R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə53/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   49   50   51   52   53   54   55   56   ...   131

hüququn  özü,  hüquqi  materiya  ilə  bağlıdır və  o, hüquqi  materiyanı  təşkil 
edir.  Hüquqi  forma  isə  eyni  zamanda  qeyri-hüquqi  materiyanı  müəyyən 
və  təşkil  edir.  O,  gündəlik həyatda  iqtisadi,  siyasi  və  sair  münasibətlərin 
hüquqi forması qismində çıxış edir.
Yuxanda  göstərilənlərə  müvafiq  surətdə  hüququn  formasına  hüqu­
qun daxili  təşkili  və zahiri  ifadə üsulu (vasitəsi),  dəqiq desək, hüquq nor­
masında  ehtiva  olunan  davranış  qaydalarının  ifadəsi  kimi  tərif  vermək 
olar.  Ilüquq  forması  da  eyni  zamanda  hüququn  iqtisadiyyata,  siyasətə, 
cəmiyyət həyatının sosial sferasına və digər sferalarına müvafiq təsir üsu­
lu (vasitəsi) qismində çıxış edir.
Hüququn  forması  ilə  hüquqi  forma  arasındakı  fərqlər  haqqında 
danışarkən  həm  də  belə  bir  cəhətə  də  diqqət  yetirmək  zəruridir  ki,  onlar 
ümumhüquqi  və  eyni  zamanda  da  ümumfəlsəfı  anlayış  və  kateqoriyalar 
kimi  müxtəlif məzmuna  malik  olmaları  ilə  seçilirlər.  Belə  ki,  hüququn 
formaları  xalis  hüquqi  məzmunlu  cüt  kateqoriyalar  kimi  çıxış  edirlər. 
Hüquqi  forma isə qeyri-hüquqi məzmunu ilə müəyyən edilir.
Nəzərdən  keçirilən  prosesdə  hüququn  formaları  xüsusi  əhəmiyyət 
kəsb edir.  Belə ki, zahiri  formalar həmişə hüquqda onu  əhatə edən maddi 
və  sair mühitin hansı  üsulla  ifadə  edilməsi  və bununla yanaşı,  ən  ümumi 
şəkildə bunun  necə mühit olması haqqında təsəvvürlər yaradır.  Tamamilə 
aydındır  ki,  məsələn,  bazar  mühiti  ancaq hüququn  formalarını  və  hüquqi 
massivi  konsolidasiya  edən  prinsipləri  doğurur.  Eyni  zamanda  da  qeyri- 
bazar  dövlət-təşkilati  iqtisadi  mühit  hüququn  tamamilə  başqa  bir  zahiri 
forma və prinsiplərini meydana çıxarır.
3.  Hüququn mənbəyi anlayışı və onun hüququn forması 
anlayışı ilə qarşılıqlı əlaqəsi
Hüququn  mənbəyi  anlayışı  və  onun  «hüququn  forması»  ilə  qarşılıqlı 
əlaqəsi  haqqında məsələnin yaranması  tədqiqatçılar üçün nə  dünənki,  nə  də 
bu günkü məsələ deyildir. Hələ XX yüzilliyin başlanğıcında İ.V.Mixaylovski 
yazırdı ki, «hüququn mənbəyi» termini hələ indi də müxtəlif cür başa düşülür 
və buna görə də onun ətrafında mübahisələr gedir. Müəllif əlavə edirdi ki, bu 
mübahisələr  anlaşılmazlıqlara  əsaslanır.  Ən  sadəsi  bu  anlaşılmazlıqları  ara­
dan qaldırmaqdan və elmdə bu qədər tez-tez istifadə olunan terminin ümumi 
başa düşülməsi hesabına razılaşmaqdan ibarətdir.1
1  Михайловский  И.Б.  Очерки  философии  права, т.1,  М .,  1914, с.237.
202
Hüququn  mənbələri  anlayışına  aid  problem  ətrafında  diskussiyalar 
keçən yüzilliyin 40-cı  illərində də davam  etmişdir.  O vaxt hüququn  mən­
bəyi  dedikdə,  «davranış  qaydasına  dövlət  hakimiyyəti  tərəfindən  ümum- 
məcburiyyət  qüvvəsinin  verilməsi  üsulu»1  başa  düşülürdü.  Yaxud  geniş 
mənada hüququn  mənbəyi  dedikdə,  «fəhlə  sinfinin  diktaturası,  yəni  sovet 
hakimiyyəti»,  xüsusi  mənada  isə  «qanunvericilik  normaları»2  nəzərdə 
tutulurdu.
Hüququn  mənbələri  anlayışı  problemi  ətrafında  mübahisələr  bu  gün 
də  mövcuddur.  Məsələn,  rusiyalı  tədqiqatçı-hüquqşünaslar  Rusiyanın  hü­
quq  elmində  hüququn  mənbəyinin  hamılıqla  qəbul  olunan  anlayışının 
olmadığını qeyd edirlər.3
Öz  xarakterinə  görə  hüququn  mənbəyi  anlayışının  tədqiq  edilmə­
məsinə  və  bunun  mübahisəli  olmasına  aid  analoji  təsdiqlərə  müasir Qərb 
hüquq  ədəbiyyatında  da  təsadüf olunur.  Bu  mənada  görkəmli  fransız  hü­
quq  nəzəriyyəçisi  Jan-Lui  Bcrjclin  mülahizələri  son  dərəcə  səciyyəvidir. 
Onun  fikrincə,  «hüququn  mənbəyi»  anlayışı  və  termininin  qeyri-müəy­
yənliyi  bəzən  ona  görə  yaranır  ki,  bu  terminlə  eyni  zamanda  hüququn 
məzmunlu  və  formal  mənbələrini  adlandırmaq  da  qəbul  olunmuşdur.4 
Müəllif davam  edərək  göstərir  ki,  hüquqi  qaydalar  səbəblərdən  heç  də 
məhrum  edilməmişdir.  Bunlar  ən  müxtəlif,  yəni  pozitiv  qaydalarla  idarə 
edən,  onların  ideoloji  əsasına xidmət edən və hüquq  fəlsəfəsinə aparıb çı­
xaran  əxlaqi,  dini,  fəlsəfi,  siyasi,  sosial  və  ideoloji  prinsiplərdir.  Bu,  eyni 
dərəcədə  də  hüququn  yönümiinü  və  məzmununu  müəyyən  edən  texniki 
vasitələri  sahəsində  zamana,  məkana  görə  təşəkkül  tapan  sosial  gerçək­
liyin faktları və «situasiyanın tələbləridir».5
Hüququn  mənbəyini  hüquq  ədəbiyyatında  ənənəvi  olaraq  eyni 
zamanda  həm  müxtəlif cəhətlərdən  və  həm  də  müxtəlif aspektlərdə  edil­
diyi kimi, onun anlayışını əks etdirən hadisə qismində nəzərdən keçirmək 
lazımdır.  Hüququn mənbəyinə, birincisi,  ctimoloji  cəhətdən, mənbə haq­
qında  hamılıqla  qəbul  olunmuş  təsəvvür -   onun  olduğu  kimi  anlayışı  və 
məzmunu nöqteyi-nəzərindən yanaşmaq daha məqsədəuyğundur.
1  Голунский C.А .,  Строгович  M.C.  Теория  государства  и  нрава.  M.,  1940,  с . 173.
2  Гражданский  процесс:  учебник  для  юридических  высших  учебных  заведений.  М., 
1946,  с. 15.
3  Гурова  Т.В.  Источникироссийского  права:  Автореф.  дис.  ...канд.юрид.наук. 
Саратов,  1998,  с .5.
4  Бсржсль Жан-Луи.  Общая теория  права.  М.,  2000,  с.97.
5  Y en ə  orada.
203


«Mənbə»  etimoloji  mənada  Azərbaycan  dilinin  izahlı  lüğətində 
aşağıdakı kimi başa düşülür:
a) yeraltı  suların çıxdığı yer; qaynaq,  bulaq, çeşmə;
b) əsasını, başlanğıcını təşkil edən şey; bir xəbərin və s. çıxdığı, zahir 
olduğu yer;
c) çayın başlandığı yer.1
Qeyd  etmək  zəruridir ki,  əsasında  elmi  tədqiqatların  aparıldığı  yazılı 
abidə,  eləcə  də nəyinsə  inkişafı  üçün  əsasa xidmət edən  başlanğıc yer və 
ya mövqe də mənbə kimi qəbul olunur.
İkincisi,  hüququn  mənbəyinə,  hüquqyaratma -  hüquqyaradıcılıq pro­
sesinə  və  müvafiq  surətdə  hüququn  özünə  bilavasitə  təsir  göstərən  təbii, 
yəni  coğrafi,  bioloji  amil,  iqlim  amili  və  digər  amil  nöqteyi-nəzərindən 
yanaşmaq lazımdır.  Bu,  hüququn bir növ təbii mənbəyidir.
Təbii  amillərin  hüquqi  tənzimetməyə  təsir  göstərən  qüvvələr  rolunu 
oynadığı  elmi  hüquq  ədəbiyyatında  da  dəfələrlə  qeyd  edilmişdir  və  bu, 
göründüyündən də artıqdır.
Hələ  XVIII  yüzillikdə  Ş.L.Monteskye  iqlim  şəraitinin  hüquqa  təsir 
göstərməsi  prosesini  tədqiq  edərkən  özünün  məşhur  «Qanunların  ruhu» 
əsərində  yazırdı:  «Əgər  ağlın  xarakteri  və  ürəyin  ehtirası  müxtəlif iqlim­
lərdə  fərqlidir  və  bu,  ədalətlidirsə,  qanunlar  bu  ehtirasların  və  bu  xarak­
terlərin müxtəlifliyinə uyğun olmalıdırlar.2
Görkəmli  hüquqşünas  və  filosofun  yuxarıda  göstərilən  müddəası 
şübhəsiz ki, bu gün də öz aktuallığını  itirməmişdir.
Üçüncüsü,  hüququn  mənbəyinə,  hüquqyaradıcılıq  prosesinə  bilava­
sitə,  bunun  vasitəsilə  isə  hüququn  özünə  təsir  göstərən  sosial,  siyasi, 
ideoloji,  kulturoloji  və  sair belə  amillər nöqteyi-nəzərindən  yanaşmaq la­
zımdır.  Təbiətin  və  təyinatına  əsasən  hüququn  bu  mənbəyini  hüququn 
sosial mənbəyi adlandırmaq olar.
Dördüncüsü,  maddi  nöqteyi-nəzərdən  iqtisadi  amillər  hüququn  mən­
bəyi  qismində  qavranıla  bilərlər.  Hüququn  bu  mənbəyinin  təbiətinə  və 
xarakterinə əsasən onu adətən, hüququn maddi mənbəyi adlandırırlar.
Yuxarıda  adları  çəkilən  növlər  və  ifadələrlə  yanaşı,  hüquq  mənbəyi 
özünün bir sıra başqa təzahürlərinə də malikdir.
1 Azərbaycan dilinin izahlı lüğəti (Ə.Ə.Orucovun redaktəsi ilə. Bakı, «Elm»,  1983, s.293.
2  Монтескье  Ш.О  духе  законов  // 
История  политических  и  правовых  учений. 
Хрестоматия.  Белгород.  1999,  с.272.
204
«Hüququn mənbəyi»  termininin  çoxmənalılığını  və  bununla yanaşı  hə­
min  terminin  «uğursuzluğunu»  qeyd  edən  Q.F.Şerşeneviç  yazırdı  ki,  hüqu­
qun mənbəyinin «bu adı altında» həmçinin aşağıdakılar başa düşülür:
1) hüququ yaradan qüvvələr.  Məsələn,  Allah  iradəsinin, xalqın iradə­
sinin,  hüquq  düşüncəsinin,  ədalət  ideyasının,  dövlət  hakimiyyətinin 
hüququn mənbəyi hesab olunması;
2)  «bu  və  ya  digər  qanunvericiliyin  əsasını  təşkil  edən»  materiallar. 
Məsələn, Roma hüququnun alman Mülki Məcəlləsi üçün mənbə qismində 
çıxış  etməsi,  alim  Potyenin  əsərlərinin  fransız  Napoleon  Məcəlləsinin 
əsasına xidmət etməsi,  Litva  Statutunun  Aleksey Mixayloviçin Məcəlləsi 
üçün əsas rolunu oynaması;
3)  «nə  vaxtsa  qüvvədə  olmuş  hüquq  üçün  əhəmiyyət  kəsb  etmiş 
tarixi abidələr.  Məsələn, Korpus Yuris Sivilis, Rus Pravdası  və s.  bu kimi 
abidələr  qüvvədə  olan  hüququn  dərk  edilməsi  vasitəsi  olmaq  etibarilə 
hüququn  mənbəyi  qismində  qəbul  olunmuşlar.  Adətən,  belə  deyilirdi: 
«hüququ qanundan öyrənmək olar».1
Hüququn mənbəyi  haqqında son dərəcə çoxəhəmiyyətli təsəvvürlərlə 
yanaşı,  fəlsəfi  planda  (fəlsəfi  mənbə)  və  formal-hüquqi  istiqamətdə 
təsəvvürlər də nəzərdən keçirilir.
Hüququn  mənbəyinin  fəlsəfi  nöqteyi-nəzərdən  və  fəlsəfi  planda 
nəzərdən keçirilməsi  zamanı  əsas diqqət,  hər şeydən əvvəl, bu və ya digər 
hüquq  sisteminin,  bu  və  ya  digər  hüquq  mənbəyinin  əsasını  öz  xarak­
terinə  görə  hansı  fəlsəfi  ideyanın  (liberal,  mühafizəkar  və  s.)  təşkil  etdi­
yinə yetirilir.
Nəzərdən  keçirilən  formal-hüquqi  planda  hüququn  mənbəyi  haqqın­
da  söhbətin  getdiyi  vaxt  tədqiqatçıların  əsas  diqqəti  hüquqi  materiyanın 
daxili  təşkilinin,  habelə  onun  xaricdən  ifadə  formalarının  üsul  və  va­
sitələrinə yönəlir.
Belə  hallarda  bəzən  hüququn  mənbəyi  haqqında  «xüsusi-hüquqi 
mənada»  çıxış edən mənbə  qismində danışılır.  Bu zaman hüququn  mənbəyi 
«obyektiv gerçəklikdə lazım və ya mümkün olan barəsində ideya kimi hüquq 
normasının ifadə (rəsmiləşdirilməsi) və təsbit edilməsi üsulu» timsalında ba­
şa düşülür."  Qeyd etmək  lazımdır ki,  hüququn  mənbələri haqqında  «formal-
1  Ш ершеневич  Г.Ф.  Общая  теория  права:  уч ебн ое  пособие,  т.2,  Вып.  2,  3,  4.  М., 
1995,  с.5.
2 Д ени сов  С.А.,  Смирнов  П.П.  Теория  государства  и  права:  конспект  авторских  лек­
ций,  ч,1,  Тюмень,  2000,  с.52.
205


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə