R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə65/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   61   62   63   64   65   66   67   68   ...   131

Hüququn  və  dinin  sıx  qarşılıqlı  əlaqəsi  praktiki  olaraq  dünya  xalq­
larının  bütün  hüquq  sistemləri  üçün  səciyyəvi  olmuşdur.  Mahiyyət  eti­
barilə  özünə  dini  göstərişləri  və  ayin  qaydalarını  daxil  etməyən  heç  bir 
qədim  yazılı  hüquq  sisteminə  təsadüf olunmur.  Məsələn,  quldarlıq  döv­
rünün  qanunvericilik  aktında -  XII  Cədvəl Qanunlarında dini ayinlərə aid 
edilə  bilən  xeyli  elementlər  vardır.  Dini qaydaların  və  göstərişlərin güclü 
təsirini  Qədim  Şərq  dövlətlərinin  qanunvericiliyi  -   «Musa  Qanunları», 
«Hammurapi  Qanunları»,  «Manu  Qanunları»,  «Avesta»  xüsusilə  hiss 
etmişdir.
Dinin  sosial  tənzimləyicilərin  (mononormaların,  adətlərin)  ilkin  for­
malarından  sonraiar əmələ  gəlməsinə baxmayaraq,  o,  tənzimləyici  mexa- 
ııizmləro  tezliklə  və  sürətlə  nüfuz  etmişdir.  Bunun  aydın  şəkildə  güdül­
düyünü  qədim  hüquq  sistemlərindən  birinin  -  hindus  hüququnun  inkişa­
fında  görmək  olar.  Hindus hüquq  sistemi  pedantik  səpkidə  işlənib  hazır­
lanmış,  bütün  icliıuai  həyatı  müfəssəl  tənzimləyən,  müəyyən  həyat  tərzi 
və  davranış  qaydaları  nəzərdə  tutan,  adətlərin  və  ənənələrin  tənqidi  qiy­
mətləndirilməsini  istisna edən normalar sistemindən ibarət idi.
Dini  vo  hüquqi  göstərişlərin  ayrılmaz  birliyi  müsəlman  dövlətlərinin 
normativ  sistemi üçün səciyyəvidir.  İslamın hüquqi və dini göstərişlərinin 
sıx  qarşılıqlı  əlaqəsi,  müsəlman  hüququnun  dini  əsası,  hər  şeydən  əvvəl, 
islamın  büliin  normatiz  müddəaları  üçün  ümumi  olan  mənşə  ilə  izah 
olunur.  Belə ki,  Quran  vo  Sünnə  həm müsəlman  hüququnun,  həm  do mü­
səlman  aləminin  qeyri-yuridik  normalarının  əsas mənbələri  hesab olunur­
lar.  «Quranın  və  Siinnonin  əsasını,  hər  şeydən  əvvəl,  inamın  əsaslarını, 
bütövlükdə  müsəlman  hüququnun  məzmununu yuridik  mənada  müəyyən 
edən  dini  sitayiş  vo  əxlaq  qaydaları  təşkil  edir».1  Müsəlman  hüququnu 
bəzən  islamın  başlıca  həlqəsi,  müsəlman  ideologiyasının  içərisində  bi­
rinci  yerin  dinə  ayrılan  əsas  dəyərlərinin  müdafiəsinə  tuşlanmış  on  aydın 
ifadəsi  adlandırırlar.
Aydın  ifadə  olunan  ideallaşdırma,  hakimiyyətin  vo  qanunlarının  ila- 
hiləşdirilmosi,  eləcə do hökmdarın  şəxsiyyətinin ilahi xarakteri  Misirin və 
Babilistanın dinlərində parlaq əks olunmuşdur.2
Şumer  qanunvcricilori  öz  hakimiyyətlərinin  vo  qanunlarının  ilahi 
xarakterini  israrlı  şəkildə qeyd  edir,  onların  dəyişməz ilahi göstərişlərə və 
ədalətə  uyğunluğunu  təkidlə göstərirdilər.  Mifologiyanın  açıq  təsiri  altın­
'  Оокияйнен Л.Р.  Мусульманское право:  Вопросы теории и практики.  М.,  1986, с.9. 
Рейснер  М.  Идеологии  Востока:  Очерки  восточной  теократии.  М .Л.,  1927, с.18.
248
da  Qədim  Çinin  siyasi  və  hüquqi  fikri  inkişaf etmişdir.  Qədim  Çində  im­
perator «soma  oğlu»  adlandırılır,  onun  Yerdəki  hakimiyyətinin  Allah  ira­
dəsinin  ifadəsi  olduğu  qeyd  edilirdi.  Etik  qaydaların  və  hüquq  qaydala­
rının  ilahi  xarakterinə  və  mənşəyinə  «Şu  tezin»  -  «Tarix  kitabı»nda  bö­
yük diqqət yetirilmişdir.
Yuxarıdakı  nümunələrdən göründüyü  kimi,  dini  təsirin  xüsusilə  güc­
lü olduğu dövlətlərdə sosial tənzimləyicilərin  diferensiasiyası  ləng templə 
baş  vermişdir.  Hətta  sinifli  cəmiyyət  üçün  səciyyəvi  olan  hüquq  norma­
ları  kimi  dünyəvi  normalar  dini  postulatların  üstünlük  təşkil  etdikləri 
vahid normativ sistemdə comləşdirilmişdir.
Qədim  Yunanıstanın  vo  Qədim  Romanın  da  normativ  sistemləri  di­
nin təsiri altından xeyli  müddət azad ola bilməmişdir.  Lakin  bu antik döv­
lətlərdə buddizm  və ya  islam kimi  (şübhəsiz  ki, burada  xristianlığaqədər- 
ki dövr nəzərdə tutulur) mükəmməl dini doktrinalar olmamışdır.  Məsələn, 
Qədim Yunanıstanda pərəstiş birliyi  mövcud olmamış, din əsasən pərəstiş 
miflərinə arxalanmışdır.  Sosial  həyatın  istisnasız olaraq  btitün  sahələrinin 
özünəməxsus  allahları  olmuşdur.  Belə  ki, allahlar (məsələn,  günəş  allahı, 
dəniz  allahı,  su  allahı,  külək  allahı,  müharibə  allahı,  sülh  və  ədalət  allahı 
vo  s.)  panteonu  mifoloci  təsəvvürlərin  əsas  məzmununu  təşkil  etmişdir. 
Dövlətçiliyin  inkişafının  ən  erkən  mərhələlərində  ateistik  azadfikirliliyin 
(Esxilin  faciələrində,  Homerin  eposunda  və  s.)  yaranması  da  məhz  bu­
nunla  izah  olunur.  Yunan  dininin  güclü  təsirini  hiss  etmiş  Roma  dinində 
savadlı  dairələrin  allahları  anması  da  azadlıqscvərlik  qarşısında,  qabaqcıl 
yunan  mədəniyyətinin güclü təsiri nəticəsində geri çəkilmişdir.1
Qədim  Roma  dövlətində  azad  vətəndaşların  bərabərliyi  əsasında 
klassik  cəmiyyətin  təkmilləşdirilmiş  və  mükəmməl  htiquq  formalarından 
biri  yaradılmışdır.  Klassik  cəmiyyətin  bu  hüquq  forması  xüsusi  mülkiy­
yətə  əsaslanan  əmtəə  istehsalçılarından  ibarət  idi.  Hüququn  bu  sistemi 
ictimai  münasibətlərin  sonrakı  inkişaf  dərəcəsinə  müvafiq  surətdə  daha 
da  təkmilləşdirilmiş  və  yeni-yeni  hüquq  institutları  ilə  zənginləşdiril­
mişdir.
Lakin  hüququn  ilahi  təbiətlə,  dinlə  sıx  əlaqəsinin  ümumi  ənənələri 
bununla  bitməmişdir.  Belə  əlaqə  yüzilliklər  boyu  davam  etmiş  və  feoda­
lizm  dövründə  yeni  impulslar  əldə  etmişdir.  Feodalizm  dövrünə  keçid 
dünya dinlərinin dürüst şəkildə rəsmiləşdirilməsi (onların dövlət dinlərinə
1 Токарев С.Л.  Религия  и  история  народов  мира.  М.,  1976,  с.382,  с.415.
249


çevrilmələri)  ilə  bağı  olmuşdur.  Buna  görə  do  həmin  dövrdə  kanonik 
(kilsə  hüququ)  hüquq  inkişaf etmiş,  şəriət  normaları  (müsəlman  hüquq 
doktrinası)  öz  təsdiqini  tapmışdır.  Bu  hüquq  sistemlərinin  spesifikliyi 
ondan  ibarət  idi  ki,  onlar  bir  dövlətin  çərçivəsinə  sığmamış,  əksorazi  və 
geniş  yayılma  səciyyəsi  daşımış,  yəni  tədricən  bütün  ölkələrə  yayılmağa 
başlamışlar.  Kilsə  yurisdiksiyası XII  və XIII yüzilliklərdə daha geniş  əra­
zilərdə  və  sürətlə  yayılmışdır.  Kilsənin  və  kanonik  hüququn  təsiri  bu  və 
ya digər dərəcədə bütün xristian dünyasında təzahür etmişdir».1
Mövcud quruluş əleyhinə feodalizmin nüvəsində yaranmış yeni (bür- 
ger təbəqəsinin) təbəqənin mübarizəsi  labüd surətdə onun  ideoloji əsasına 
-  dinə  do  toxunurdu.  Burcuaziya  üçün  təbəqə  məhdudiyyətlərini  dağıdan 
burcua  inqilabları  orta  əsrlərin  tcoloci  ideologiyasını  əvəz  etmiş  «hüquqi 
dünyagörüşün» təsiri  altında həyata keçirilirdi.  Artıq dövlətin və hüququn 
mənşəyinə  dair  teoloci  (teokratik  -   ilahi)  nəzəriyyəni  tədricən  müqavilə 
nəzəriyyəsi əvəz etməyə başlamışdı.
Hüquqi  dünyagörüşün  real  əhəmiyyətini  tarixi  mövqelərdən  qiymət­
ləndirərkən  aydın  şəkildə görmək olar ki, hüquqa yeni  yanaşma onun əm­
təə  kapitalist  istehsalının  inkişafı,  yeni  sinfin  -   burcuaziyamn  tələbatla­
rının  təmin  edilməsi  üçün  vacibliyi  və  zəruriliyi  ilo  bağlı  olmuşdur. 
Bununla yanaşı, hüququn yeni ideologiya ilə  -  hüquqi dünyagörüşlə röv- 
noqləndirilməsi  nəhəng tarixi hadisələrdən biri olmuşdur. Məhz bu hadisə 
orta əsrlərin  ənənəvi  tcoloci  təfəkküründə  çevriliş  olmuş,  insan zəkasının 
hər  şeyə  qadir  olduğunu  açıb  göstərmiş  və  insan  hüquqlarının  təsdiqi 
özündə  ehtiva  edən  müvafiq  hüquq  institutlarının  yaradılmasının  əsaslan 
qoyulmuşdur.
Hüququn  və dinin  feodalizm  dövründə  özü  üçün  möhkəmlik  qazan­
mış  qarşılıqlı  əlaqəsi  ənənəsi  müasir  dünyada  da  özünəməxsus  təzahür 
formalarına  malikdir.  Ənənəvi  hüquq  sistemləri  (hindus,  müsəlman  hü­
quq  sistemləri)  dini  başlanğıcların  (ehkamların)  və prinsiplərin nüfuzu ilə 
məhdudlaşırlar.  Qərbi  Avropa  ölkələrinin  hüquq  sistemləri  dini  ehkam­
lardan  nisbətən  geri  çəkilsələr  də,  həmin  hüquq  sistemlərində  hüquq  və 
din  bir-birinə  qarşı  qoyulmur  və  bir  sıra  hüquq  normaları  əvvəlki  kimi 
yenə  do  dində  öz  mənəvi  dayaqlarını  görürlər.  Bu,  qanunauyğun  hesab 
olunmalıdır,  çünki xristian dini qadağanları  və icazələri özündə insanların 
sosial  ünsiyyətinin  kristallaşmış  təcrübəsini  ehtiva  edirlər  ki,  həmin  təc­
1 Д авид P.  Основные правовые системы  современности.  M.,  1967, с.79; Токарев  С.Л. 
Религия и  истории  народов  мира.  М.,  1976,  с.416.
2 5 0
rübə də minilliklər ərzində qazanılmışdır.  Dünya dinlərinin demək olar ki, 
hamısında  insan  müdrikliyi,  insan  birgəyaşayışının  elementar  normaları 
və  insanların  qarşılıqlı  fəaliyyəti  haqqında  dini  təsəvvürlər  mühüm  yer 
tutur.
Beləliklə,  hüququn  və  dinin  qarşılıqlı  əlaqəsi  dərin  tarixi  köklərə 
malikdir.  Belə qarşılıqlı  əlaqə ayrı-ayrı  sivilizasiyalarda,  dünya dinlərində 
və  dünyanın  ayrı-ayrı  regionlarında  müxtəlif  şəkildə  təzahür  etmişdir. 
Ənənəvi  hüquq  sistemlərində hüququn  və dinin  qarşılıqlı  əlaqəsi  sabit  və 
dəyişməzdir.  O,  xristian  dinli  Avropa  ölkələrində  kifayət  qədər  canlı  və 
dinamikdir.  Bu  ölkələrin  tarixi  inkişaf kontekstində  sosial  tənzimləyicilər 
olan  hüquq  və  din  bir-birindən  daha  əlahiddo  halda  fəaliyyət  göstərirlər. 
Lakin onlar ictimai proseslərin normal  axarında bir-birilə ziddiyyət təşkil 
etmirlər,  əksinə,  müəyyən  həyati  situasiyalarda  bir-birini  müdafiə  müstə­
visində  həyata  keçirilirlər.  Bu  da  aydındır,  çünki  həmin  sosial  tənzimlə­
yici  sistemlərdə  insan  ünsiyyətinin  və  davranışının  məqsədyönlü  forma­
ları  ifadə  olunur.  Harada  baş  verməsindən  asılı  olmayaraq,  dini  əsasların 
dağıdılması  hüquqa  və  hüquq  qaydasına  heç  vaxt  fayda  gətirməmişdir. 
Ona  görə  ki,  hüquq  və  din  son  həddə  mənəvi  dəyərlərin  möhkəmlən­
məsinə  və  təsbitinə  xidmət  göstərirlər.  Onların  qarşılıqlı  əlaqəsinin  kökü 
də məhz bundadır. Onlar bəzi məqamlarda bir-birini tamamlayır.
3. Sosial  rollar
Sosial  rol  dedikdə,  şəxsiyyətin  cəmiyyətdə  stereotip  davranışının 
özünün bütün əsas cəhətlərilə sabit modeli başa düşülür.
Sosial  davranışın  rol  konsepsiyası müasir sosioloji  və  sosial-psixoloji 
şüurda  möhkəm  təsdiq  edilmişdir.  Sosial  rol  müvafiq  statusa  yönələn 
davranış  modeli  kimi,  bilavasitə  davranışın  özünün  şablon  növüdür.  Hə­
min  davranışa  konkret  status  üçün  nəzərdə  tutulan  hüquq  və  vəzifələrin 
yerinə yetirilməsinə istiqamətləndirilmişdir.
Davranış  qaydalarının  ehtiva  olunduğu  sosial  normalar  statusu  deyil, 
məhz  rolu  səciyyələndirir.  Sosial  rol  həm  do  statusun  dinamik  cəhəti 
adlandırılır.  «Dinamik»,  «davranış»,  «norma»  istilahları  onu  göstərir  ki, 
biz,  sosial  münasibətlərlə  deyil,  sosial  qarşılıqlı  fəaliyyətlə  bağlıyıq.  De­
məli biz, aşağıdakıları nəzərə almalıyıq:
1)  sosial rollar və sosial normalar sosial qarşılıqlı  fəaliyyətə aiddirlər;
251


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə