R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə61/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   57   58   59   60   61   62   63   64   ...   131

soriyyoti  ümumiyyətlə,  müəyyən  sosial  mövqe  tutan  insanlara  yönəlmiş­
dir.
Sosial  normaların  nəsildən-nəslə  keçməsi  cəmiyyətin  inkişaf tarixi­
nin ayrılmaz komponentlərindən biri olmuşdur və indi də olmaqda davam 
edir.  Müxtəlif tipli  cəmiyyətlərdə  (bəşər  tarixinin  ən  erkən  dövrlərindən 
başlayaraq)  sosial  normaların  gələcək  nəsillərə  ötürülməsinin  spesifik 
formaları  mövcud  olmuşdur.  Belə  spesifik  formalar  bir  növ  funksional 
səciyyə daşımışdır.  Məsələn,  arxaik cəmiyyətlərdə belə funksiyam  miflər 
(mifoloji mətnlər) yerinə yetirmişdir.
Bu  nöqteyi-nəzərdən  Azərbaycanın  şifahi  xalq  ədəbiyyatı  (folklor) 
böyük  bir  tarixi  missiyanı  yerinə  yetirmişdir.  V.Ə.Vəliyev  yazır:  «Azər­
baycan  xalqının  çox  qədim  dövrlərdən  başlayaraq  yaranan  şifahi  söz 
sənəti  ağızdan-ağıza,  nəsildən-nəslə  keçərək  cilalanıb  büllurlaşmış  və 
dövrümüzə  qədər  gəlib  çatmışdır.  Xalq  arzu  və  istəyini,  sevinc  və  kə­
dərini,  cəmiyyətə  münasibətini  şifahi  ədəbiyyatda  -   folklorda  əks  etdir­
mişdir».1  Yazılı  ədəbiyyatımız  yaranandan  sonra  xalqımızın  mənəvi 
sərvəti  olan  mifologiya  və  əfsanələr,  nağıl  və  dastanlar,  lirik  folklor  nü­
munələri  yazılı  ədəbiyyatımızın nüvəsinə daxil  olmuş, Xaqani  fəlsəfəsini, 
Nizami  «Xomsə»sini,  Nəsimi  lirikasını,  Füzulinin  gözəllik  və  məhəbbət 
dünyasını  yaratmış,  bu  ölməz  əsərlərdə  yeni-yeni  boyalarla,  çalarlarla 
dünyaya  gəlmiş,  nəsildən-nəslə  keçərək  yaşamışdır.  Həmin  əsərlərdə  in­
san  davranışını  əks  etdirən  çoxsaylı  nümunələr,  ibrətamiz  tövsiyələr, 
nəsihətlər və dəyərli kəlamlar vardır.
Nisbətən  inkişaf  etmiş  cəmiyyətlərdə  yuridik  kazuistika  inkişaf 
etdirilir.  Belə  inkişaf adətən,  ayrı-ayrı  çoxsaylı qanunların qəbulu və mü­
cərrəd  etika  ilə  müşayiət  olunur.  Bütün  bunlar  bir  sıra  sosial  normaların 
sistcmləşdirilmosinə və məzmunca dərinləşdirilməsino yardım göstərir.
Sosial  normanın  daxili  və  xarici  forması.  Sosial  həyatın  lap  mər­
kəzində  təzahür  edən  və  onun  müxtəlif axınlarını  bu  və  ya  digər  səmtə 
yönəldən  normalar  öz düzümünə  görə  kifayət  qədər  mürəkkəbdirlər.  So­
sial  normaların  məzmununu  onlarda  mövcud  olan  imperativlərin  əhə­
miyyəti,  mənaları  təşkil  edir.  Həmin  mənalar öz  formasına görə xarici  və 
daxili  forma kimi fərqləndirilirlər.
Sosial  normanın  xarici  forması  dedikdə,  onun  şifahi,  səsli  və  mətni 
ifadəsi  başa  düşülür.  Daxili  form a  -   bu,  normanın  insan  şüurunda  və
1  V oliyev  B.Ə.  A zarbaycan  folkloru .  Bakı.  “M a a r if ’,  1985,  s.3.
2 3 2
fövqəlşüunmda,  fərdi  və  ya  kütləvi  şüurda təsvir edilən  obrazıdır.  Bu za­
man  daxili  forma  adi  zəka  üçün  nəyin  görünən  olması  ilə  üst-üstə  düş­
məyə, ondan  geniş və onun  hüdudlarından kənara çıxa bilər.  Bundan baş­
qa, daxili  formanın  özü  öz  məzmunu  ilə  ümumiyyətlə,  mütləq  mənaların 
və dəyərlərin  fövqəlfiziki  aləminə  taybatay  açıla və buna  görə də özündə 
çox  şeyi  ehtiva  edə  bilər.  Belə  hal  normaya  xüsusi  həyati  qabiliyyət, 
ümumdünya-tarixi prespektivə doğru səylər verir.
Sosial  normanın  daxili  forması  onun  dərk  edilməsi  və  təfsiri,  sosial 
məkan  və  tarixi  dövr  ərzində  bir-birindən  fərqlənən  müxtəlif interpreta­
siyaları  üçün  son  dərəcə  geniş  metafizik  zəminlər yaradır.  Daxili  forma­
nın  açıqlığı  normaya  özündə  öz  əsas  məzmunu  üçün  itkisiz  ötüşən  geniş 
məzmunu  ehtiva  etməyə  imkan  verir.  Daxilində  sosial  normanın  təzahür 
etdiyi  konkret  sosial,  mədəni  kontekstdən  asılı  olaraq,  normanın  xarici 
forması  dini  hökmlər,  mənəvi  (əxlaqi)  göstərişlər,  yuridik  qanun,  ideoloji 
ehkam  və s.  növünü  əldə  edə bilər.  Bu  zaman  sosial  normanın  daxili  for­
ması  dəyişmir,  zamana  və  məkana  görə  bütün  metamorfazalara  və  müx­
təlif təkamüllərə yol  verilir.
Normaların  sosial  təyinatı.  Sosial  normalar  insan  azadlıqları  üçiin 
xarici  məhdudiyyətlər  müəyyən  edirlər.  Bununla  yanaşı,  normalar  azad­
lığın  formal  hüdudlarını  müəyyən edərək, onların bəzilərini  (hüquq, əxlaq 
normalarını)  insanların  sərəncamına  verir.  İnsanlar  onlara  verilmiş  im­
kanlara  müvafiq  surətdə  ciddi  müəyyən  edilmiş  sərhədlər  daxilində  hə­
rəkət  etmək  imkanı  (öz  mülahizələrinə  görə)  əldə  edirlər.  Belə  ki,  əgər 
təbii  hüquq  normaları  insanın yaşamaq  və azadlıq hüququnu  təsbit  edirsə, 
bu  hüquq  insana  yaşamaq  və  azadlıq  hüququndan  necə  istifadə  etməyə 
dair  hər  hansı  bir  göstərişi  vermir.  İnsan  bu  hüquqdan  öz  mülahizəsinə 
görə,  istədiyi kimi  istifadə edir.
Sosial  normalar  ayrı-ayrı  subyektlərin  qarşılıqlı  fəaliyyətini  təmin 
etməyə  xidmət  edirlər.  Həmin  təminat  subyektlərin  mənsub  olduqları  ta­
mın  möhkəmlənməsinə  yardım  göstərməlidir.  Tamın  nizamlılığı  da  öz 
növbəsində  fərdi  özünütəsdiq  və  şəxsi  özünürcalizə üzrə müxtəlif imkan­
ların mövcud olması üçün zəruri  şərtə çevrilir.  Belə qarşılıqlı  şərtlilik  nor­
malara  xas  olan  məcburiyyəti  yüngülləşdirir,  çünki  sivilizasiyalı  əxlaqi- 
hüquqi  şüur xarici  və  daxili  azadlıqların  yaradıcı  təzahürləri  üçün  əlve­
rişli imkan yaradır.  Elə buradaca konvensional amil mühüm rol oynayır.
Sosial  norma  özünün  bütün  xarici  nüfuzu  ilə  müqavilə  əsaslarına 
arxalanmaq  qabiliyyətinə  malikdir.  Razılaşdırım  başlanğıcların  mövcud-
233


luğu  subyektlərə  onun  tələblərinə  əməl  etməyi  həvalə  edir.  Bu  zaman 
həmin  tələblərin  ayıq  praqmatizmin  ali  məqsədəuyğunluğu  və  ya  mü­
lahizələrinin  tanınması  əsas  qismində  götürülür.  Sosial  normaların  sosial 
birliklərə  aid  vəzifələri  ondan  ibarətdir  ki,  birliklər  onları  bütöv  halda, 
fəal-funksional  vəziyyətdə,  həyati  qabiliyyətdə  müdafiə  etsinlər,  ictimai 
qaydanı  təmin  etsinlər,  subyektlərin  pozucu  cəhdlərinin qarşısını  alsınlar, 
daxili  irticanın  təhlükəli  təzahürlərini  aradan  qaldırsınlar  və  birliyin 
bilavasitə  özünə  qarşı  yönələn belə təhlükələrə  qarşı  mübarizə  aparsınlar. 
Bu  isə  öz  növbəsində  sosial  sistemin  mövcud  olmasında  zəruri  sabitliyin 
təmin  olunmasına kömək edir.
Tarixin  sıldırılmlı  döngələrinin  olduğu  məqamlarda,  sistemin  ciddi 
yük  ağırlıqlarına  məniz  qaldığı  vaxtlarda  sosial  normalar  onu  bərpa 
olunmaz  involyusiyalardan  və  süqutlardan  qoruyur.  Normativ  strukturlar 
vital  qüvvələrə,  insanın  sosial  və  mənəvi  qabiliyyətlərinə  məkan  daxilin­
də səpələnməyə və əriməyə imkan vennirlər.
Müxtəlif məhdudiyyətlər  irəli  sürən  və  bununla  yanaşı,  total  qada­
ğanedici  xarakterə  malik  olmayan  sosial  normalar  yaratdıqları  sədlərdə 
özünəməxsus  «keçidlər»  qoyur  ki,  insanların  enerjisi  də  məhz  həmin 
keçidlərə  doğru  istiqamət  götürür.  Nəticədə  həmin  enerjinin  konsentra- 
siyası,  onun  cəmiyyətə  xeyli  enerji  itkisi  tələb  edən  nəhəng  vəzifələrin 
həllinə imkan  verən «fokuslaşdırma» baş verir.
Sosial  normaların  hərəkətsizliyinin  xas olduğu  istənilən anomiya ona 
aparıb  çıxarır  ki,  insanların  qüvvələri  və  enerjisi  bütün  istiqamətlər  üzrə 
səpələnir,  hər hansı  konstruktiv  prosesə  heç bir  vəchlə  kömək  etməyərək 
sosial  məkanda  əriyib  gedir.  Saz  fəaliyyət  normaları  ilə  hərəkət  edən 
sosial qayda şəraitinin üstünlüyü ondan  ibarətdir ki, o,  insanların antropo­
gen  və  sosiopogen  enerjisinin  xeyli  hissəsinin  sivilizator  məcrasına 
yönəlməsinə  imkan verir.
Ilüquq  norması.  Cəmiyyətin  gündəlik  həyatı  normativ  relcvant- 
lıqların  anlayışlarında  təşkil  edilmişdir.  Onların  bəzisi  bizim  bilavasitə 
praktiki  maraqlarımızla,  digərləri isə cəmiyyətdəki bütün hüquqi situasiya 
ilə  müəyyən  edilir.  Lakin  cəmiyyətin  relevant  normativ  strukturları  ayrı- 
ayrı  fərdlərin  relevant  normativ  strukturları  ilə  kəsişdiklərinə  görə, 
ümumi  maraqların  mövcudluğu  qaçılmaz  olur.  Bizim  gündəlik  həyatın 
hüquq normalarını  bilməyimizin mühüm  elementi  başqa  insanların,  onla­
rın maraqlarının relevant normativ strukturunu bilməkdir.
234
Hüquq  norması  öz  mahiyyətinə  görə  «hüququ  yaradan  mənafelərin 
axtarışı  əsasında  müxtəlif sosial  maraqların  razılaşdırıldığı,  özündə  ümu­
mi  iradəni  cəmləşdirən  və  normanın  formalaşmasında  iştirak  edən  bütün 
sosial maraqların azad realizə  formasından ibarət olan»1 hüquqi modeldir. 
Əsas  relevant  normativ  strukturlar,  sosial  subyektlərin  mənafeləri 
cəmiyyətə  artıq  hüquq  sisteminin  özündə  hazır  vəziyyətdə  verilir.  Son 
həddə  hüquq  bir  tam  kimi  öz  xüsusi  relevant  strukturuna  malik  olur. 
Məsələn,  Azərbaycan  cəmiyyətində  obyekti vloşdirilmiş Azərbaycan  Res­
publikasının  qanunvericiliyi  ingilis-sakson,  ənənəvi,  yaxud  müsəlman 
hüquq sistemi ilə bir araya sığmazdır.
Deməli,  hüquq  nonnaları  sosial  tənzimləyicilərdir.  Ilüquq  normaları 
sosial  subyektləri  və  bütövlükdə  sivilizasiyalı  sistemi  ictimai  fəallığın  bütün 
təzahürlərində  dövlətin  irəli  sürdiiyii  tələblərə  adaptasiya  olmağa  məcbur 
edir.  Hüquq  nonnaları  sivilizasiyalı  birgəyaşayışın  əsasları  üçün  təhlükə 
yaradan pozucu fəallığın bütün  təzahür  fonnalarının qarşısını  almağa  xidmət 
edirlər.  Hüquq  nonnaları  fərdləri  öz  sosial  davranışını  koırckto  və 
transfonnasiya  etməyə,  bütün  mümkün  fəaliyyət  variantları  içərisindən,  hər 
şeydən  əvvəl,  davranışın  lazımi  modelini  seçməyə  məcbur  edir.  Bu  elə 
davranış  modelidir  ki,  o,  bütün  yuridik  kriteriyalara  cavab  verir  və 
sivilizasiyalı  sistemin  dinamik  tarazlıq  vəziyyətini  təmin  edir.  Hər bir hüquq 
norması  zərurətin  və  azadlığın  elementlərinin  üzvi  surətdə  birləşməsinin 
konkret və bununla yanaşı  son dərəcə yığcam semantik  formasıdır.
Hüquq  norması  öz-özlüyündə  statikdir.  Onun  məzmunlu-mənalı 
transformasiya etmə qabiliyyəti  isə məhduddur.  Lakin  bununla belə, onun 
daxilinə  nüfuz  etdiyi  sosiomədəni  kontekst  isə  son  dərəcə  dinamikdir. 
Norma  məhz  bunun  vasitəsilə  əlavə  məna  çaiarları  və  dəyərli  rcflckslər, 
nisbi dəyişiklik əldə edir.
İşarə  formasında  çıxış  edən  hüquq  norması  geniş  formallaşdırılmış 
sosial  biliyi  özünün  kompakt  semantik  strukturunda  uzun  müddət  qoru­
maq  qabiliyyətinə  malikdir.  Lazımi  davranış  modelini  təklif edən  hüquq 
norması  həmin  modelin  optimal  olan  bütün  hallarını  diqqətə  çatdırmır. 
Normanın  imperativliyi  nəinki  qəti,  həm  də  uzunmüddətlidir,  çünki  o, 
sosial  subyektlərə öz  fəaliyyət yönümiinü  seçməkdə  geniş  imkanlar verir. 
Daxilində  normativ-hüquqi  scmantikanın  olduğu  sosial  kontekst  sərbəst 
iradə  ifadəsinə  geniş  imkanlar  açır.  Bu  isə  subyektlərə  istənilən  fəaliyyət 
variantını  sərbəst surətdə seçməyə şərait yaradır.
1 Лапасва  B.B.  Социология  права.  M ., 2000,  e.277.
235


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə