R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə57/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   53   54   55   56   57   58   59   60   ...   131

Başqa  sözlə,  bu  halda  söhbət  təbii  hüququn  -   «təbiətin hüququnun» 
öz-özlüyündə  deyil,  dövlət-hakimiyyətlə,  pozitiv hüquqla qırılmaz  əlaqə­
də mövcud olması mümkünlüyü haqqında gedir.
Təbii hüququn və onun mənbələrinin mövcud olması mümkünlüyünə 
dair  şübhələr  təkcə  insan  cəmiyyətinin  inkişafının  erkən  mərhələlərində 
deyil,  orta  əsrlərdə  və  bəşər  sivilizasiyasının  sonrakı  inkişaf dövrlərində 
də artmışdır.
Belə ki,  məsələn, XIX yüzilliyin sonunda N.M.Korkunov təbii hüquq 
doktrinasının  nəzəri  və  praktiki  vacibliyini  göstərməklə  yanaşı,  müəyyən 
şübhələrlə  soruşurdu:  «Təbii  hüquq  haqqında  anlayışın  özünün  əmələ 
gəlməsi  nə  ilə  və necə  izah  oluna  bilər?»  «Bu anlayışa uyğun  olan hüqu­
qun həqiqi  varlığına inam haradan götürülür?»1
Birinci  suala cavab verən müəllif belə hesab etməyə meylli idi ki, tə­
bii  hüquq  ideyasının yaranması  «bizim anlayışlarımızın  təkcə təsəvvürlər 
təcrübəsindən  əldə  olunanların  ümumiləşdirilməsi  yolu  ilə deyil,  həm də 
bizə  təcrübənin  verdiyi  sadə  əksliklər  vasitəsilə  əmələ  gəlməsi  ilə  izah 
olunur.  E.M.Korkunov izah edirdi  ki, real həyatda müsbət hüququn malik 
olduğu  «hüququn  dəyişkənliyini,  müxtəlifliyini  və  şərtiliyini»  müşahidə 
edən  zaman  biz  «belə  antitezislər  yolu  ilə  dəyişməz,  mütləq  hüququn -  
təbii hüququn anlayışını yaradırıq».2
Tob i i  hüququn  həqiqətən  mövcudluğuna  inamın  səbəblərinə aid olan 
ikinci  suala  cavab  verərkən müəllif qısa şəkildə qeyd edirdi ki, onlar «in­
san ağlına xas olan aprior yanlışlıqların birindən»3 ibarətdir.
Cəmiyyətin  və  dövlətin  müxtəlif inkişaf mərhələlərində  təbii  hüqu­
qun  mövcudluğuna  şübhələrin  mtitəmadi  olaraq meydana çıxmasına bax­
mayaraq,  müəlliflərin  əksəriyyəti  çoxsaylı  nəşrlər  əsasında  mülahizələr 
irəli  sürürdülər.  Belə  mülahizələrə  münasibət  bildirən  N.M.Korkunov 
qeyd  edirdi  ki,  təbii  hüquq  «real  praktiki  həyata  yad  olan  kitab  nəzəriy­
yəsi  deyil»,  əksinə,  «təbii  hüquq  ideyası  praktiki  həyatda  hüququn  elmi 
nəzəriyyəsində olduğundan da böyük rol oynamışdır».4
Şübhəsiz  ki,  təbii  hüququn  bir  hadisə  kimi  mürəkkəbliyi  və  çox- 
şaxəliliyi  və  eyni  zamanda  da  mahiyyətinin  birmənalı  olmaması,  hüquq 
ədəbiyyatında  və  fəlsəfi  ədəbiyyatda  onun  qavranılmasma  «dimət  edən»
1  Коркунов  H.M.  Лекции  по  общ ей теории  права.  СПб,  1898,  с.97.
2  Ycna  orada,  s.96.
3  Yenə  orada,  s.96.
4  Yenə  orada,  s.96.
216
hüququn formaları  və  mənbələrinin  olmaması  nə onun vahid  anlayışının, 
eləcə də forma və mənbələrinin olmaması nəticəsinə gətirib çıxarır.
Təbii  hüquqa  aid  olan  müxtəlif  illərin  elmi  materiallarını  təhlil 
edərkən  aydın  görmək  olur ki,  ona bir halda,  məsələn,  Yustinianın  İnsti- 
tusiyalarında «təbiətin canlı varlıqlara nəyi isə təlqin etməsi» kimi baxılır. 
Bu  zaman  izah  olunur ki,  təbii  hüquq  «ancaq insan nəslinə  deyil,  həm  do 
ümumiyyətlə,  hava  məkanında,  yerdə  və  ya  dənizdə  doğulan  bütün  can­
lılara xasdır».1
Digər hallarda, o cümlədən II.Qrotsinin əsərlərində təbii hüquq «sağ­
lam  zəkanın  bu  və  ya digər  hərəkətə,  onun  ağıllı  təbiətin  özünə  uyğunlu­
ğundan  və  ya  zidd  olmasından  asılı  olaraq  göstərişi  kimi  təsəvvür  edilir, 
bu,  əxlaqi cəhətdən ya rüsvayçılıq, ya da zəruri  hesab olunur;  deməli,  be­
lə hərəkət təbiətin yaradıcısı  olan Allahın özü tərəfindən ya qadağın  olun­
muşdur, ya da məqbul sayılmışdır»."
Nəhayət,  üçüncü  halda  təbii  hüquqa  «hüquqi  və  sosial  labüdlük», 
«real  gerçəklikdə  olmayan,  lakin  olmalı  olan  və  öz  obyektiv  labüdlüyü 
naminə  qüvvədə  olan  hüququ  və  mövcud  həyat  ukladını  inkar  edən  real 
normalar»3 kimi baxılır.
Müasir  dövrdə  do  xarici  dövlətlərin  hüquq  ədəbiyyatında  təbii  hü­
ququn  bir-birindən  fərqli  olan  təriflərinə  təsadüf olunur.  Belə  təriflərdə 
təbii  hüquq  bəzən tamamilə  əsaslı  şəkildə  eyni  müstəvidə deyil,  müxtəlif 
mövqelərdən  nəzərdən  keçirilir.  Məsələn, qeyd olunur ki, təbii  hüquq  «tə­
lim  və ya  konsepsiyaların  məcmusudur».  O  bu  zaman  hakimiyyətdən  və 
qanunvcricinin  iradəsindən  asılı  olmayan,  insan  tərəfindən uydurulmayan 
və  məhz  bu  mənada  təbii  olan  hüquq  kimi  izah  olunur.  Yaxud  göstərilir 
ki, təbii  hüquq bu və ya digər konsepsiyanın tərəfdarlarının  nöqteyi-nəzə- 
rincə təbii hüququn məzmununu təşkil  edən  norm a və prinsiplərin məc­
musudur.  Bəzi  nəzəriyyəçilərin  fikrincə,  təbii  hüquq  fərdin  azadlıq  tələb­
ləri və cəmiyyətdə,  dövlətdə  sərbəst özünürcalizəyə dair qeyd-şərtsiz  irəli 
sürdüyü tələbdir.
Təbii  hüququn  bir  hadisə  kimi  bu  və ya digər cəhətlərini  əks  etdirən 
anlayışının təriflərinin çoxluğu şübhəsiz ki, müəyyən dərəcədə bizim təbii
1  Памятники  римского  права,  институции  Юстиниана.  М.,  1998,  с. 17.
2  Гроций  Г.  Три  книги  о  праве  войны  и  мира  //  История  политических  и  правовых 
учений.  ч.1,  Хрестоматия.  Воронеж ского  гос.ун-та.  2000,  с.343..
3  Булгаков  С.Н.  Власть  и  право.  В  кн.:  Из  истории  русской  правовой  мысли.  Ле- 
низдат,  1990,  с.255-256.
217


hüquqa  dair  təsəvvürlərimizi  zənginləşdirir  və  bütün  bunlarla  yanaşı, 
onun bir  çox  məsələlərini,  o  cümlədən  strukturuna və  məzmununa,  müx­
təlif  dövlətlərin  hüquq  sistemlərində  onun  yerinə  və  roluna  dair  prob­
lemlərin tam və dəqiq həllinə imkan yaradır.
Bununla  yanaşı,  təbii  hüquq  haqqında  təsəvvürlərin  və  təriflərin 
çoxluğu,  xüsusilə  də  nəinki  üst-üstə  düşməyən  və  ya  bir-birini  tamamla­
mayan,  əksinə  bir-birinə  zidd  olan  təriflərin  çox  olması  labüd  surətdə 
qeyri-miioyyənlik  və  qeyri-dəqiqlik  kimi  müxtəlif növ  nəticələrin  mey­
dana  çıxmasına  səbəb  olur.  Bütün  bunlar  təbii  hüququn  əmələ  gəlməsi 
səbəblərinin,  formalarının  və  mənbələrinin  müəyyən  edilməsində  əlavə 
çətinliklər tərədir.
Özündə  ilahi  ədalət  prinsipləri  və  həmin  prinsiplərin  dünyada  həyata 
keçirilməsi qaydaları, dünyanın əbədiliyi və dəyişməzliyi və müvafiq surətdə 
bu  dünyanın  dəyişməzliyini  əks  etdirən  təbii  hüquq  nəzəriyyəsi  haqqında 
təlimləri  özündə  ehtiva  edən  təbii  hüquq  doktrinalarında  təbii  hüquq  «ilahi 
iradə», «ilahi ədalət» və s. bu kimi təsəvvürlərlə təqdim olunur.1
Təbii  hüququn  rasional  nəzəriyyələri  adlanan  təbii  hüquqa  dair  dün­
yəvi konsepsiyalarda o,  «insan zəkası»,  «şeylərin təbiəti»,  «insan təbiəti» 
ilə əlaqələndirilir.2
Şübhəsiz  ki,  təbii  hüququn  formalarına  və  mənbələrinə  aid  məsə­
lələrin  həlli  problemi  nisbətən  asandır.  Lakin  reallıq  ondan  ibarətdir  ki, 
tarixin  hər  bir  kəsiyində,  cəmiyyətin  və  dövlətin  hər  bir  inkişaf mərhə­
ləsində,  nəhayət,  hər  bir  yeni  dünyagörüşü  əsasında  təbii  hüququn  bir 
deyil,  dərhal  bir  neçə  nəzəriyyəsi,  yaxud  həmin  nəzəriyyələrin  müxtəlif 
növləri yaranmışdır.
Məhz  buna  əsaslanaraq  təbii  hüququn  formaları  və  mənbələrinin 
təriflərinə  baxılması  planında  diqqəti  onun  təriflərinin  müxtəlifliklərinin, 
onun  haqqındakı  təsəvvürlərin  təhlilinə  deyil,  onun  ümumi,  tədqiqinin 
müxtəlif  istiqamətlərinin  əksər  nümayəndələri  tərəfindən  şübhə  edilmə­
yən cəhətlərinin və xüsusiyyətlərinin fərqləndirilməsinə və  onların nəzər­
dən keçirilməsinə yönəltmək məqsədəuyğun olardı.
1  Мальцев  Г.В  Понимание  права.  П одходы  и  проблемы.  М.,  1999,  с .35-52;  Кашанина 
Т.В.  П роисхождение  государства  и  права.  Современные  трактовки  и  новые  под­
ходы.  М.,  1999,  с .56-58.
2  Рассказов Л.П.,  Упоров  И.П.  Естественные  права человека.  СПб,  2001,  с.27-40.
2 18
Təbii  hüququn  formalarının  və  mənbələrinin  xarakterini,  sosial  tə­
biətini  şərtləşdirən  cəhətlər  və  xüsusiyyətlər  içərisində  birincisi,  eyni 
vaxtda onun obyektiv və subyektiv xarakterinin adını çəkmək lazımdır.
S.S.Alekscyevin  ifadəsinə  görə,  təbii  hüququn  müxtəlif  formalarda 
mövcudluğunun və təzahürünün  obyektivliyi  onun «faktiki real varlığın­
da»1 ifadə olunur.  Təbii  hüquq dövlətin qanunvericilik orqanlarının və di­
gər  orqanlarının  mülahizəsindən  asılı  olmayaraq  fəaliyyət  göstərir  və 
realizə olunur.
Təbii  hüquq  istənilən  cəmiyyətdə,  istənilən  sosial-tarixi  şəraitdə  so­
sial-təbii  yolla  yaranan  qanunvcricinin  iradəsindən  asılı  olmayaraq  möv­
cud olur və fəaliyyət göstərir.
Təbii  hüququn  subyektiv  xarakteri  onda  ifadə  olunur  ki,  obyektiv  olan, 
ayrıca fərdin, vəzifəli şəxsin  və ya dövlət orqanının iradəsindən  asılı olmayan 
təbii hüquq hər bir fərdə subyektiv hüquqlar halında məxsus olur.
Məhz  bunun  sayəsində  təbii  hüququn  bəzən,  hər  şeydən  əvvəl,  sub­
yektiv hüquqlar vasitəsilə müəyyən edilməsi, ona «insan birliyi tərəfindən 
formalaşdırılmış  insanın  doğulduğu  andan  əldə  etdiyi  təmolli  sosial  ne­
mətlərə  olan  hüquqlarının  məcmusu»2  kimi  baxılması  heç  də  təsadüfi 
deyildir.
Subyektiv təbii  hüquq  struktur cəhətdən  istənilən digər subyektiv hü­
quqa  bərabər  tutulur.  Subyektiv  təbii  hüquq  aşağıdakı  imkanlarda  ifadə 
olunur
1)  bu  hüququn  daşıyıcısı  olan  şəxsin  müstəqil,  müstəsna  dərəcədə 
iradəsi və maraqları  ilə şərtləşən hərəkətləri;
2) digər şəxslər tərəfindən  lazımi davranışın tələb olunması;
3)  bu  və  ya  digər  subyektiv  hüquqla  nəzərdə  tutulmuş  sosial  nemət­
lərdən istifadə olunması;
4) normativ-hüquqi  aktlarda  təsbit  edilmiş  subyektiv  hüququnun  po­
zulduğu  halda  şəxsin  onun  müdafiəsi  üçün  nəinki  ictimai  rəyə,  həm  də 
müvafiq dövlət orqanlarına müraciət etməsi.3
1  Алексеев  C.C.  Философия  нрава.  История  и  современность.  Проблемы.  Тенденции. 
Перспективы. М.,  1997, с.25.
2  Упоров  И .В.,  Схатум  Б.Д.  Естественное  и  позитивное  право:  понятие,  история, 
тенденсии и перспективы развития.  Краснодар, 2000, с. 14
3  Матузов  Н.И.  Личность.  Права.  Демократия  (теоретические  проблемы  обьск- 
тивного  права).  Саратов,  1972,  с.99-100;  Агарков  М.М.  Ценность  частного  права  // 
Правоведение,  1992,  № 2,  с .1 1-14;  Козлин  А.И .  О б  источниках  прав  человека  //  Г о ­
сударства  и  право.  1994, № 2,  с. 150-151.
2 1 9


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə