R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə59/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   55   56   57   58   59   60   61   62   ...   131

yəti  nəticəsində  yaranan  müvafiq  qayda  kimi  baxılarsa,  bazisi  və  hüquqi 
üstqurumu daha yaxşı dərk etmək olar.
İ.P.Malinova  belə  bir  cəhətə  diqqət  yetirir  ki,  superstruktur  kateqo­
riyası  hüquqa  mövcud  ictimai münasibətlər kütləsinin meta-(və ya  sepur) 
-  strukturlaşdırılnıasmm xüsusi xassəsinə malik  olan  sfera kimi baxmağa 
imkan  verir.  Bundan  başqa,  hüquq  özü  struktur  cəhətdən  qayda  sektoru, 
sosial məkan  sferası  formasında mövcuddur.  Belə sosial məkanda  ictimai 
münasibətlərin  bütün  müxtəliflikləri  xüsusi  rakursda,  spesifik  nöqteyi- 
nəzərdən  sanksiyalaşdırılmış  hüquqi  normativ  variantlarda  təqdim  (əks) 
olunur.1
Deməli,  cəmiyyət  heç  də  özbaşına,  yaxud  ötəri  deyil,  real  münasi­
bətlərin  mövcud  olduğu  bütöv  bir  sistemdir.  Məhz  real  münasibətlərin 
mövcud  olduğu  cəmiyyətdə  insanlar  özlərinin  kündəlik  fəaliyyətində 
həmin  real  münasibətlərə  daxil  olurlar.  İnsanlar,  bir qayda olaraq,  bir-bi­
rilə  təsadüfən  və  ya  özbaşına  şəkildə  qarşılıqlı  fəaliyyətdə olmurlar.  On­
ların  münasibətləri  sosial  qayda  ilə  səciyyələndirilir.  İnsanların  qarşılıqlı 
münasibətləri  nəticəsində  qalaqlanan  və  sabit  formada  təkrarlanan  belə 
qayda  sosial  strukturun  formalaşması  əsasına  xidmət  edir.  Belə  sosial 
struktur öz ifadəsini  sosial mövqelər sistemində tapır.
Sosial  struktur bizim qrup təcrübəmizə  məqsodyönlülük və  mütəşək- 
killik verir.  Biz sosial  struktur sayəsində təcrübəmizin müəyyən faktlarını 
öz  şüurumuzda  əlaqələndirir  və  onları,  məsələn,  «ailə»,  «məhkəmə», 
«məhəllə»  (rayon  yaşayış  yeri  mənasında)  adlandırırıq.  Hüquq-mühafizə 
orqanları  sistemi,  ordu,  kommersiya  şirkəti,  dini  icma  -   bütün  bu  sosial 
strukturlar eynilə belə  ailə hesab  olunurlar.  Beləliklə,  sosial  struktur qrup 
üzvləri və  ya  cəmiyyət  arasında  daimi  və  qaydaya  salınmış  qarşılıqlı  əla­
qələrin  mövcudluğunu  nəzərdə  tutur.  Sosial  struktur  hiss  etdirir ki,  həyat 
təşkil edilmişdir və o, sabitdir.2
Müasir  sosioloqlar  sosial  struktura  E.Dürkhcym  mövqeyindən  sosial 
fakt  qismində  baxırlar.  Bəs  bu  mənada  Dürkheymin  mövqeyi  nədən  ibarət 
idi?  Sosial  faktlar  və  sosial  əlaqələr  nəzəriyyəsi  Dürkheymin  sosioloji 
tədqiqatlarının (o cümlədən hüquq sosiologiyasına dair görüşlərinin) mühüm 
tərkib hissəsini təşkil edir. O öz tədqiqatlarında rasional-pozitivist kimi çıxış 
edirdi.  İctimai  hadisələrin  və  proseslərin  izahı  üçün  Dürkheymin real  sosial 
faktların  hüdudlarından  kənara  çıxmağa  ehtiyacı  olmamışdır.  Məhz  sosial
1 Малинова И.Г1. Философия правотворчества. Екатерснбург,  1996, с. 106.
2 Касьянов  В .В .,  Нечипурснко B .H .G öst.k itab ,  s. 180.
224
faktlar  olduğu  kimi,  Dürkhcym  üçün  sosioloji  biliyin  alfa  və  omcqası 
olmuşdur. Obyektiv sosial reallıq öz sosial strukturlan və sosial institutları ilə 
məhz  sosial  faktlar  əsasında  təşəkkül  tapırlar.  Hüquqi  ideyalar,  hüququn 
norma və dəyərləri Dürkhcym üçün sosial faktlar idi.
Sosioloqlar  sosial faktları  ətraf mühitin bir hissəsini təşkil  edən müs­
təqil  reallıqlar  kimi  dərk  edirlər.  Deməli,  sosial  strukturlar  insan  dav­
ranışını  məhdudlaşdırır  və  onun  hərəkətlərini  müəyyən  bir  məcraya  yö­
nəldirlər.
«Sosial  struktur»  anlayışı  belə bir  ideyanı  ifadə edir ki,  öz aralanndakı 
münasibətləri  özbaşına  və  təsadüfi  fonnalaşdırmasalar  da,  onlar  bəzi 
müntəzəmliyə  və  daimiliyə  malikdirlər.  «Sosial  stnıktur  hər  şeydən  əvvəl, 
ictimai  münasibətlərin  inkişafının,  onun  yetkinlik  dərəcəsinin  ən  mühüm 
göstəricisidir.  O,  bir  tərəfdən  cəmiyyətin  iqtisadi,  siyasi  və  mənəvi  inki­
şafının yekunu kimi çıxış edir, digər tərəfdən  isə həmin proseslərin inkişafına 
fəal  təsir  göstərir.  Buna  görə  də  cəmiyyətin  sosial  strukturunda  baş  verən 
dəyişiklikləri  öyrənmədən,  ictimai  fəaliyyət  sahəsində  uğur  qazanmaq  və 
sosial proseslərə şüurlu tənzimcdici təsir göstərmək qeyri-mümkündür».1
Sosial  həyat  özünəməxsus  görünüşə  malikdir.  O,  sosial  qruplara, 
mövqelərə  və  institutlara  diferensiasiya  olunmuşdur.  Bunlar  bir-birilə 
qarşılıqlı  asılılıqdadır və  funksional  cəhətdən  qarşılıqlı  əlaqəyə  malikdir­
lər.  İnsan  qruplarının  qarşılıqlı  əlaqəli  xarakteristikası  fərdlərin  sosial  hə­
rəkətləri  nəticəsində  təşəkkül  tapsalar  da,  onlar  fərdlərin  istəklərinin  və 
niyyətlərinin  birbaşa  nəticəsi  deyillər.  Əksinə,  fərdi  üstünlüklər  sosial 
mühit  tərəfindən  formalaşdırılır  və  məhdudlaşdırılırlar.  Başqa  sözlə,  so­
sial  struktur anlayışı  şəhadət verir ki,  insanlar öz hərəkətlərinin seçimində 
tam azad  və muxtar deyillər.  İnsanların  bu  azadlığı  sosial  aləm  tərəfindən 
məhdudlaşdırılır.  Çünki  insanlar  planctdənkonar  hər  hansı  aləmin  deyil, 
məhz mövcud  olduqları  sosial  aləmin  sakinloridirlər və yaşadıqları  həmin 
sosial aləmdəki  sosial münasibətlərin daşıyıcılarıdırlar.
Sosial  struktur  müxtəlif  səviyyədən  olan  ayrı-ayrı  elementlər  (cə­
miyyətin  elementləri,  hissələri)  arasında  münasibətlərin,  qarşılıqlı  əlaqə­
lərin,  asılılıqların  və  qarşılıqlı  fəaliyyətin  bütün  kompleksini  əhatə  edir. 
Cəmiyyətin elementləri  (hissələri) qismində sosial institutlar,  sosial qrup­
lar  və  müxtəlif tipdən  olan  birliklər  çıxış  edirlər.  Sosial  strukturun  əsas 
vahidləri qismində normalar və dəyərlər çıxış edirlər.
1  V a h id o v   F .Q ., A ğ a y e v  T .B .  G ö st.  kitab, s. 102.
225


Bir  tam  kimi,  konkret  cəmiyyətlərin  sosial  strukturlarının  formalaş­
ması  və  inkişafı  xüsusiyyətlərini  nəzərə  almaq  zəruridir.  Çünki  məhz 
həmin  konkret  cəmiyyətlərin  tamlığı  çərçivəsində  insanın  özünün  varlığı 
üçün zəruri  olan maddi vasitələrin yenidən  istehsalı baş  verir.  Bu mənada 
həmin  tamlıqlar  «sosial  orqanizmlər»  adlandırılır.  Çünki  bunların  əsas 
funksiyası  insan  varlığı  üçün zəruri  şəraitin  təmin  edilməsindən ibarətdir. 
Belə şərtlərə aşağıdakılar daxildir:
1) insanların məskunlaşdığı ərazinin vahidliyi;
2)  sosial-iqtisadi  münasibətlərin  və  hüquq  münasibətlərinin  mövcud 
olduğu iqtisadi və hüquqi məkanın vahidliyi;
3)  dil  ümumiliyi  (və  ya  digər  vasitələrlə  yanaşı,  ünsiyyət  vasitəsinə 
xidmət edən dilin olması);
4) insan qruplarına sabit qarşılıqlı  fəaliyyət  formalarına daxil olmağa 
imkan verən  sosial normaların,  stereotiplərin  və dəyərlərin vahidliyi.
Müasir  cəmiyyətdə  belə  sosial  orqanizmlər  qismində  öz  hüquq  sis­
temlərinə  malik  olan  milli  dövlət  birlikləri  çıxış  edirlər.  Həmin  birliklər 
siniflərin,  sosial  rolların,  institutların  və  qrupların  qarşılıqlı  münasibət­
lərinin  və  qarşılıqlı  əlaqələrinin normativ-hüquqi  tənzimlənməsini  həyata 
keçirirlər.  Sosiumun  vahid  tamlığa  inteqrasiyası  onların  mühüm  funksi­
yasıdır.  Sosial  qarşılıqlı  fəaliyyət  və  proseslər  məhz  həmin  tamlıq  çərçi­
vəsində həyata keçirilir.
Müxtəlif  meyarlar  əsasında  özünəməxsus  növləri  ilə  səciyyələndi­
rilən sosial  strukturun bir növünü  do normativ strukturlar təşkil edirlər. 
Ayrıca  götürülən  hər bir normativ  struktur  «özündə  dəyərləri,  normaları, 
tələb olunan sosial rolları əhatə edir»1 və «fordlərin davranışına təsir gös­
tərirlər».2  Cəmiyyətdə  qüvvədə  olan  normalar  öz  məzmununa  görə 
müxtəlifdir və onlar bir-birindən təcrid olunmuş halda deyil,  sıx qarşılıqlı 
əlaqədə mövcuddurlar.
2. Sosial norm alar və onların  növlərinin spesifikliyi
Hər  hansı  cəmiyyəti  normalarsız  təsəvvür  etmək  qeyri-mümkündür. 
Hər  bir  cəmiyyətin  həyatiliyi  onda  mövcud  olan  normalarla  bağlıdır. 
Məhz  normaların  köməyilə  insanların  hərəkətləri  və  davranışı  tənzimlə­
1  V ah id ov F .Q ., A ğ a y ev  T .B .  G ö sl.  k itab ,  s.103.
2 Касьянов B .B ., Нечипуренко B.H.  G öst.kitab, s.181.
226
nir,  onların  hərəkət  və  ya  xətaları  müvafiq  normaların  tətbiqi  vasitəsilə 
qiymətləndirilir.  Başqa sözlə, normalar istənilən insan cəmiyyətində möv­
cuddur.  Deməli,  normaların  olmadığı  cəmiyyət  heç  vaxt  olmamışdır  və 
ola da bilməz.
Artıq qeyd olunduğu kimi, normativ struktur sosial  tənzimetmənin  ən 
mühüm  əlamətlərindən  biridir.  Ona  görə  də  normativliyin  təbiətinin  nə­
zərdən  keçirilməsi normativ tənzimetmənin  bütün növlərinin həm ümumi 
əlamətlərinin  aşkar  edilməsinə,  həm  də  sosial  tənzimləyicilərdən  hər  bi­
rinin  spesifikliyini  müəyyən  etməyə  yardım  göstərir,  hüququn  əxlaq,  si­
yasət  və  dinlə  qarşılıqlı  fəaliyyətinin  qanunauyğunluqlarını  daha  yaxşı 
dərk  etməyə  kömək  edir.  Belə  yanaşma  sosial  tənzimetmənin  insanların 
şüuruna  və  davranışına  təsir  prinsiplərini  dəqiq  müəyyənləşdirməyə  im­
kan  verir,  çünki  sosial  tənzimləyicilərin  heç  biri  bir-birindən  təcrid  edil­
miş  halda  fəaliyyət  göstərmir  və  sosial  normaların  bütün  növləri  bir-biri 
ilə sıx qarşılıqlı  əlaqədə olurlar.
Norma,  normativlik  anlayışı  insanların  sosial  fəaliyyətindən,  onların 
ictimai  münasibətlərindən  və  onların  məişət  üsullarından  ayrılmazdır. 
Norma  ictimai  münasibətlərdən  kənarda,  yaxud  bu  münasibətlərin  üstün­
də  dayanan  bir  şey  deyildir.  Sosial  norma  insanların  fəaliyyətilə  üzvi 
surətdə bağlıdır  və ən  tipik,  sabit  əlaqələri  və  ictimai  münasibətləri  ifadə 
edirlər.  Ona  görə  do  sosial  normaların  tədqiqi  fərdlərin  sosial  məişətinin 
üsulu kimi onların ictimai  münasibətlərinin təhlili, normativliyin təbiətinə 
şəxsiyyət yanaşması ilə müşayiət olunur.
İnsanların  sosial  qarşılıqlı  fəaliyyəti  obyektiv  şəkildə  təkrar  olunan 
istehsalat,  mübadilə, bölgü  aktlarında,  müxtəlif ictimai  əlaqələrin  və  mü­
nasibətlərin  qaydaya  salınması  tələbatlarında  təzahür  edir.  Belə  tələbat 
cəmiyyətin  inkişafının  ən  erkən  mərhələlərində  əməyin  və  mübadilənin 
yaranması  ilə  eyni  vaxtda  meydana  gəlmişdir.  Ümumi  qaydalarla  əla­
qələrin  dəfələrlə  təkrar  olunması  və  münasibətlərin  sabit  forması  əhatə 
olunur.  Müəyyən  fəaliyyət,  hadisə  və  proses  aktlarının  dəfələrlə  təkrar 
olunması  onların  inkişafının  daxili  qanunauyğunluqlarını  aşkara  çıxaran 
tarixi  prosesin  xüsusi  cəhətidir.  Bu  qanunauyğunluğun  formalarından  bi­
rini hadisələrin,  proseslərin,  əlaqələrin normativliyi  təşkil  edir.  Məhz nor­
mativlik  insanların  praktiki  fəaliyyətinin  nəticəsi  kimi  hadisə  və  proses­
lərin qarşılıqlı hərəkətinin obyektiv cəhətdən zəruri üsullarını ifadə edir.
Normativlik  nəinki  insanların  qarşılıqlı  fəaliyyətinin  obyektiv  cəhət­
dən  zəruri  olan  əlaqələrinin  və  üsullarının,  həm  də  bütün  təbii  proses­
lərin inkişafının forması qismində çıxış edir. İnsanların qarşılıqlı  fəaliyyət
227


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə