R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə66/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   62   63   64   65   66   67   68   69   ...   131

2)  sosial  statuslar,  hüquq  və  vəzifələr,  funksional  qarşılıqlı  əlaqələr 
(statusların qarşılıqlı  əlaqəsi)  sosial münasibətlərə aiddirlər;
3)  sosial  qarşılıqlı  fəaliyyət  cəmiyyətin  dinamikasını,  sosial  münasi­
bətləri -  onun statikasmı əks etdirir.
Sosial  mövqe  sahibləri  həmişə  xüsusi  normaların  icrasının  yekunda 
davranışa  lazımi  qaydada  yönüm  verəcəyini  gözləyirlər.  Məsələn,  tə­
bəələr,  imperatordan,  yaxud kraldan  adətlərlə və ya müvafiq rəsmi sənəd­
lə  nəzərdə  tutulmuş  davranışın  icra  ediləcəyini  gözləyirlər.  «Beləliklə, 
statusla  rol  arasında  aralıq  həlqə  -   adamların  gözləməsi  (ckspektasiya) 
vardır.  Gözlomələr  rəsmiləşdirildikləri  halda  sosial  normalar  olurlar. 
Əlbəttə  ki,  bu  zaman  onlara  məcburi  tələblər  (göstərişlər  kimi  baxılma­
lıdır.  Gözlomələr rəsmiloşdirilməsolər belə,  onlar yenə do gözlomələr ola­
raq qalırlar».1
Sosial  davranışın  rol konsepsiyası  əsasında  sosiallaşmaya proses qis­
mində baxılır.  Şəxsiyyət məhz həmin proses gedişində ona çoxsaylı sosial 
rollar oynamağa  imkan  verən vərdişlər əldə  edir.  Sosial  rolda həmişə ay­
dın  şəkildə  ifadə  olunan  vəzifələr  daşımaq,  intizam  normativliyi,  fərdi 
mümkün davranış variantlarından birini  seçmək elementləri  mövcud olur. 
Məhz  buna  görə  də  «digər  normalar  kimi,  rollu  göstərişlər  də  özlərində 
sosial  sanksiyaları  ehtiva  edirlər»,2  Rollu  gözloməlorin  faktiki  icrası,  hər 
şeydən  əvvəl,  mənimsəmə prosesləri  ilə  izah  olunur.  Mənimsəmə prosesi 
gedişində  rollu  göstərişlər  bir  növ  məcburiyyət  xarakteri  alır,  Bu  isə  öz 
növbəsinə  «bacarmırsan,  öyrədərik.  İstəmirsən,  məcbur  edərik»  aksio­
muna uyğun gəlir. Bu isə artıq sosiallaşma prosesində tez-tez baş verir.
Sosial  rollara şəxsiyyətin  fərdi  xüsusiyyətlərinin  unifikasiya  edilməsi 
və  nivclirləşdirilmosi  vasitəsi  qismində  baxmaq  olmaz.  Hər bir sosial rol 
müxtəlif xarakterli  sosial,  mədəni  vo  mənəvi  məzmun  daşıyan  formadır. 
Müəyyən  normativ  tələblərə,  göstərişlərə  müvafıqlik  zərurəti  fərdi  inti- 
zamlı,  dövlət  qulluğu  üçün  yararlı  edir.  İctimai  funksiyaların  və  vəzifə­
lərin  lazımi  səviyyədə  vo  qaydada  yerinə  yetirilməsi  hər  bir  fərd  üçün 
ictimai  qaydanın  möhkəmləndirilməsinə  yönələn  müxtəlif məzmunlu  so­
sial tədbirlərdə iştirak etmək imkanı yaradır.
Vətəndaşın  sosial  rolu  onun  öz  fərdi  qabiliyyətlərini  vo  istedadını 
inkişaf etdirməyə  mane  ola  bilməz.  Əksinə,  sosial  rol  şəxsiyyətə  sağlam
1  Кравченко  Л.И.  Социология:  Учебник.  M.,  2008, c.297.
2 Касянов  В .В .,  Нечипуренко  В.И.  G ö st.  k itab.,  s.208.
25 2
sosial  həyat  tərzi  keçirməyə,  öz  ictimai  maraqlarını  və  məqsədlərinə 
realizə etməyə şərait,  imkan yaradır.
Hər bir  cəmiyyətdə  elə  nonnalar  mövcuddur ki,  onlar  müəyyən  növ 
situasiyaya  düşmüş  bütün  fərdlər  üçün  həqiqi,  gerçək  olurlar.  Belə  nor­
malar insanların rolların  daşıyıcısı  olmadıqları  zaman da mövcud  olurlar. 
Əksinə,  rollu  göstərişlər  xüsusi  normalar  kimi  təzahür  edirlər  vo  ancaq 
müəyyən bir mövqe  tutan  fərdlər üçün  həqiqi  olurlar.  Bununla da  norma­
ların  diferensiasiyası  ilə  bağlı  olan  sosial  diferensiasiya  nəzərdə  tutulur. 
Sosial  rollu  normaların  iiımımi  əhəmiyyətli  normalara  münasibəti  çox 
mürəkkəbdir.  Rollu göstərişlərin bir çoxu ümumiyyətlə ümumahəmiyyətli 
normalara aid deyillər.
Əlbəttə,  adətən,  rollu  davranışda  ümumohəmiyyətli  normanın  ehtiva 
olunduğu  hallar  da  olur.  Bu  zaman  ümumohəmiyyətli  normalar  rolların 
konkret  daşıyıcılarına  münasibətdə  gözləmolərin  fonuna  xidmət  edirlər. 
Lakin mühüm olan odur ki, davranış-gözləmələr fərdlorə münasibətdə nə­
zərdə  tutulsalar  da,  onlar  fərdlərin  bilavasitə  özünə  deyil,  onların  tut­
duqları mövqelərə aid edilirlər.  Bu heç də o demək deyildir ki,  fərd gözlə- 
mələr  mövqeyinin  daşıyıcısı  kimi  özünə  yönələn  normaların  ancaq  onun 
davranışına  aid  olduğuna  görə,  fərdi  olan  bütün  normalardan  imtina 
etməlidir.
«Sosial  mövqe»  anlayışını  izah  etmək  çətindir.  Struktur-funksional 
nəzəriyyə  baxımından  onu  sosial  sistemdə  müəyyən  funksiyaya  aid  olan 
funksional  anlayış  hesab  edirlər.  Mövqe  və  rol  anlayışlarını  mahiyyət 
etibarilə  bir-birindən  yalnız  analitik  nöqteyi-nəzərdən  ayırmaq  mümkün­
dür.  Fikrimizcə  sosial  mövqe  dedikdə,  sosial  münasibətlər  şəbəkəsində 
konkret  şəxslərdən  təcrid  edilməyən  möhkəm,  təsbit  edilmiş  əsas  da­
yaqlar nəzərdə tutulmalıdır.
Rollu  tələblərin  və  ya  göstərişlərin  icra  olunması  nəinki  bilavasitə 
norma-gözlomələrin  təmin  edilməsinə,  həmçinin  do  ümumi  sosial  yö­
nümdə  tələbatların  ödənilməsinə  xidmət  edir.  Hətta  başqa  şəxslər  tərə­
findən  rollu  normaların  bilavasitə  yerinə  yetirilməməsi  hansısa  şəxsin 
maraqlarına  toxunmadıqda  belə,  əsəb  vo  etiraz  hissləri  baş  qaldıra  bilər. 
Rollu  atributların  rəmzi  dəyəri  onların  sosial-yönəldici  funksiyasından 
ibarətdir.
Müəyyən  sosial  rolları  müntəzəm  olaraq  daim  oynayan  fərdlərdo  za­
man  keçdikcə  bəzən  müəyyən  rollu  vərdişlər  yaranır.  Belə  rollu  vərdiş­
lərdən  yayınmalar  sanksiyalaşdırılmır,  Bununla  yanaşı,  rollu  vərdişlər
253


sosial qarşılıqlı  fəaliyyət prosesində digər insanların yönüm əldə etməsinə 
kömək  edir.  Məsələn,  məlum  olduğu  kimi,  elmi-tədqiqat müəssisələrində 
tədqiqatçı-alimlərin  geyim  formasına  (elmi-tədqiqat  strukturlarının  bəzi 
laboratoriyalarının  işçiləri  istisna  olmaqla)  aid  xüsusi  göstərişlər nəzərdə 
tutulmamışdır.  Əgər  tədqiqatçı-alim  müvafiq  bölmələrin  birinə  elmi 
məşğələdə  iştirak  etmək  üçün  dəvət  olunarsa  və  o,  həmin  bölmənin  işçi­
lərinin  daşıdığı  geyimdə  (xüsusi  geyim  formasında,  məsələn,  ağ  xalatda) 
olarsa,  buna  kiminsə  diqqət  yetirməməsi  adi  hal  olacaqdır.  Bəzi  yönüm- 
si'ızlüklər  məhz  belə  meydana  çıxır.  Sosial  rolların  normativ  nüvəsi,  bir 
qayda  olaraq,  bəzi  qeyri-normativ  atributlarla  əhatə  olunmuşdur.  Qeyd 
etmək  lazımdır ki,  belə qeyri-normativ  atributlar da sosial rollara aid olan 
davranış gözləmələri formalaşdırır.
Sosial  rolların  eyni  subyekti  tərəfindən  yerinə yetirilən əks məzmun­
lara  görə  əmələ  gələn münaqişələrlə  əlaqədar onu  göstərmək zəruridir ki, 
subyektdə  eyni  vaxtda  bir  neçə  rolun  olması  münaqişənin  meydana  çıx­
masına yalnız o halda aparıb çıxarır ki, mühüm rollu sferalar bir-birilə kə­
sişirlər  və  belə  situasiyada  bir-birini  qarşılıqlı  surətdə  istisna  edən  dav- 
ranış-gözləmələr  toqquşurlar.  Məhz  belə  toqquşmalar  münaqişələrin  tə­
zahür etməsi ilə müşayiət olunur.
Fərdlər bir-birindən xeyli  dərəcədə təcrid edilmiş halda olan çoxsaylı 
rolları  icra edə bilər.  Bu xüsusən də müasir cəmiyyət üçün səciyyəvi olan 
haldır. Məlum olduğu kimi, müasir cəmiyyətdə peşə və ailə rolları bir-biri 
ilə  az  bağlıdır.  Ona  görə  də  sosioloqlar  «rol  dəsti»  haqqında  tam əsasla 
danışmaqda  haqlıdırlar.  A.İ.Kravçenkonun  fikrincə,  «rol  dəsti  dedikdə, 
bir  statusla  assosiasiyalaşdınlan  rolların  (rol  kompleksi)  məcmusu  başa 
düşülür.  Hər  bir  status,  adətən,  özündə  bir  sıra  rolları  ehtiva  edir.  Məsə­
lən,  universitet  professoru  özündə  müəllim,  tədqiqatçı,  gənclərin  hamisi, 
sənaye  firmalarının  və hökumətin  məsləhətçisi,  administrator  (inzibatçı -  
A.Q.),  klerk,  elmi  məqalələrin müəllifi,  öz sahəsinin mütəxəssisə və s. bu 
kimi rolları ehtiva edir».1
Yuxarıdakı  mülahizədən  belə  nəticə  çıxarmaq  olar  ki,  hər  bir  rol 
dəsti  xüsusi  davranış  variantlarını  tələb  edir.  Hətta  bir-birinə  yaxın  olan 
iki  rol  belə,  müxtəlif yanaşmanı,  bir-birindən  fərqli  davranışı  tələb  edir. 
Məsələn,  yuxarıdakı  mülahizədən  aydın  olduğu kimi,  eyni  zamanda həm 
professor  və  həm  də  tədqiqatçı  və ya  öz  sahəsinin  mütəxəssisi  olan şəxs
1 Кравченко Л.И.  Социология:  У чебник. M .,  2 0 0 8 , c.298.
2 5 4
mühazirə  oxumaq  roluna  tədqiqatçı  (xalis  elmi  araşdırma  nöqteyi-nə­
zərindən)  rolunda yanaşa bilməz.  Beləliklə,  rol  dəsti  sosial  münasibətlər 
dəstini formalaşdırır
Burada  «münasibət»  terminindən  dinamik  xarakteristika  -   «müna­
sibətə  daxil  olmaq»  mənasında  istifadə  edilir.  Sadəcə  «münasibət»  ter­
mini  isə  iki  fərdin  qarşılıqlı  fəaliyyətini  deyil,  yalnız belə  münasibətə ha­
zır olmanı nəzərdə tutur.1
Sosial  rolların  icra  olunması  molum  dərəcədə  subordinasiyanı  və 
müəyyənliyi  tələb  edir.  Elə  sosial  rollar  vardır  ki,  onlar  tamamilə  rcqla- 
mentləşdirilmişdir.  Məsələn,  fəhlənin rolunda onun hər bir hərəkəti  reqla­
mentləşdirdin  Bir  sıra başqa  sosial  rollarla  əlaqədar  lap  başlanğıcdan  ay­
dın  olur  ki,  rolların  daşıyıcısı  çoxsaylı  müstəqil  hərəkətləri  həyata  ke­
çirməlidir.  Bu  ondan  ötrü  zəruridir  ki,  subyektin  icra  etdiyi  sosial  rol 
uğurla başa çatdırılsın.  Həmkarlarının bu barədə heç bir məlumat əldə edə 
bilməmələri  üçün heç bir təklif verməyən, yaxud həmkarlarının  səhvlərini 
göstərməyən  və ya onları  tənqid etməyən alim,  adətən pis alimlər sırasına 
daxil edilir.  Maraqlıdır ki, bu rollu norma hətta  institusiyalaşdırılmışdır.
Sosial  rollarının  icrası  uzunmüddətli  reqlamentləşdirməyə  tabe  edil­
miş  insanların  rolları  daha  çox  oyun  məkanından  ibarət  olan  şəxslərlə 
müqayisədə  qcyri-azadlıqla  daim  barışmalı  olmalarını  düşünmək,  fık- 
rimizcə,  düzgün olmazdı.  Birincisi,  əlbəttə  ki,  konkret sosial  rolun nə qə­
dər vaxt və qüvvə tələb etməsinə diqqət yetirmək lazımdır.  İnsan  daim bir 
neçə  rol  oynadığına  görə,  reqlamentləşdiribmiş  bir sosial  rol  onu  o  qədər 
də əziyyətə  sala  bilməz.  Məlumdur  ki,  bəzi  peşəkar rollar ciddi  gərginlik 
tələb  etmədiyinə  görə,  onları  daxili  iştirak  olmadan  da  yerinə  yetirmək 
olar.
İkincisi,  digər peşəkar  sosial  rollar böyük  zəhmət tələb  edir  və  insan 
hətta  işdən  sonra  belə,  öz  rolundan  ayrıla  bilmir.  O,  bir  tərəfdən  həmişə 
öz  rolu  və  onun  tələbləri  ilə  məşğul  olmalı,  eyni  zamanda  da  öz-özünü 
özünün  davranışı  üzərində  obyektivləşdirməli  və  rcflcksləşdirməlidir.  O 
öz  rolunu  düzgün  icra  etməkdən  ötrü  rol  problemini  təkrar-təkrar  həll 
etməlidir.  Məsələn,  hakim  olmaq  üçün  hüquq  elmlərinə,  eləcə  də  insan 
həyatının  hüquq  sahələri  ilə  bağlı  ən  müxtəlif  sferalarına  dair  biliklərə 
malik olması  zəruridir.  Hakim emosional-psixoloji  sferaya yönüm  götür­
məlidir.  Məsələn, o,  öz hisslərini nə vaxt cilovlamaq və qanunun  tələblə-
1 Кравченко А.И.  Социология:  Учебник.  M., 2008,  s.299.
2 5 5


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə