R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə56/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   52   53   54   55   56   57   58   59   ...   131

Pozitiv  hüququn  formal  xarakteri  və  yuxanda  qeyd  olunan  spesifik 
xüsusiyyətləri  bir  sıra  xarici  dövlətlərin  tədqiqatçıları  tərəfindən  hazırda 
da fərqləndirilir və hüquqi pozitivizmin əsas  əlamətlərindən biri  qismində 
nəzərdən keçirilir.1
Yuxanda  göstərilən  spesifik  cəhətləri  və  fərqləndirici  xüsusiyyətləri 
ilə  yanaşı,  pozitiv  hüquq özünə  xas  olan  digər  əlamətlərə  də  malikdir.  O 
cümlədən,  pozitiv  hüququn  institusional  xarakteri  xarici  tədqiqatçılar 
tərəfindən  həmin  əlamətlərə  aid  edilir.  İnstitusional  əlamət pozitiv  hüqu­
qun  varlığında  və  fəaliyyətində  «zahirən  obyektivləşdirilmiş  institutlar, 
formallaşdırılmış hüquq normalan, qanunlarda və sair ümumməcburi nor­
mativ-hüquqi aktlarda ifadə olunan normalar» halında ifadə olunur».2
Təbii  hüquqla  müqayisədə  elmi  hüquq  ədəbiyyatında  pozitiv  hü­
ququn fərqləndirici cəhətləri və xüsusiyyətləri içərisində onun dövriyyəyə 
dövlət  tərəfindən  müəyyən  edilmiş  obyektiv  hüquqdan  tərəmə  olan  sub­
yektiv hüquq anlayışını daxil etməsi göstərilir.3
Xarici  ölkələrin  hüquq ədəbiyyatında yayılmış  mühüm məsələlərdən 
biri  də  hüquqi  pozitivizmin  klassik  pozitivizmə  və  neopozitivizmə  (yeni 
pozitivizmə) bölgüsüdür.
Klassik  pozitivizm  pozitiv  hüququn  yaranması  və  inkişaf dövrü  ilə 
əlamətdardır.  Klassik  pozitivizm  «xalis»  halda  sərt  dövlət  pozitivizmin- 
dən ibarət olmuşdur.  Klassik pozitivizm özündə suveren dövlətin müstəs­
na  və  dəyişməz  qanunvericilik  səlahiyyətlərinin  olmasını  özündə  ehtiva 
edirdi.
Neopozitivizm  isə  pozitiv  hüququn  inkişafının  sonrakı  dövrlərində 
təşəkkül  tapmışdır.  Neopozitivizm  təbii  hüququn  bir  sıra prinsiplərini və 
müddəalarını  pozitiv  hüququn  əxlaqi  əsasları  qismində  onun  təsiri  altına 
salmağa dəfələrlə cəhdlər etmişdir.  Bundan  başqa o,  «qanunyaradıcı» in­
stitut  kimi,  dövlət  haqqında  təsəvvürlərin  genişlənməsinə  də  səylər  gös­
tərmişdir.  Neopozitivizm  «qanunyaradıcı lıq»  institutunu  dövlət-təşkilati 
cəmiyyətlə cyniləşdirici həddə çatdırmağa çalışmışdır.
Klassik  pozitiv  hüququn  formaları  və  mənbələri  üçün  hüququn 
özünün  «dövlət  suvereni»  ilə  sərt  və  bilavasitə  əlaqəsi  səciyyəvi  olmuş­
1  Алексеев  C.C.  Философия  права.  История  и  современность.  Проблемы.  Тенденции. 
Перспективы. М .,  1997, с.29.
2 Y enə orada, s.29; Теория права.  М .,  1995, с.41-48.
3  Теория  государства  и  права  (отв.ред.  В.М.Корсльский,  В.Д.П еревалов.)  Екатрен- 
бург,  1996, с.221.
212
dur.  «Dövlət  suvereni»  pozitivizmin  «banisi»  qismində  qəbul  olunur  ki, 
bu da ilk əvvəllər konstitusiya hüququnda təşəkkül tapan və geniş yayılan 
fikirdən xeyli fərqlənir.
Pozitiv  hüquq,  eləcə  do  pozitiv  hüquq  adma  iddia  edən  istənilən 
digər  hüquq  üç  dövlət  subyektinin  normayaratma  fəaliyyəti  nəticəsində 
formalaşmışdır.  Həmin subyektlərə aşağıdakılar aid edilir:
1) monarx -  ölkədə suveren və ali  siyasi hakimiyyətin daşıyıcısı;
2)  ölkədə  birbaşa  siyasi  hakimiyyətin  ali  daşıyıcısının  tabeliyində 
olan şəxslər;
3)  ali  siyasi  hakimiyyətin  adından  «hüququ  totbiqetmə»  fəaliyyəti  ilə 
məşğul olan şəxslər.
Pozitivi  hüququn «klassik»  konsepsiyasının daha sonrakı  variantında 
«dövlətin  suvereni»  kimi  monarxın rolu  xeyli  zəifləmiş və tədricən  sıxış- 
dırılaraq  aradan  çıxarılmışdır.  Buna  Qərbi  Avropa ölkələrində  nümayən­
dəli  institutların  sürətli  inkişafı  səbəb  olmuşdur.  Belə  ki,  ali  qanunve­
ricilik orqanının -  parlamentin rolunun sürətlə artması monarxı ölkənin 
siyasi səhnəsindən kənarlaşdırmışdır.
Dövlətin  və  cəmiyyətin  və bununla yanaşı  dövlətin  qanunyaradıcılıq 
fəaliyyətinin inkişafı nəticəsində parlamentin təşəkkül tapması və rolunun 
güclənməsini  istənilən  Qərbi  Avropa  dövlətinin  nümunəsində  müşahidə 
etmək  olar.  Lakin  bu  ali  nümayəndəli  orqanın  daha  parlaq  təkamülü  Bö­
yük Britaniyanın nümunəsində nəzərdən keçirilir.
Böyük Britaniyanın, eləcə də digər Qərbi Avropa dövlətlərinin dövlət me­
xanizmində  parlamentin  rolunun  və  əhəmiyyətinin  güclənməsi  labüd  surətdə 
müxtəlif  dövlət  orqanlarının  verdiyi  aktlar  sistemində,  o  cümlədən  pozitiv 
hüququn  forma  və  mənbələrində  köklü  dəyişikliklərə  səbəb  olmuşdur.  Əgər 
əvvəllər  qanunvericilik  aktları  sistemində  birincilik  bütün  milləti  və  dövləti 
təcəssüm  etdirən  hökmdar-suverenə  məxsus  idisə,  indi  həmin  birincilik  «su­
veren» parlamentin aktlarına keçmişdi. Xüsusən də XIX yüzilliyin sonu -  XX 
yüzilliyin başlanğıcında tac aktlarını əvəz etmiş parlament aktları (statuslar) 
ingilis pozitiv hüququnun apancı forması olmuşdur.
Şübhəsiz  ki,  pozitiv  hüququn mahiyyəti və  məzmunu,  onunla birlik­
də  onu  əks  etdirən  və  müdafiə  edən  konsepsiyalar  da  XIX-XXI  yüzillik­
lərdə  prinsip  etibarilə  dəyişikliyə  uğramışlar.  Lakin  hüquqa yanaşma  əv­
vəllərdə olduğu kimi, indi  də keçmiş parametrlərlə səciyyələndirilir.
Belə  ki,  hüquq  yenə  də  əvvəllərdə  olduğu  kimi,  müstəsna  dərəcədə 
«dövlətin  (onun  hakimiyyətinin,  iradəsinin,  mülahizəsinin  və  özbaşmalı-
213


ğınm)  məhsulu»  qismində  nəzərdən  keçirilir.  Hüquq  «məcburi  hakimiy­
yət  göstərişlərinə,  formal  mənbələrə  şamil  olunur»  və  qanunlar,  fərman­
lar, qərarlar, adət hüququ, məhkəmə presedenti qismində çıxış edir».
Lakin bu o deməkdirmi ki, hüquqa pozitiv yanaşma, pozitiv hüququn 
özü öz formaları  və  mənbələri  ilə birlikdə, ümumiyyətlə,  heç bir dəyişik­
liyə iddia etməmişdir. Xeyir, bu o demək deyil.
Pozitiv  hüququn  aşkar təzahür  etdiyi  avtoritar və  totalitar rejimlərdə 
hüququn  mənbəyi qismində  ümumdövlət bazasında və  ictimai bazada  for­
malaşan  dövlət iradəsi çıxış edir.  Pozitiv hüququ forması qismində  isə bü­
tün  növlərdən və səviyyələrdən  olan dövlət orqanları  tərəfindən verilən nor­
mativ-hüquqi  aktlar çıxış edirlər.  Şübhəsiz ki, bu  zaman  nəinki  konstitusiya 
qanunları  və cari  qanunlar, həm də  onların  əsasında  verilən onların  icrasına 
yönəldilən qanunqüwəli aktlar da nəzərdə tutulur.
Pozitiv  hüququn  neopozitivist  baxışlara  tərəfdar  çıxdığı  liberal-de- 
mokratik  rejimlər  şəraitində  pozitiv  hüququn  formalarına  və  mənbə­
lərinə  aid məsələ  təkcə dövlət deyil,  həm də qeyri-dövlət əsasında forma­
laşır və başqa cür həll olunur.
Göstərilən  rejimlərdə  pozitiv  hüququn  mənbələri  qismində  formal- 
hüquqi planda təkcə dövlət iradəsi  və ona uyğun olan mənafelər deyil, həm 
do  hüquq-yaradıcılıq  prosesilə  rəsmi  əlaqəsi  olan  digər  sosial  birliklərin 
iradəsi, «bu və ya digər ictimai mühitin nüfuzlularının» iradəsi çıxış edir.
Bıı  və  ya  digər  liberal-dcmokratik  dövlətin  xüsusiyyətlərindən  asılı 
olaraq,  onların  arasında  müxtəlif  biznes-qruplar,  işverənlorin  birlikləri, 
həmkarlar ittifaqları,  ictimai təşkilatlar və digər assosiasiyalar ola bilər.
Onlar  dövlət  orqanları  və  buna  müvəkkil  edilmiş  vəzifəli  şəxslərlə 
yanaşı  özündə  hüquq  normalarını  ehtiva  edən  aktları  öyrənirlər.  G.Elli- 
nekin  sözlərinə  görə  həmin  aktların  spesifikliyi  aşağıdakılarla  müəyyən 
edilir:
1)  adamların  bir-birinə  münasibətində  zahiri  davranışı  əks  etdirən 
normaların mahiyyəti;
2) zahiri nüfuzun tanınmasında irəli gələn normaların mahiyyəti;
3) məcburiliyi xarici vasitələrlə tominatlandınlan normaların mahiyyəti;
4)  motivin  keyfiyyətinə  təsir  göstərmək,  iradəni  müəyyən  etmək  qa­
biliyyətinə malik normalar qüvvədə olan normalardır.2
2  Еллинек  Г.  Общее учение о государстве.  СПб,  1908, с.244.
2 14
Pozitiv  hüququn  mənbəyi  hesab  olunan  real  iradə  qismində  əsasən 
hakim  siniflərin  və  dairələrin  (qrupların,  klanların,  elit  ailələrin)  məna­
feləri ilə şərtləşən dövlət iradəsi çıxış edir.
5.  Təbii hüququn forması və mənbələri
Təbii hüququn tədqiqatçıların bir neçə yüzillikdən bəri diqqət mərkə­
zində  olmasına  baxmayaraq  (bu  sahə  iizrə  çoxsaylı  kitablar yazılmışdır), 
o  cümlədən  təbii  hüququn  özünün  anlayışına,  mahiyyətinə  və  məzmu­
nuna,  eləcə  də  formalarına  və  mənbələrinə  aid  xeyli  məsələlər  hələ  də 
açıq  qalmış,  meydana  çıxan  bəzi  mübahisəli  problemlər  indiyədək  həll 
edilməmiş qalmışdır.
Bundan  başqa,  müxtəlif dövrlərdə  yayılmış  bəzi  əsərlərdə  təbii  hü­
ququn  tədqiqində  və  onun  nəzəriyyəsinin  işlənib  hazırlanmasında  hətta 
təbii hüquq fenomeninin özünə skeptik münasibət güdülmüşdür.
M.T.Siseron  özünün  «Dövlət  haqqında»  əsərində  təbii  hüquqla  əla­
qədar yazırdı:  «Təbiətin  özü  bizim  üçün  hüquq  müəyyən  etmişdir ki,  bü­
tün  adamlar  eyni  qanunlardan  istifadə  etsinlər,  eyni  adamlar  isə  müxtəlif 
vaxtlarda  müxtəlif qanunlardan  istifadə  etməsinlər».  Müəllif bu  mülahi­
zəsinə  əsasən  belə  nəticəyə  gəlirdi  ki,  son  dərəcə dəyişkən  olan  qanunlar 
«bizim ədalət hisslərimizlə  deyil, cəza  ilə müdafiə olunurlar» ki, təbii  hü­
quq  da  buna  apelyasiya  olunur.  Yəni  etiraf  etmək  lazımdır  ki,  «hüquq 
özündə təbii heç nəyi ehtiva etmir».1
Spinoza  özünün  «Siyasi  traktat»mda  təbii  hüququ  «ilk  növbədə  təxəy­
yüldə, bəzən gerçəklikdə» mövcud olan  əhəmiyyətsiz hüquq  adlandımrış, ona 
görə  belə  hesab  etmişdir  ki,  «adamların  təbii  hüququ  hər  kəsin  qüdrəti  ilə 
müəyyən olunur və hər kəsə ayrı-ayrılıqda məxsusdur»."
Mütəfəkkir belə hesab  edirdi  ki,  «təbiətin  hüququ»  kimi,  təbii  hüquq 
ayrıca  fərdə  deyil,  «insanlığın  bütün  nəslinə»  xasdır.  Spinozanın  fikrincə, 
belə  hüquq  «adətən,  ali  hakimiyyət  (imprerium)  adlandırılır»  və  o,  ha­
kimiyyət  kimi  «mütləq  surətdə  üzərinə  ümumi  razılıqla  idarəetmə  işlə­
rinin qayğısı qoyulmuş  şəxsin əlində» cəmləşir.3
1  Цицерон.  О  государстве  //  История  политических  и  правовых  учений,  ч. 1,  Х р ес­
томатия.  Воронежского  гос.ун-та.  2000,  с. 191.
2  Спиноза Б.  Политический  трактат / История  политических и  правовых учений,  ч. 1, 
Хрестоматия.  Воронежского  гос.ун-та.  2000,  с.360.
3  Y enə  orada,  s .3 6 1.
215


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə