R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə55/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   51   52   53   54   55   56   57   58   ...   131

Hüququn  formasının  və  hüququn  mənbəyinin  qarşılıqlı  əlaqəsi  haq­
qında məsələnin  həllinə yuxarıda göstərilən yanaşma variantları nəzərdən 
keçirilən  hadisələrin  birtərəfli  qiymətləndirilməsini  əks  etdirir.  Hüququn 
formalarının  və  mənbələrinin  anlayışı  və  məzmununun  müxtəlifcəhətli 
öyrənilməsi,  eləeə  də  onların  qarşılıqlı  münasibətlərinin  xarakterinin  ta­
mamilə  aydm  təhlili  onu  göstərir  ki,  hüququn  forması  və  mənbəyi  bir 
halda  bir-birilə  üst-üstə  düşür  və  onlar  eyni  anlayışlar  kimi  nəzərdən 
keçirilir.  Digər halda isə onların bir-birindən xeyli fərqləndiyi və eyni ola 
bilmədikləri göstərilir.
Söhbətin hüququn  təkrar,  formal-hüquqi  mənbələri  haqqında  getdiyi 
vaxt  hüququn  forması  və mənbəyinin  üst-üstə  düşməsi  mövcud  ola bilər. 
Hüququn formal-hüquqi mənbəyi elmi hüquq ədəbiyyatında bəzən sadəcə 
olaraq  hüququn  formal  mənbəyi'  adlandırılır.  Bununla  yanaşı,  hüququn 
forması  və  mənbəyinin  eyniliyi  formanın  hüquqi  (normativ)  məzmunun 
xaricdən necə  təşkil  edildiyi və  ifadə olunduğunu,  mənbəyin isə hüququn 
nəzərdən  keçirilən  formasını  və  onun  məzmununu  qabaqcadan  müəyyən 
edən hüquqi  amillərin necəliyini  göstərdiyi zaman mövcud olur.2
Hüquqyaratmaya,  hüquqyaradıcılığa  və  qanunyaradıcılığa daim təsir 
göstərən  maddi,  sosial  və  sair  amillər  növündə  hüququn  ilkin  mənbə­
lərinə  gəldikdə  isə,  burada  hüququn  mənbələrinin  hüququn  formaları  ilə 
üst-üstə düşməsi mümkün deyil və ola da bilməz.
Bunun  səbəblərindən  biri  ondan  ibarətdir  ki,  nəzərdən  keçirilən 
fenomenlər  müxtəlif  səviyyələrdə  yerləşir  və  fərqli  sferalara  «xidmət» 
göstərirlər.  Maddi,  sosial  və  sair mənbələr -  hüquqyaratma, hüquqyaradı- 
cılıq və qanunyaradıcılıq prosesinə  təsir göstərən  amillər müvafiq surətdə 
həyatın maddi və sair real sferalarına aiddirlər.
Deyilənlər  əsasında  belə  nəticəyə  gəlmək  olar  ki,  hüququn  forması 
və  mənbəyi  anlayışlarının  üst-üstə  düşdüyü  zaman  onları  əks etdirən  ter­
minləri onları  fikri mənasına və məzmununa görə qarşılıqlı, eyni olan ter­
minlər kimi  nəzərdən  keçirmək  lazımdır.  Bütün digər hallarda həmin  ter­
minlərin belə  qarşılıqlı  əvəzləyiciliyi  bu hadisələrin  qeyri-adekvatlığı  nə­
ticəsində həmin terminlərin eyniliyini istisna edir.
1  Гурова  T.B.  Источники  российского  права:  Автореф.  дис.  ...канд.юрид.наук. 
Саратов,  1998,  с.23.
2 Марченко  М.Н.  Теория государства и права.  М.,  2 0 0 1 , с.349-350.
208
4.  Pozitiv hüququn forması və mənbələri
Pozitiv hüququn  formaları  və mənbələri  haqqında predmetli  və  məq­
sədyönlü  söhbət  aparmaqdan  ötrü,  hər  şeydən  əvvəl,  pozitiv  hüququn 
özünün  anlayışını,  məzmununu  və  fikri  mənasını  daha  ətraflı  müəyyən­
ləşdirmək  lazımdır.  Bunu  etmək  ən  azı  ona  görə  zəruridir  ki,  pozitiv  hü­
ququn  müxtəlif cür  dərk  edilməsi  labüd  surətdə  heç  də  həmişə  bu  hüqu­
qun mənbələri haqqında eyni təsəvvürlərin əldə edilməsinə səbəb olmur.
Pozitiv  hüquq  və  ya  digər  terminologiyada  hüquqi  pozitivizm  ənə­
nəvi  olaraq  müxtəlif  cəhətlərdən  və  ən  fərqli  aspektlərdə  nəzərdən  ke­
çirilmişdir və indi  də keçirilməkdədir.
Pozitiv  hüquq  konsepsiyasının  spesifik  cəhətlərinin  və  xüsusiyyət­
lərinin  tədqiqatçıları  əsas  diqqəti  ona  yönəldirlər  ki,  təbii  hüquq  kimi, 
pozitiv hüququn da dünyada yeganə nəzəriyyəsi mövcud deyildir.  Hüquqi 
pozitivizmin  və  təbii  hüququn  elmi  axarı  çərçivəsində  müxtəlif  hüquqi 
nəzəriyyələrin bütöv bir kompleksi əmələ gəlmişdir.
O  cümlədən  elmi  hüquq  ədəbiyyatında  göstərilir  ki,  hüquqi  pozili- 
vizm  ideyaları  əsasında  analitik  nəzəriyyə  (İngiltərədə  və  ABŞ-da  -  
Ş.Amos,  T.Xolland),  normativizm  nəzəriyyəsi  (Avstriyada  -   H.Kclzcn, 
Almaniyada -  R.Ştammlcr,  Rusiyada -   P.Novqorodtsev),  hüququn  sosio­
loji  nəzəriyyəsi  (Almaniyada  -   K.Marks,  F.Engcls,  Rusiyada -   V.Lcnin) 
kimi məşhur nəzəriyyələr yaranmışdır.1
Elə  həmin  ideyalar  əsasında  az  əhəmiyyət  kəsb  etməyən  digər  nə­
zəriyyələr meydana  gəlmişdir.  Fransız  hüquqşünası  Jan-Lui  Bcrjelin  söz­
lərinə  görə  bu  nəzəriyyələr  «pozitiv  reallıqların  müxtəlifliyidir  və  möv­
cud  doktrinalar  həmin  müxtəlifliklərə  müraciət  edirlər»."  Həmin  dok­
trinalara,  o  cümlədən  psixoloji  nəzəriyyə  (L.Pctrajitski),  tarixi  hüquq 
məktəbi  (Q.Huqo,  F.Savini,  G.Puxta)  və  elmi  pozitivizmo  aparıb  çıxaran 
bir sıra digər nəzəriyyələr aiddir.
Həmin nəzəriyyələrin  məzmununu,  onların  rolunu və təyinatını  təhlil 
edən  tədqiqatçılar  qeyd  edirlər  ki,  pozitivist  doktrinaların  çoxluğu  və 
daxili  müxtəlifliyi  «pozitivizm  üçün  ümumi  kritcriyanın  axtarışını  son 
dərəcə problematik»  edir və  pozitivizmin  istənilən tərifi  labüd  şəkildə  ən 
ümumi xarakter daşıyır və öz dəqiqliyi ilə alqışlana bilmir.3 Nümunə kimi
1  Упоров  И .В .,  Схатум  Б.А.  Естественное  и  позитивное  право:  понятие,  история, 
тенденсии  и  перспективы развития.  Краснодар,  2000, с.34.
2 Бсржель Жан-Луи.  Общая теория  права. М ., 200 0 , с.48.
3  Y eno orada, с.47.
209


ictimai  müqavilə nəzəriyyəsinə  müraciət  etmək  olar.  Bu nəzəriyyə  bu və 
ya  digər  aspektindən  asılı  olaraq  pozitivizmə  və  ya  idealizmə  yaxınlaşa 
bilər.
Pozitiv hüququn bir-birindən bu və ya digər dərəcədə fərqlənən müx­
təlif tərifləri  mövcuddur.  Lakin  onlar  öz  ümumiliklərinə  və  ya  birtərəfli 
olduqlarına  görə, pozitiv hüququn nə  bilavasitə  anlayışını, nə də məzmu­
nunu  tam  dərəcədə  açmırlar  və  aça  bilmirlər.  Buna  isə  yalnız  pozitiv 
hüququn ən mühüm cəhətlərini və xüsusiyyətlərini aşkar etmək və açmaq 
yolu  ilə  nail  oluna  bilər.  Həmin  mühüm  cəhətlər  və  xüsusiyyətlər  içə­
risində  hüquq  ədəbiyyatında  daha  çox  fərqləndirilən  və  nəzərdən  keçiri­
lənlər aşağıdakılardır.
Birincisi,  pozitiv  hüququn  dövlət  ilə  üzvi  əlaqəsi,  onun  dövlət  tərə­
findən şərtləşdirilməsi.
Bu  əlaqəni  diqqətdən  yayındırmayan  və  onu  hüquq  normasının 
həlledici  əlaməti  qismində  nəzərdən  keçirən  İ.V.Mixaylovski  hələ  XX 
yüzilliyin  başlanğıcında  yazırdı  ki,  «hüquq  normaları  dövlət  tərəfindən 
məcburi  normalar  kimi  müəyyən  edilən  normaların  mahiyyətidir».  Bu 
zaman  dövlətin  özü  «onların  məzmununu  yaradır  və  ya  öz  sanksiyası 
vasitəsilə onları  tanıyır,  başqa yolla yaranan normaları hüquq normalarına 
çevirir».1
 2
Təqribən  elə  həmin  dövrdə  və  eyni  ruhda  Q.F.Şerşeneviç  göstərirdi 
ki, «hüquq norması -  bu, dövlətin tələbidir» və dövlət «hüququn mənbəyi 
olaraq  aydındır  ki,  hüquqla  şərtləşə  bilməz».  Müəllifin  fikrincə,  dövlət 
hakimiyyəti  «hüquqdan  aşağıda  deyil,  ondan  yüksək  dayanır.  Dövlət 
ilkin, hüquq isə ikinci hadisədir».3
Hüququn  dövlətlə  üzvi  əlaqəsi  və  şərtliliyi  haqqında  analoji  təsəv­
vürlər müəyyən nüanslar  və qeyd-şərtlərlə  indiki  mərhələdə də dünyanın 
bir çox hüquq  sistemlərində mövcuddur.  Buna əmin olmaq üçün sovet və 
postsovet dövrünün dövlət və hüquq nəzəriyyəsinə dair elmi  ədəbiyyatına 
və  orda  mövcud  olan  hüququn  tərifinə  diqqət  yetirmək  kifayətdir.  Buna 
həmin  dövrün  ayrı-ayrı  sahəvi  hüquqi  fənlər  üzrə  ədəbiyyatlarında  da 
təsadüf etmək  olar.  Hüquqa həmin  ədəbiyyatlarda  hökmran  sinfin  (sinif­
lərin) qanunda təzahür edən  iradə ifadəsi  kimi  tərif verilir.  Məsələn, qeyd
1  Бержель Жан-Луи.  Общая теория права.  М .,  2 000,  с.47.
2  Михайловский  И.Б.  Очерки  философии  права,  т. 1,  Томск,  1914,  с.70.
3  Шершеневич  Г.Ф.  Общая  теория  права:  учебное  пособие  (по  изданию  1910-1912  гг.). 
т.1, Вып.  1,  М„  1995, с.252.
210
olunur ki,  hüquq  «dövlət tərəfindən  müəyyən  edilmiş  normalar  sistemin­
də  ifadə  olunan»  iradədir.  Yaxud  o,  «cəmiyyətin  dövlət  iradəsini,  onun 
ümumbəşəri  və  sinfi  xarakterini»  ifadə  edən,  «dövlət  tərəfindən  verilən 
və ya sanksiyalaşdırılan»'  ümumi məcburi normalar sistemidir.
İkincisi,  pozitiv  hüququn  imperativ  (bu  sözün  geniş  mənasında) 
xarakteri.
Pozitiv  hüququn  müxtəlif  variasiyalardakı  əsas  spesifikliklərindən 
biri  bəzən  «sivilizasiyalı»  tezisi  xatırladan  tezis  kimi  təzahür  etməsidir. 
Buna «demokratik»,  avtoritar,  liberal və totalitar dövlət quruluşlarında da 
təsadüf  olunur.  Həmin  tezisə  uyğun  olaraq  hüquq  dövlətin,  monarxm 
şəxsində  «suverenin  komandası»  haqqında  hüquq  təsəvvürü  yaradır.  Bu 
komanda  qaydaları  müxtəlif dövlət  orqanları  və  hər  şeydən  əvvəl,  məh­
kəmələr  tərəfindən  rəsmi  standartlar,  nümunələr  kimi  qəbul  olunur  və 
ədalət  mühakiməsinin  həmin  qaydalara  müvafiq  surətdə  həyata  keçiril­
məsi təsəvvürü yaranır.
Üçüncüsü, pozitiv hüququn formal-hüquqi xarakteri.
Bu  özünün  konkret  ifadəsini  ən  müxtəlif formalarda  tapır.  Lakin  bu 
zaman  başlıca  cəhət  onda  təzahür  edir  ki,  pozitiv  hüquqda  prioritet  ma­
hiyyət, məzmun  və sosial təyinat nöqteyi-nəzərindən onun  sosial cəhətinə 
deyil,  formal-hüquqi  cəhətinə verilir.  Hüququ  tətbiq edənin  qanunvcrici- 
nin ardınca addımladığı  Fransada,  İtaliyada və ya istənilən digər dövlətdə 
pozitiv hüququn  ənənələri  dəyişməz  və ya modernləşdirilmiş  halda qoru­
nub  saxlanılır  və belə  dövlətləri,  hər  şeydən  əvvəl,  hüququn  sosial,  məz­
munlu aspekti maraqlandırır.
Bununla  əlaqədar  olaraq  əvvəlcə  sovet,  sonra  isə  postsovet  hüquq 
ədəbiyyatında  xüsusi  şəkildə  belə  bir  hal  göstərilirdi  ki,  hüquqi  poziti- 
vizm  «hüquqi  hadisələrin  mahiyyəti  ilə  deyil»,  onların  formal  cəhətilə 
maraqlanır.  XX  yüzilliyin  80-ci  illərinin  hüquq  ədəbiyyatında  qeyd  olu­
nurdu ki,  «hüquqi  pozitivizm qanunun kantcasına  formal  anlayışına əsas­
lanaraq,  hüququ  xalis  məntiqi  forma  hesab  edir.  O,  məzmundan  qoparıl­
mışdır və digər sosial  hadisələrlə  bağlı  deyildir.  Formalizm -   bu,  hüquqi 
pozitivizmin kredosudur».2
1  Теория  государства  и  права  /п о д  ред.  А.М .Васильева.  М.,  1983,  с.71;  Теория  госу­
дарства  и  права.  Курс  лекций  /п о д   ред.  Н .И .М уртузов,  М .,  1997,  с.329-347;  Обшая 
теория  государства  и  права.  Академический  курс:  В  3-х  томах,  т.2  /отв.ред. 
М.Н.Марченко.  М .,  2000, с. 144.
2  История  политических  учений  /п од  ред.  А.И .Д енисова,  О.Э.Лейста.  М .,  1978, 
с. 188-189.
211


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə