R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə51/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   47   48   49   50   51   52   53   54   ...   131

qında şəhadət verirdi, digər tərəfdən isə real hüquqi gerçəkliyi daha adek­
vat, yeni müstəvidə əks etdirən inkişaf meyllərini əks etdirirdi.
Hüququn  dərk  edilməsinə  «məhdud-normativ»  və  «geniş»  yanaşma­
larla  yanaşı,  keçən  yüzilliyin  70-80-ci  illərində  bir  sıra  müəlliflər  tərə­
findən hüququn anlayışı  tərifinə üçüncü  yanaşma da  özünü büruzə  verdi. 
Həmin  yanaşmaya  uyğun  olaraq  hüququ  dərketmə  konsepsiyaya,  daha 
dəqiq desək, hüquq və qanunun fərqləndirilməsi prinsipinə əsaslanırdı.
Lakin  sovet  və  xarici  ölkə  yurisprudcnsiyası  təcrübəsinin  şəhadət 
verdiyi  kimi,  həmin  yanaşma  nə  geniş  yayıla  bilmədi,  nə  də  özünün  ha- 
mılıqla  qəbulunu  tapmadı.1 Bundan  başqa,  hüquq  ədəbiyyatında  belə  bir 
mülahizə  də  mövcud  idi  ki,  hüququ  dərketmənin  anlayışına  normativ  və 
geniş  yanaşma  ilə  yanaşı  daha  bir  müstəqil  üçüncü  yanaşmaya  heç  bir 
inandırıcı  əsaslar  yoxdur.2  Bu  mülahizənin  tərəfdarlarından  biri  olan 
M.İ.Baytiinin  belə  əqli  nəticəsinin  əsas  səbəbi  ondan  ibarətdir  ki,  «hü­
ququ  və  qanunu  fərqləndirməyə  tərəfdar  çıxanlar  bu  konsepsiyadan  hü­
ququn  geniş  dərk  edilməsinin  bu  və  ya  digər  variantından  əsas  sübutlar 
qismində  istifadə  edirlər.  Məhz  bunun  sayəsində  də  adı  çəkilən  yanaş­
maya  faktiki  olaraq  başqa -   «geniş»  yanaşmanın  ayrılmaz  tərkib  hissəsi 
kimi  baxılır  və  buna  görə  də  onu hüququ  dərketmənin  tədqiqi prosesində 
müstəqil bir istiqamət kimi fərqləndirməyə heç bir əsas ola bilməz».3
Hüququ  dərketmənin  problemləri  və  keçmiş  sovetin  varlığı  dövründə 
onun  həlli  (yanaşmalar  və  istiqamətlər)  yollan  haqqında  danışarkən  qeyd 
etmək  lazımdır  ki,  bu  və  ya  digər  yanaşmalar  barədə  mövqelər  bir  qədər 
«demokratikləşdirilmiş» halda bəzi dəyişikliklərlə indi də qorunmaqdadır.
Mövqelərin belə qorunması nəinki hüququ dərketmənin ümumi prob­
lemlərinin  həll  olunmasına,  həm  də  o  cümlədən  dövlətin  və  hüququn 
mənşəyinə»  hüququn  mənbələrinə  aid  ümumi  məsələlərə  dair hüquq  nə­
zəriyyəçilərinin  ünvanına  bəzi  müasir  müəlliflərin  tamamilə  haqlı  irad­
larını söyləməyə əsas vermişdir.
Bununla əlaqədar olaraq T.V.Kaşanina yazır:  «İdeoloji  sədlər aradan 
qaldırıldıqdan  sonra  alim-hüqüqşünaslar  dövlətin  və  hüququn  mənşəyi 
problemlərinin  öyrənilməsi  istiqamətində  irəli  hərəkət  etməyə  tələs-
1  Общая  теория  государства  и  права.  Академический  курс  в  3-х  томах.  Отв.ред. 
М.Н.Марченко, т .2 ,2001, с.19-23.
2 Байтин М.И.  Сущность  права  (Современные нормативное правопонимание на гра­
ни двух веков).  Саратов,  200 1 ,  с.44.
3 Y en ə orada.
194
mirdilər.  Həmin  alim-hüquqşünaslar bunun  əvəzinə dövlətin  və  hüququn 
mənşəyinə  dair  F.Engclsin  konsepsiyası  üzərinə  kompromissiz  şəkildə 
hücuma  keçdilər.  Lakin  bu  alim-hüquqşünasların  böyük  əksəriyyəti  öz 
adlarından yeni heç nə təklif etmirdilər».1
Xarici ölkələrin müasir tədqiqatçı hüquqşünaslarının son əsərlərini təhlil 
edərkən hüququn anlayışının ümumi tərifinin işlənib hazırlanmasına və onun 
haqqında  «universal»  təsəvvürlərə  aid  olan  təkliflər  və  fikirlər  spektrinin 
kifayət  qədər geniş  və  son  dərəcə  müxtəlif olduğunu  görmək  çətin  deyildir. 
Bu, bir-birinə zidd olan həm ifrat, həm də «aralıq» fikirləri əhatə edir.
«Hüquq»  anlayışının  ümumi  tərifi»nin  təkcə  mümkünlüyü  və  zəru­
riliyi  deyil,  həm  də  işlənib  hazırlanmasının  reallığı  mövqeyində  dayanan 
alim-hüquqşünasları2  «müsbət»  işarəsi  ilə  ifrat  fikirlilər  sırasına  aid  et­
mək  olar.  Burada  söhbətin  hüququn  anlayışına  «normativ  yanaşma»3 
mövqeyindən tərif verilməsi  haqqında getdiyini qeyd etmək zəruridir.
Bunun  ziddinə  olan  fikri  («mənfi»  işarəsi  ilə)  müdafiə  edən  müəl­
liflər belə hesab  edirlər ki,  «nəzəriyyə və təcrübədən  istifadə  etməklə  hü­
ququn  həm  anlayışının,  həm  tərifinin  vahid,  universal  müddəalarını  işlə­
yib  hazırlamaq  uğursuzluğa  düçar  olmuşdur».4  Bu  fikrə  tərəfdar  çıxan 
müəlliflərin  nöqteyi-nəzərincə,  burada  söhbət  yalnız  «həm  nəzəriyyə, 
həm də hüquqi  təcrübə üçün əhəmiyyət kəsb edən  hüquq anlayışı  və təri­
finin bəzi variantları haqqında»5 6
 gedə bilər.
Əslində  bu  müəlliflərin  sualları  aşağıdakılardan  ibarətdir:  «Qanunu 
bilavasitə formulə edən və ya hüquq normasını tətbiq edən təcrübi  hüquq­
şünas  üçün  hüququn  azadlıq,  yaxud  hüquq  münasibəti  miqyası,  ölçüsü 
olduğunu söyləmək nə deməkdir?» Dərhal da cavab verilir:  «Hüquq onun 
üçün  həmişə  normadır və  hüququn kim -  dövlət hakimiyyət  orqanları  və 
ya  məhkəmə  tərəfindən  müəyyən  edilməsinin  həmin  hüquqşünas  üçün 
əhəmiyyəti yoxdur»/’
1  Кашанина  T.B.  П роисхож дение  государства  и  права.  Современные  трактовки  и 
новые подходы.  М ,   1999, с.9.
2  Байтин  М.И.  О  современном  нормативном  понимании  права.  Журнал  российского 
права.  1999, № 1,  с. 103.
3 Y en ə orada,  s.98.
4  Попов  В.И.  Правопонимание  в  советской  юридической  науке:  Лвтореф.дис.  ... 
канд.юрид.наук.  М., 2001, с. 17.
5 Y en ə  orada, s.17-18.
6  Попов  В.И.  Правопонимание  в  советской  юридической  науке:  Лвтореф.дис.  ... 
канд.юрид.наук.  М., 2001, с. 18.
195


Asanlıqla görmək olar ki, bu halda söhbət, birincisi, hüququn tədqiqinin 
müxtəlif yanaşmaları ilə  istiqamətləri  arasında ənənəvi  ziddiyyətlərin aradan 
qaldırılması  ilə  bağlı  onun  ümumi  anlayışının  işlənməsi  prosesində  çə­
tinliklər haqqında  deyil,  hüquq  nəzəriyyəsi  ilə  yuridik praktikası  arasındakı 
elementar fərqin aradan qaldmlması  barəsində gedir.  İkincisi, söhbət yuridik 
sənət səviyyəsində qüvvədə olan qanunları  «bilavasitə  formula edən»  və ya 
tətbiq edən təcrübəçi hüquqşünaslar barəsində gedir.
Nəhayət,  hüququn  ümumi  anlayışının  işlənməsi  mümkünlüyü  haq­
qında  məsələ  üzrə  «aralıq»  və  «universal»  təsəvvürlərə  o  fikirləri  aid  et­
mək olar ki,  həmin  fikirlərə  uyğun  olaraq  belə  mümkünlüyə  yalnız milli 
səviyyədə -   ayrıca dövlət  səviyyəsində,  «bir  dövr və  bir  ölkə»  hüdudla­
rında yol verilir və bu, bütün dünya birliyi miqyasında qeyri-mümkündür.
Bu  mövzuya  dair  öz  mülahizələrini  irəli  sürən  Q.V.Maltsev  əsaslı 
olaraq qeyd  edir ki,  «əgər hüququn ümumdünya anlayışı və tərifi praktiki 
olaraq  mümkün  deyildirsə,  o  halda  ayrıca  dövlət  və  onun  nəzarət  etdiyi 
vahid  hüquqi  məkan  hüdudlarında  hüquq  münasibətlərinin  bütün  iştirak­
çıları  üçün  hüququn  ümumi  anlayışının  axtarışı  müəyyən  nizamlayıcı 
mənaya malikdir.1
Lakin  bununla  yanaşı,  dünya  birliyi  və  ayrıca  hüquq  sistemi  miqya­
sında  da  hüququn  ümumi  anlayışının  axtarışı  mövcuddur və  o  da nizam- 
layıcı  məna  kəsb  edir.  Bütün müqayisəli  hüquqşünaslıq  da  məhz bundan 
irəli  gəlir.  Dünyada  hüququn  ümuməhəmiyyətli  və  universal  yerə  iddia 
edən  və  ya  iddia  edə  bilən  kifayət  qədər  çoxlu  anlayışı  və  tərifləri 
mövcuddur.
Nümunə qismində onların aşağıdakı qısa xarakteristikasını vermək olar:
a) hüquq -  bu, formal bərabərlikdir;
b)  hüquq  -   bu,  insanlar  arasındakı  ictimai  münasibətlərdə  azadlığın 
ümumi və zəruri formasıdır;
v) hüquq -  bu, ümumi ədalətlilikdir.
Müxtəlif  hüquq  ailələri  və  milli  hüquq  sistemləri  üçün  bu  ümumi 
əlamətlərin,  cəhətlərin  aşkar olunması  və  öyrənilməsi  həm  hüququ  dərk­
etmə probleminin həll edilməsi, həm də hüquq haqqında ümumi təsəvvür­
lərin  işlənib  hazırlanması' və bütövlükdə  hüquq  anlayışına tərif verilməsi 
üçün prinsipial əhəmiyyət kəsb edir.
1  Мальцев Г.В.  Понимание  права.  П одходы   и  проблемы.  М.,  1999,  с.4.
196
2.  Hüququn forması anlayışı
Hüququn  forması  anlayışına  və  onun  hüququn  mənbəyi  anlayışı  ilə 
qarşılıqlı  əlaqəsinə  aid  olan  məsələlərin  həlli  hüququn  dərkedilməsi  və 
hüquq  anlayışının  özünə  tərif verilməsi  probleminin  həllindən  törəmədir. 
Bununla  əlaqədar tədqiqatçının  hansı  metodoloji  mövqelərdə  dayanması, 
onun,  deyək  ki,  pozitivist  görüşlərə  tərəfdar  çıxıb-çıxmaması  və  ya 
hüququ  dərketmə  problemini  təbii  hüquq  mövqelərindən  həll  etməsi  tam 
dərəcədə  onun  hüququn  formaları  və  mənbələri  haqqındakı  təsəvvür­
lərindən asılıdır.
Buna  görə  də  ilk baxışda  pozitiv  və  təbii  hüquq  nöqteyi-nəzərindən 
hüququn  forma  və  mənbələrini  ilk  başlanğıcda  ayrı-ayrılıqda  nəzərdən 
keçirmək daha rasional və mükəmməl  olardı.  Lakin hazırda pozitiv və tə­
bii  hüquq  nəzəriyyələrinin  xarici  ölkələrdə  daha  geniş  yayılmasına  və 
hüquqşünas-nəzəriyyəçilər və  təcrübi  işçilər tərəfindən  qəbul  olunmasına 
baxmayaraq,  bu  nəzəriyyələr  hamılıqla  qəbul  edilmir.  Bu,  məsələnin  bir 
cəhətidir.
Problemin  ikinci  cəhəti  ondan  ibarətdir  ki,  hüquqi  materiyanın  daha 
dərindən  və  hərtərəfli  dərk  edilməsi  məqsədilə  hüququn  həm  formalarının, 
həm  do  mənbələrinin  ümumi  anlayışlarına  kompleks  şəkildə  diqqət 
yetirilməlidir. Çünki istisnasız olaraq bütün hüquq sistemləri və ailələrinə xas 
olan  formaların  və  mənbələrin  ümumi  əlamətlərini  və  cəhətlərini  özündə 
ehtiva  edən  fonrıa  və mənbələrin  ümumi  anlayışları  haqqında dürüst təsəv­
vürlərə malik olmadan, konkret hüquq sisteminin və ailəsinin forma və mən­
bələri barəsində mükəmməl mülahizə yürütmək çətin olardı.
C.A.Kərimov  tamamilə  haqlı  olaraq  qeyd  edir  ki,  hüququn  formala­
rının öyrənilməsi «ancaq hüququn mahiyyətini və məzmununu təşkil etdi­
yinə və zahirdən  ifadə etdiyinə görə deyil, həm də hüquqi  həyatın bir çox 
amillərinin  -   ümumməcburiliyin,  nonnativliyin,  hüquqi  aktların  yuridik 
qüvvə  dərəcəsinin,  ictimai  münasibətlərin  hüquqi  tənzimlənməsinin 
metod və üsullarının  və  s.  onların  xüsusiyyətlərindən  asılı olduğuna  görə 
son dərəcə mühüm nəzəri  və praktiki  əhəmiyyətə malikdir.  Hüququn  for­
malarının  çoxşaxoliliyi  onların ümumi  anlayışına  tərif verilməsini  nəzər­
də tutur».1
Yuxanda  deyilənlərə  əsasən,  hüququn  konkret  forma  və  monbələ-
1  Керимов  Дж .А .  М етодология  нрава.  Предмет,  функции,  проблемы  философии 
права.  М.,  2000,  с .1 13.
197


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə