn  forması 
qismində çıxış edə bilməz.  Ona yalnız (struktur-təşkilati səviyyədə) davranış 
qaydasına  «qoyulmuş» forma, daha dəqiq desək,  fiziki və hüquqi şəxslərdən 
tələb olunan davranışın konkret modeli qismində baxmaq olar.
İkincisi isə, ayrıca götürülmüş heç bir hüquq norması bütün hüququn 
daxili  təşkilinə  iddia edə  və onun daxili  forması  adlandırıla bilməz.  Belə 
forma qismində struktur-təşkilati aspektdə nəzərdən keçirilən və hüquq 
elmində  işlənib  hazırlanmış  hüquq  institutları,  hüquq  sahələri  və  sahə- 
daxili kriteriyalardan asılı olaraq bölgüsü aparılmış normalar sistemi çıxış 
edə bilər.
Davranış  qaydaların  «qoyulmuş»  normalar  və  onlan  təşkil  edən  da­
xili  məzmun nöqteyi-nəzərindən nəzərdən keçirilən normaların sisteminə 
isə  eyni  zamanda  biitiin  hüququn  məzmunu  qismində  baxıla  bilər  və 
baxılmalıdır.
Hüququn və onun  formalarının anlayışının  tərifi problemi ilə məşğul 
olan  rusiyalı  hüquqşünas-alimlər  arasında  hüquq  norması  və  hüququn
1  Керимов  Д ж .А .  М етодология  права.  Предмет,  функции,  проблемы  философии 
права.  М.,  2000,  с. 178.
200
forması  -   məzmunu,  hüququn  formasının  hüququn  mahiyyəti  və  məz­
munu  ilə qarşılıqlı  əlaqəsi,  hüququn  formasının  daxili  və  xarici  formalara 
bölgüsü,  belə  bölgünün  əhəmiyyəti  və  s.  Haqqında  diskussiyalar  indi  də 
davam edir.1
Hüququn  və  onun  formalarının  tədqiqinə  ənənəvi  yanaşmaların  va­
cibliyini  qeyd  edən  C.A.Kərimov  haqlı  olaraq  diqqəti  ona  yönəldir  ki, 
«hüququn  mahiyyətilə  məzmunu,  hüququn  daxili  və  xarici  formaları  ara­
sında  fərqlərin  aparılması  hüququn  məzmununun  və  formasının,  onların 
qarşılıqlı  əlaqəsinin və qarşılıqlı  fəaliyyətinin birliyini  dərindən  aydınlaş­
dırmağa  imkan  verir.  Belə  fərq  bilavasitə  praktiki  əhəmiyyətə  də  malik­
dir.  Belə  ki,  əgər  hüququn  mahiyyəti  hüququn  dövlətin  məhz  hansı  ira­
dəsini  ifadə  etdiyini  və  möhkəmləndirdiyini  göstərirsə,  hüququn  məz­
munu bu iradənin məhz hansı tələbləri  irəli sürdüyünü müəyyən edir.  Da­
ha  sonra,  əgər  daxili  forma  bütiin  hüquq  normalarına  məcburi  qüvvə 
verirsə,  xarici  forma  hər  bir  hüquq  normasının  digər hüquq  normalarına 
münasibətdə yuridik qüvvəsini müəyyən edir»."
Hələ  XX  yüzilliyin  60-cı  illərinin  sovet  hüquq  ədəbiyyatında  iki 
zahirən  oxşar,  lakin  heç  də  eyni  olmayan  anlayışın  fərqləndirilməsinin 
vacibliyi  göstərilirdi.  Bu  anlayışlardan  biri  «hüququn  forması»,  digəri  isə 
«hüquqi  forma» anlayışı idi.3
Lakin  bu  anlayışların  təhlilindən  aydın  olur  ki,  çoxsaylı  elmi  tədqi­
qatlarda belə  fərqləndirmə heç də həmişə ardıcıl aparılmamışdır.
Formaların  göstərilən  müxtəliflikləri  haqqında  mahiyyəti  üzrə  da­
nışarkən  qeyd  etmək  zəruridir  ki,  həmin  formaların  oxşarlığı  aşağıda­
kılardan ibarətdir:
a) hər iki  forma eyni qaydalı hadisə və kateqoriyalardır (formalardır),
b) onların hər ikisi materiyanın eyni növünə -   hüquqa birgə aiddirlər.
Bu  formaların  arasında  fərq,  hər  şeydən  əvvəl,  onda  təzahür edir ki,
həm «hüququn  forması»,  həm də «hüquqi  forma» bir-birindən  fərqli  təsir 
obyektinə və  «təşkilati»  obyektə malikdirlər.  Hüququn  forması  bilavasitə
1  Bax:  Общая  теория  права  и  государства  (п о д   рсд.  В.В.Лазерева.  М.,  1999,  с. 175- 
196;  Общая  теория  права  (п од  рсд.  Л.С.Пиголкина,  М .,  19995,  с. 164-179;  Теория 
государства  и  права.  Курс  лекций  (отв.рсд.  Н.И.М уртузов,  А.В.Малько.  М.,  1997, 
с.329-347;  Общая теория  государства  и  права.  Академический  курс:  В  3-х томах, т.2 
(отв.ред.  М.Н.Марченко.  М.,  2 001,  с.229-253.
2  Керимов  Д ж .А .  М етодология  права.  Предмет,  функции,  проблемы  философии 
права.  М ., 2000, с. 1783.
3
 
И оффе О .
С ., 
Ш аргородский  М .Д.  Вопросы теории  права. 
M., 
19 6 1

с. 
1
3 1.
201


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə